Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə13/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

 
49 
sayının dəqiq göstərilməməsi kimi çoxlu ədalətsizliklər üzündən 
kommunist partiyasına ziyan dəydi. (Bu müsadirənin iştirakçısı 
olan  bütün  partiyaçılar  indi  dustaqdırlar  və  inqilabi  tribunala 
verilib). 
Məni Şəki Qəza Kommunist Partiyasından çıxmağa və Şəki 
Şəhər  Fəhlə,  Kəndli  və  Əsgər  Deputatları  Sovetinə  “Tibbi-
Sanitariya  Əməyi”  təşkilatının  Şəki  şöbəsindən  öz  namizəd-
liyimi bitərəf kimi verməyə vadar edən səbəblər, bax, bunlardır. 
Mən  bu  ilin  25  aprelində  yekdilliklə  seçildim.  27  apreldə 
Şəki  Qəza  Sovetləri  qurultayına  seçkilər  aparıldı.  Mən 
Sovetlərin  qəza  qurultayına  da  deputat  seçildim.  1  mayda 
qurultay  yığıncağında  İcraiyyə  Komitəsinə  seçkilər  zamanı 
yoldaşlardan
20
 biri  qışqırdı  ki,  “biz  Abbas  həkimin  adı  olan 
siyahıya  səs  verməyəcəyik”.  Deputatların  çoxu  cavab  verdi  ki, 
bütün namizədləri ayrı-ayrılıqda səsə qoymaq istəyirik. Bu vaxt 
yol.  xalq  komissarı 
Musabəyov
21
 iclası  bağladı  və  2  maya 
keçirdi.  Deputatlar  zaldan  çıxarkən  məni  Siyasi  Büro 
komissarı
22
 həbs  etdi.  2  mayda  İcraiyyə  Komitəsinə  və 
Azərbaycan  sovetləri  qurultayına  seçkilər  keçirildi,  mən  isə  3 
mayda başqa yoldaşlarımla
23
 birgə Az. FK-ya göndərildim. 
Həkim Ə.Qədimov. 
11.V.1921”. 
                                                 
20
 Kommunistlərdən.  
21
 Söhbət  Qəzənfər Musabəyov’dan  (1888-1938)  gedir.  Bu  zaman  o, 
Azərbaycan SSR-in ərzaq komissarı idi. 
22
 O  illərdə  “Siyasi  Büro”  FK-nın  bölgələrdəki  şöbələrinə 
deyilirdi, onların rəislərisə “komissar” adlanırdı.  
23
 Q.Hüseynbəyov, 
N.Əlimov

K.Qazızadə

H.Əfəndiyev

Z.İbrahimxəlilzadə
  və M.İsmayılzadə nəzərdə tutulur.  


 
50 
Bu sənəd Əliabbas Qədimovun ömür yolunun 1921-ci 
ilədək olan dönəmini yetərincə dəqiq işıqlandırır. Ə.Qədi-
movun  Əli  bəy  Hüseynzadə  kimi  dahi  bir  şəxsiyyətlə, 
başqa çox görkəmli insanlarla birgə Stokholmda keçirilən 
sosialistlərin  qurultayında  iştirak  etməsi  ciddi  öyrənil-
məyə layiq mövzudur. 
Ə.Qədimovun  kommunist  partiyasının  Şəkidə  törət-
diyi  əməllər  haqqında  yazdığı  həqiqətlər  əslində  bütün 
Azərbaycandakı  durumu  çox  gözəl  əks  etdirirdi.  Sovet 
hökumətinin  1920-ci  ilin  mayından  dekabrınadək  olan 
qısa  müddətdə  Şəkidə  əhalinin  rəğbətini  qazanmış  milli 
burjua  nümayəndələri  Məhəmmədağa  Qədimbəyov,  Hacı 
Səlim oğlu, Mehdiqulu Zülfüqarov,
  Məşədi Zülfüqarov, Yaqub 
Səfərəli  oğlu,  Mehdi  Hüseynov,  Süleyman  Mustafa  oğlu, 
Həmzə  Əsədullayev,  Məşədi  Əsədullah  Qafarov,  Azaq 
Mustafayev,  Məcid  Mustafa  oğlu
  və  başqalarının  nəinki 
bütün  əmlakları  müsadirə  olunmuş,  özləri  də  cismən 
məhv  edilmişdilər.  Məhz  bu  amil,  Ə.Qədimovun  yazdığı 
kimi, fəhlələrin durumunu xeyli çətinləşdirmişdi.  
1921-ci  ilin  əvvəlində  “Qafqaz  kommunası”  qəzetində 
dərc olunmuş bir məlumat Əliabbas həkimin Azərbaycan 
kəndinin  vəziyyəti  haqqında  yazdıqlarını  təsdiq  edir. 
Orada  deyilir:  “Şəki  Qəza  Revkomunun
24  
sədri  Abid 
Əfəndiyev  və  kommunist  firqəsinin  idarə  heyətinin  üzvü 
Əbdürrəşid İnçə, Zunut, Aşağı Göynük, Baş Göynük və Aşağı 
                                                 
24
 İnqilab  komitəsi  (rusca  “рeволюционный  комитет»  söz 
birləşməsinin qısaltmasıdır). 
 


 
51 
Layıskı  kəndlərində  olarkən  əhali  şikayətlənib  bildirmişdi  ki, 
sizin  dediyinizə  görə,  qızıl  ordu  nümayəndələrinin  vəzifəsi 
füqəra  hökumətinin  müdafiəsidir.  Fəqət  onlar  əhalidən  zor  və 
hədə  ilə  qoşqu  heyvanları,  araba,  ərzaq  alır,  nalayiq  hərəkətlər 
edirlər”
 (17, 31). 
Qırmızı  ordu  və  Xalq  Ərzaq  Komissarlığı  (XƏK) 
əhalini  soyub-talayırdı.  XƏK-nın  xəttiylə  Azərbaycan 
əhalisindən  4.480.000  pud  buğda  və  arpa,  13.200  baş 
heyvan,  380.000  pud  meyvə-tərəvəz,  ordunun  vasitəsiylə 
isə  700.000  pud  buğda  və  arpa,  20.600  baş  heyvan 
müsadirə  edilmişdi  (15,  43).  Azərbaycanın  Moskvadakı 
səlahiyyətli  nümayəndəsi  Behbud  Şahtaxtinski  müsadirə 
kampaniyasında  iştirak  edən  bolşevik  məmurların  bəd 
əməlləri  haqqında  Lenin

ə  verdiyi  məlumatda  bildirirdi: 
“Azərbaycan  kəndliləri  bir  şeyi  xahiş  edir  və  yalvarırlar:
  “Nə 
varsa  hamısını  birdəfəlik  alın  və  ailə  ocaqlarımızı 
gündəlik  qeyri-mütəşəkkil  və  təhqiredici  basqınlardan 
xilas edin” (6, 14). 
Əliabbas  Qədimov  kommunist  partiyasından  çıxmaq 
üçün yazdığı ərizədə  elə bu rəzalətlərdən bəhs edirdi. O, 
bununla da özünü bolşevik rejiminin daimi zərbəsi altına 
salmış oldu, 1920-ci ildən 1936-cı ilin dekabrınadək qədər 
dörd  dəfə  həbs  edildi.  Onlardan  yalnız  ikisinin  istintaq 
protokolu əlimizdədir.  
CİN BƏXTİYARIN KİŞİLİYİ 
    Əliabbas  Qədimovun  həyatına  dair  məlumatların 
xeyli  hissəsini  sovet  xüsusi  xidmət  orqanları  qıfıl  altında 


 
52 
saxlamış,  bir  hissəsinin  üzərinə  isə  zaman  öz  pərdəsini 
çəkmişdir. Belə məlumatların sorağı  ilə axtarışda olarkən 
dildən-dilə  keçərək  indiyədək  yaşayan  bir  xatirə  tapıntı  
kimi üzə çıxdı. 
Eşitdiyimizə görə, ötən əsrin iyirminci illərində Şəkidə 
hələ türmə olmadığından, dustaq Əliabbas həkimi Gəncə 
həbsxanasına göndərmək qərarına gəlirlər. Çekistlər onun 
yolda  qaça  biləcəyindən  ehtiyatlanaraq  Şəkidə  Cin 
Bəxtiyar
  ləqəbilə  tanınan,  olduqca  cəsarətli  və  qoçaq  bir 
adamı  ona  nəzarətçi  qoyurlar.  Əslində  bu  adama  gizli 
tapşırıq  verilibmiş  ki,  o,  bir  neçə  günlük  səfər  zamanı 
münasib  bir  yerdə  dustağı  öldürüb  cəsədini  dərələrin 
birinə atsın və cinayətin izini itirsin. 
Yolun  uzunluğu,  vaxtın  çoxluğu  dustaqla  nəzarətçini 
istər-istəməz həmsöhbətə çevirir. Əliabbas həkimin sözü-
söhbəti,  ədəb-ərkanı  Cin  Bəxtiyara  elə  güclü  təsir 
bağışlayır ki, onu öldürmək nədir, hətta qaçmasına şərait 
yaratmaq istəyir. 
Araba Xanabad kəndinə çatdıqda Cin Bəxtiyar üzünü 
Əliabbas həkimə tutub deyir : 
– Mən özümü pis hiss edirəm, burada bir qədər qalıb 
dincəlməliyəm.  İki  gündən  sonra  səhər  saat  9-da  məni 
arabaçı ilə birlikdə Gəncə türməsinin yanında gözləyin.  
  Bununla  Cin  Bəxtiyar  əslində  açıq-aşkar  qaçmağa 
tam şərait yaradırdı və əmin idi ki, dustaq ona verilən bu 
imkandan  yararlanıb  hökmən  qaçacaq.  Ancaq  dediyi 
vaxtda  Gəncə  həbsxanasına  yaxınlaşan  nəzarətçi  yerində 
donub  qalır  –  Əliabbas  həkim  dustaqxananın  yanında 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə