Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə19/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   15   16   17   18   19   20   21   22   ...   50

 
74 
“MÜSAVATÇI QƏDİMOV ABBAS BƏYİ 
TANIYIRSINIZMI?” 
İndi  də  Mədinə  xanım  Qiyasbəylinin  16  dekabr  1936-
dakı  dindirilməsiylə  tanış  olaq.  Bugünkü  müstəntiq 
erməni  Ohanesov’dur.  Onun  sualları  daha  qərəzli,  daha 
məkrlidir.  Bütün  gücüylə  daha  çox  müsavatçı  aşkarla-
mağa  çalışır  ki,  “NKVD”-ni  idarə  edən  qardaşları  onları 
böyük zövqlə məhv etsin. 
Bu  dindirmədə  Əliabbas  Qədimova  da  mühüm  yer 
ayrılıb.  Çağdaş  nəslimiz  üçün  də  çox  maraqlı  olduğuna 
görə dindirmənin həmin bölümünü qısaltmadan veririk.  
“Sual: Sizə bəlli olan müsavatçıların hamısının adını 
yenə demədiniz. Hamısının adını çəkmək təklif olunur. 
Cavab: Daha heç kəsi tanımıram.  
Sual:  Yalan  danışırsınız.  Müsavatçı  Qədimov  Abbas 
bəyi tanıyırsınızmı? 
Cavab:  Mən  həkim  Qədimov  Abbas  bəyi
30
 tanıyıram.  O, 
mənim şagirdim 
Hüseynova Nazilənin əridir. Onu müsavatçı 
kimi tanımıram. 
Sual: Qədimovla şəxsən tanışsınız? 
Cavab: Bəli. 
Sual: Onunla harada və haçan tanış olmusunuz? 
Cavab: 1930-31-ci illərdə. Harada, xatırlamıram. 
Sual: Qədimov sizdə olubmu? 
                                                 
30
 Ohanesovun  saxtakarlığı  buradan  da  üzə  çıxır.  O,  güllələmə 
maddəsi  yaratmaqçün  Ə.Qədimovu  “bəy”  adlandırır  və  bu  sözü 
Mədinə xanımın da dilindən qeyd edir, halbuki bəy qızı olan Mədinə 
xanım heç vaxt bəy olmayana “bəy” deməzdi. 


 
75 
Cavab: Yox. 
Sual:  Bu,  doğru  deyil.  İstintaqa  məlumdur  ki,  Qədi-
mov  sizdə  bir  neçə  dəfə  olub,  1930-cu  ildə  də.  Etiraf 
edirsinizmi? 
Cavab: Qəti inkar edirəm. Qədimov bizdə heç vaxt olmayıb. 
Sual: Sizə xatırladıram: bu, 1930-cu ilin yazında olub. 
O zaman Qədimov Şəkidə işləyirdi. O, sizdə iki dəfə olub. 
Dəqiq müəyyənləşdirilmiş faktları inkar etməyin. 
Cavab: Qədimov bizdə olmayıb”. 
Göründüyü kimi, Mədinə xanım Əliabbas Qədimovun 
onlarda  olmasını  qəti  inkar  edir  və  bununla  da  həmin 
günkü  dindirmə  yarımçıq  kəsilir.  Ancaq  müstəntiqlər 
istədiyini  almayınca  əl  çəksəydilər  onlara  heç  “çekist” 
deməzdilər  ki!  Onlar  Mədinə  xanıma  necə  dəhşətli 
işgəncələr  veriblərsə  ertəsi  gün  –  17  dekabrda  başladılan 
və  üç  gün  fasiləsiz  (!!)  davam  edən  istintaqda  o,  əsasən, 
yeni müstəntiq Platonov’un istədiyi kimi ifadələr verməyə 
başlayır.  
“Sual:  Ötən  dindirmədə  Siz  həkim  Qədimovun  Sizə 
gəlməsini inadla dandınız. İstintaq Sizə bildirir ki, Qədi-
movun 1930-cu ildə də sizdə olmasını təsdiqləyən faktlara 
malikdir.  Sizə  məsləhət  görürük  ki,  istintaqa  müqavimət 
göstərməyə son qoyaraq, nəhayət, səmimi ifadə verəsiniz. 
Cavab: Boynuma alıram ki,  istintaqa bir sıra yanlış ifadə-
lər  vermişəm.  Səmimi  olmaq  qərarına  gəlmişəm.  Mən  müsa-
vatçıların  əhatəsindəydim.  Ən  yaxın  qohumlarım  – 
Mustafa 
bəy Vəkilov keçmiş müsavat hökumətinin daxili işlər naziri və 


 
76 
Rəhim  Bəkilov müsavatçıydı və buna görə mən də Müsavata 
rəğbət bəsləməyə başladım.  
Həkim 
Qədimov Abbasla belə tanış olmuşam: 1930-cu ilin 
yazında tanımadığım, özünü həkim Qədimov kimi təqdim edən 
bir  adam  evimə  gəlmişdi.  Onun  şagirdlərimdən  birinin  əri 
olduğunu  xatırladım.  Bunu  da  bilirdim  ki,  Qədimovu  1927-ci 
ildə Azərb. DSİ əksinqilabi fəaliyyət üstündə həbs edib.  
Mənə  tanışlıq  verdikdən  sonra  Qədimov  Şəkidən  gəldiyini, 
orada  qatmaqarışıqlıq  olduğunu  və  görünür,  təşkilat  fəaliyyət 
göstərdiyini  söylədi.  Onun  özü  Bakıda  olan  müsavatçılarla 
əlaqə  qurmaq  istəyir,  çünki  Şəkidəki  hərəkata  yardım  gərəkdir. 
Qədimov  mənə  bunu  da  bildirdi  ki,  xarici  Müsavat  mərkəziylə 
əlaqə  yaratmaq  və  ondan  yardım  almaq  məqsədiylə  şəxsən  özü 
Türkiyəyə getmək istəyir. O, Türkiyədəki müsavatçıların yerini 
ona  deyə  bilib-bilməyəcəyimi  soruşdu.  Mən  heç  bir  ünvan 
olmadığını,  hətta  ən  yaxın  qohumlarımdan 
Mustafa  Vəkilo-
vun Türkiyədə olub-olmadığını bilmədiyimi dedim. Mən onu da 
bildirdim ki, 
Sürəyya  Talıbxanbəyova
31
 İstanbuldadır, ancaq 
çətin ki, bundan bir şey alınsın. 
                                                 
31
 Sürəyya  xanım  Talıbxan  bəy  qızı  Talıbxanbəyova  özəlliklə  ilk 
Cümhuriyyət  illərində  Azərbaycan  tarixində  şərəfli  iz  buraxmış, 
Parlamentdə  qanunvericilik  şöbəsinin  rəisi  işləmiş,  sonra  Türkiyəyə 
mühacirət  etmiş  Hüseyn  bəy  Mirzəcamalov’un  –  Hüseyn  Camal 
Yanar’ın  (1884-1974)  bacısı  Xeyrənnisa  xanım’ın  qızıdır.  İstanbulda 
yaşayan  Sürəyya xanım  İstanbul  Universitetinin  ədəbiyyat  fakültəsini 
bitirib. Azərbaycanlı olan Prof. Dr. Məhəmməd Qarabağlı ilə ailə qurub. 
Prof.  Qarabağlı  fizikdi.  Sonradan  Amerikaya  köçərək  ikisi  də  orada 
vəfat  edib.  Cem  adlı  oğulları  olub.  (Bax:  Ədalət  Tahirzadə.  Prof. 


 
77 
Mən Qədimova Şəki avantürasına qatılmamağı da məsləhət 
gördüm. Sonra Qədimov xariclə əlaqə yaratmaqda israr etdiyinə 
görə ona belə əlaqənin olmadığını bildirdim”. 
Bundan  sonra  Platonovla  Mədinə  xanım  arasında  bir 
neçə sual-cavab gedir və inadkar müstəntiq ondan almaq 
istədiyi  cavabı  sual  şəklində  bu  cür  verir:  “Deməli,  Qədi-
mov Şəkidəki gizli əksinqilabi müsavatçı təşkilatın üzvü imiş və 
Bakıya əlaqə yaratmaq üçün gəlibmiş?”
.  
İndisə  dindirmə  protokoluna  Mədinə  xanımın  adın-
dan yazılmış cavaba diqqət yetirin: “Faktlardan göründüyü 
kimi,
  Qədimov  Şəkidəki  gizli  əksinqilabi  üsyançı  müsa-
vatçı təşkilatın üzvü imiş və Bakıya əlaqə yaratmaq üçün 
gəlibmiş”. Belə çıxır ki, Mədinə xanım hətta müstəntiqdən 
də sərtmiş və onun ifadələrinin üzərinə hələ bir “üsyançı” 
sözü  də  artırıb!  İndi  oxucumdan  soruşuram:  Mədinə 
xanımın Əliabbas Qədimovu satdığına, bütün bu yazılan-
ların müstəntiqlərin öz ssenarisi olmadığına inanırsanmı? 
İnanırsansa,  müstəntiqin  səmimiliyinə  şübhən  yoxdursa 
səni öz vicdanının mühakiməsinə buraxırıq... 
Nə isə, dindirmənin ardını izləyək: 
“Sual: İstintaqa o da bəllidir ki, Qədimov Şəki üsyan-
çı təşkilatına Baba Qəbulovun, onun atası Abdulla əfən-
dinin,  Nəbibəyovun  və  Fərrux  Əfəndiyevin  də  qatıldıq-
larını sizə bildirib. Bunu boynunuza alırsınızmı? 
Cavab: Qədimov  bu  haqda  mənə  heç  nə  deməyib.  Qəbulov 
Baba və onun atası Abdulla əfəndi haqqında başqa şey bilirəm – 
                                                                                                   
İbrahim  Yıldırımdan  ərməğan.  –  “Azərbaycan  müəllimi”  qəzeti, 
2012.III.30)
 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə