310
saxlaya bilmədi. Layihə bürosuna zəng etdi, adam yox idi. Poladovu
çağırdı:
- Yoldaş Poladov, siz müsabiqəyə gələn əsərlərə baxmısınız, ya yox?
- Yox, ay Vəzir, heç baş aça bilməmişəm. Məni gözləməyin, işləyin, bir-
bir əldən çıxsın.
- "Ürək" layihəsini görməmisiniz?
- Göndərmişdilər, baxa bilmədim, doğrusu.
- Mən baxmışam ona.
- Necədir?
- Qəribədir!
- Nə sarıdan?
- Müəllifınin heç adi riyazi savadı yoxdur.
- Elələrini atın kənara, vaxt itirməyin!
- Qorxuram hər ötən ağlına gələni çəkib ata üstümüzə, vaxtımız...
- Ləyaqətsiz şeyləri müzakirəyə qoymaq əbəsdir. Əvvəl, ötəri də olsa,
bir yoldaş gərək baxıb seçsin. Mən Gəldiyevə tapşıraram. Elə boş şeyləri
göndərməsinlər.
Vəzirbəyli telefonu təzəcə yerə qoymuşdu ki, zəng çalındı. Gəldiyev
"Ürəy"ini soruşdu:
- Professor, keyfiniz, zadınız? Uşaqlar necədir? Layihəyə baxdınız
yəqin, hə? Sizi çox yormadı ki?
- Yox, Gəldiyev, yormadı, heyran elədi.
Gəldiyev sevindiyindən qışqırdı:
- Heyran elədi? Baxanların hamısına belə təsir bağışlayır.
- Heyran olursan, bərk də əsəbiləşirsən!
Yəni yaxşı əsərlərin azlığına əsəbiləşirsiniz? Eybi yoxdur, yavaş-yavaş...
- Adamları tanıya bilməməyimizə əsəbiləşirəm.
- Doğrudur, hələ biz kadromuzu tanıyıb qiymət qoya bilməmişik.
Kadro nədir, idarəmizin də qədrini bilmirik. Əlbət ki, layihələri ilə
özlərini göstərənləri ləyaqətli vəzifələrə çəkib qoymaq lazımdır. Zənnimcə,
bunu hökumət özü eləyəcək. Məsələn, plan idarəsində niyə bir yaxşı
kommunist mühəndis oturmasın?! Narkom mütəxəssis olsa, əlimizi qaralar!
- Mən o babətdən demirəm, texniki vəzifə bəzən axmaq adam əlindədir.
311
- Aydındır ki, müsabiqə yarış vasitəsilə bu qüvvətli yoldaşları aşkara
çıxaranda, naşı-maşının da dalından dəyəcəyik.
- Bu barədə deyə bilmərəm. Amma inşaat idarələrimizi belələrinin
əlindən almalıyıq.
Gəldiyev çaşan kimi oldu.
- Söhbət kimin haqqındadır.
- Elə həmin adamın, "Ürək" müəllifınin haqqında. Mən bu layihəyə
baxanda doğrudan heyrət etdim. Nə təhər olur, belə adamlar mühəndis adı
alırlar? Əsərin başında müəllifm bir məktubu var ki: - injenerəm, filanam,
görəsən hansı idarəni kor qoyur...
Gəldiyev bir ah çəkdi:
- Deməli bəyənmədiniz, hə?
- Bəyənmək nədir əşi! Məncə, qeyri-qanuni də olsa, bu adamın paketini
açmaq, harada işlədiyini bilmək, tezliklə qovmaq lazımdır.
Layihə işindən xəbəri yoxdur. Allah göstərməsin belə mühəndisləri...
Gəldiyev elə bir ah çəkdi ki, hənirtisini Vəzirbəyli də eşitdi:
- Nə cəhətdən yaramır, yoldaş Vəzirbəyli?
- Nə cəhətdən? Deyinən nə cəhətdən yarayır? Pinti bir məktəb şagirdinin
cızmaqarası! Nə artıq, nə əskik. Guya küçələri çəkir: Bayıldan Ağ şəhərəcən
uzanan küçəni heç bir küçə kəsmir. Bir küçədən o birisinə keçmək üçün
damlardan hoppanmaq lazım gələcək. Evlər üst-üstə minib. Bu üzdəniraq
mühəndis şəhəri susuz, yolsuz, hərəkətsiz təsəvvür edir. Bina yığını!
- Doğrudan?
- Ayrı aləmdir!
Professor dedikcə göy kağız gözü önündə açılır, nöqtələr, cizgilər
görünür, Gəldiyevin səsi onu daha da qəzəbə gətirirdi.
- Yaxşı, - dedi, - göndərin görək nə olur.
Bu həmin Vəzirbəylidir ki, Gəldiyevin diplom alandan sonra ilk tikinti
işinə irad tutmuş, hörmətdən salmışdı.
Məktəbi qurtaran kimi, Gəldiyevə Bayılda fəhlə uşaqlarına tikiləcək
səliqəli bir bağçanın layihəsini verdilər: "Başla, tik!" dedilər. Gəldiyev
əvvəl layihəni gözdən keçirdi; o yana çevirdi, bu yana çevirdi; axtardı, əl
qoyulmalı bir qulp tapdı.
- Görün, - dedi, - dövlət pulunu göyə necə sovururlar! Bu bağça ki
klubun böyründə tikilir, buna təzədən yan divar götürmək nəyə
312
lazımdır. Hazır yapışdır klubun divarına, filan qədər pul da hökumətin
cibində qalsın.
Gəldiyev ağıla batan söz danışırdı. Raysovetin mühəndisi onun fıkrini
bəyəndi, öz idarəsində ağız dolusu təriflədi:
- İnjener buna demişəm, bax, dünən qurtarıb, bu gün camaatın səhvini
tutur. Elə səhvlər tapır, mat qalırsan.
Hərçənd bu barədə layihə sahibi ilə danışmaq lazım idi, ancaq Gəldiyev
tikinti gecikməsin deyə, fəhləni töküb işlətdi. Bir ayın ərzində binanın
divarları tikilib qurtardı. Təsadüfən Gəldiyevin bədbəxtliyindənmi, layihə
çəkən mühəndisin xoşbəxtliyindənmi, Vəzirbəylinin yolu Bayıla düşdü
(Verdiyev sonra Gəldiyevi inandırmışdı ki, Vəzirbəylinin baş qaşımağa
macalı yoxdur, dərsin saatına yüz manat alır, nə düşmüşdü öz başına Bayıla
gəlsin. Onu gətirən var). Vəzirbəyli qıraqdan dayanıb, bağça binasını
nəzərdən keçirdi:
- Bunu sən tikirsən də?
Gəldiyev sinəsini irəli verdi, layihənin səhvini danışdı, ancaq Vəzirbəyli,
deyəsən, ona qulaq asmırdı. Qolundan tutub kənara, binanın beş-on
addımlığına çəkdi, dayandı. Fasadı göstərdi:
- Bir bax!
- Mən çox baxmışam, siz də baxın!
- Düzdür bu?
- Düzdür!
- Dəvənin boynu kimi düzdür!
Gəldiyev başa düşmədi. Vəzirbəyli bir də işarə elədi.
- Yaxşı bax!
Gəldiyev diqqət eləyəndə qızardı. Vəzirbəyli binanın sağ tərəfinin bir
metroya qədər uzun olduğunu göstərib soruşdu:
- Başa düşürsənmi?
- Düşürəm, bəli düşürəm.
- Yaxşı oldu ki, düşdün, belə yerdə deyiblər, qaş qayırarkən göz
çıxardırsan. Simmetriya hanı bəs?
Vəzirbəyli Gəldiyevin üzünə baxdı. Gəldiyev gözünü divarlardan
ayırmadı. Vəzirbəyli dedi:
- Əminəm ki, axırıncı dəfə olacaq.
O oldu-bu oldu Vəzirbəylinin yanında Gəldiyevin dili gödək idi. Əlacı
olsaydı, "Ürəy"i onun sərəncamına göndərməzdi. Lakin yaxşı bilirdi ki, tez-
gec bu əsərə o baxmalıdır. Qabağa və tələsiyə salıb,
Dostları ilə paylaş: |