Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə27/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   23   24   25   26   27   28   29   30   ...   50

 
106 
lını ucadan oxutdurub və bunun üstündə işdən çıxarılıb (əslin-
də  onun  oxuduğu  jurnalın  özü  yox, 
Məhəmmədsəid  Ordu-
badi’nin  ona  qarşı  yazılmış  məqaləsində  gedən  sitatlardı),  az 
sonra həbs edilib; 
 
1930-dakı  Şəki  üsyanı  zamanı  Baba  bəy  Şəkidə 
çıxışında  sovet  hökuməti  və  kommunist  partiyasına  düşmən 
münasibət  bəsləyib  (ağ  yalandır!  Abdulla  əfəndi,  əksinə,  xalqı 
üsyandan  çəkinməyə  çağırıb,  Baba  bəy  isə  Şəki  üsyanı  zamanı 
Bakıda həbsdəydi, Şəkiyə gedə bilməzdi); 
 
Baba bəy Şəkidə çox vaxt antisovet  fabrikant 
Əsgər 
ağa  Məmmədov,  sürgündən  yeni  qayıtmış  qolçomaq  Lütful-
lah  Hüseynov,  Tabaq  Qurban və başqa antisovet ünsürlərlə 
oturub-durub,  onlarla  birgə  sovet  hökumətinə  qarşı  əksinqilabi 
millətçi  təbliğat  aparıb,  mövcud  rejimə  qarşı  kəskin  sözlər 
işlədib,  müsavatçılıq  ideyalarını  təbliğ  edib  (fakt  doğru  olsa  da 
yazılış  tərzi  “keçinin  su  bulandırması”dır).  Onda  müstəsna 
təbliğat-təşviqatçılıq  bacarığı  olduğuna  görə  ətrafdakılar  üçün 
sosial təhlükə doğurur. 
 Bütün həbsi boyunca yalnız bircə dəfə dindirilən Baba 
bəy müstəntiq Zelenski’yə deyib:  
“İkinci dəfə Azərb. Dövlət Siyasi İdarəsi (DSİ) 11.06.1927-
ci  ildə  məni  Qax  kəndində  həbs  etdikdən  sonra  Zaqatalaya, 
oradan  da  Şəkiyə,  daha  sonra  Bakıya  göndərilmişəm  və  istin-
taqım  Bakıda  aparılıb.  Eyni  iş  üzrə  mənimlə  birgə  Zaqatalada 
bunlar  da  həbs  edilib:  1)  həkim 
Qədimov  Əliabbas,  2) 
Nurullah  əfəndi  Qazızadə  -  müəllim,  “Əhrar”  partiyasının 
keçmiş  üzvü,  3) 
Ramazan  Qaracayev  –  alverçi,  4)  Əhməd 
Abdullayev  –  İstehlak  kooperativində  işləyirdi,  5)  Əhməd 


 
107 
Bərbərlinski  –  mülkiyyətçilərdəndir,  6)  Cahangir  –  soyadını 
unutmuşam, 7) 
[Yusifov]  Məhəmməd  Vahab  oğlu (soyadını 
unutmuşam) – alverçi, 8) və 9) 
Salamov  qardaşları:  Əlibala 

  Əliəkbər  –  zərgər  və  alverçilər.  [...]  Həkim Əliabbas  Qədi-
mov aramızda keçmiş es-er kimi tanınmışdı; o, İstanbulda oxu-
yub  və  1914-cü  ildə  (1917-ci  ildə  -  müəl.)  İstanbulun  sosialist 
təşkilarlarından  İsveçrədə  keçirilən  sosialistlərin  qurultayına 
nümayəndə  göndərilib.  [...]  Mən,  Qədimov,  Nurullah  əfəndi 
Qazızadə  cəzamızı  çəkərkən  həmişə  bir  yerdə  yatmışıq.  Həmin 
həkim  Qədimov,  bildiyimə  görə,  bir  neçə  ay  öncə  Qubada 
yenidən həbs edilib...”

Zelenski  Baba  bəyi  Məhəmmədəli  Xəlifəzadə  və  Veysəl 
Mustafazadə
  ilə  birgə  müsavatçılıq  təbliğatı  aparmaqda 
suçladıqda müttəhim onlarla yalnız müəllim yoldaşı kimi 
əlaqədə olduğunu bildirib. 
ÜÇÜNCÜ DİNDİRMƏNIN SONU 
Müstəntiq  Məmmədov  Əliabbas  həkimin  Baba  bəy 
Qəbulzadə  ilə  tanışlıq  və  görüşmələri  boynuna  almasını 
da qənimət sayaraq daha bu söhbəti uzatmır və keçir yeni 
“xanə”yə:                                                                                                                                                    
“Sual:  Siz,  sadəcə,  tərslik  edirsiniz.  Şəki-Zaqatala 
üsyanından qabaq Siz harada idiniz? 
Cavab: Üsyandan qabaq mən Şəkidə olmuşam. 
Sual:  Üsyan  ərəfəsində  Şəkidə  olarkən  üsyanın 
təşkilatçılarından  Nəbibəyov  Bəhram  bəy  və  Əfəndiyev 
Fərruxla  əlaqə  saxlamısınız.  Bunu  nə  cürətlə  inkar  edə 
bilərsiniz? 


 
108 
Cavab: Üsyandan qabaq Şəkidə olarkən Nəbibəyov Bəhram 
bəyi  tanıyırdım  və  onunla  tanışlığım  vardı,  ancaq  onunla  heç 
bir  əksinqilabi  əlaqə  saxlamamışam.  Onun  üsyanla  əlaqəsinə 
gəldikdə isə bildirirəm ki, o, həqiqətən üsyanın təşkilatçılarından 
biri  olub  və  bu,  mənə  üsyandan  sonra  bəlli  olub.  Fərrux 
Əfəndiyevi  tanıyıram,  onunla  yaxşı  münasibətdəyik,  ancaq 
yadımda  qaldığı  qədərincə,  üsyandan  qabaq  Şəkidə  onunla 
görüşməmişəm. 
Sual:  Siz  Nəbibəyovla  əksinqilabi  əlaqələriniz, 
Qəbulov  Baba,  Əfəndiyev  Fərrux  və  b.  ilə  birgə  üsyana 
hazırlıqda  iştirak  etməyiniz  üstündə  məsuliyyətindən 
yayınmağa  çalışırsınız.  İstintaq  bir  daha  sizdən  düzgün 
ifadə verməyi tələb edir”. 
Diqqət!!  Oxucumuz,  müstəntiq  öz  sualının  içərisində 
artıq  hakimin  güllələmə  hökmünün  bir  maddəsini 
yerləşdirib:  “Nəbibəyovla  əksinqilabi  əlaqə,  Qəbulov 
Baba,  Əfəndiyev  Fərrux  və  b.  ilə  birgə  üsyana  hazırlıqda 
iştirak”.  Bu  deyilənin  gerçəkliyini  müttəhimin  boynuna 
alıb-almaması elə də önəmli deyil – bolşevik çekistlər belə 
“əhəmiyyətsiz  xırdalıq”lara  heç  fikir  də  vermirlər. 
Müstəntiq  üçün  ən  önəmlisi  odur  ki,  dustaq  adı  çəkilən 
adamlarla  tanış  olduğunu  artıq  boynuna  alıb.  Onlarla 
tanışdırsa,  deməli,  görüşüblər;  görüşüblərsə,  deməli, 
əqidədaşdırlar;  əqidədaşdırlarsa,  deməli,  üsyanı  birgə 
hazırlayıblar; üsyan hazırlayıblarsa, deməli, məhv edilmə-
lidirlər,  vəssalam!  Stalin  dönəmi  məhkəmə-istintaq  siste-
minin özünü yormayan məntiqi beləydi!  


 
109 
“Cavab: O dövrdə üsyan hazırlandığını mən bilmirdim, bu 
haqda heç təsəvvürüm də yoxdu və bu haqda mənə heç kim heç 
nə  deməyib,  üsyan  haqqında  mən  hadisədən  sonra  eşitmişəm. 
Qəbulov və Əfəndiyevin üsyanın hazırlanmasında iştirak etmə-
lərinə gəlincə, bu da mənə heç nə məlum olmayıb, bunu ilk dəfə 
indi eşidirəm. 
Sual:  Siz  istintaqı  aldatmaq  mövqeyində  qalırsınız. 
Üsyan  ərəfəsində  Nəbibəyovla  əlaqə  saxlamağınız 
istintaqa məlumdur. O, Sizi üsyana hazırlıq işləri barədə 
məlumatlandırıb  və  Siz  bu  məqsədlə  Qaxa  Baba  Qəbu-
lovla  əksinqilabi  danışıqlar  aparmağa  getmisiniz. 
İstintaqa doğru ifadə verməyəcəksinizmi? 
Cavab:  Mən  dustaqdan  çıxdıqdan  sonra  Qaxa  Qəbulov 
Babanın yanına getməmişəm və üsyandan qabaq onunla görüş-
məmişəm.  Nəbibəyovla  ötəri  tanışlıqdan  başqa  digər  əlaqəm 
olmayıb.  O,  üsyana  hazırlıq  haqqında  mənə  heç  nə  deməyib. 
Üsyan haqqında isə yalnız hadisədən sonra xəbər tutmuşam. 
Sual:  Sizin  inadınız  əbəsdir.  Sizi  xəbərdar  edirik  ki, 
Qəbulov,  Əfəndiyev,  Nəbibəyov  və  başqaları  ilə  əlbir 
əksinqilabi  fəaliyyətiniz  istintaqa  bəllidir.  İstintaqa 
yalnız  doğru    ifadə  vermək  lazım  olduğu  haqqında  Sizi 
bir daha xəbərdar edirik”. 
Bununla da üçüncü dindirmə başa çatır. Müstəntiq öz 
rəisləri qarşısında lovğalana bilər – dustaq Qədimov Baba 
bəy  Qəbulzadə,  Bəhram  bəy  Nəbibəyov  və  Fərrux  bəy 
Əfəndiyevlə  tanış  olduğunu  gizlətməyib.  Onun  bu  kişi-
lərlə  əksinqilabi  fəaliyyətdə  olmasını  boynuna  almaması 
isə heç bir hüquqi problem yaratmır!..  


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə