Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə20/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   16   17   18   19   20   21   22   23   ...   50

 
78 
onlar  əhalini  üsyandan  çəkinməyə  çağırıblar
32
. Mənə o da 
məlumdur  ki,  üsyançıların  panislamist  şüarları  vardı  və  onlar 
Türklərin gəlməsini gözləyirdilər. 
Sual: Bunlar Sizə haradan məlumdur? 
Cavab: Yadıma sala bilmirəm.  
Sual: Bundan sonra siz Qədimovla harada və nə vaxt 
görüşmüsünüz? 
Cavab: Mən onunla bir daha görüşmədim. 
Sual: Bakıda yaşayan müsavatçılarla əlaqə yaratmaq 
üçün Qədimov niyə məhz Sizə müraciət etmişdi? 
Cavab:  Dəqiq  bilmirəm.  Güman  edirəm    ki,  Rəhim 
Vəkilovla  qohum  olduğumu  bildiyinə  görə  mənim  əlaqə 
yaratmağa kömək edə biləcəyimi düşünüb. 
Sual: Qədimovun Sizə gəldiyini kimə demisiniz? 
Cavab: Yalnız Məşədi Ağayevə. 
Sual: Siz 1930-cu ilədək Qədimovu tanıyırdınız? 
Cavab: Yox. 
Sual: Elə deyil. İstintaqa məlumdur ki, Siz 1930-cu ilə 
kimi də Qədimovu tanıyırdınız. Boynunuza alırsınızmı? 
Cavab: İnkar edirəm”. 
Bu dindirmədə bir şey açıq-aydın görünməkdədir – üç 
gün  fasiləsiz  davam  edən  dindirmə  əslində  müstəntiqin 
mənəvi  məğlubiyyətiylə  bitib.  O,  üç  gün  ac-susuz,  yuxu-
suz  saxladığı,  işgəncələr  nəticəsində  cismən  əldən 
düşmüş  bir  qadından  vur-tut  iki  səhifədən  bir  qədər  çox 
ifadə  ala  bilib.  Belə  çıxır  ki,  protokola  yazdığı  hər  bir 
cümlə  üçün (yalan-doğruluğuna baxmayaraq) o, bir neçə 
                                                 
32
 Bu fikrin doğruluğu artıq təsdiqlənib. 


 
79 
saat vaxt sərf edib! Deməli, bütün  məşəqqətlərə  baxma-
yaraq  Mədinə  xanım  iradəcə  sınmayıb,  fiziki  qüvvəsi 
tükənməkdə  olsa  da  hər  baxımdan  ona  yad,  düşmən 
olan  müstəntiqə  sonadək  müqavimət  göstərməyi 
bacarıb!  Belə  bir  mətin  insanın  ruhu  qarşısında  baş 
əyməmək olarmı?! 
Doğrudur,  işgəncələr  nəticəsində  (görünür,  sarsıntı-
ların  daha  güclü  olduğu  ilk  gündə)  müstəntiq  Platonov 
Ə.Qədimov  haqqında  ifadəni  Mədinə  xanıma  imzalat-
mağı  bacarıb,  ancaq  sonrakı  günlərdə  o,  yenidən  özünü 
toplayaraq heç nəyi boynuna almayıb. Buna görə də istər 
bu,  istərsə  də  sonrakı  dindirmələrdə  Mədinə  xanımın 
Ə.Qədimov  da  daxil  olmaqla  həm  başqalarına,  həm  də 
özünə qarşı verdiyi ifadələr hüquqi baxımdan etibarsızdır, 
çünki  müttəhim  zor  tətbiq  edilməklə  onlara qol  çəkməyə 
məcbur  edilib.  Oxucunun  bu  məqama  həssaslıqla  yanaş-
masını istəyirik.    
Mədinə  xanımın  istintaqları  bitdikdən  sonra  –  23 
sentyabr  1937-də  tərtib  olunmuş  ittihamnamədə  bunlar 
yazılıb:  
“Azərbaycanda sovet hakimiyyəti hələ bərqərar olmamışdan 
əvvəl Mədinə xanım Qiyasbəyli Müsavat partiyasının fəal üzvü 
olub, M.Ə.Rəsulzadə və başqa müsavatçılarla sıx əlaqə saxlayıb. 
Azərbaycanda  sovet  hakimiyyəti  qurulduqdan  sonra  da  müsa-
vatçı mövqeyində qalmaqda davam edib və  gizli  Müsavat mər-
kəziylə  əlaqə  saxlayıb.  1927-ci  ildə  həmin  təşkilat  ləğv  edildik-
dən  sonra  Mədinə  xanım  Qiyasbəyli  öz  ətrafına  əksinqilabi 
ruhda  olan  gəncləri  yığmağa  başlayıb.  1930-1933-cü  illərdə 


 
80 
Qiyasbəyli İranda olan müsavatçılarla gizli əlaqə saxlayıb. Həbs 
olunanadək  Qiyasbəyli  əksinqilabi-millətçi  təşkilatın  üzvləri 
R.Axundov,  B.Çobanzadə  ilə  əlaqə  saxlayıb  və  sovet  höku-
mətinə qarşı düşmən mövqedə qalıb.  
Göstərilənlərə  əsasən  Qiyasbəyli  Mədinə  xanım  Mehdi  qızı 
Azərbaycan CM 72 və 73-cü maddələri üzrə təqsirləndirilir və 
13506  nömrəli  istintaq  işi  bitmiş  hesab  edilir.  Qiyasbəyli  Mə-
dinə xanımın işi Azərbaycan XDİK nəzdindəki Xüsusi Üçlüyə 
verilsin”
 (başqa sözlə, “onun haqqında güllələnmə hökmü 
çıxarılsın”). 
Azərbaycan  SSR  XDİK  Xüsusi  Üçlüyünün  1937-ci  il 
sentyabrın  26-da  keçirilmiş  iclasının  protokolundan 
çıxarış: 
“Eşidildi:  Azərbaycan  SSR  CM-nin  72  və  73-cü 
maddələriylə  ittiham  edilən  Qiyasbəyli  Mədinə  xanım  Mehdi 
qızının 13506 nömrəli cinayət işi.  
 
Qərara  alındı:  Qiyasbəyli  Mədinə  xanım  Mehdi  qızı 
güllələnsin, əmlakı müsadirə edilsin”.  
 13506  saylı  cinayət  işinin  202-ci  vərəqindəki  aktdan 
çıxarış:  
 “Azərbaycan  SSR  XDİK  Xüsusi  Üçlüyünün  45  yaşlı 
Qyasbəyli Mədinə xanım Mehdi qızının güllələnməsi haqqında 
1937-ci  il  26  sentyabr  qərarı  1937-ci  il  sentyabrın  28-də  gecə 
saat 1.25 dəqiqədə yerinə yetirilib”

Bəli,  kommunistlər  Azərbaycan  tarixindəki  ən  şərəfli 
qadınlarımızdan birinin həyatına beləcə son qoydular!.. 
 


 
81 
ƏLİABBAS QƏDİMOVUN İSTİNTAQI 
Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı Dövlət 
Təhlükəsizlik  İdarəsi  Gizli-Siyasi  Şöbəsinin  əməliyyat 
müvəkkili,  DT  kiçik  leytenantı  S.Sonkin
 
rəsmən  dekabrın 
sonlarından həbsinə hazırlıq görülən Əliabbas Qədimovu 
7  yanvar  1937-də  Quba  şəhərində  həbs  etdi  və  gətirib 
Bakıya təhvil verdi.  
Hər  bir  istintaq  işində  dustağın  özü  haqqında  bilgi 
anketdən  başlanır.  Onu  çox  vaxt  çekistlər  doldursa  da 
bilgilərin  hamısı  müttəhimin  öz  sözlərinə  əsasən  yazılır. 
Bakıda  elə  7  yanvarda  tərtib  edilmiş  613  saylı  dustaq 
anketindən bunları öyrənirik: Əliabbas Əli oğlu Qədimov 
Şəki  şəhərində  1887-ci  ildə  doğulub  (yuxarıdakı  arayışda 
isə onun doğum tarixi 1902-ci il yazılıb!), Quba şəhərində 
Telefon  küçəsində  81-ci  evdə  yaşayır,  Quba  rayon 
poliklinikasının həkimidir, qulluqçudur, inqilabadək Tür-
kiyə  Ordusunda  həkim  işləyib,  ali  təhsillidir,  partiya-
sızdır, milliyətcə Türkdür, SSRİ vətəndaşıdır, Quba rayon 
hərbi komissarlığında qeydiyyatdadır, 1927-ci ildə Azərb. 
DSİ onu CM-nin 63-cü maddəsiylə 3 illiyə həbs edib
33
, ailə 
üzvləri bunlardır: arvadı Nazilə - 30 yaş, qızları Ləman – 14 
yaş, Ürfan – 10 yaş, oğlu Turqut – 4 yaş yarım.   
Xatırladaq ki, istintaq işindəki ən yalansız sənəd elə bu 
anketdir.  Ancaq  anketi  dolduran  çekist  burada  da  bir 
güllələmə  maddəsini  göstərməyi  unutmayıb  –  diqqət 
yetirin:  “Türkiyə  Ordusunda  həkim”.  Üstündə  bu  ittihamı 
                                                 
33
 Göründüyü kimi, burada 1920, 1921 və 1923-cü illərdəki həbslər qeyd 
olunmayıb. Səbəbini indi aydınlaşdırmaq mümkünsüzdür. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə