Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə18/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   14   15   16   17   18   19   20   21   ...   50

 
70 
Sual:  Ancaq  Siz  bu  barədə  də  danışmısınız.  İstintaqa 
bəlli olan danılmaz faktları niyə inkar edirsiniz? 
Cavab: Mən bu yazılar haqqında heç nə bilmirəm. 
Sual:  M.Qorkinin  həbs  düşərgəsinə  gəlişi  zamanı 
müsavatçıların davranışı haqqında Sizə nə məlumdur? 
Cavab: Mən bu məsələ haqqında da heç nə bilmirəm. 
Sual:  Siz  qeyri-səmimi  ifadələr  vermək  yolunu  tutur-
sunuz.  İstintaq  sizi  xəbərdar  edir  ki,  M.Qorki  həbs 
düşərgəsində  olarkən  müsavatçıların  orada  davranışı 
haqqında  sizin  danışdıqlarınız  bizə  dəqiq  məlumdur. 
İnstintaq doğru ifadə verməyinizi tələb edir. 
Cavab:  Yadıma  düşür  ki,  bu  barədə  kimsə  mənə  danışıb, 
ancaq kimin danışdığını xatırlamıram. 
Sual: Bu məsələdən Sizə nə danışıblar? 
Cavab:  Mənə  danışıblar  ki,  M.Qorki  düşərgəyə  gəlib 
dustaqların  vəziyyətiylə  tanış  olmaq  istəyəndə  müsavatçı  məh-
buslar  cəza  veriləcəyindən  çəkinərək  heç  nə  danışmayıblar.  Bir 
müsavatçı  isə  dustaqların  guya  məhrumiyyətləri  və  “əzab-
əziyyətləri”  haqqında  M.Qorkiyə  məktub  verib.  Sonra  düşərgə 
rəhbərliyi bundan xəbər tutunca həmin “qoçağ”ı cəzalandırıb. 
Sual: Bunu Sizə kim deyib?  
Cavab: Xatırlamıram. 
Sual: Xatırlamağa çalışın. 
Cavab: Ya Rəhim, ya da Zəkəriyyə. 
Sual: Bu informasiyanın əksinqilabi böhtan olduğunu 
etiraf edirsinizmi? 
Cavab:  Bəli,  bu  məlumatın  əksinqilabi  böhtan  olduğunu 
boynuma alıram”.  


 
71 
Mədinə  xanımın  10  dekabr  1936-cı  il  tarixli  dindirmə 
protokolu burada bitir. Ancaq biz bu istintaqla bağlı bəzi 
tarixi arayışlar verməyə məcburuq.  
SOLOVETSK ÖLÜM DÜŞƏRGƏSİ
 
1920-ci  ildə  Azərbaycan  Cümhuriyyətinin  rəhbərliyi 
hakimiyyəti  bolşeviklərə  təhlil  verərkən  qəbul  edilmiş 
razılaşmada  qeyd  olunmuşdu  ki,  yeni  yaradılan  kom-
munist  hökuməti  əvvəlki  hökumətin  üzvlərinin,  Parla-
ment  deputatlarının  can  və  mal  toxunulmazlığını,  siyasi 
partiyaların  azadlıq  və  sərbəstliyini  təmin  edəcəkdir. 
Bolşeviklər  verdiyi  sözlərin  heç  birinə  əməl  etmədilər. 
Onlar  Azərbaycana  ayaq  basan  gündən  vətənimizi  qan 
gölünə  döndərdilər.  Bir  ayın  içində  tuta  bildikləri  bütün 
generalları  və  yüksək  rütbəli  başqa  zabitləri,  mühüm 
dövlət qulluğunda olmuş şəxsləri, deputatları güllələdilər, 
Nəsib  bəy  Yusifbəyli,  Fətəli  xan  Xoyski,  Həsən  bəy  Ağayev
 
kimi  nəhəng  şəxsiyyətləri  terror  yoluyla  aradan  götür-
dülər,  yerdə  qalan  dövlət  adamlarını  da  mühacirətə 
getməyə  məcbur  etdilər.  Onlar  Azərbaycanın  azadlığı  və 
müstəqilliyi uğrunda mübarizə aparmış, milli hakimiyyət 
dövründə  fəal  ictimai  mövqe  tutmuş,  müstəqil  dövlət 
quruculuğunda  iştirak  etmiş  soydaşlarımızın  təqib  edil-
məsini  bir  an  da  dayandırmadılar.  Artıq  1920-ci  il 
oktyabrın 10-da onlar 762 nəfəri də zindanlara atmışdılar.  
Söz  azadlığının,  fərqli  düşüncənin  qəddar  düşməni 
olan  bolşeviklər  kommunist  partiyasından  başqa  bütün 
partiyaların  fəaliyyətini  yasaqladılar.  Ən  böyük  zərbə, 


 
72 
əlbəttə,  müstəqilliyimizin  memarı  olan  Müsavat  Partiya-
sına  dəydi.  Bu  partiyanın  minlərcə  üzvü  məhv  edildi, 
həbsxanalara  salınaraq  ən  ağır  işgəncələrə  məruz  qaldı. 
Sovet  hakimiyyətinin  ilk  illərində  Leninin  layihəsi 
əsasında  uzaq  Ağ  dənizdəki  Solovetsk  adasında  həbs 
(əslində:  ölüm)  düşərgəsi  yaradılmışdı.  Oradan  sağ-
salamat  qurtulmaq  hər  oğulun  işi  deyildi.  Adadakı 
düşərgədə  yüzlərcə  müsavatçı  saxlanılırdı.  Onlar  burada 
insan  ləyaqətini  alçaldan  şəraitə,  bolşeviklərin  onlarla 
qeyri-insani  rəftarına  dözməyərək  etiraz  səsini  ucaldır-
dılar.  Siyasi  məhbusları,  o  sıradan  müsavatçıları  “xalq 
düşməni”,  başkəsən  quldurları  isə  “xalq  dostları”  adlan-
dıran  düşərgə  rəhbərliyi  iş  prosesində  kriminal  ünsürləri 
nəzarətçi təyin etməklə, onların cinayətkar əməllərinə göz 
yummaqla  müsavatçıları  aşağılayaraq  onların  həyatını 
cəhənnəm  əzabına  çevirmişdi.  Buna  dözməyən  müsavat-
çılar  mövcud  duruma  qarşı  üsyan  edərək  kütləvi  şəkildə 
ölüm  aclığına  başladılar.  Bu  aclıq  hərəkatı  bir  aydan  çox 
davam  etdi.  Həmin  siyasi  etiraz  hərəkatında  bir  neçə 
müsavatçı,  o  sıradan  Mədinə  xanımın  adlarını  çəkdiyi 
İbrahim  Axundov
  və  Əliəfsər  Nəcəfov  şəhid  oldular.  Solo-
vetsk  adasındakı  başqa  xalqların  dustaqları  Azərbaycan 
müsavatçılarının  insan  ləyaqəti  uğrunda  apardıqları  bu 
ölüm-dirim  çarpışmasını  heyranlıqla  izləyirdilər.  Müsa-
vatçıların  mücadiləsi  öz  bəhrəsini  verdi.  Düşərgə  rəh-
bərliyi onların  inadı qarşısında geri çəkilərək dustaqların 
iş və həyat şəraitini dəyişməyə məcbur oldu. 


 
73 
Solovetsk  adasındakı  ölüm  düşərgəsi  haqqında  qor-
xunc xəbərlər bütün ölkəni dolaşırdı. Yazıçı Maksim Qorki 
vəziyyəti  yerində  öyrənmək  üçün  ora  getmişdi.  Düşərgə 
rəhbərliyi  yazıçının  gəlişi  ərəfəsində  dustaqlara  hədə-
qorxu  gələrək  onlardan  tələb  etmişdi  ki,  gerçək  durumu 
məşhur  yazıçıdan  gizlətsinlər.  Ancaq  müsavatçılar  yenə 
də susmadılar. 
Solovetsk  cəhənnəmində  ölümə  məhkum  edilmişlər 
arasında  çoxlu  yaradıcı  insanlar  vardı.  Onlardan  biri  də 
haqqında  Mədinə  xanımın  danışdığı  Məhəmmədhəsən 
Baharlı-Vəlili
 idi. 
Bəlli  olduğu  kimi,  Azərbaycan  Cümhuriyyətinin  qısa 
mövcudluq  dönəmində  milli  tariximizin  qələmə  alınma-
sına  xüsusi  önəm  verilib.  O  zaman  Məhəmmədhəsən 
Baharlı
’nın  “Azərbaycan”,  Rəşid  bəy  İsmayılov’un  “Azər-
baycan  tarixi”,  Cahangir  Zeynaloğlu’nun  “Müxtəsər 
Azərbaycan  tarixi”  əsərləri  yazıldı.  Ancaq  XI  ordunun 
Azərbaycanı  işğal  etməsi  bu  əsərlərin  nəşrini  gecikdirdi. 
M.Baharlının əsəri 1921-ci, R.b.İsmayılovun əsəri isə 1924-
cü  ildə  Bakıda  nəşr  olundu.  Abbasqulu  ağa  Bakıxanov’un 
“Gülüstani-İrəm”iylə  birlikdə  bu  əsərlər  Azərbaycan 
tarixşünaslığında milli mövqedən yazılan  ilk və son elmi 
əsərlər  oldu.  Sovet  hakimiyyətinin  70  ilində  M.Baharlı  və 
C.Zeynaloğlu
’nun  əsərləri  yasaqlandı,  xalq  arasında 
yayılmadı və təbii ki, mənimsənilmədi (11, 4).  
 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə