316
Bəziləri də muğamat sözünü eşidib gəlmişdilər. Onlar o qədər mahnı
eşitmişdilər ki, bezmişdilər. Musiqi aləmindən muğamatın qovulduğunu
düşünür, səbəbini bilmir, soruşınağa da cürət etmirdilər. Elanda "muğamat"
görüb, bilet dalınca yüyürmüşdülər.
Bəziləri də sadəcə "müsamirə" sözü üçün gəlmişdilər. Bunlar o
adamlardılar ki, şəhərdə bir tamaşa buraxmazdılar. Boş olan axşamlar
başlarından ağrı tutar, kütlənin mədəni istirahətini təmin edə bilmədiyi üçün
incəsənət idarəsini tənqidə başlayarlar. Bunlar nə musiqi, nə tamaşa, nə
məclisin məzmunu ilə maraqlanarlar. Bunu onlara nöqsan tutmaq da olmaz;
çünki məzmun ilə qeyri-məzmunun təfavütünü seçməzlər. Bunlar ya
libaslarını səyyar sərgidə göstərmək üçün, ya filan qızı (ya oğlanı) fəth edib
ələ gətirdiklərini nümayiş,etdirınək, ya da məclisdə söhbət düşəndə
"görmüşəm", "getmişəm", "eşitmişəm" demək, "mədəni" adlanmaq üçün
can atırdılar. İlk cərgədə oturarlar, dal cərgədəkiləri adam hesab etməzlər.
Tez-tez dönüb baxar, onların qabaqda kimlər oturduğuna diqqət yetirib-
yetirmədikləri ilə maraqlanarlar. Bunlar, demək olar ki, müsamirədə çıxış
etməli olanlardan az hazırlaşmazdılar. Libaslarından, bər-bəzəklərindən
başqa, necə tərpəşəcəklərini, tənəffusdə necə kürsüdən ağır-ağır qalxıb
çıxacaqlarını, əvvəl hansı ayaqlarını atacaqlarını, yaylığı hansı əllərinə
alacaqlarını, bir tanış gördükdə necə kübarcasına, gözucu salam
verəcəklərini, ibarələr lüğətcəsindən necə istifadə edəcəklərini, rus
sözlərinin axırında səslərini necə alçaldacaqlarını məşq edirlər.
Məşhur artistlərin çıxışında intizar keçirərlər, çıxışın qurtarmasını
gözləyərlər, dərhal əllərini bir-birinə döyüb şaqqıltı salarlar, artist gəlmək
istəmədikdə ayaqlarını da yerə döyər, qışqırarlar. Bəzən elə şirin söhbət
mövzusu taparlar ki, tənəffüs heç yadlarına düşməz. Gözləri səhnədə olsa
da, etina etməz, başlarını cütləşdirib, danışarlar:
- Sən öləsən, arvad həmişə konsertə gəlməyə can çəkir. Onun ucundan
gecikirəm.
- Sabir öz hekayələrində bu barədə göstərib.
- Sən Sabiri deyirsən. Füzulinin podval məqaləsini oxumuşam.
- Hansı məqaləsidir, adə, gözümə dəyməyib?
- İki arvadlılar barəsində. Ruscasını oxumuşam. Bizim dildə yoxdur.
- Həlbət ki, ruscası yaxşıdır. Bizdə şair yoxdur ki, o kişilərin Plexanov
kimi, İvan Qroznı kimi şairləri var.
317
- İvan Qroznı? Deyəsən bu şair mənə tanış gəlir.
- Gürcüdür də, Qruziyadandır. Hələ mən uşaq idim, bunların şeirlərini
əzbər bilirdim, nədir o, tülkü ilə qarğanın poeması, lap qiyamətdir!
- Azərbaycancası yoxdur?
- Var, Füzuli perevod eləyib, ancaq ruscasının ləzzətini vermir.
Azərbaycanca elə-belə danışasan, şeirdə qafiyə məsələsi var axı.
- Əyə, sən ki, bu zəhrimar şairliyi bilirsən, niyə yazmırsan?
- Yazsam, axı indikilərin çörəyinə bais olaram.
- Yox, zarafatsız, sən yaz!
- Zarafatsız deyirəm, şairlərə bais oluram. Odur ki, qoymurlar.
Adamın qabağına daş dığırlayırlar.
- Əşi, sən qəşəng yazandan sonra kim nə deyəcək?!
- Sözdür danışırsan da. İndi ki açıldı, deyim: bir poema yazmışdım, özü
də belə (baş barınağını dikəldib, göstərir) mirovoy, töküldülər üstümə,
qoymadılar üzə çıxa.
- Nədən yazmışdın?
- Götürmüşdüm Fərhad adında bir əsgəri. Səngəri vurub dağıdır, çıxır
üzə, bomba ilə düşmənin yeddi batareyasını batırır, bir pulemyotla bir
diviziya qırır. Bir diviziya da qaçır. Apardım redaktora.
- Redaktor nə dedi?
- Söz tapmadı, dedi: apar, yazıçı Mirzə Maarifə.
- Mirzə Maarif necə, bəyəndi?
- Bəyəndi-bəyənmədi bilmirəm, amma çox güldü.
- Yəqin çox xoşuna gəlib! Verdimi çapa?
- Yox!
- Bəs nə dedi?
- Dedi ki, gərək qızıl əsgərin adını dəyişəsən.
- O niyə? Fərhad yaxşı addır ki?
- Dedi, Fərhadı qarala, Əlinin qəzəb oğlu yaz! Deyəsən qarabağlıdır, ona
görə...
- Səni ələ salıb.
- Yox əşi, tanışdır, elə adam deyil.
- Ondansa həzrət Abbas yaz da. Bəs axırı nə oldu?
- Gördüm nəm-nüm eləyir. Götürdüm, yerinə redaktordan şikayət
yazdım!
- Bəs axın?
- Cavab gözləyirəm. Gərək bu günlərdə gələ.
318
- Gələr, gələr inşallah, poçta tez-tez get! Qoy ləngitməsinlər...
Bir qisim adamlar da Səttarzadənin müsamirəsinə iş üçün gələnlərdir.
Ya görüş təyin etmişlər, ya güdməyə gəlmişlər. Belələrinin Səttarzadəyə
xeyri olmadığı kimi, maneçiliyi də yoxdur. Onların çoxu dal cərgələrdə
oturar, gəlib-gedənə göz yetirərlər. Zalda dünya dağılsın - oxusunlar,
çalsınlar, ya heç oxumasınlar, çalmasınlar, onlar üçün fərqi yoxdur. Bunlar
otuz, qırx nəfərin səsləndiyi xora çığır-bağır adı verirlər. Özü də bu "çığır-
bağırın" əvvəlcədən bir şey üçün - solo oxuyan qızın nəfəsini dərməsi üçün
hazırlandığına inanmırlar.
Müsamirədə bu cür adamların olduğuna hamıdan artıq darıxan Vahid
idi. Vahid Rübabə ilə sağ tərəfdə, beşinci cərgədə oturmuşdu. Müsamirənin
başlanmasını gözləyirdilər. Sarıyanız, ucaboy, şıq geyimli bir kişi gözucu
salam verib, onların yanından ötdü. Vahid Rübabəyə döndü:
Deyirsən danışma. Görürsən bunu! Səhnədən də tanıyırsan, yəqin onu
şəxsən tanımayanlar yüksək rəydədirlər.
- Mahir aktyordur. Baş rollarda çıxır.
- Mən də bəyənirəm, ancaq yüngüldür. Bəlası budur. Yalnız səhnədə
deyil, həyatda da artistdir. Halbuki mən istərəm artistin də alim kimi, ədib,
diplomat, filosof kimi qırılmaz təmkini, zəngin daxili aləmi olsun. İçində
küləklər əsınəsin. Artistin demədiyi də mənalı olmalıdır.
Doğrudur, artistliyə görkəm, zahiri elamətlər də lazımdır; lakin
zaldakılar yalnız göz və qulaqdan ibarət deyillər. Onlarda zərrə seçən bir
hiss var. Qəlb, zövq, diqqət var. Artistdən ağırlıq, vüqar istəyirlər.
Yüngüllük insanın qiymətini də yüngül edər. Biz xalq içində artistin
hörmətini daha da qaldırmalıyıq. Onda analar keçmişdəki kimi həyasız
qızlarına yox, ismətli qızlarına artist deyərlər...
Adamlar dəstə-dəstə gəlib, yerlərini tuturdular. Gəldiyev səhnə tərəfdən
keçib, Vahidgilin yanından tünd yel kimi ötdü. Vahid onu gördü, özünü
görməməzliyə vurub, nəzərini yayındırdı.
Gəldiyev müsamirənin lap əvvəlindən burada idi. Nə üçün gəldiyini özü
də bilmirdi. Onu bilirdi ki, yetişən kimi vurnuxub Rübabəni axtardı və tapdı
da. Lakin o, Rübabəni belə tapmaq istəmirdi. Dal qapıdan baxıb onu qoşa,
uzun hörüklərindən tanıdı. Ürəyində dedi: "Ay zalım qızı, gözəllər
karvanına qatılsan da səni seçərəm".
Vahidi onun yanında görüb pərt oldu. Adəti üzrə dodağını gəmirdi, əlini
kəmərinə keçirib bir az dayandı. Sonra fikirləşdi ki: "Düşmənə
Dostları ilə paylaş: |