Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   13   14   15   16   17   18   19   20   ...   121

53 
 
- Elə  məsələ ondadır. Söhbətimin canı da ondadır. Yaxşı qulaq as, 
görəcəksən nə idi. Xəstə düşdü, bərk düşdü. Durduğu yerdə arvadı qızdırma 
götürdü. Qapı-bacanı açdırıb, otağı yelə verirdim, olmurdu. Yaxasını, başını 
söküb bağırırdı. "Çatladım, boğuldum ki, ay oğul!" - deyə  qışqırırdı. "Ay 
oğul, mənə çarə, partladım!" Doğrusu mən özüm də yaman qorxdum. 
Dedim evim yıxıldı, arvadın başına hava gəlib, arvad əldən getdi. O yandan 
da qardaşlarım məndən görəcəklər, deyəcəklər: "Anamız rahat oturduğu 
yerdə niyə qoymadın otursun. Arvadın başına nə oyun açdın a biqeyrət!.." 
Dünyada bundan da pis işmi olar? Anana qulluq etmək üçün ev düzəldəsən, 
işdən-filandan izin alıb gedəsən, vaqona əyləşdirib (özü də yumşaq vaqona 
gətirəsən, birdən belə  mərəkə başlana. Məni dərd götürdü. Fikirləşdim ki, 
arvada nə oldusa, məndən oldu. Kənddə sapsağlam, top kimi arvad idi: mən 
bədbəxt olmasaydım, rahat yaşayacaq idi. İndi bunun başına bir iş  gəlsə
mən el üzünə  çıxa bilmərəm, gün işığına baxa bilmərəm, özümü dənizə 
atmalıyam, ya da tramvay altına yıxılmalıyam. 
Yoldaşımın təfsilatına dözə bilmirdim, tez soruşdum: 
- Bəs xəstəliyi nə idi, axı? 
- Darıxma, dedi, - qulaq as! Anam: "Bağrım çatladı" deyəndə qalxıb, 
əlimi başına qoyub, hərarətini ölçürdüm. Termometr bir şey göstərə 
bilmirdi. Tez pəncərələri, qapılan açırdım. Anamm qoluna girib, pəncərə 
qabağına gətirirdim. O, sağına-soluna göz gəzdirir, yerə baxır, zıqqıldayırdı, 
mən ha soruşurdum: 
- Haran ağrıyır, ay ana, nəyindir, dərdin nədir, ana can? 
O, bir cavab vermirdi. Dik-dik üzümə baxırdı. 
Buz gətirtdim, camış qatığı tapdırıb ayran elətdim, sərin  şeydir, dedim 
bəlkə ürəyini basa. Qonum-qonşudan gələnlər olurdu. Di su səp, di əl-
ayağını ovxala, damcı  dərmanı ver... Bir saat, iki saat kiriyirdi. Bir də 
görürdün yenə başladı. 
Həkim çağırdım.  Əhvalatı danışdım. Müayinə elədi.  Əvvəl ciyərlərinə 
baxdı. Nəbzini yoxladı, qan dövranım ölçdü, üzümə baxdı, soruşdu: 
- Bu ağır işdən-zaddan yapışmayıb ki? 
- Yox, - dedim, - doktor beş-altı gündür kənddən gəlib, gələndən evdəcə 
oturub, heç bir işə əl vurmağa qoymuram; xörəyi, çayı da hazır gətirirəm. 
Qaldı ki, kənddə olanda işləmirdi. Balaca həyətimizdəcə oturub, tay-tuşları 
ilə vaxt keçirirdi. Ağır işi harda gördü. 
  


54 
 
Həkim anamın özündən soruşdu: 
-  Əsəbi deyilsən ki, ay ana? 
Anam mənim üzümə baxdı və soruşdu: 
- Bu nə deyir? 
- Hirsli deyilsən ki, acığın tutmur ki? 
Anam elə bildi ki, həkim onun döş-başına əl vurduğu üçün üzr istəyir.   
O: 
- Nə bilim, - dedi, - acığım niyə tutur. Qiyamətin  günün də o da mənim 
oğlum... 
Mən həkimə cavab verdim ki, xasiyyəti mülayimdir. 
- Bəlkə qorxubdur? 
- Ay ana, bir şeydən qorxub eləməmisən? 
Anam başı ilə yox işarəsi verdisə də həkimin sözü ağlıma batdı. Dedim 
yəqin belə nagahani iztirab ancaq qorxudan ola bilər. Yavaşca həkimə 
pıçıldadım. O, əsəbləri və ürəyi sakit etmək üçün dərman yazdı. Evdən 
çıxanda mənə dedi: 
- Anan çox sağlam adamdır, haracan desən! O xəstəlik ki, sən deyirsən, 
doğrusu, mən onda tapa bilmədim. Bu dərmanları verərsən içər. Amma 
səndən xahiş edirəm nəticəsini mənə deyəsən. Mən özüm bu xəstə ilə 
maraqlanıram.    
 
* * * 
 
Həkimin yazdığı  dərmanı anama çətinliklə içirtdim. Çimçişirdi, ürəyi 
götürmürdü. Mənim üzümdən keçmirdi. Mən evdə olmayanda bir damcı da 
içmirdi. Hamısı birdir, içsə  də, içməsə  də, dərman kar eləmirdi. Anam 
əvvəlki kimi öz qaydasında iztirab çəkirdi; darıxırdı, yaxasını cırır, tez-tez 
köksünü ötürürdü; ağır nəfəs alırdı. 
Yoldaşlardan biri mənə  məşhur həkimin ünvanını verdi. O həkim, 
deyildiyinə görə, ürək xəstəliklərində ad qazanmışdı. Özü də professor idi. 
İstədim həmin professoru çağırım. Bir də xəyalıma gəldi ki, əvvəlki həkim 
məndən xahiş eləmişdi, "maraqlanıram" - demişdi. Yəqin o, anamın 
xəstəliyindən bir şey bilir. Bəlkə dərmanın kar eləmədiyini desəm, kişi əsil 
azarı tapacaqdır. Onu çağırmasam da, verdiyi dərmanın nəticələrini ona 
deməliyəm. Mən bu fikir ilə pilləkənlərdən düşürdüm. Həmin həkimin bizə 
gəldiyini görüb qayıtdım. Görən kimi soruşdu: 
 
 


55 
 
- Ananın halı necədir, dərman kar eləyirmi? 
- Edə  əvvəlki kimidir, - dedim. Dərmanın kar etmədiyini söyləməyə 
dilim gəlmədi. Bu, zənnimcə, doktordan ayıb olardı. 
Qapını açıb evə girəndə anamın yenə ah-vay eləyə-eləyə bir əli 
sinəsində evi gəzindiyini gördük. O, həkimi görüb yaşmağını qaldırdı, 
yaxasını çəkdi, mənim üzümə baxdı. 
Həkim bir də müayinə elədi, bu dəfə daha diqqətlə müayinə elədi. Mənə 
dedi: 
- Çətin olmaz ki, ananı bir bizə aparaq? 
- Nə var, - dedim, - buyurun gedək. 
Anam özü də çıxmaq istəyirdi. Zəng elədim, taksi maşını gəldi. Oturub 
həkimin evinə gətirdik. Doğrudur, gedirdik, amma mən nə üçün getdiyimizi 
bilmirdim. Bəlkə  həkimin evdə daha mühüm və vacib priborları vardır. 
Bəlkə anamı rentgenə salacaqdır. Kim bilir, bəlkə ayrı müayinəsi var! 
Sanki həkim mənim nə fikirləşdiyimi bilirdi, şoferin yanından mənə 
tərəf döndü və dedi: 
- Bizdə ananı bir də müayinə edərik, amma arxayın olun ki, qor- 
xulu heç bir şey yoxdur, bir az ürək narahatlığı var. Onu da rəf etmək 
asandır. Təki ananda olan o polad can məndə olaydı! 
Anam elə bilirdi həkim mənə təsəlli verir. Dinmirdi. Gözləri düz şoferin 
kürəklərinə dikilmişdi. O, maşında səliqə ilə oturmuşdu, dümdüz qabağa 
tərəf baxırdı. Sanki gözünün qırağı ilə yana baxsa, günah olardı. 
Həkimin evi dəniz kənarında, böyük beşmərtəbəli bir binada idi. Ana 
altdan yuxarı uca və uzun pilləkənlərə baxanda, həkim duymuşdu: 
- Qorxma, - dedi, - ana, qoymaram bu pilləkənləri piyada çıxasınız, bəri 
gəlin! 
Anam həkimə  tərəf döndü. Amma bir şey başa düşmədi. Avtomobilin 
pilləkənlərə yerləşmədiyini bilirdi. Piyada çıxmamaq üçün, onun fikrincə, 
bir adamı minmək lazım gələcək idi. Buna da, şübhəsiz, anam razı olmazdı. 
- Yox, 
oğul, - dedi, - zəhmət çəkmə, özüm çıxaram. Həkim 
düyməçəni basdı. Liftin qapısı açıldı. Biz əyləşdik. Lift bizi göyə 
qaldırdıqca, anam döyükürdü, uca pilləkənləri, dalanları keçə-keçə 
mərtəbələri ötüb göyə doğru yüksəldiyimizi gördükcə, ehtimal, anama elə 
gəlirdi ki, "Həzrət İsa kimi qeyb olmağa" gedirik. Anamın rəngi qızar- 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə