Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə220/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   216   217   218   219   220   221   222   223   ...   256

451 

 

A.Vışinski onun üzərinə öz qeydini əlavə etdi ki, N.Sadak və Baş nazirin razılığı 



olmadan Aras və Arpaqın belə fikir söyləmələri şübhəlidir (82). 1947-ci il dekabr 

ayının 3-də isə SSRİ xarici işlər nazirinin müavini F.Qusev P.Yerşovun teleqramı 

ilə bağlı V.Molotovun adına daha ətraflı arayış hazırladı. O yazırdı: "Hesab 

edirəm ki, P.Yerşovun Aras və Arpaqla söhbəti və Arasın SSRİ ilə Türkiyə 

arasında ticarətin canlandırılması haqqında təklifi adi kommersantın təklifi kimi 

şərh etməsi səhvdir. P.Yerşovla Aras və Arpaq arasında söhbətin məzmunu 

göstərir ki, onların Sovet-Türkiyə münasibətlərini yaxşılaşdırmaq üçün ticarəti 

canlandırmaq məqsədilə "qapıları açmaq" təklifi SSRİ-nin Türkiyəyə münasibətdə 

mövqeyini aydınlaşdırmaq üçün siyasi yoxlama xarakteri daşıyır". F.Qusev 

yazırdı: "R.Arasın belə bif fikri diqqəti cəlb edir ki, N.Sadak bu istiqamətdə nə isə 

edə bilər, o cümlədən mətbuata və böyük məsələlərin həllində Baş nazir və 

prezidentə təsir göstərə bilər". Eyni ilə F.Qusev də təkrar edirdi ki, N.Sadakın və 

Baş nazirin razılığı olmadan R.Arasın belə bir fikir söyləməyə risk etməsi 

şübhəlidir. Onun fikrincə, Arasa və Arpaqa qeyri-rəsmi vasitəçi rolunun 

tapşırılması təsadüfi deyildi, belə ki, Türkiyənin siyasi dairələrində inam var ki, bu 

adamlar Sovet nümayəndələri tərəfindən məlum etimada malikdirlər. Eyni 

zamanda türklərə məlum idi ki, Aras və Arpaq hətta Sovet-Türkiyə münasibətləri 

gərginləşdikdən sonra da Sovet səfirliyi ilə sistematik əlaqə saxlayırdılar. F.Qusev 

belə nəticəyə gəlirdi: "Türklərin bizimlə danışıqlar üçün yoxlama cəhdləri onunla 

izah edilə bilər ki, SSRİ ilə münasibətlərin tənzim olunmamasından Türkiyənin 

rəhbər hakimiyyət və partiya dairələrində narahat olmağa başlayıblar" (83). 

Bunula da 1947-ci ilin sonlarında iki ölkənin münasibətlərinin normallaşacağına 

müəyyən ümidlər yaransa da, Sovet İttifaqının yanlış mövqeyi nəticəsində bu 

ümidlər boşa çıxdı. 

Bundan bir həftə sonra Xarici İşlər Nazirliyinin Yaxın Şərq şöbəsinin müdiri 

İ.Bakulin SSRİ-nin Ankaradakı  işlər vəkilinə tapşırıq verdi ki, Türkiyə 

iqtisadiyyatında Amerika kapitalının inkişaf dinamikası barədə müqayisəli 

məlumatları Moskvaya göndərsin (84). 

Beləliklə, Sovet-Türkiyə münasibətlərində yeni başlanmış soyuq müharibənin 

gərgin olan daha bir ili nəticəsiz başa çatdı. 1947-ci ildə Trümen doktrinası elan 

olunduqdan və yardım haqqında Amerika-Türkiyə sazişi imzalandıqdan sonra 

Sovetlərin Türkiyəyə münasibətdə yeritdiyi "əsəb savaşı" mətbuat 

kampaniyasından irəli gedərək daha kəskin xarakter aldı. 

 

  




452 

 

XI FƏSİL 



 Türkiyənin NATO-ya daxil olması 

 

1948-ci ili Türkiyə narahat vəziyyətdə qarşıladı. Ölkədə ağır iqtisadi çətinliklər 



davam etməkdə idi. 1947-ci ilin payızında yenidən güclənmiş Sovet təzyiqləri 

hərbi xərclərin azaldılmasına imkan vermirdi. ABŞ-la məsləhətləşdikdən sonra 

türk ordusunun şəxsi heyətinin bir qədər azaldılması  müsbət  meyllər yaratsa  da,  

lakin  yetərli  deyildi.  Trümen doktrinası üzrə alınan yardımın həcmi Türkiyənin 

hərbi ehtiyacları ilə müqayisədə çox az idi. Marşall planı üzrə aparılan 

müzakirələr Türkiyə siyasi dairələri üçün gözlənilən nəticələri verməmişdi. Lakin 

bütün bunların fonunda Türkiyə ABŞ-ın siyasi dəstəyini qazanmışdı və bu dəstək 

onun Sovet təhlükəsinə qarşı dirənişinə ciddi şəkildə  təsir göstərirdi. Baltik 

dənizindən Qara dənizə  qədərki böyük bir ərazidə Finlandiya istisna olmaqla, 

Türkiyə sovet təsir dairəsindən kənarda qalan yeganə qonşu dövlət idi. "Ulus" 

qəzeti özünün 1 yanvar 1948-ci il tarixli sayında Sovet İttifaqının xarici siyasətini 

geniş təhlil edərək onun öz iradəsini digər xalqlara qəbul etdirmək cəhdlərini ciddi 

şəkildə  tənqid edir, Sovetlərin ekspansionist siyasətinin qarşısının alınmasında 

ABŞ-ın rolunu yüksək qiymətləndirirdi. "Ulus" yazırdı: "Rusiya bəyan edir ki

onun tələbləri qəbul edilməyənə  qədər dünyada sülh bərqərar olmayacaqdır". 

Lakin bütün çətinliklərə baxmayaraq Türkiyənin siyasi dairələri və mətbuatı 1948-

ci ilin ölkədə demokratiyaya doğru irəliləyişdə mühüm il olacağını 

vurğulayırdılar. 

1947-ci ilin sonlarında Sovetlərin təsiri altında olan Balkan ölkələri arasında 

qarşılıqlı yardım haqqında müqavilələrin imzalanması Türkiyənin narahatçılığını 

daha da artırmışdı. Hakimiyyətə Yaxın olan bir sıra mətbuat orqanları qeyd 

edirdilər ki, əgər Yunanıstan və Türkiyə məğlub olarsa, onda Sovetlər öz ağalığını 

bütün Avropa və Afrikada bərqərar edib Hindistanı mühasirəyə alacaqdır (1). 

Türkiyə Böyük Millət Məclisinin yanvar ayında keçirilən iclaslarında deputat 

Nihat Erim, Cahid Baban, Fuad Köprülü, Kemalettin Kamu, Etem İzzet Benice, 

Asım Us, Reşat Aydınlı, Məclis sədrinin müavini Fikri Düşünsel və digərləri 

SSRİ-yə qarşı  sərt ittihamlarla çıxış etmişdilər. Hətta K.Kamu bildirmişdi ki, 

İkinci Dünya müharibəsi  Sovetlərin imperialist siyasətinin nəticəsi kimi meydana 

çıxmışdır. Deputat R.Aydınlı parlamentdəki çıxışında qeyd etmişdi ki, indi qırmızı 

imperializm bir zamanlar Hitler və onun əlaltılarının etmək istədiklərini həyata 

keçirmək istəyir. Kreml bütün dünyanı  tələb edir. Kommunizm Moskvanın  

müstəmləkəçilik  siyasətinin  silahıdır.  Sovetizm  slavyanizm 

 

  



453 

 

deməkdir. Kommunizm azadlıq  əvəzinə  zəncirdir,  ədalət  əvəzinə terrordur. 



Qırmızı qaydaların rəhbərləri, elə  həmin Romanovlardır. N.Erim rus generalları 

arasında belə bir söz-söhbətin olduğu barədə məlumatın alındığını qeyd edirdi ki, 

"biz Türkiyəni aldığımız zaman onlarla, onların ermənilərlə etdikləri qaydaya 

rəftar edəcəyik" (2). Bir sıra deputatlar Sovetlərin Türkiyəni dağıtmaq, türkləri 

məhv etmək niyyətləri barədə müxtəlif mənbələrdən aldıqları  məlumatlar 

haqqında hiddətlə danışmağa başlamışdılar. 

1948-ci ilin yanvar ayının ilk günlərində  İspartadan olan millət vəkili Said 

Köksal Avropanın müxtəlif həbs düşərgələrində saxlanılan və öz vətəninə 

qayıtmaq istəməyən türklər barəsində xarici işlər nazirinə sorğu ilə müraciət 

etmişdi. Onların hamısı Sovet İttifaqının türk-müsəlman respublikalarından olan 

sovet vətəndaşları idilər. Xarici işlər naziri N.Sadak bu barədə yanvar ayının 12-də 

Məclisə geniş  məlumat verdi. O qeyd etdi ki, Türkiyə hökuməti bu məsələ ilə 

çoxdan məşğuldur və zaman-zaman bu məsələ respublika hökuməti qarşısında 

siyasi bir məsələ kimi dayanmışdır. N.Sadak bildirdi ki, İkinci Dünya 

müharibəsindən sonra Qərbi Avropa ölkələrində  təxminən bir milyon yarım 

keçmiş əsir, köçürülmüş, yaxud sürgün edilmiş adamlar toplanmışdır. 1946-cı ildə 

BMT-nin Baş Məclisində köçkün və qaçqın düşmüş adamların yerləşdirilməsi ilə 

bağlı xüsusi beynəlxalq təşkilat yaradılmışdır. Bu təşkilatın başlıca vəzifəsi qeyd 

edilən milyon yarım  əsir, qaçqın və köçkün əhalinin öz vətəninə qayıtmaqlarını 

təmin etmək idi. Lakin N.Sadakın sözlərinə görə, bu adamların müəyyən hissəsi 

öz vətənlərinə qayıtmaqdan imtina etmişdi. Bu adamların arasında Türkiyəyə 

gəlmək istəyənlər də olduğundan hökumət məsələni öyrənmək üçün 1946-cı ilin 

iyul ayının 1-də xüsusi komissiya yaratmış və bu komissiya oktyabr ayına qədər 

Yunanıstan,  İtaliya, Avstriya, Almaniyanın ingilis və amerikan işğal zonasında 

işləmiş  və müvafiq raport hazırlamışdı. Komissiya 7170 müsəlmanın Türkiyəyə 

köçmək arzusunda olduğunu müəyyənləşdirmişdi ki, bunların da 4700 nəfəri 

İtaliya,  İsveçrə  və alman düşərgələrində beynəlxalq təşkilatların nəzarəti altında 

olan, 2470 nəfəri isə düşərgələrdən kənarda yerləşən  şəxslər təşkil edirdi. 

Komissiyanın məlumatlarını  və  təkliflərini dinlədikdən sonra hökumət bu 

adamların Türkiyəyə  gəlməsinin mümkünlüyü haqqında qərar qəbul etmiş, 

bununla yanaşı  əlavə olaraq vaxtilə öz ölkəsində olan zaman hərbi cinayət 

törətməmiş və vətənə xəyanət etməmiş daha 7 min adamın da qəbul olunmasının 

mümkünlüyünü beynəlxalq təşkilata bildirmişdi. Eyni zamanda hökumət 

Türkiyəyə gəlmək arzusunda olanların gələcəkdə digər ölkəyə getmək məqsədilə 

Türkiyənin müvəqqəti yaşayış yeri kimi seçməsi ilə razı deyildi. Hökumət  şərt 

qoymuşdu ki, gəlmək istəyənlər Türkiyə  vətəndaşlığını  qəbul edib orada daimi 

yaşamalı idi. N.Sadak bu işin çox diqqətlə 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə