Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/121
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48965
1   ...   11   12   13   14   15   16   17   18   ...   121

47 
 
görüşüb  əhvallaşırsan,  şəhər bağının sərin, musiqili, şənlik axşamlarında 
gəzirsən... 
Acmışdım, yeməkxanaya nahar etməyə gedirdim. Fikrimdə tutmuşdum 
ki, gedib naharımı yeyərəm, qayıdıb mehmanxanada bir saat istirahət 
edərəm, axşam geyinib-kecinib, yoldaşlarımla vədələşdiyim yerə - kluba 
gederəm. 
Bir ortaboylu, qarapaltar adamın qarşımda durduğunu hiss etdim: o, 
dümdüz dayanmışdı, bığlarının altından yüngülcə  qımışırdı,  əlini də  mənə 
tərəf uzatmışdı. 
- Xoş gördük, ay etibarsız qırışmal! - deyə dilləndi. 
Mən ilk baxışımda onu tammadım. O, əlimi sıxdı, bir əli ilə  də 
çiynimdən tutub silkələdi və qayımdan dedi: 
- Hələ elə olar... Daha Mirzə Qulam dayını tanımazsan. Böyüklüyün 
xasiyyəti belədir, səndə günah yoxdur. 
Adını çəkəndə, üç il bundan əvvəl kənddəki görüşümüz, Mirzə Qulamla 
söhbətimiz yadıma düşdü. İstər-istəməz əhvalını soruşdum: 
- Necəsiniz, kefiniz, damağınız? 
Mirzə Qulam cavab vərmək əvəzinə soruşdu: 
- Bəs harda düşmüşsən? 
- Bu yaxında, mehmanxanada. 
Bunu deyəndə Mirzə geri çəkildi, mənə bir tünd baxdı: 
- Necə yəni mehmanxanada? 
- Necəsiz-zadsız. Yerim də rahatdır. Mirzə bərkdən dedi: 
- Bəyəm mən ölmüşəm? Bəyəm mənim evim-eşiyim yoxdur ki, gəlib 
ayrı yerdə qalasan? 
- Təfavütü nədir, - dedim, - ay Mirzə, bir-iki gün qalacağam. Nə eybi 
var? 
- Çox eybi var. Adam olana, mən öz payımı deyirəm, çox eyibdir. 
Təvəqqe eləyirəm bunu mənə dedin, daha bir kəsə deməyəsən. Mən də 
özümə görə bir adamam axı! Mənim də dostum var, düşmənim var. Sabah 
şəhərdə biri desə ki: "Mirzə Qulamın dostu filankəs gəlib qəstində 
gecələyir", onda daha mən gərək el içinə  çıxmayım. Eyibdir. Boynuna al 
qardaşoğlu, çox eyib iş görmüşsən. Gedək, gedək evə! 
Mirzə Qulam qolumdan tutub məni evə sarı  çəkəndə, dayandım. 
Fikirləşdim ki, qonaqpərəstlik buralarda çox olsa da, hər evə getmək 


48 
 
yaxşı deyil. Fəlkə kasıb adamdır, niyə  xərcə salım. Nə lazımdır. Bəhanə 
gətirib, ayrılmaq istədim. Mirzə Qulam daha da möhkəm yapışdı: 
- Bu da kənd deyil ki, söhbətimizi yarımçıq qoyasan. Bu can ölsün ki
səni əldən buraxdı yoxdur! 
O, qolumdan çəkdi; gedəsi oldum. Özüm də bərk acmışdım. 
- Gəl, - dedim, - Mirzə, aşxanada nahar eləyək, söhbətə evə gedək. 
Mirzə yenə üzümə  tərs-tərs baxdı. Bir müddət dinmədi. Sonra başını 
aşağı salıb dedi: 
- Elə zarafatları bir yana qoy ki, aramız dəyər. Xarabamızda sənin 
qarnını doydurmaq üçün bir tikə çörək tapılar. 
Mən onun acıqlandığını görüb, bir söz demədim. Yanına düşüb getdim. 
"Qoy, - dedim, - qəlbi sınmasın". 
Mirzə Qulam məni bir qəssab dükanının qabağına apardı. Bığı  xınalı, 
dəvərəgöz bir qəssab kötüyün üstündə ət doğrayırdı. Mirzə Qulam məni ona 
göstərib dedi: 
- Məmmədhəsən, bizim bu oğlana bir üç-dörd kilo... - Bunu deyib Mirzə 
Qulam mənə tərəf döndü. - Nə deyirsən, qardaşoğlu, dörd kilo azlıq eləməz 
ki? 
- Yox, - dedim, - bəs elər. 
Mirzə yenə üzünü qəssaba tutdu və barmağı ilə mənə işarə elədi: 
- Bizim bu oğlana bir dörd kilo kabablıq erkək əti ver. Məmmədhəsən, 
xatır üçün əməlli-başlı elə, yağlı tikəsi çox olsun, çünki bizim bu qardaşoğlu 
şəhərimizdə qonaqdır... 
Qəssab kənardan asılan ətləri bir-bir göstərib, məndən soruşdu: 
- Bu necədir, burasmı bəyənirsinizsə, kəsim?.. 
Mən razılıq verdim. Qəssab  əti çəkib ikiəlli tərəzidən götürdü, mənə 
tərəf gəldi. Mirzə məndən soruşdu: 
- Qabdan-zaddan nə təhər eliyək? 
Mən əlimdə bükülmüş qəzeti verdim. O, əti qəzetə bükməkdə idi, qəssab 
mənim üzümə baxırdı. Baxdı, baxdı və dedi: 
- On bir, on bir, elər iyirmi iki, o da iyirmi iki, cəmisi qırx dörd manat. 
Düz qırx dörd manat! 
Mən tez əlimi cibimə atıb, ətin pulunu verdim. Mirzə Qulam əti götürdü. 
Çıxdıq. Lavaşçı dükanına çatanda Mirzə Qulam gülümsəyərək dedi: 
- Kababla bürüştə lavaşın ayrı ləzzəti olur! 
  


49 
 
- Bəli, - dedim, - ləzzətli olar! 
Mən cavabımı qurtarmamış Mirzə Qulam lavaşçıya dedi: 
- Bizim bu oğlana bir beş kilo ağ lavaş ver. Bürüştə olsun... Mirzə 
məndən soruşdu: 
- Beş kilo azlıq eləməz ki? 
- Bəsimizdir, - dedim, - neçə adamıq ki! 
Söz arası "neçə adamıq", - deyə soruşmaqda mənim məqsədim vardı: 
bilmək istəyirdim görüm Mirzənin daha neçə nəfər qonağı var? Mirzə buna 
cavab vermədi. Lavaşı  çəkdirib, qoltuğuma vurdu. Mən pulunu verdim, 
qayıtdıq. 
Bazarın başından ötəndə Mirzə içki dükanına girdi. Stolun dalında bir 
cavan oğlan dururdu. Mirzə onunla ermənicə danışdı. Sonra məni göstərib 
dedi: 
- Bizim bu oğlana bir beş-altı butulka araq, çaxır ver. Lap əlasından ver, 
özü də cür ver. Məclisi rəngarəng eləyən olsun... 
Cavan oğlan göstərdikcə, Mirzə seçdi. Şüşələri də lavaşın üstündən 
qoltuğuma yığdı. Mən içkinin də pulunu verdim. Çıxdıq. Mirzə Qulam 
geriyə döndü, qolumdan çəkdi: 
- Yadımızdan çıxıb, - dedi, - burada bir yaxşı qənnadı dükanı var, ətirli 
konfetlərdən keçmək insafdan deyil! 
Mən konfet xoşlamadığımı dedim. Mirzə başa saldı ki: "Konfeti yalxı 
yeməzlər, ancaq uşaqlar elə yeyər. Amma məclisdə içki ilə, kef-damaqla 
ayrı ləzzəti var! Xanımlar konfetsiz adama kəlmə verib, kəlmə almazlar!..." 
Anladım ki, Mirzənin nahar üçün, deyəsən, böyük məclisi olacaqdır. 
Tədarükünə mane olmaq yaxşı deyil. Konfetin də pulunu verib çıxanda, 
cibimə  fıkir verdim. Pulum azalmışdı. Axşam yeməyinə  və 
mehmanxanaçıya bir gecəlik mənzil pulu verməyə ancaq çatardı. Bir də 
fıkirləşdim ki, Mirzə Qulam qanacaqlı adama oxşayır; nə bilirsən: bəlkə 
mən xərclədiyim pulların hesabını saxlayır. Bəlkə evə çatan kımı ovcuma 
sayacaq! Bəlkə kişi hazırlıqsız bazara çıxıbmış, məni gördü, qonaqlıq 
fıkrinə düşdü. Puldan ötrü bir də evə getməmək üçün mənim xərcləməyimə 
razı oldu, evdə qaytaracaqdır. Bu fıkirlərlə  məşğul idim. Mirzənin səsi 
gəldi: 
- Fayton, fayton, bəri sür! 
Uzunətək, gödərək faytonçu lap yanımıza, səkinin qırağına sürdü. Mirzə 
məni göstərib dedi: 
  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə