Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə221/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   217   218   219   220   221   222   223   224   ...   256

454 

 

aparıldığını, təhlükəsizlik orqanlarının və müvafiq idarələrin zəruri tədbirlər 



gördüyünü millət vəkillərinin nəzərinə çatdırdı. O qeyd etdi ki, hökumət 

Türkiyəyə  gəlmək istəyənlərin qarşısında heç bir maneə yaratmaq istəmir. 

Xüsusilə bir sıra müsəlman və türk millətindən olan şəxslərə münasibətdə 

hökumət həssaslıqla və mərhəmətlə yanaşır. Lakin N.Sadak sonda dedi ki, "Türk 

yurdunun hərbi cinayətkarların və vətən xainlərinin sığınacaq yerinə çevrilməsinə 

yol vermək olmaz" (3). 

Müharibə  başa çatdıqdan sonra əsir düşmüş  və zorla köçürülmüş Sovet 

vətəndaşlarının SSRİ-yə qayıtması müharibədən sonrakı dünyanın ciddi 

problemlərindən idi. İlkin hesablamalara görə, müharibə başa çatanda bu 

adamların sayı 4.109.304 nəfər idi. Az sonra həmin rəqəm daha da artdı və 1946-

cı ilin mart ayının 1-nə olan məlumata görə, SSRİ-yə repatriasiya edilən sovet 

vətəndaşlarının sayı 4.199.488 nəfərə çatdı. Bunlardan 2.660.013 nəfəri mülki 

vətəndaşlar, 1.539.475 nəfəri isə  hərbi  əsirlər idi (4). Əsir düşmüş sovet 

vətəndaşlarının xeyli hissəsi Türkiyə  ərazisindən keçməklə Sovet İttifaqına 

repatriasiya olunurdu. 

Avropa həbs düşərgələrindən Türkiyəyə yaşamaq üçün gələn sovet 

vətəndaşlarının SSRİ-yə verilməsi barəsində Sovet səfirliyi ÜİK(b)P MK-nın 

Siyasi Bürosunda təsdiq edilən notanı Türkiyə hökumətinə təqdim etmişdi. Orada 

göstərilirdi ki, Sovet səfirliyinə çatan məlumatlara görə, Qərbi Avropa 

ölkələrindən gətirilmiş keçmiş  hərbi  əsirlərdən və köçürülmüş  şəxslərdən ibarət 

olan Sovet vətəndaşları Türkiyənin Kostamon şəhərindəki düşərgədə saxlanılır. 

Onlardan bəziləri öz vətənlərinə qayıtmaq arzusunda olduqları barədə Sovet 

səfirliyinə  xəbər göndərmişlər, lakin  onlardan asılı  olmayan  səbəblərə görə 

həmin adamlar bunu rəsmiləşdirə bilmirlər. Notada belə şəxslərdən altı nəfərinin 

adı  çəkilirdi və Sovet səfirliyi ümidvar olduğunu bildirirdi ki, Türkiyə hökuməti 

bu adamların və ümumilikdə, Kostamon düşərgəsində saxlanılan Sovet 

vətəndaşlarının Sovet İttifaqına qayıtmasına imkan verəcəkdir. Siyasi Büro SSRİ 

Xarici  İşlər Nazirliyi tərəfindən təqdim edilən notanın mətnini təsdiq etdikdən 

sonra məsələyə nəzarət etmək üçün onun surətini Malenkov, Molotov, Qromıko, 

Beriya, Kaqanoviç və Bilqaninə göndərmişdi (5). Lakin məsələ burasında idi ki, 

nə notada adı  çəkilən  şəxslər, nə  də Türkiyəni yaşayış  yeri  kimi  seçən Sovet 

vətəndaşlarından SSRİ-yə qayıtmaq barədə Türkiyə hakimiyyət orqanlarına hər 

hansı müraciət daxil olmamışdı. 

Balkan ölkələrində baş verən hadisələr və  həmin ölkələrdə yaşayan türk və 

müsəlman azlıqlarının təqib edilməsi Türkiyə hökuməti üçün əlavə problemlər 

yaratmışdı. 

Bolqarıstanda, Yuqoslaviyada və xüsusilə Yunanıstanın Sovetlər tərəfindən 

müdafiə olunan qüvvələrin nəzarətində olan ərazilərində türklərin qovulması, 

təqid və təhqir edilməsi barədə çoxsaylı faktlar aşkar edil- 

 

  




455 

 

mişdi. Türkiyə Balkanlarda qayda yaradılması üçün ABŞ və Britaniyanın buradakı 



hadisələrə müdaxilə etməsinə, SSRİ-ni Balkan ölkələrinin daxili işlərinə 

qarışmaqdan çəkindirilməsinə böyük zərurət olduğunu müxtəlif formalarda ifadə 

edirdi. Türk mətbuatı Balkanlarda baş verən hadisələr bilavasitə "Moskvanın 

kommunist diktaturasının"  əməlləri kimi qiymətləndirirdi. Türk qəzetləri 

Yunanıstanın  şimalında general Markos hökumətinin yaradılmasını dünyanı 

təhdid edən qırmızı  məşəl kimi dəyərləndirirdi. Onların fikrincə, bu məşəl 

Moskvada hazırlanmış və Albaniya sərhədləri vasitəsi ilə Yunanıstana atılmışdır. 

Demokrat partiyasından olan F.Köprülü monarxiyanın devrilməsindən sonra 

Rumıniyanın Bolqarıstan, Yuqoslaviya və Albaniya kimi bütövlükdə Moskvanın 

nəzarətinə düşdüyünü, bolşevik təxribatlarının Suriya, İran, Fələstin və Çində 

gücləndiyini yazırdı. 1947-1948-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin 

xətti ilə  Şərqi Avropa və Balkan ölkələri üçün əməliyyat işçiləri və terrorçu 

dəstələr hazırlanmasına icazə verilmişdi. Sovet təsir dairəsinə düşən ayrı-ayrı 

ölkələrin "rəhbərləri"nə verilən tapşırıqlar və tövsiyələr (məsələn "Kim İr-Sen 

üçün məsləhətlər") bilavasitə Siyasi Büroda təsdiq edilirdi (6). 

1948-ci ilin yanvar ayı  ərzində Marşall planı Türkiyədə geniş müzakirələrə 

səbəb olmuşdu. Türk mətbuatı bu plan üzrə göstərilən Amerika yardımını 

kommunizmin Avropa ölkələrinə soxulması yolunda başlıca qabaqlayıcı müdafiə 

sistemi kimi şərh edirdi. Yanvar ayının 16-da Avropanın iqtisadi cəhətdən bərpası 

haqqında Dövlət Departamentinin məruzəsi demək olar ki, bütün aparıcı Türkiyə 

qəzetlərində  dərc edildi. Məruzənin Türkiyəyə aid olan hissəsi mətbuatda geniş 

rəylər doğurdu. Dövlət Departamentinin məruzəsi mətbuatda dərc edilən gün 

prezident  İ.İnönü axşam saat 10-da ABŞ  səfiri E.Vilsonu qəbul edib N.Sadakla 

birlikdə  məruzənin Türkiyəyə aid olan hissəsini geniş müzakirə etdilər. Marşall 

planı üzrə yardım proqramında Türkiyənin yetərincə yer almaması Türkiyə siyasi 

dairələrinin ciddi narahatçılığına səbəb olmuşdu. "İstanbul" qəzeti yanvar ayının 

19-da yazırdı: "Marşall planı bütün iqtisadi və siyasi məsələlərin birinci sırasında 

dayanır. Vilson-İnönü görüşü türk hökumətinin yardımın forma və  məbləğindən 

razı qalmadığını ehtimal etməyə əsas verir". Türkiyəni narahat edən məsələlərdən 

ən başlıcası Marşall planında onun kənd təsərrüfatı ölkəsi kimi dəyərləndirilməsi 

və ölkənin Avropanın bərpa proqramında ancaq kənd təsərrüfatı  məhsullarının 

artırılması yolu ilə  iştirakının nəzərdə tutulması idi. Ölkənin sənayeləşdirilməsi 

xətti Amerika planında əsas kimi götürülməmişdi. 

Demokrat partiyasının liderləri Türkiyənin Marşall planında yetərincə  nəzərə 

alınmamasını hökumətin ölkənin iqtisadi və maliyyə  vəziyyəti ilə bağlı 

əsaslandırılmış  məlumatlar hazırlaya bilməməsi və Amerika yardımını almağa 

qadir olmaması ilə izah edirdilər. Türkiyənin maliyyə naziri 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə