Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə24/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

 
94 
Sual:  İstintaq  səmimi  olmadığınızı  bir  daha  bildirir. 
Siz  Şahmərdanovu  necə  tanımaya  bilərsiniz  ki,  bir-biri-
nizin yanına gedib-gəlmisiniz.  
Cavab: Yenə əvvəlki ifadəmin üstündə dururam. Ola bilər 
ki, belə bir adam mənə həkim kimi müraciət edib, ancaq mən elə 
adam tanımıram.  
Sual: Siz tərslik edirsiniz. İstintaq xəbərdarlıq edir ki, 
bununla  bağlı  müttəhim  Şahmərdanovun  özünün  izahatı 
var. İndi nə deyəcəksiniz? 
Cavab: Mən bu adamı tanımıram və xatırlaya da bilmirəm. 
Sual: Siz inad edirsiniz. İstintaqa dəqiq məlumdur ki, 
Şahmərdanov  Əbdülbaqi  həbs  olunana  qədər  Siz  onunla 
əlaqə  saxlamısınız,  bir-birinizə  gediş-gəlişiniz  olub. 
İnadkarlığa son qoymağınızı tələb edirik. 
Cavab:  Mən  indi  yalnız  bundan  qabaq  verdiyim  cavabları 
təkrar edə bilərəm. 
Sual: Siz istintaqdan Qəbulov Baba ilə olan əlaqənizi 
də gizlətmisiniz. Bu barədə nə deyə bilərsiniz? 
Cavab:  Bəli,  bu  adama  –  Qəbulov  Babaya  yaxşı  bir  tanış 
kimi bələdəm. O, mənimlə birlikdə yatıb - 1929-cü ilə kimi həbs 
olunaraq iş almışdı. 
Sual: Bəs bunu istintaqdan niyə gizlətmisiniz? 
Cavab: Mən onun adını istintaqda niyə çəkməliydim ki? 
Sual: Müttəhim kimi Siz yaxşı qarşılıqlı münasibətdə 
olduğunuz  bütün  adamların  adlarını  istintaqın  verdiyi 
suala cavab olaraq bildirməyə borclu idiniz, ancaq tanış-
larınızın arasında onunla bağlı bir kəlmə də deməmisiniz.  


 
95 
Cavab:  Mənim  istintaqdan  heç  nəyi  gizlətmək  niyyətim 
olmayıb.  
Sual:  Ancaq  Siz  hətta  tanışlarınız  içərisində  Qəbulov 
Babanın adını çəkməmisiniz.  
Cavab:  Əvvəlki  ifadəm  zamanı  bu  sadəcə  yadıma 
düşməyib.  
Sual: Qəbulov Baba Qubaya Sizin yanınıza neçə dəfə 
gəlmişdir? 
Cavab:  Qəbulov  Baba  Qubaya  mənim  yanıma  deyil, 
özünün xidməti işləri üçün gəlmişdir. 
Sual:  Qəbulov  Baba  Qubada  olarkən  Sizə  də  baş  çəkib.  Bu 
barədə nə deyə bilərsiniz? 
Cavab: Qəbulov Baba Qubada xidməti ezamiyyətdə olarkən 
mən onu evimə ən çoxu 2 dəfə nahara qonaq çağırmışam”.  
Müstəntiq, axır ki, əl  ilişdirməyə bir yer tapdı! Onsuz 
da, Baba bəy Qəbulzadənin də əsgisi tüstülüdür – onunla 
haçansa əlaqədə bulunmuş istənilən şəxsi “xalq düşməni” 
adlandırmaq  asandan  da  asandır.  Ə.Qədimov  onunla 
oturub-durduğunu boynuna alırsa bunun özü artıq onun 
əleyhinə olan, güllələmə maddəsinə bəraət verən ciddi bir 
“ləkələyici”  tutarqadır!  Bundan  sonra  ondan  qoparılan 
hər  bir  əlavə  cümlə  müstəntiqin  qazancıdır!  O  isə  fürsəti 
fövtə fermədən məsələni siyasiləşdirir:  
“Sual: Qəbulov Baba Qubada sizdə sonuncu dəfə olar-
kən Sizinlə onun arasında hansı siyasi söhbətlər getdiyini 
istintaqa açıqlayın? 
Cavab: Mən qəti olaraq bəyan edirəm ki, mənimlə Qəbulov 
Baba arasında siyasi mövzuda heç bir söhbət olmayıb. 


 
96 
Sual: Siz həqiqəti demirsiniz. İstintaqın Sizinlə Qəbu-
lov  Baba  arasında  həm  Qubadakı,  həm  də  Qubayadək 
olan  dövrdəki  siyasi  söhbətlər  haqqında  məlumatı  var. 
Boynunuza almayacaqsınızmı? 
Cavab: Ola bilsin ki, mənimlə Qəbulov Baba arasında kənd 
təsərrüfatının  kollektivləşdirilməsi  və  kollektivləşdirmə  ideya-
sının  təbliğ  olunması  haqqında  ÜİK(b)P-nin  qərarları  barədə 
söhbətlər  olub.  Ancaq  əksinqilabi  xarakterli  söhbətlər  etmə-
mişik”.
 
Doğrudur,  Ə.Qədimov  indiyədək  kommunistlərin 
zindanını  da,  onların  cəllad  xislətli  müstəntiqlərini  də, 
ilanı  yuvasından  çıxaran  dillərini,  min  bir  hiylələrini  də 
görüb,  sonda  onların  işgəncələrini  dadıb,  ancaq  yenə  də 
“ağıllanmayıb” – yalandan, hiylədən, fırıldaqdan uzaq saf 
təbiəti, sadəlövhlüyü onu müstəntiqin toruna salır və o da 
bu  toru  daha  da  dolaşdırmağa,  çıxılmaz  etməyə  çalışır. 
Müttəhim bir azdan ayılır və ağzından artıq söz qaçırdığı-
nı  duyur,  müstəntiqin  ondan  yeni  sözlər  qopara  bilmə-
məsi  üçün  bütün  iradəsini  toplayır,  onun  bütün  təzyiq-
lərini, dolaşdırıcı suallarını zərərsizləşdirmək istəyir.     
“Sual:  Sizinlə  Qəbulov  Baba  arasında  kollektivləşmə 
ilə bağlı söhbət olub, yoxsa “olması mümkündür”? İstin-
taqa konkret cavab verin. 
Cavab:  Aramızda  bu  söhbətin  olub-olmadığını  dəqiq 
xatırlaya bilmirəm. 
Sual: Siz birbaşa və konkret cavab verməkdən yayınır-
sınız. Dəqiq danışmağınızı bir daha tələb edirik.  


 
97 
Cavab:  Mənimlə  Qəbulov  Baba  arasında  kollektivləşmə  ilə 
bağlı söhbət olduğunu xatırlamıram. 
Sual:  Kollektivləşmə  ilə  bağlı  söhbəti  “xatırlamır-
sınızsa”, onda bu söhbəti haradan çıxardınız? 
Cavab: Aramızda bu cür siyasi-məişət söhbətləri ola bilərdi, 
ona görə də kollektivləşmədən söz etdim. 
Sual:  Sizinlə  Qəbulov  Baba  arasında  kollektivləşmə 
ilə bağlı söhbətin olduğunu demək olarmı? 
Cavab: Dəqiq deyə bilmərəm, ancaq olması mümkündür”. 
Beləliklə,  bir  an  öncə  kollektivləşmə  məsələsində  öz 
qurbanını az qala tələyə salmış müstəntiqin əli boşa çıxır, 
ancaq o, torunu yenə əlindən buraxmır, onu atmağa fürsət 
axtarır. 
“Sual:  Sizinlə  Qəbulov  Baba  arasında  daha  nə  kimi 
söhbətlər olub?   
Cavab: Mən və Qəbulov Baba həbsxanada birgə yatdığımız 
illəri  xatırladıq,  Qəbulov  Şəki-Zaqatala  üsyanı    zamanı  öz 
fəaliyyəti haqqında əhvalatlar danışdı. 
Sual:  Qəbulov  Baba  Şəki-Zaqatala  üsyanı  zamanı 
konkret olaraq hansı fəaliyyətindən danışdı? 
Cavab:  Qəbulov  Baba  Şəki-Zaqatala  qəzasında  banditlərin 
qaldırdığı  üsyan  vaxtı  onların  əleyhinə  gördüyü  işlərdən,  bu 
üsyanın  fitnəkar  xarakterli  olduğunu  kəndlilərə  izah  etməsin-
dən  və s. bəhs etdi”.
 
Oxucumuz  yəqin  ki,  bir  incəliyə  diqqət  yetirir  – 
Əliabbas  Qədimov  nəinki  özünü  müstəntiqin  hiyləgər 
suallarından  qorumağa  çalışır,  eyni  zamanda  Baba  bəy 
Qəbulzadənin  də  günahsız  olduğunu  anlatmağa  cəhd 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə