Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə28/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   24   25   26   27   28   29   30   31   ...   50

 
110 
AKT 
Əliabbas  Qədimov  öz  yaşam  prinsipləri  olan,  başqa-
larının  iradəsinə  boyun  əyməyən,  zorakılığa  dözüm 
göstərməyən cəsarətli bir KİŞİydi. Dünyanın neçə ölkəsini 
gəzmişdi,  neçə-neçə  dünya  şöhrətli  insanla  ünsiyyətdə 
bulunmuş,  yoldaşlıq,  düşüncədaşlıq  etmişdi,  öz  dövrünə 
görə  ən  yüksək  təhsil  almışdı,  çox  geniş  dünyagörüşü 
vardı, xalq içərisində gözəl bir ziyalı, əlləri şəfalı bacarıqlı 
həkim  kimi  dərin  hörmət  qazanmışdı,  böyükdən-kiçiyə 
hamı ehtiramını saxlayırdı. Doğrudur, “əyalət”də (Şəkidə, 
Qubada...)  yaşayırdı,  ancaq  bolşevik  zülmü  altında  inlə-
yən  elinin,  yurdunun  dərdlərini  görən,  bunun  üzərində 
düşünən  və  dərdlərinə  əlac  etməyə  çalışan  görkəmli  bir 
millət  oğluydu.  İndisə  insan  döyərək  özünə  lazımlı 
ifadəni  almaqdan  savayı  heç  bir  bacarığı  olmayan,  yad 
millətlərin  iradəsini  yerinə  yetirən  bir  oyuncaq  kiçik 
leytenantsa  qaniçən  hakimiyyətin  ona  verdiyi  tapşırığa 
əsasən bu boyda SƏXSİYYƏTi aşalığamağa, onun doğma 
Xalqına, bu ana Vətənə düşmən olduğunu zorla boynuna 
qoymağa çalışır!.. 
Həkim  də  həkimdi  ha!  Öz  ləyaqətini  qoruyan, 
mənliyinə  hörmət  edən,  onu  sayanın  qulu,  saymayanın 
ağası  olan  Əliabbas  Qədimov  marionetka  müstəntiqləri 
yerində  oturdur  –  özlərinə  hörmət  etməsələr  də  ona 
hörmət  etməyə  borclu  olduqlarını  öz  dirənişiylə  başa 
salır!  Nəticədə  üç  çekist  yığışıb  ondan  Çekistbaşına 
aşağıdakı məzmunda şikayət aktı bağlayıb göndərir: 
“1937-ci il yanvarın 26-sı günü, Bakı şəhəri. 


 
111 
Mən,  aşağıda  qol  çəkən  ASSR  XDİK  DTİ  4-cü  şöbəsi  2-ci 
bölməsinin  əməliyyat  müvəkkili,  DT  kiçik  leytenantı 
Məmmədov  bu  gün  4-cü  şöbə  2-ci  bölməsinin  rəisi,  DT  baş 
leytenantı  yol. 
Atakişiyev’in,  XDİK  Qubadlı  RŞ  rəisi,  DT 
kiçik  leytenantı 
Nizaməddinov’un  və    DTİ  4-cü  şöbə  2-ci 
bölməsinin  əməliyyat  müvəkkili   
R.Zahidov’un  yanında  bu 
aktı aşağıdakı səbəbdən tərtib etdim: dustaq Qədimov Əliabbas 
Əli oğlu bu gün dindirmədə ona əksinqilabi müsavatçı fəaliyyə-
tini  sübut  edən  əsaslı  bilgilərin  təqdim  edilməsinə  baxmayaraq 
üstintaqın ünvanına mənfur böhtan ataraq belə dedi: 
“Mən  4-
cü dəfə həbs edilmişəm və belə gedərsə məni 14-cü dəfə də 
həbs  edə  bilərlər,  çünki  XDİK  siyahısında  adımın 
qarşısına quş qoyulub”. 
Bu aktı elə bu haqda tərtib etdik” 
(7, 117). 
Sənədi ardıcıllıqla Məmmədov, Atakişiyev, Nizaməddinov 
və  Zahidov  qollayıblar.  Ən  sonda  müttəhimin  özünə  də 
qol  çəkdirilib.  Bu  sözləri  gerçəkdən  dediyinə  görə  Əliab-
bas həkim imzasını atmaqdan boyun qaçırmayıb. 
Bu sənədə görə əslində istintaqa minnətdar olmalıyıq, 
çünki  o,  Ə.Qədimovun  sonra  dəhşətli  işgəncələr  altında 
boynuna  qoyulmuş  bütün  “etiraf”larını  dəyərsiz  edərək 
qüvvədən  salır  və  müttəhimə  bundan  sonra  söyləməyə 
məcbur  olduğu  bütün  boğazdan  yuxarı  ifadələrinə  görə 
BƏRAƏT QAZANDIRIR! 
Bu  akt  bir  daha  təsdiqləyir  ki,  dindirmə  protokol-
larında  rəsmən  iki  nəfərin  adı  yazılsa  da,  deməli,  onu  26 
yanvarda  olduğu  kimi  həmişə  ən  azından  4  nəfər 
dindirirmiş. Sözsüz ki, onların dustağa verdikləri cismani 


 
112 
işgəncələr,  psixoloji  sarsıntılar  protokollara  düşməyib, 
ancaq  bu  kiçik  akt  bir  həqiqəti  ortaya  qoyur  –  Əliabbas 
həkimi  dindirmək  asan  işdirsə  4  nəfər  niyə  bir  yerə 
yığışıb?! Deməli, müstəntiq onun savadı, məntiqi qarşısın-
da  aciz  qalıb  və  üç  nəfər  də  onu  axmaq  durumdan 
qurtarmaq üçün yardımına gəlib! Ancaq onların dördü də 
26 yanvar günü MƏĞLUB OLARAQ rəislərinə müttəhim-
dən şikayət ediblər! 
ŞAHİD AXTARIŞINDA 
“NKVD”, bir qayda olaraq, müttəhimləri dindirdikdən 
və onlardan özlərinə qarşı bacardıqca ifadə aldıqdan sonra 
müttəhimi  tam  “zərərsizləşdirmək”  üçün  şahidlərin 
“yardımından” da istifadə edirdi. Bu zaman çekistlər daha 
çox  ona  üstünlük  verirdilər  ki,  həm  məhbusu  daha  yaxşı 
tanıyan,  deməli,  onun  haqqında  daha  çox  şey  bilən,  həm 
də  onunla  şəxsi  münasibətləri  “hamar”  olmayan,  kin, 
qəzəb,  həsəd  və  başqa  amillər  üzündən  birinin  üstünə 
beşini  də  qoyub  danışan  şahidləri  aşkar  edərək  onların 
əliylə  öz  ittihamlarını  “sübut”  etsinlər.  Bəzən  vicdanını 
itirməyən,  heç  bir  hədə-qorxudan  çəkinməyən  şahidlər 
yalnız gerçəyi danışsalar da onların  ifadəsini  mənfi tərəfə 
yozurdular.   
İstintaqın əlində Ə.Qədimovun əksinqilabçı olduğunu 
sübut  edəcək  kəsərli  dəlil-sübutlar  yoxdu.  Bu  üzdən  də 
onun  əleyhinə  “kirləndirici”  materiallar  yığmaq  üçün 
XDİK  əməliyyat  müvəkkilləri  Şəkidə  və  Qubada  bir  sıra 
adamları  şahid  kimi  dindirərək  onlardan  həkimə  qarşı 


 
113 
ifadələr almağa çalışdılar. Ona görə “çalışdılar” deyirik ki, 
şahidlərin bəziləri müstəntiqlərin qara niyyətini bildiyinə 
görə tora düşməkdən var gücüylə yayınır, öz ifadələriylə 
Qədimova  ziyan  yetirməmək  üçün  əllərindən  gələni 
edirdi.  Bu  şahid  ifadələrinin  başlıca  özəlliyi  ondadır  ki, 
onların  söylədiklərinin,  demək  olar  ki,  hamısı  həqiqətdir 
və deyilənlərdə açıq-aşkar böhtan və iftira yoxdur. Ancaq 
bu  deyilənlərdən  “NKVD”-nin  sonra  necə  yararlanacağı 
başqa məsələdir. 
MƏHƏMMƏDİYYƏ ƏFƏNDİYEVİN 
 İFADƏSİ 
XDİK  DTİ  Şəki  Şəhər  Şöbəsi  4-cü  bölməsi  əməliyyat 
müvəkkilinin  köməkçisi,  DT  çavuşu  Xasayev’in  4  fevral 
1937-də  dindirdiyi  ilk  şəxs  1898-də  Şəkidə  doğulmuş, 
Bakıda  Proletar  küçəsi
38
 50  ünvanında  yaşayan,  ruhani 
oğlu, ali təhsilli, 1920-ci ildən kommunist Məhəmmədiyyə 
İbrahim  oğlu  Əfəndiyev  oldu.  O,  ifadəsində  bunları 
söylədi:  
“1919-cu  ildə  Şəkidə  ibtidai  məktəbdə  müəllim  işlədiyim 
zaman  Müsavat  Partiyasının  başçısı 
Məhəmmədəmin 
Rəsulzadə  Şəkiyə  gəldi, Şəkidə Müsavatın özəyini yaratdılar 
və  [Rəsulzadə]  həmin  özəyin  başçıları 
Xəlifəzadə  Məhəm-
mədəli’ni,  Qədimov  Abbas’ı  və  Mustafayev  Veysəl’i  təyin 
etdi.  Onlar  da  şəkililəri  öz  tərəfinə,  yəni  Müsavat  özəyinə  cəlb 
etməyə başladılar və bu adamları cəlb etdilər:  
                                                 
38
 İndiki Vidadi küçəsi. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə