Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə12/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   8   9   10   11   12   13   14   15   ...   50

 
45 
Xəlil  paşa
’nın  yanına    xüsusi  vəzifəylə  gedərək  (Əhməd 
bəy Ağaoğlu
 ilə birlikdə) onunla görüşüb.   
28 may  1918-də  Azərbaycan  Cümhuriyyəti  elan  edil-
dikdən    sonra    o,  Məhəmmədəmin Rəsulzadə’nin qurduğu 
yeni dövlətə yardım üçün yenidən doğma məmləkətinə 
dönüb, yenə Əhməd bəylə birgə Cümhuriyyətimizin ilk 
paytaxtı  Gəncəyə,  Nuru  paşa’nın  yanına  gedib.  Bu 
cümhuriyyəti  ruslar  işğal  etdikdən  sonra  Azərbaycan-
dan təkrar ayrılmalı olub. 
Türkiyəyə dönərək yenidən həkimliyə başlayıb, İstanbul 
Universiteti  tibb  fakültəsində  işləyib.  1925-də  müəllim 
olub,  1926-da  professor  adı  alıb,  1931-də  təqaüdə  çıxıb, 
ancaq sonra 1933-ədək müəllimliyə davam edib. 17 mart 
1940-da İstanbulda dünyasını dəyişib. 
Göründüyü  kimi,  Əli  bəy  Stokholma  gedən  nümayən-
dələr  arasında  Əliabbas  Qədimovun  adını  çəkmir. 
Ancaq  Ə.Qədimovun  yazdığı  izahat  Türkiyədən  gedən 
heyət  üzvlərinin  adlarını  dəqiqləşdirməkdə  əvəzsiz 
qaynaq rolu oynayır. 
 
Əliabbas  Qədimovun  izahatında  adı  Müslih  kimi  keçən 
növbəti 
şəxs 
milliyyətcə 
yəhudi 
olan 
Nessim 
(Nissim/Nisim)  Masliyah  (Mazliyah)  Kazez  (1864-
2.2.1928)  adlı  millət  vəkili,  diplomatdır.  Bir  sıra  çağdaş 
Türkiyə  müəllifləri  onu  Gənc  Türklər  hərəkatını 
başladanlardan və bu hərəkatın ən fəal üzvlərindən biri, 
«İttihad  və  tərəqqi”  Cəmiyyətini  quraraq  Osmanlı 
dövlətini  yıxan  masonların  öncüllərindən  sayırlar
17

                                                 
17
 Bax:   
http://www.privatesozluk.com/nissim%20mazliyah; 
http://www.angelfire.com/wy/yaw/500__Yil/body_500__yil.html;  


 
46 
Onun  haqqında  Türkiyə  ədəbiy-
yatında  bilgi  o  qədər  də  geniş 
deyil.   
Beləliklə, Əliabbas Qədimo-
vun  yazısı  sayəsində  biz  bir 
sıra  görkəmli  şəxslərin  həya-
tının 
önəmli 
bir 
dönəmi 
haqqında  düzgün  bilgi  əldə 
edirik.  Bu  qeyd  həm  də  onu 
göstərir  ki,  Ə.Qədimovun  özü 
də  1917-ci  ildə  Türkiyənin 
siyasi  çevrələrində  elə  yetkin 
və  nüfuzlu  bir  şəxsiyyət  kimi 
ad  qazanıbmış  ki,  ona  etimad  göstərərək  bu  ölkənin 
təmsilçisi  şəklində  ən  görkəmli  insanlarla  birgə  mötəbər 
beynəlxalq yığıncağa göndəriblər.  
 
İzahatında  Ə.Qədimov  daha  sonra  yazır:  “1918-ci ildə 
şəkili kimi vətənim Şəkiyə dönmüşəm. Burada öncə 
Cəfərabad 
kəndinin,  sonra 
Şəki  şəhərinin  və  Şəki  qəzasının  həkimi 
vəzifələrində  işləmişəm.  Xalq  səhiyyə  komissarı  doktor 
Kazımov
18
 bu  ilin  17  aprelində  məni  Şəki  Şəhiyyə  Şöbəsinin 
                                                                                                   
http://tr-tr.facebook.com/note.php?note_id=139691526092217; 
http://www.masonluk.net/kabala_masonluk_05.html. 
18
 1916-da  Kiyev  Universitetinin  tibb  fakültəsini  bitirmiş 
Ağahüseyn  Kərbəlayı  Ələsgər  oğlu  Kazımov  (1882-1937)  Abid 
Alimov
’dan  (1900-1935)  sonra  Azərbaycan  SSR-in    ikinci  səhiyyə 
komissarı  (naziri)  (6.6.1920-18.12.1921),  sonra  komissarın  müavini, 
 
 
Nessim Mazliyah 
Kazez 
 


 
47 
müdiri 
təyin 
edənədək 
son 
vəzifəmi  əsas  iş  yeri  kimi  saxla-
mışdım. 
27  aprel  inqilabınadək  heç  bir 
partiyada olmamışam. Ancaq Şəki 
kommunistlərinin  gizli  təşkilatına 
çox  yaxın  olmuşam  və  kommu-
nistlər 28 apreldə məni partiyanın 
həqiqi  üzvləri  sırasına  qəbul 
edərək  İnqilab  Komitəsinə  səfərbər 
ediblər.  Mərkəzdən
19
 gəlmiş  yol-
daşlar  2-ci  qeydiyyat  vaxtı  məni 
Şəki  Qəza  Kommunist  Partiya-
sının həqiqi üzvü kimi təsdiqləyiblər. (1-ci qeydiyyat vaxtı mən, 
deyəsən,  Qutqaşen  kəndindəydim  –  ailəm  oradaydı).  10-15 
gündən sonra mən  yol. Şəki Qəza Kommunist Partiyası məsul 
katibinin  yanında  oldum  və  Şəki  təşkilatının  taktikası  ilə 
razılaşmadığıma görə Şəki Qəza Kommunist Partiyasının sıra-
                                                                                                   
Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin sədri və başqa vəzifələrdə 
çalışıb.  Bakı  şəhəri  1  saylı  poliklinikası  indi  onun  adını  daşıyır. 
Kommunist  silahdaşları  onu  da  “xalq  düşməni”  kimi  güllələyiblər 
(12,  7).  A.Kazımovun  kiçik  qardaşı  Cəfər  Kazımov  (1897-1968) 
Azərbaycan  Cümhuriyyətinin  1920-də  Avropaya  oxumağa  göndər-
diyi tələbələrdəndir. O, Almaniyanın Frayberq şəhərində Dağ-Mədən 
Akademiyasını  bitirib,  Azərbaycanın  ali  təhsilli  ilk  geoloqlarından 
biri,  SSRİ  EA  Azərbaycan  Filialı  Rəyasət  Heyəti  sədrinin  müavini 
işləyib və qardaşı kimi repressiyaya uğrayıb, ancaq güllələnməyərək 
Sibirə sürülüb və orada sovet uranını kəşf edib 
 
(12).
 
19
 Bakıdan. 
 
 
Ağahüseyn Kazımov
 


 
48 
larından  çıxarılmağımı  ondan  şifahi  xahiş  etdim.  Bu,  cari  ilin 
yanvarında  olub.  O  vaxtdan  heç  bir  partiya  yığıncağına  get-
məmişəm.  Ancaq  bir  neçə  dəfə  partiya  konfranslarında  tərcü-
məçiliyə, mitinqlərdə natiq kimi çıxış etməyə  göndərilmiş, Şəki 
Qəza  Kommunist  Partiyası  təşviqat  şöbəsinin  teatrlarda, 
klublarda təşkil etdiyi mitinqlərdə tez-tez çıxış etmişəm. 
Bu  yaxınlarda  mərkəzdən  gəlmiş  Qəza  Kommunist  Parti-
yasının  məsul  katibi  seçkilərdən  qabaq  məndən  xahiş  etdi  ki, 
partiyadan çıxmağımın səbəbini əsaslı şəkildə izah edim. “Tibbi-
Sanitariya  Əməyi”  Şəki  şöbəsinin  seçkilərinə  bir  gün  qalmış 
katib  yol. 
Tokayevə  əsaslandırılmış  izahat  verdim  və  orada 
aşağıdakı üç səbəbi göstərdim:
 
1.
  Şəki  Qəza  Kommunist  Partiyasının  kök  salmış 
hesabat sisteminə həddən artıq biganə yanaşması. Bunun 
nəticəsində  qəzamızın  əməkçi  kəndliləri  iş  heyvanlarından 
məhrum  olub,  şəhər  fəhlələri  və  sovet  qulluqçuları  isə  nəqliy-
yatın dağılması üzündən bugünədək yarımac qalıb. 
2.
  Öz  hərəkətləri  ilə  kommunist  partiyasını  və  sovet 
hakimiyyətini ən kasıb və savadsız kəndlilərin gözündən 
salmış  tamamilə  hazırlıqsız  və  nadan  partiya  işçilərinin 
kəndə  göndərilməsi.  (Yoxsullar  komitələri  təşkil  edilərkən 
qəzamıza  gəlmiş  yol.  Bakı  fəhlələri  3-cü  qəza  partiya 
konfransında bütün bunların hamısını incəliklə gördülər). 
3.
  Fəhlələrin  məişətini  yaxşılaşdırmaq  üçün  yerli 
şəraiti nəzərə almadan burjuaziyanın əmlakının müsadirə 
edilməsi.  Bunun  nəticəsində  fəhlələrin  məişəti  qətiyyən 
yaxşılaşmadı və məsələn, adamların icazəsiz axtarılması, müsa-
dirə  edilmiş  bir  çox  şeylərin  protokola  salınmaması,  onların 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə