Microsoft Word Hazir kitab docx



Yüklə 3,57 Mb.
Pdf görüntüsü
səhifə11/50
tarix28.06.2018
ölçüsü3,57 Mb.
#52371
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

 
41 
Türk  Tibb  Tarixi  Qurumunun  qurucularındandır;  1940-
1949-cu illərdə onun başqanı olub. 
264  elmi  əsərin  müəllifidir.  “Elm  baxımından  əxlaq”  adlı 
200 səhifəlik kitabı yüksək dəyərləndirilir. Türkiyədə və 
dünyada bir çox elmi cəmiyyətlərin üzvü və başçısı olub 
[məsələn,  Türkiyə  Tibb  Akademiyasının  başçısı,  Hilali-
Əhmər  (Qırmızı  Aypara)  Cəmiyyətinin  qurucularından 
və  ikinci  başçısı,  BMT  Uşaqlara  Yardım  Türk 
Komitəsinin  başçısı,  Paris  Tibb  Akademiyasının  müxbir 
üzvü, Balkan Tibb Birliyinin qurucu üzvü və başçısı…]. 
Rəssamlığa  böyük  həvəsi  olub.  775  əsəri  durur.  Yazıb: 
“Rəsm  çəkməyin  təbabət  üçün  nə  qədər  mühüm  olduğunu 
bilsəniz  hamınız  rəssam  olarsınız.  Rəsm  çəkməyi  bilməyən 
həkim olmaz; bu, bir qanundur”.
  
Aqil  Muxtar  Ulu  Öndər  Mustafa  Kamal  Atatürk  xəstə-
lənən  zaman  onun  müalicəsiylə  məşğul  olaraq  sürəkli 
qeydlər  aparıb  və  son  günlərin  hadisələrini  həkim  gö-
züylə  sistemli  bir  şəkildə  yazıb.  Dolmabağça  Sarayında 
Atatürkün  rəsmini  onun  ölümündən  12  saat  35  dəqiqə 
öncə  karandaşla  çəkib  və  şəklin  altında  Ulu  Öndərin 
dəqiq ölüm tarixini yazıb. 
Tibb  aləminə  Aqil  Muxtarın  gətirdiyi  bir  sıra  yeniliklər 
bu gün də tətbiq edilməkdədir. 
 
Məşhur  azərbaycanlı  professor  Əli  bəy  Molla  Hüseyn 
oğlu Hüseynzadə (Turan) (1864-1940) şeyxülislam Axund 
Əhməd  Salyani
’nin  qız  nəvəsidir.  Peterburq  Universi-
tetinin  fizika-riyaziyyat  fakültəsini  (1889)  və  İstanbulda 
ali  hərbi  tibb  məktəbini  (“Məktəbi-Tibbiyyeyi-Əsgəriy-
yə”ni) (1894) bitirib. 1897-də başlayan Osmanlı – yunan 
savaşına həkim yüzbaşı olaraq qatılıb, Türk hərbçilərinə 


 
42 
xidmət edib. Savaşdan sonra 
dəri  və  zöhrəvi  xəstəlikləri 
müdərris (müəllim) yardım-
çısı  işləməyə  başlayıb.  An-
caq Rusiya təbəəsi olduğuna 
görə polis onu təqib edib və 
Azərbaycana  dönmək  zo-
runda  qalıb  (1903).  Ərəb, 
fars,  rus,  alman,  ingilis, 
fransız  və  yunan  dillərini 
kamil  bilib.  Azərbaycanda 
həkimlikdən  çox  jurnalist-
liklə məşğul olub və türkçü-
turançı fikirlər yayıb. Əhməd 
bəy Ağaoğlu
 ilə birgə “Həyat” qəzetini (1905-06) çıxarıb.  
Rus-yapon  müharibəsindən  sonra  durumdan  yarar-
lanmaq istəyən Türk dünyası öndərlərinin 8 aprel 1905-
də  Peterburqda  Rəşid  İbrahim’in  evində  keçirilən 
toplantıda  yer  alanlardan  biri  də  Əli  bəydir.  Xatırladaq 
ki,  Azərbaycandan  oraya  11  nəfərlik  xüsusi  heyət 
(Əhməd  bəy  Ağaoğlu,  Adil  xan  Ziyadxan,  Əlimərdan  bəy 
Topçubaşov,  Fərrux  bəy  Vəzirov
  və  b.)  göndərilmişdi. 
Həmin  heyət  Rusiya  baş  naziri  Vitte  ilə  görüşərək  fikir 
və diləklərini ona qəbul etdirə bilmişdi.  
1-ci  Rusiya  Müsəlmanları  qurultayına  (avqust  1905, 
Nijni  Novqorod)  qatılan  15  Azərbaycan  nümayəndəsin-
dən də biri də o olub.  
“Füyuzat” dərgisini nəşr edib (1906-07). Həmin dərgidə 
özəlliklə  məzhəb  baxımından  irançılığa  və  güclənməyə 
başlayan  ruslaşdırmaya  qarşı  Türklüyü,  Türklüğün 
saflığı və birliyi düşüncələrini irəli sürüb. Ə.b.Topçubaşov 
 
 
Əli bəy Hüseynzadə 
 


 
43 
Rusiya 1-ci Dövlət Duması dağıdıldıqdan, bir çox başqa 
deputatlarla  birgə  Finlandiyada  “Vıborq  bəyanna-
məsi”nə  imza  etdikdən  sonra  həbsə  atılaraq  qəzetçilik 
hüququndan  məhrum  edildiyinə  görə  rusca  “Kaspi” 
qəzetinə onun yerinə Əli bəy redaktorluq edib (1907).  
Bakıdakı  “Səadət”  məktəbində  “nazir”  (baxıcı,  indiki 
direktor)  və  Türk  dili  müəllimi  işləyib  (1908-10).  Həm 
rusların  təqiblərinə  görə,  həm  də  Türkiyədə  2-ci  Məş-
rutiyyət  elan  edildikdən  sonra  Bəhaəddin Şakir  və  başqa 
ittihadçı  dostlarının  dəvətiylə  “İttihad  və  tərəqqi” 
Partiyasının  işlərinə  qatılmaq  üçün  Türkiyəyə  dönüb 
(1910).  Bakıdan  ayrılarkən  bütün  ev  əşyasını  “Səadət” 
məktəbinə bağışlayıb.  
Türkçülük  idealının  bir  dövlət  fəlsəfəsi  olmasında 
mühüm işlər görən Əli bəy “İttihad və tərəqqi” Partiya-
sının  qurucularından,  onun  Mərkəzi  Komitəsinin  üzv-
lərindəndir (1910-18). İlk dəfə onun irəli sürdüyü “Türk-
ləşmək,  islamlaşmaq,  avropalılaşmaq”
  şüarını  daha  sonra 
Ziya  Gökalp
  “Türkləşmək,  islamlaşmaq,  müasirləşmək” 
şəklində inkişaf etdirib. 
O,  Türkiyədə  İstanbul  Universitetində  çalışmağa 
başlayıb. Buradakı “Türk Ocağı”nda, “Türk Yurdu” dər-
gisində  fəal  iş  aparıb.  Yusif  Akçura’nın  başçılığı  altında 
İstanbulda qurulan “Rusiya Məhkumu Müsəlman Türk-
Tatarların  Hüququnu  Müdafiə  Komitəsi  (Cəmiyyəti)” 
önəmli işlər görüb. Bu cəmiyyətdə fəal çalışanlardan biri 
də Əli bəydi.  
1917-ci  ildə  o,  bu  kitabın  qəhrəmanı  Əliabbas  Qədimov, 
Aqil Muxtar
 və Nəsim Müslih’lə (Nissim Mazliyah Kazez’lə) 
birlikdə  Stokholmda  keçirilən  sosialistlərin  beynəlxalq 
qurultayına qatılıb və 14 iyul 1917 günü mühüm bir nitq 


 
44 
söyləyib
13
.  Həmin  nitqində  Avropadakı  sosialistlərin 
“sosialistlik iddiasına rəğmən kapitalist zehniyyət içində 
qaldığını”  bəyan  edərək  imperializmin  Türkiyəyə 
yönəlik  hücumlarını  dilə  gətirib.  Qurultayla  bağlı  özü 
yazır:  “Stokholmda  məzkur  Dünya  savaşının  önünə  keçib 
müharibələri bir an əvvəl ümumi bir sülhə qovuşdurmağa bir 
yol  tapmaq  üçün  toplanmaq  istəyən  beynəlmiləl  sosialist 
konfransına  Türk  işçisi  adından  prof. 
Aqil  Muxtar  və 
mərhum 
Nəsim  Masliyuh  (Məclisi-Məbusan  üzvü)  ilə 
birlikdə mürəxxəs olaraq getdik... İngilis və fransız sosialistləri 
gələ  bilmədiklərindən  (hökumətləri  mane  olmuşdu)  məzkur 
konfransdan  bir  nəticə  çıxmadı  isə  də,  biz  məzkur  qayə  ilə 
orada  çalışan  sosialist  Hollandiya-Skandinav  komitəsinə 
haqqımızı müdafiə yollu bir muxtıra
14
  verdik və sosialist alə-
minə  Türk  diləklərinin  haqlı  olduğunu  anlatmağa  çalışdıq. 
Bundan  başqa,  İsveç  paytaxtına  gələn  rus  sosialist  mürəx-
xəsləriylə
15
 faydalı təmaslarda bulunduq... Stokholmda bulun-
duğumuz  müddətdə...  ermənilərin  əleyhimizdəki  propa-
qandalarına  qarşı  antipropaqanda  yapmaq  məcburiyyətində 
qalmışdıq”
16

1918-ci  ildə  Əli  bəy  Hüseynzadə  Batumda  Zaqafqaziya 
Federasiyası  hökumətiylə  sülh  bağlamaq  istəyən 
Osmanlı nümayəndə heyətinin başçısı, xarici işlər naziri 
                                                 
13
 Həmin nitqin mətniylə tanış olmaq üçün bax: Yıldırım Koç. İlk 
Türkcüler'den  Hüseyinzade  Ali'nin  Uluslararasi  Sosyalist  Kongreye 
Tebliği. – Aydınlık, 20 Nisan 2008.
 
14
 Memorandum. 
15
 Nümayəndə heyəti üzvləriylə. 
16
Bax:  http://www.gunaz.tv/xaber/eli-bey-huseynzade-bioqrafik-
muxteser-melumat. 


Yüklə 3,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə