307
mat verirdi. Geldiyev vacib işi olanlar kimi oturdu. Mikayılovun başı
ayılanda kürsünü yaxına çəkdi.
- Bəs Nayıbovu çağırmadınız?
- Çağırdıq, gedəsi olmadı.
Gəldiyev qaşlarını düyüb, təəccüblə soruşdu:
- Niyə?
- Ayrı işi var, məşğuldur!
Gəldiyev hirsləndi:
- Canım, işi-zadı yoxdur, mən yaxşı bilirəm, bir smen işləyir.
- Özü xüsusi çalışır, deyəsən "Yeni Bakı" müsabiqəsində iştirak edəcək,
qoy mane olmayaq.
Gəldiyev içi boşalmış maşın kimi dayandı. Nitqi kəsildi, deyəsən onun
ürəyinə gələn, uzaq bir güman saydığı şeylər həqiqət olurdu.
- Nə bildin?
- Özü deyir.
Gəldiyev əlini tovladı:
- Hay, hay!..
Mikayılov soruşdu:
- Necə bəyəm, bacara bilməz?
Gəldiyev istehza ilə dedi:
- "Əbləh köpək qaysavadan pay umar". Hələ şübhə altından çıxmayıb,
özünü doğrultmayıb, istəyir dövlətdən mükafat alsın, hay, hay!
Mikayılov güldü:
- Nə guruldayırsan ə!.. Hər kəs desə də, sən gərək bu söhbəti ağzına
almayasan. Jürinin katibisən, deyərlər qabaqcadan...
- Katibdə nə ixtiyar var. Qiymət qoyanlar ayrı adam... Mən ancaq yazı-
pozusuna baxıram. Amma öz aramızdır, məscidin qapısı açıq oldu, itin
həyasına nə gəlib? Yoldaş Mikayılov, doğrudan da bəzi qanunlarımıza
heyran qalırsan, ötənin belə böyük işə barmaq qoymasına niyə imkan verək
axı? Sən özün bilirsən ki...
Mikayılov ayağa qalxdı, stolungözünü bağlayıb açarı cibinə qoydu.
Gəldiyev layihə bürosundan zəng vurub Vahidi çağırdı, onunla
görüşməyi vədələşdi, ancaq səbəbini gizlətdi. Axşam saat səkkizin yarısında
mərkəzi kitabxananın qabağında Vahidi tutdu:
- Hara belə, Vahid?
- Kitabxanaya!
308
- Keflər, əhvallar?
- Sağ olun.
Gəldiyev boynunu qaşıdı. Səhərdən bəri başında hazırladığı fıkri Vahidə
deyə bilmədi. Boğazı tikilmiş kimi səsi çıxmadı, dili dönmədi.
"Bəzən adam uzun düşünüb ölçür, biçir, müəyyən nəticəyə gəlir. Həmin
nəticə ilə iş görmək, qədəm basmaq istərkən bir saniyənin içində fıkri
dəyişir, daha faydalı bir məsləhət yadına düşür..."
Gəldiyev bunları fikirləşəndə şüur, ona yetişməli olan bir meyvə kimi
gəldi. Bu meyvəni istiyə tutmaqla, küləyə verməklə, dərib gün qabağına
qoymaqla vaxtından qabaq yetişdirə bilməzsən.
Budur, elə bu dəqiqəcə Gəldiyevin məsləhətləri alt-üst oldu. İndi anladı
ki, əbəs yerə Vahid ilə görüşür, ona heç bir şey deməyəcəkdi və demək də
məsləhət deyil. Vahidlə söhbəti daha münasib bir vaxta qoydu:
- Eləcə görüşmək istəyirdim, yadıma düşmüşdün!
* * *
"Yeni Bakı" plan-layihəsinin müsabiqəsi haqqında təlimat üçün plan
idarəsi sədri, mühəndislər, memarlar yığılmışdılar. Gəldiyev də sədrin
yanında əyləşmiş, əlində qələm danışanları qeyd etmək niyyətində idi. Onun
gözü Vahidə sataşanda lap yəqin etdi: "Köpək oğlu iştirak eləyəcək".
Müşavirədən sonra onu yanlamaq, qulağını doldurmaq fikrinə düşdü:
"Məbadə, məbadə belə şeyə vaxt sərf edəsən. Elan olunmağına baxma,
layihənin əsil müəllifləri də var, mükafat alası adamlar da məlumdur,
kimdir. Müsabiqə elə-belə, tak sebe, quru rəsmiyyətdir. Şəhərdə iki yüz-üç
yüz mühəndis var, hərə bir layihə çəkib gətirsə, baxıb qurtarmaq olmaz,
hamı da işdən avara qalar. Bir də bu elə şeydir ki, uzağı üçcə dənə, ya ikicə
dənə lazımdır. Artıq nəyə lazımdır. Lap yaxşı çəkən olsa da, heç üzünə
baxmayacaqlar. İndidən işarə elədikləri adama tapşırıblar, onunku da qəbul
olunacaq, vəssalam. Burada işdən başqa, səndən nə gizlədim, adamın özünə,
anketinə də fıkir verirlər. Baxırlar da nəçidir, necədir, nə sayaq adamdır,
yoxsa bir ətək pulu çölə tökməyiblər. Yazıqsan, get nağd işə yapış..."
Gəldiyev bu məsləhətləri ilə Vahidi bişirəcəkdi. Deyəsən onun ürəyinə
bir həqiqət damdı:
309
"Sən yüz de, Vahid bildiyini edəcək. Ay inandırdın ha!" Gəldiyev ayrı
yol seçdi. "Qoy otursun, çalışsın, özünü öldürsün. Bu zəhrimar bizim
əlimizdən gəlib keçəcək, ya yox? Ona bir "mükafat" hazırlayım ki, heç
haqq-hesabını qiyamətəcən öyrənə bilməsin.
Gəldiyevi belə bir tədbirə vadar eləyən o idi ki, şəxsən özü layihə
düzəltmək niyyətində idi. Müsabiqədə iştirak etdiyi üçün Vahidin işindən
qorxurdu. Vahid heç bir mənsəb sahibi olmasa da mütəxəssislər arasında
böyük hörməti var idi. Hətta müsabiqə haqqında danışanlar onun adını
çəkir, iştiraka çağırırdılar. Vəzirbəyli camaatın qabağında açıq dedi ki, "Biz
qocaman memarlarla yanaşı, yeniyetmə və Vahid kimi ümid verən istedadlı
mütəxəssisləri mütləq cəlb etməliyik".
Bu da Gəldiyevə çox ağır gəldi. Aylar keçdi, il döndü, layihələr çəkildi,
müsabiqənin qurtarmağına bir ay qalanda bağlı, möhürlü, gizli imzalı
əsərlər gəlməyə başladı. Gəldiyev hər gün saat ikidən iş otağında oturur,
əsərləri texniki katibdən alıb, münsiflər heyəti üzvlərinə paylayırdı. Əlinə
keçən layihələrə diqqət yetirməmiş, gizli imzaların əslini tapmaq üçün
mülahizə eləməmiş rahat olmurdu. Öz əsərini "şirin yuxu və istirahət
hesabına yaratdığı əsəri" səliqəli bir qutuda "Ürək" adı ilə müsabiqəyə
təqdim etmişdi (bu adı o harada isə gördüyü bir rəsmden götürmüşdü).
Gəldiyev sadəcə təqdim etməklə kifayətlənməmiş, xüsusi məktub ilə "Ürək"
əsərini hamıdan qabaq münsiflər heyətinin sədri Poladova göndərmişdi. Üç
gün sonra zəng edib rəyini soruşınuşdu, Poladov etiraf etmişdi ki:
- Yoldaş katib, baxa bilməmişəm və yaxın günlərə söz verə bilmirəm.
Gəl sən bunları əvvəlcə vaxtı olan yoldaşlara ver, layihələr yatıb qalmasın,
başım ayılanda mən də tanış olaram. Qoy yoldaşlar baxsınlar! Qoy öz
mülahizələrini hazırlasınlar.
Gəldiyev belə fürsət axtarırdı: "Ürəy"i sədrdən alıb, Vəzirbəyliyə
göndərdi. Bir məktüb da yazdı:
"Yoldaş Vəzirbəyli, müsabiqəyə gələn "Ürək" əsərini göndərirəm, beş
günəcən ona baxıb rəyinizi bildirmənizi xahiş edirəm. Bu əsər haqqında
üzvlərin fıkri vardır, yaxşıdır. Sədrə göndərilmişdir. Sizin də tez baxmanız
məsləhət görülür".
Vəzirbəyli katibin kağızından bir az da təşvişə düşdü. Güman etdi ki,
layihə bəyənilmişdir. Həmin gün "Ürəy"i açdı, yanları açılmış böyük stolun
üstündə səliqə ilə düyməçələdi. Sağına-soluna keçib baxdı, yoxladı. İki gün
bütün vaxtını buna sərf etdi, özünü heyrətdən
Dostları ilə paylaş: |