Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   15   16   17   18   19   20   21   22   ...   121

59 
 
onlan kinoya dadandır. Bir dəfə gördükləri kinodan bir il söhbət 
eləyəcəklər. Bu, onların şüuruna təsir etmək üçün əldə vasitə ola bilər. Əlbət 
ki, müalicə müvəqqəti vasitələrdən ustayana istifadə etməyi bacarmaqdan 
asılıdır. Mən isə sizin bacarığınıza əminəm. 
Mən həkimdən ayrıldım, anam isə qarıdan ayrıla bilmirdi. 
 
* * * 
 
Dostum söhbətini bitirməmiş  mən həmin həkimin məharətinə  əhsən 
dedim. Dostumun anasının ictimai müalicəsi ilə maraqlandım, müalicənin 
nə ilə nəticələndiyini bilmək istədim: 
- De görüm, anan ilə rəftarın necə oldu? Onu kəndə apardın, ya 
Gülbadamı gətirdin? 
Dostum dedi: 

Heç birini eləmədim. Anamı bir dəfə kinoya apardım və aldatmağa 
məcbur oldum. Bilirsən, dedim, ana, heç səni kinoya gətirməzdim, mömin 
adamsan, üz vurmazdım, ancaq mənə  iş yerimdən tapşırıblar ki, gərək 
kinoya baxasan, orada nə olub, gəlib idarə yoldaşlarına daklad eləyəsən. 
Mən özüm baxıram, amma fikrim dağınıqdır. Hamısı yadımda qalmır. Sən 
bax, sonra mənə deyərsən... 
Anam bir az çətinlik çəkdi: 
- Mən nə bilirəm, nə deyim! Dil bilmirəm ki... 
- Yox, - dedim, - ancaq fikir ver, gör kim gəlir, kim gedir, kim nə eləyir, 
niyə eləyir. Sonra mənə deyərsən, yadıma düşər. 
Nə isə, anamı razı saldım. Anam düşdü kinolara. Bax, indi yenə anam 
kinodadır, azca qalıb, indi qayıdar. 
Dostum söhbətini qurtarmamışdı ki, şüşəbənd qapısının çalışdığını 
gördüm. Çox çəkmədi sarafan geymiş, saçını peysərinə  yığmış  qıvraq bir 
qadın içəri girdi, gülümsər halda mənə baxdı: 
- Xoş gəlibsiniz!  
Dostum işarə elədi: 
-  Tanış olun anam ilə! Ay ana, bir danış görək necə kinodur!  
-  Qadın oturdu, gördüklərini vəcd ilə, şirin-şirin danışmağa başladı. 
Mən dostum dediyi kimi qarının söhbətinə maraqla qulaq asırdım. 
1938 
  


60 
 
KƏMTƏROVLAR AİLƏSİ 
 
 
Hörmətli ədibimiz Ə.Haqvərdiyevə 
 
- Yallah, yallah! Haradasan? Kefin necədir? 
- Sən nə təhərsən? 
- Göz dəyməsin, qıvraqlaşmısan, rəngin açılıb. 
- Bir qıvraqlığım yoxdu. İşdən baş açıram ki. 
- Neyləyək ki, bir görüşək? 
- Bu vıxodnoy zanitəm. Gələn vıxodnoy bəlkə... 
- Sən evdə olacaqsan? 
- Söz versən, gözlərəm. 
- Gözlə, birtəhər eləyib gələrəm. 
Bir-birinin  əlini hərarətlə  sıxan,  əhvallaşan bu əziz dostlar görəsən 
kimdir? 
Desəm onların ikisi də bir şəhərdə yaşayır, inanmayacaqsınız... Desəm 
onlar bir evdə yaşayırlar, heç inanmayacaqsınız. "Necə ola bilər ki, bir 
yerdə yaşayasan, bir-birindən xəbərsiz olasan?" - deyəcəksiniz. Desəm 
onlar ər-arvaddırlar, təəccüb edib, deyəcəksiniz: "Nə danışır bu!" 
Nəyə deyirsiniz and içim ki, belədir: Qulam Kəmtərovla arvadı Leylanın 
həyatı belədir. Deyəcəksiniz yəqin Kəmtərovla Leyla keçmişdə, bir zaman 
ər-arvad olublar, sonradan xasiyyətləri tutmayıb ayrılıblar, bir yerdə 
yaşamaları da mənzilsizlik bəlasıdır. Xeyr, sizin bu gümanınız da düz deyil. 
Nə Kəmtərov Leylanı boşayıb, nə Leyla Kəmtərovdan boşanıb. Əgər günü 
bu gün mənzil idarəsinin müdiri Kəmtərovu, ya Leylanı çağırıb, üçüncü 
qatda dörd otaqdan ibarət bir qurulu mənzilin açarını verə, təklif edə ki
biriniz köhnə  mənzildə qalın, biriniz köçün, heç biri köçməz. Birbaş 
qayıdıb, öz evlərinə gələrlər. Mənzil idarəsinin də zəhməti hədər gedər. 
Məsələ bunda deyil. 
Bəs nədədir? 
Kəmtərovu sizə tanıtmaq üçün gərək bir az vaxtınızı alam. 
Kəmtərov Qulamla Leyla, bayaq dediyim kimi, ər-arvaddırlar. Özü də 
"xala-xatirin qalmasın" yox. Lap istəkli, şairlər demişkən, aşiq-məşuqdurlar. 
Cəmi iki il olmaz ki, toy ediblər. Asanlıqla da toy etməyiblər. Leyla 
Qulamın ucundan bir il ata-anası ilə küsülü qalıb. 
  


61 
 
Qulam Leylanın uğrunda  İçərişəhərdə  bıçaqlanıb, qulağının dibində 
yaranın yeri indi də durur və ölənəcən duracaq. 
Qış da onları bir-birindən soyuda bilməz. Qulamın  şorgöz oğlanlardan 
acığı  gəlir. Leyla da könlü-gözü tox qızdır. Yer üzündə Qulamdan başqa 
kişi olduğuna inanmaz. 
Bəs bu istəklilər niyə belə  çətin görüşür, az-az görüşürlər? Mümkün 
deyil ki, ər-arvad olasan, istəkli olasan, bir evdə yaşayasan, həftə ilə 
görüşməyəsən. Ürəyinizə şübhə gələ bilər: "Bəlkə açıq deyilməsi ayıb olan 
səbəblər üçün görüşınəyə ehtiyac duymurlar". 
Yox, heç yox! 
Onu da bilin ki, nə Qulamın, nə Leylanın qulluğu uzaq - kənar-guşə 
yerdə  və ya namünasib qulluq deyil. İkisi də  şəhərdə çalışır. Onların 
qulluğunda olan minlərlə  qız, oğlan,  ər, arvad, qəşəngcə yaşayır, günün 
çoxunu evdə öz külfətləri ilə olurlar. 
Bəs bizim qəhrəmanların azarı nədir? 
Bu, bir az köhnədən qalma azardır. 
Başdan danışaq. Deyə bilərəm dünyada beş nəfər arvadını sevən varsa, 
biri Qulam Kəmtərovdur. Kəmtərovun nə  eşqlə, nə sevda, nə  həvəslə toy 
edib, Leylanı evinə gətirdiyini qələm yazmaqdan acizdir. Ona elə gəlirdi ki, 
dünyanın bütün naz-neməti, kef və  ləzzəti Leylanın üzündə  cəmlənmişdir. 
Leylanı alsa, həyatda bir arzu-kamı qalmayacaq, tamam xoşbəxt olacaq. 
Kəmtərov düşünürdü ki: "Bu mənim ən ağır və ən son çətinliyimdir. Toy 
dəsgahını tamam-kamal düzəldib, xeyir işimi başa versəm, daha ömür-billah 
arxayın olaram. Sonra bir tikə yavan çörək də tapsam, sevgilimlə qabaq-
qabağa əyləşib, ağız ləzzəti, iştaha ilə yeyərəm". 
Ancaq, necə deyərlər, insanın gözünü torpaqdan savay heç nə doyurmaz. 
Kəmtərov xeyir işini bitirəndən, dünyada ən böyük arzusuna çatandan sonra 
bir də gördü ki, xeyr indi də ürəyi yeni-yeni şeylər istəyir. Könlü min bir 
eşqə düşür. Hardansa, baharda bitki kimi göyərib baş verən arzu və 
ehtiyaclar kişini məşğul etməyə başladı. Dünya gör-götür dünyasıdır. 
Leyla görürdü ki, artist Əyyubun arvadı barmağında cüt-cüt brilyant 
üzük, qulağında bahalı  sırğa qırğı kimi gəzir. Görürdü ki, qıyıq  Ələkbərin 
üçmərtəbə evinə hamballar piano çıxarır; qoz ağacından düzəlmə mebel 
daşınır; bədənnüma güzgü, Varşava çarpayısı, Quba xalçası  gəlir. Leyla 
bunların hamısını görürdü və Kəmtərova danışırdı. Kəmtərov qaşlarını çatır, 
başını tərpədib arvadını inandırırdı: 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə