Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   14   15   16   17   18   19   20   21   ...   121

56 
 
mışdı. Gah sağa, gah sola baxırdı. Hər  şeyin yerə çökdüyünü güman 
etdiyindən vahimələnirdi. 
Həkim məni öz kabinetinə apardı, yer göstərdi: 
- Əyləş!  
Mən oturdum, həkimin kitablarla əhatə olunmuş kabinetı mənə müayinə 
otağı yox, kitabxana kimi görünürdü. Arxayın, olsaydım,  əlimi qəfəslərə 
atıb kitablara baxardım.  İndi isə anamdan başqa heç şey gözümə 
görünmürdü. Gözüm həkimdə idi. Onun hər hərəkətini izləyirdim. O, 
əvvəlcə kostyumunu soyundu, köynəyinin boğazını açdı.  Əllərini yuyub 
quruladı, gəlib stolun dalında əyləşdi. Onun belə tələsmədən, adi qayda ilə, 
sanki müayinəyə yox, istirahətə hazırlaşdığını görəndə, o biri evdə isə 
qulluqçunun cingildəyən  şeylər yuduğunu eşidəndə  mən yəqin elədim ki, 
anamın xəstəliyi çox ciddi xəstəlikdir. Ya işığa salınacaq, ya da operasiya 
olunacaqdır. Ona görə  həkim tələsmir, pribor təmizlədir. Mən bunları 
fıkirləşir, ürəyimə çökən qorxuya təslim olmamağa çalışırdım. Birdən 
həkim dilləndi: 
-  Əzizim, - dedi, - açığı  sənin ananda heç bir xəstəlik yoxdur, heç bir 
dava-dərman müalicəsinə, ya xəstəxanaya ehtiyacı yoxdur. Amma bununla 
belə ona salamat demək olmaz. Mənim gümanım gələn bir diaqnozu bu gün 
yoxlamaq istəyirəm, istəyirəm sənin özün də müşahidə edəsən, inanasan. Bu 
saat sənin anan nənəmin yanında  əyləşmişdir. Onların yanında heç kəs 
yoxdur. Onlar üz-üzə  əyləşib söhbət edirlər Buyur, burada pərdəli 
pəncərənin dalında əyləş, dinlə, gör ananın halı necədir, gör o özünü necə 
hiss edir. 
Bu tapşırıq mənə qəribə gəldi. Bu nə deməkdir? Onun nənəsının anamın 
xəstəliyinə  nə  dəxli var? Ancaq qəribə  gəlsə  də, bu tapşırığını yerinə 
yetirməyə tələsdim ki, görüm axırı nə olur. 
Nazik cuna pərdəli balaca pəncərənin dalında oturub baxanda qarıları 
hər ikisinin döşəmədə bardaş qurub, qabaq-qabağa oturduğunu və üfürə-
üfürə çay içdiyini gördüm. Anam nəlbəkiyə tökdüyü çayı içə-içə söhbət 
edirdi: 
- Allah köçənlərinizə rəhmət eləsin, mənim bir qayınxatınım var idi, ayrı 
cür  şey idi. Məni elə istərdi ki, indi istəməsin, can bir ciyər kimi; mənsiz 
addımını bayıra qoymazdı; mənsiz bir tikə yeməzdi, dinməzdi, bir 
danışmaq, bir qaqqıltı, bir şaqqıltı... Ay məşədi bacı, daha nə deyim! 
  


57 
 
Anamın sözünü dinləyən qarı başını  əyib, "bəli" deyirdi. Ancaq 
dözmürdü, əli ilə işarə verib, onun sözünü kəsmək, özü danışmaq istəyirdi: 
- Sözünün dalınca oğlanların dursun, elə  mənim  İsmət bacılığımı 
görəsən, bizimkinə bacılıq demə, vallahi heç bir bacı belə mehriban... 
Anam onu susdurdu: 
- Heç yadımdan çıxmaz gəlin getməyim. Sözünü də  kəsirəm, bacımla 
məni, üzüm də  səndən qara, lap bir tikə boyda olanda köçürtdülər. Oğlan 
demişdi görmüşəm, bəyənmişəm, vəssalam! Axı bizlərdə  kəhrizə suya 
gedərlər. Lap balaca idim, sənəyi götürə bilmirdim, hıqqanırdım. Bir də 
gördüm bir oğlan sənəyi əlimdən aldı, mən biabır oldumki!.. 
Qarı başını tərpədə-tərpədə təsdiq elədi: 
- Mənim özüm bəyəm indikilər kimi gördüm, getdim? Bacı canı, heç bir 
şey qanmırdım. İnandığımıza and olsun, paltar gələndə... 
Anam yerindən ona tərəf boylanıb, bərkdən dedi: 
- Paltar, mənə bir qanavuz arxalıq... 
Qarı qulaq asmaq istəmədi, başını aşağı salıb, söhbətinə davam etdi: 
- Paltar gələndə  mən həyətdə qum-qum oynayan bir parça uşaq idim. 
Heç yadımdan çıxmaz, dayım məni qucağına... 
Anam dözə bilmədi, əlini uzadıb ovcu ilə qarının ağzını örtmək istədi: 
- Bir gör nə deyirəm, ay qız, neçə taxtadan bir tuman çıxardı. Ay allah
tumanımı sürüyənəcən mənimki mənə dəyərdi. 
- Sən öləsən, mən də ele idim! Tuman da ki, bir yorğan-döşəkdi! 
Özü də dəstə-dəstə təzə idi, yeriyəndə xış-xış, xış-xış! 
- A qız, cehiz var, cehiz var! 
- Yorğan-döşəyi mənim anam haçandan tutmuşdu. Nə bilim. Mən 
gözümü açanda oğlan evində cehizimi hazır gördüm, deynən bir necə! 
- Ağız, cehiz var, cehiz var! 
Özünü tərifləyən anam dedi: 
- Kiri, kiri, bəyəm mənim cehizimi görmüsən ki, elə deyirsən? And 
olsun aramızda olan bacılığa, and olsun... Bir də gördüm həkim mənə him 
eləyir: - Bir qapıdan ananın halını soruş. Mən gəldim, qapını açıb dedim: 
  


58 
 
- Ay ana, kefin necədir, özünü necə hiss eləyirsən? Mənə dilucu cavab 
verdi: 
- Çox yaxşıyam, oğul!  
Müsahibilə söhbətini davam etdirdi. 
- Darıxmırsan ki, ana? 
- Yox, oğul, arxayın ol! 
- Bəs naxoşluğundan, zaddan... 
O iki əlini sevinclə yuxarı qaldırdı: 
- Oğul, deyəsən axı lap yaxşılaşmışam. Ürəyim də sakit olub, məşədi 
bacı ilə söhbət eləyirik. İşin varsa, sən get! 
Mən nə isə demək istəyirdim, həkim qolumdan tutub çəkdi. 
- Bəri gəl, - dedi, - mən deyəndir, tapmışam onun azarını. O, çox 
danışandır. Çənəsi öyrənib, sən onu, yəqin həmsöhbətlərindən ayırmısan. 
Görürsən nənəm ilə bir saat oturanda necə kefi sazlandı! Budur ki, var! 
Onun azarı söz-söhbət azarıdır. Onun çənəsinin altına belə bir qan arvad sal 
ki, qulaq asmağa tabı olsun, ayrı heç bir dərman lazım deyil. 
Həkimin təcrübəsi mənə çox qəribə və yeni bir icad kimi gəldi. Heyran 
qaldım. Anamın kənd müsahiblərini, güc ilə yadıma sala bildiyim 
Gülbadam qarını xatırladım. Pəncərədən içəri qışqırdım: 
- Ay ana, Gülbadam xala gəlib, xəbərin varmı? 
Anam  əlindəki stəkanı yerə elə  bərk çırpıb qalxdı ki, az qaldı stəkan 
çilik-çilik ola. Qalxmağı ilə eyvana çıxmağı bir oldu. Məni danışdırmadı, 
sevincək, ayaqyalın, qollarını ata-ata, qızarmış gözləri böyümüş halda, 
gülümsəyə-gülümsəyə düz pilləkənlərə  tərəf yüyürdü. Qapının cırıltısını 
eşidər-eşitməz dilləndi: 
- Ay ərkansız arvad, harda qalmısan, çatladım ki, harda qalmısan, 
ürəyim partladı ki! Gəlsənə, bir gəlsənə görüm nə var, nə yox!.. 
Pilləkənlərdən çıxan bir ucaboy nabələd kişini görəndə anam kül kimi 
söndü. Gözlərini çevirib mənə baxdı. Baxışı ilə sanki soruşurdu: "Hanı 
Gülbadam?" 
- Darıxma, - dedim, - ay ana, gələr. Sən başmaqlarını geyin, hazırlaş 
gedirik! 
Mən həkimin  əlini sıxdım, razılıq etdim. Tezliklə  ya  Gülbadam  qarını 
anama, ya da anamı Gülbadam qarıya yetirməyi qət etdim. Həkim mənə 
məsləhət elədi: 
- Sonra onların hər ikisinin ictimai müalicəsi ilə  məşğul olmaq lazım 
gələcək, bunun yolunu sən məndən yaxşı bilirsən. Yavaş-yavaş 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə