Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə17/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   13   14   15   16   17   18   19   20   ...   50

 
66 
Oxucu,  diqqət!  Müstəntiqin  saxtakarlığına  baxın: 
“əksinqilabçı Vəkilovlar”ın sayını artırmaqçün o, Məhəm-
mədhəsən Baharlını da (soyadı: Vəliyev) “Vəkilov” edib.  
“Sual: Bu şəxslərin müsavatçılığı Sizə necə bəlli olub? 
Cavab: Rəhim  Vəkilov müsavatçı kimi baxışlarını gizlət-
mirdi.  Digərlərinin  isə  müsavatçı  olmasını  məhz  müsavatçı 
ittihamı ilə sürgünə göndərildiklərinə görə bilirəm. Şəxsən mə-
nim  yanımda  onlar  heç  vaxt  müsavatçı  baxışları  haqqında 
danışmayıblar. 
Sual:  Yuxarıda  adlarını  çəkdiyiniz  şəxslərdən  kiminlə 
sürgündən sonra görüşmüsünüz? 
Cavab:  Hazırda  sürgündə  olan  Əbdülhəsəndən  başqa 
hamısı ilə görüşmüşəm. 
Sual: Sürgündən qayıtdıqdan sonra Baharlı ilə nə vaxt 
və harada görüşmüsünüz? 
Cavab:  Sürgündən  qayıtdıqdan  sonra  mən  Baharlını  bir 
dəfə  görmüşəm.  Bu,  1934-cü  ilin  birinci  yarısında  olub.  Mən 
onunla  bacısıgildə  görüşmüşəm.  Məqsədim  isə  sürgündə  olan 
Rəhim Vəkilovdan hal-əhval tutmaqdı. 
Sual: Baharlı sürgün haqqında Sizə nə danışıb? 
Cavab: Baharlı mənə dedi ki, Rəhim Vəkilov çoxdan adadan 
sahilə köçürülüb və mənim onun haqqında məlumatım yoxdur. 
Sual: Baharlı sürgün haqqında daha nələr danışıb? 
Cavab:  O,  bir  də  sürgündə  xəstələnməsindən  danışıb.  O, 
gerçəkdən, qoltuq ağaclarıyla gəzir. 
Sual: Baharlının dedikləri elə bunlardır? 
Cavab: Bəli, yalnız bunları dedi. 


 
67 
Sual:  Bəs  həbs  düşərgəsində  müsavatçıların  siyasi 
aclıq keçirmələri Sizə haradan bəllidir? 
Cavab:  Müsavatçıların  düşərgədə  siyasi  aclıq  keçirmələri 
haqqında ilk məlumatı 
Məlikov Rəhim bəydən almışam. Mən 
Məlikovla eyni məktəbdə dərs demişəm. Bu barədə o, 1930-31-ci 
illərdə  mənə  məlumat  vermişdi.  Sonralar  sürgündən  qayıdan 
Zəkəriyyə Vəkilov da Məlikovun bu məlumatını təsdiq etdi”. 
DEYİLƏNƏ SÖZARDI 
Müsavat  Partiyası  XX  yüzilin  əvvəllərində  Azərbay-
canda  aparılan  istiqlal  savaşının  istinadgahına  çevrildi. 
Məhz  buna  görə  o  dönəm  xalqımızın    zehninə  Müsavat 
dövrü
 kimi həkk olundu. 
Müsavatçılıq
 milli mədəniyyətə bağlılığın, ümumbəşəri 
dəyərə  sayğının,  istiqlal,  hürriyyət,  cümhuriyyət  idealla-
rına  sadiqliyin  ifadəsidir.  Azərbaycanı  rus  imperiya-
sından  kənarda  müstəqil  bir  dövlət  kimi  təsəvvür  etmək 
belə  istəməyən  kommunist-bolşeviklərin  Müsavata  vəhşi 
nifrətinin kökündə bu amillər dururdu. 
Müsavat Partiyasının 1919-cu ilin dekabrında keçirilən 
ikinci qurultayında Nəsib bəy Yusifbəyli müstəqil Azərbay-
can  amalının  gerçəkləşməsində  bu  partiyanın  rolundan 
bəhs edərək demişdi:  
“Azərbaycan  amalı  yalnız  Müsavatındır”  demək  yanlışdır. 
Bu,  ümumi  bir  amal  və  arzu  idi.  Ancaq  onu  ilk  dəfə  Müsavat 
üzə  çıxardı.  Kül  örtülü  bir  od  idi,  Müsavat  üfürüb 
alovlandırdı”
 (8, 10). 


 
68 
Ulu  öndərimiz,  Azərbaycan  istiqlalının  memarı 
Məhəmmədəmin  Rəsulzadə
’nin  “Azərbaycanın  təşəkkülündə 
Müsavat”
  adlı  məruzəsində  həmin  mətləbin  üzərinə  işıq 
salan fikirlərə diqqət yetirək:  
“Xatirimdədir, Bakı bələdiyyəsində hökumət təşkili məsələsi 
müzakirə  olunuyordu.  Müsavat  naminə  “buranın  hökuməti 
yerli  xalq  əlində  olmalıdır”  dediyim  zaman  bütün  firqələri, 
bilxassə Rusiyanı təmsil edən sol  firqələri acıqlandırmışdım. O 
günə  qədər  bizimlə  bir  dərəcəyə  qədər  yola  gedən  məhəlli  bol-
şeviklər  o  gündən  etibarən  başqa  dürlü  rəftar  etməyə  başla-
mışlardı. 
Axır böylə idi. Fəqət yar az da olsa vəfakar degildi. O zaman 
müsəlman  sosialistlərin  ələmdarı  bulunan  “Hümmət”  firqəsi 
başda doktor Nəriman olmaq üzrə Azərbaycan muxtariyyətinin 
ədüvvi-canı
29
  idi. “Hümmət”ə görə, biz milləti fəlakətə çəkiyor 
və  mən  qeyri-həqq  naminə  söz  söylüyormuşam.  Azərbaycan 
fikri,  türklük  iddiaları  xalqın  deyil,  bir  taqım  burjuapərəst 
“boşboğaz”ların  imiş.  Müsəlmanların  mənfəəti  “qırmızı  əmələ 
bayrağı”nın  altına  toplanmaq  və  Rusiya  demokratiyasından 
ayrılmamaqda imiş. 
İslamçıların nəzərində də biz haqsız idik. Ozamankı “Rusi-
yada müsəlmanlıq” bizi təfriqəçilikdə, milləti-islamı parça-parça 
etməkdə ittiham ediyordu. 
Fəqət  biz  bütün  bu  hücumlara,  bütün  bu  ittihamlara 
rəğmən diyorduq: Yaşasın Azərbaycan!”
 (8, 117). 
Yenidən Mədinə xanımın dindirilmə prosesinə qayıdı-
rıq: 
                                                 
29
 Düşməni. 


 
69 
“Sual: Zəkəriyyə Vəkilov aclıq barədə, müsavatçıların 
düşərgədəki vəziyyəti haqqında Sizə nə danışıb? 
Cavab: O, mənə danışıb ki, müsavatçılar cinayətkarlarla bir 
yerdə  işə  çıxarılmalarına  etiraz  olaraq  aclığa  başlayıblar. 
Zəkəriyyə  həmçinin  bildirib  ki,  müsavatçılardan  iki  nəfəri  - 
İdris  Axundovun  qardaşı  İbrahim  Axundov  və  Əliəfsər 
Nəcəfov aclıq etdikləri zaman ölüblər. Aclıq aksiyasından sonra 
düşərgə  rəhbərliyi  güzəştə  gedərək  müsavatçılara  qarşı  fərqli 
rejim tətbiq edib. Zəkəriyyə mənə danışıb ki, onun özü, Baharlı, 
Rəhim  Vəkilov  və  İsfəndiyar  Vəkilov  aclıq  aksiyasında  şəxsən 
iştirak ediblər. 
Sual: Bu aclıq haqqında Siz kimə danışmısınız? 
Cavab: Heç kimə. 
Sual: Siz bunu qəti təsdiqləyirsiniz? 
Cavab: Danışdığımı xatırlamıram. 
Sual:  İstintaqa  məlumdur  ki,  aclıq  haqqında  Siz  bəzi 
adamlara,  o  cümlədən  Nurməhəmməd  Şahsuvarova  da-
nışmısınız. Bunu etiraf edirsinizmi? 
Cavab: İnkar edirəm. 
Sual:  Sizə  xatırladıram,  bu  söhbət  1934-cü  ildə  Sizin 
mənzildə baş verib. Məsləhət görürəm ki, düz danışasınız. 
Cavab: Xatırlamıram. Ola bilsin ki, belə bir şey olub, ancaq 
mənim yadımda qalmayıb. 
Sual: Bəs Moskvadakı Butırka həbsxanasının divarın-
dakı əksinqilabi yazılar Sizə necə məlum olub? 
Cavab: Mən Butırka həbsxanasının divarındakı əksinqilabi 
yazıdan heç nə bilmirəm. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə