Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə213/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   209   210   211   212   213   214   215   216   ...   256

437 

 

etdilər. Onlar bu sazişin ABŞ-la Türkiyə arasında münasibətlərin yeni mərhələsini 



açdığını, Birləşmiş Millətlərin  əsas prinsip və ideallarının həyata keçirilməsində 

mühüm hadisə olduğunu qeyd etdilər. E.Vilson dedi: "Biz danışıqlar zamanı biz 

hər iki ölkənin müstəqilliyi və suverenliyinə tam hörmət etmək prinsipini rəhbər 

tutmuşuq. Bu prinsiplər sazişin ayrılmaz hissəsini, əslində onun əsasını təşkil edir. 

Bu sazişin məqsədi Türkiyəyə öz silahlı qüvvələrini möhkəmləndirmək və eyni 

zamanda öz iqtisadiyyatını stabilləşdirmək xəttini davam etdirməyə imkan 

verməkdir". Baş nazir R.Peker sazişin imzalanması münasibətilə E.Vilsona təbrik 

teleqramı göndərdi (50). Ankara valisinin bununla bağlı Amerika nümayəndə 

heyətinin şərəfinə verdiyi ziyafətdə general Oliver dedi ki, amerikanlar Türkiyənin 

bütün guşələrində olublar, quru, dəniz, hava qüvvələri ilə yaxından tanış olublar 

və fabrik, zavod, liman, məktəb və digər yerlərlə maraqlanıblar. Amerika 

nümayəndələri imzalanmış sazişin işığında Türkiyənin gələcəyinə, iki ölkənin 

münasibətlərinin perspektivlərinə böyük ümidlə yanaşırlar.  İyul ayının 19-da 

Oliver missiyası Türkiyəni tərk etdi. Bundan sonra ekspertlər səviyyəsində 

Türkiyəyə  gələn Amerikanın hərbi, maliyyə, iqtisadçı  və  işgüzar dairələrinin 

nümayəndələri sazişdən irəli gələn vəzifələrin icrasına başladılar. 

Trümen doktrinasının elan olunması ilə bağlı SSRİ xarici işlər nazirinin 

müavini və Sovet İttifaqının BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi 

A.Qromıko kəskin bəyanatla çıxış etdi. O qeyd etdi ki, H.Trümenin Türkiyə  və 

Yunanıstana yardım üçün konqresə müraciəti təcavüzkar və  təxribatçı xarakter 

daşıyır. A.Qromıko Təhlükəsizlik  Şurasının iclasındakı  bəyanatında deyirdi ki, 

"Yunanıstan müharibədən və düşmən işğalından böyük ziyan çəkən müttəfiq ölkə 

kimi xaricdən kömək almaq haqqına malikdir. Türkiyəyə münasibətdə bunu 

demək olmaz, Türkiyə xaricdən yardım almaq üçün belə bir hüquqa malik 

deyildir, belə ki, o müharibədən ziyan çəkmiş ölkə adlandırıla bilməz. Onun 

ərazisi işğala məruz qalmayıb. Türkiyə müttəfiqlərə onların Hitler Almaniyasına 

qarşı mübarizəsində kömək etməyib. Demokratik ölkələrin güclü və  qəddar 

düşmənlə mübarizəsində Türkiyə demokratik düşərgədə olmayıb" (51). 1947-ci 

ilin iyun ayının  12-də "Pravda" qəzetində Q.Verşinin "ABŞ-ın planları üzrə 

Türkiyənin modernləşdirilməsinə dair" adlı yazısı bütövlükdə A.Qromıko 

tərəfindən Birləşmiş  Ştatlara və Türkiyəyə qarşı irəli sürülmüş ittihamların 

əsaslandırılmasına həsr edilmişdi. Q.Verşinin yazırdı: "Türkiyə ictimaiyyətinin 

narazılıqları bu ölkənin yeni "himayəçilərini" zərrə  qədər də olsa narahat etmir. 

Onlar bu ölkədə özlərini elə aparırlar ki, guya onun sahibləridirlər. Öz 

yardımlarını  təklif etdikdən sonra amerikanlar xüsusi hərbi nümayəndələrinə 

nəinki Türkiyə ərazisində aparılmalı olan işlərin proqramının müəyyən edilməsini

həm də "Trümen doktrinası"na əsasən amerikan sahibkarlarının 

 

  




438 

 

maraqlarına tam şəkildə cavab verən siyasi məqsədlərinin həyata keçirilməsini 



həvalə etməklə Türkiyənin suverenliyinə tam sayğısızlıq nümayiş etdirdilər". 

Amerikalıların Türkiyəyə gəlişini, orada apardığı işləri sadalayaraq "Pravda" qeyd 

edirdi ki, hərbi nöqteyi-nəzərdən Türkiyə artıq müstəqil dövlət deyil. Amerikan 

kapitalı ölkə iqtisadiyyatının dərinliklərinə nüfuz etməkdədir. Q.Verşinin fikrincə, 

Türkiyə iqtisadiyyat sahəsində  də müstəqilliyini itirməkdə idi və orada 

britaniyalılar öz mövqelərini daha güclü və varlı rəqibə verməkdə idilər (52). İyun 

ayının 15-də və 17-də də "Pravda" Türkiyə ilə bağlı yazılar vermişdi. 

Yardım haqqında Türkiyə-Amerika sazişinin mətni dərc edildikdən sonra 

Moskva radiosu öz şərhlərində onun ilk altı maddəsinin Türkiyənin suverenliyinə 

toxunduğunu bildirdi. Sazişin mətni elan olunduqdan sonra iyul ayının 17-də SSRİ 

Xarici İşlər Nazirliyinin Yaxın Şərq şöbəsinin yeni təyin edilmiş müdiri İ.Bakulin 

Türkiyədəki işlər vəkili P.Yerşova eyni gündə üç məktub göndərmişdi. Bu 

məktublarda tələb edilən məsələlər "Pravda" qəzetində  dərc edilmiş Q.Verşinin 

yazısı ilə tamamilə üst-üstə düşürdü. Birinci məktubda  İ.Bakulin tanınmış türk 

firmaları haqqında məlumat istəyirdi və yazırdı: "Bizdə olan məlumata görə, bir 

sıra firmalar formal olaraq qoyulmuş "yalançı  şəxslər" vasitəsi ilə Amerika 

kapitalı  əsasında işləyirlər". Həmin gün göndərdiyi ikinci məktubda  İ.Bakulin 

Türkiyə Böyük Millət Məclisinin tərkibi haqqında xarakteristika, onun daxilindəki 

ziddiyyətlər, Xalq Respublikaçı partiyanın daxilindəki cərəyanlar haqqında 

məlumat istəyirdi. Ən nəhayət, üçüncü məktubda o, Türkiyədə İngiltərə-Amerika 

ziddiyyətləri haqqında, hansı sahələrdə  İngiltərə-Amerika  əməkdaşlığının 

müşahidə edildiyi, İngiltərənin Türkiyədə hansı mövqeləri tamamilə özündə 

saxladığı  və türk cəmiyyətinin hansı  təbəqəsinin ingilisləri və amerikanları 

müdafiə etdiyi barədə  məlumatları SSRİ Xarici İşlər Nazirliyinə göndərməyi 

tapşırırdı (53). Eyni zamanda SİTA-nın baş direktoru N.Palqunov iyul ayının 19-

da "Türkiyədə yeni dünya müharibəsinin başlanması  təbliğatı ilə bağlı aparılan 

sistematik kampaniya barədə" toplanmış materialları V.Molotova göndərdi (54). 

Məsələn, SİTA-nın topladığı materiallarda göstərilirdi: "Qərbi Anadoluya səfərə 

gedən Xalq Respublikaçı partiyanın sədr müavini Ş.Saracoğlu demişdi ki, türk 

xalqı indi o səviyyəyə qalxıb ki, bütün dünyanı  təəccübləndirə bilib. Müharibə  

başlanan dövrlə müqayisədə onun gücü azı on dəfə artıb. Ötən 6-7 il müddətində 

biz çoxlu sayda oğullarımızı silah altında saxlayırıq, əgər bizi təhdid edən qüvvə 

səfərbərliyi dayandırsa, o halda biz əsgərlərimizin bir neçə birləşməsini azad edə 

bilərik" (55). 

Yardım haqqında Türkiyə-Amerika sazişi imzalandıqdan sonra SSRİ  işlər 

vəkili A.Vışinskiyə "Amerika yardımı ilə bağlı Türkiyədə siyasi vəziyyət 

haqqında" geniş hesabat göndərdi. O yazırdı ki, iyun-iyul aylarında xarici siyasət 

sahəsində az-çox diqqəti cəlb edən mühüm hadisə 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə