313
sözə basmaq, ondan, miyanə də olsa, bir rəy almaq istəmişdi. İndi
onun bu
haqdakı sözlərini eşidəndə dinəcəyi olmadı.
Layihəni götürüb kənara qoydu, qan-tər içində Vahidin işini tapmağa
cidd-cəhd elədi.
* * *
Gecənin birində Gəldiyev evə bir dəstə ağ, qırmızı, sarı, göy zərflər
gətirdi. Ağca xanım təəccüblə soruşdu:
- Yoxsa bunlar hamısı sənə gəlib?
- Gəlib, hamısı mənim üstümə gəlib.
- Kimlərdən?
- Qızlardan!
Ağca xanım əyri-əyri baxdı:
- İnanmıram.
- Niyə inanmırsan?
- İnanmıram ki, bizim vilayətdə bu qədər axmaq qız ola.
- Deməli, sən axmaqsan ki, mənə gəlmisən?
- Mən sənə gəlməmişəm, sən mənə gəlmisən!
Gəldiyev söz tapmadı:
- Çox danışma, hamamxananı yandır, bir az
buxar ver, bunları daşın
üstünə qoy, nəm çəksin.
Ağca xanım bildi ki, Gəldiyev özgənin məktublarını açmaq istəyir.
- Niyə xalqın kağızını oxuyursan?
- Xalqın deyil, qulluq işidir. Dəyişik salmışıq, konvertlərə hayıfım gəlir.
Gəldiyev əlindəki kibrit çöpünü nəm çəkmiş zərflərin böyründən salır,
bura-bura açırdı. İstədiyini tapa bilməyəndə təkrar bağlayırdı. Yeddinci
zərfdə Vahidin əsərini öyrənə bildi: "Açıq kitab!"
- A zalım oğlu, adını "Açıq kitab" qöyursan, daha niyə belə bərk-bərk
bağlayıb, məni əziyyətə salırsan! Sevincdən qayıdıb Ağca xanıma qışqırdı: -
Ağca, çay qoy, süfrə hazırla, işimiz işdi.
Ağca xanım qaçıb gəldi:
- Premyanı qazanırsan?
- Bu Vahid köpəkoğlu qoysa.
- Vahidə nə dəxli, əsər yazan sən.
314
- Bilmirsən, çəkişir də mənnən! Mən nə yazıram, o da gedir onu yazır.
Ağca xanım
irəli yeriyib, onun əlindəki zərfı aldı, başqa zərflərin üstünə
qoydu.
- Qabağa sal, sən yazan qoy üstə dursun!
Gəldiyev onun əlindən aldı:
- Bu özgənindir, a qız.
- Bəs hansıdır səninki?
- Hələ hazır deyil.
- Necə hazır deyil? Altı aydır qurdalanırsan, nə qayırırsan? Özgə işiylə
veyillənincə, oturub qurtarsana!
- Düz deyirsən, balam, oturum işləyim.
Gəldiyev çayını içəndən sonra, iki stolu birləşdirdi, pəncərələri örtüb,
qapını bağladı. Vahidin layihəsini səliqəylə düyməçələdi, başladı üzünü
köçürməyə:
- Ağca, buraya heç kəsi buraxmayacaqsan! Eşitdinmi?
Düz on yeddi
gün qələm, xətkeş, pərgar, rezin əlindən düşmədi. Gündüz
iki saat idarəyə qaçıb görünür, qayıdırdı. Surətini çıxarıb qurtarandan sonra
bağladı, üstünə öz layihəsinin adını yazdı: "Ürək". İstədi Vahidin layihəsini
puç eləsin. Heyfı gəldi, bir də "aydın olmayan yerləri öyrənməyə lazım
olar" - deyə, büküb bir küncə qoydu. Ağcanı sayıq salmaq üçün əvvəlki
tapşırığı təkrar etdi:
- Ağca, bu otağa heç kəsi buraxmayacaqsan! Sözüm sözdü!
İkinci fəsil
Üç gün qabaqdan divarlara böyük, rəngli elanlar vurulmuşdu. Enli sarı
kağızın üstündə kölgəli, qəşəng göy xətt ilə bu sözlər yazılmışdı: "Səttar
Səttarzadənin konserti".
Tramvayların pəncərəsindən yellənərək, görünən elanın xırda
sətirlərini
oxumaq olmurdu. Ancaq "Səttarzadə" seçilirdi. Qocaman sənət xadimini
dinləməyi arzu edən çox idi. Biletlər dünəndən satılıb qurtarmışdı. Bilet
alanlar cürbəcür adamlar idilər.
Bunlardan bəzisi Səttarzadə adına hörmət edib, bilet alanlar idi.
Səttarzadə respublikanın məşhur musiqi xadimlərindən biridir. Ancaq
çox qocalmışdır. Altmışdan yuxarı yaşı var. Onun gənclik qüd-
315
rəti, məharəti çoxdan yox olub getmişsə də, kişidəki həvəs, musiqi eşqi,
camaat qabağına çıxmaq meyli daha da artmışdır.
Həyatın amansız qanunları var, insan ömrü boyu əlləşir, vuruşur,
hünərini,
qüdrətini, qabiliyyətini göstərir, nəyə isə nail olmaq istəyir. Buna
tədricən nail olur. Axırda bütün ömrü boyu qazandıqlarını təslim etməli,
qoyub getməli olur. Ölünün, deyərlər, rəhməti, ya lənəti apardığında yox,
qoyub getdiklərində olur. İnsan öz əməyinin ümidli əllərə düşdüyünü
görəndə ölüm də rahat və əyləncəli gəlir.
Səttarzadə çox həyəcan ilə öz gəncliyini xatırlayır. Sonradan kor olanlar
gün işığından danışan kimi, o da itirdiyi cavanlıqdan həsrətlə danışır.
Təklikdə, ya evdə nə qədər sakit, sönük görünürsə, adam içində,
ictimai
yerlərdə öz xələflərini görür. Qocalıq kədərini bu təsəlli ilə söndürür.
Mümkün etdiyi məclisdən qalmır. Cavan çalğıçıların müvəffəqiyyətlərilə
sevinir, onları çəkə-çəkə səhnəyə aparır. Camaatın qabağında əlini sıxır,
alnından öpür. Camaat Səttarzadənin xatirini əziz tutur. Əsil tamaşaçılar
onu görəndə musiqi aləminin, sənət dünyasının zənginliklərini bir daha
xatırlayırlar. Belə qabil xadimlərimizin olduğuna sevinirlər. Həm də
kədərlənirlər; çünki qocalıq küləyi Səttarzadənin sənət bağını soldurmaq da,
barmaqlarını zəiflətməkdə, titrətməkdədir.
Bu elə bir kədərdir ki, dünyada hiss və şüuru olan hər bir kəsi ağrıdır.
Çox yox, iyirmi-iyirmi beş il bundan qabaq tarı bağrına basanda bülbülləri
cuşə gətirən, kainatın
bütün zərifliklərini, gözəlliklərini incə səs tellərində
ifadə edən bir sənətkar indi tərk-silah olunmuş bir əsgər kimi zəif görünür.
Onun məclislərində yer olmazdı. Cəld uşaqlar dama dırmaşar, qadınlar
çəpərlərə tökülüşər, gənclər qapı-pəncərələrdə az qala bir-birinin başına
çıxardı. Onun qəlbi atlananda, sədəfli tarı rəqqasə kimi xurdişə gələndə
barmaqlarını görmək olmazdı. Deyərdin simlərin böyrünə yüz bülbül
qonub, hərəsi bir cür nalə çekir. Çox zaman kənd qızları barmağının
üzüyündən, cavanlar kəmərindən, saatından keçərdilər. Bilməzdilər nə dil
ilə sənətkara razılıq etsinlər...
Hanı o Səttarzadə? Gənclik heç kəsdən, Səttarzadədən apardığı qədər
aparmamışdır. Bu itki o qədər ağır və aydındır ki, yalnız
Səttarzadəni yox,
onu eşidənlərin hamısını ağrıdır.
İndi Səttarzadənin müsamirəsinə gələnlərin çoxu ondan, gənclikdə
aldıqları kimi ləzzət almağa yox, bəlkə bu ləzzəti yada salmağa, bir də
qocaya öz ixlas və məhəbbətlərini ifadə etməyə gəlmişdilər.