Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə223/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   219   220   221   222   223   224   225   226   ...   256

458 

 

pisləşdirən daimi antisovet böhtan və  təxribatçılıq kampaniyasına prezident 



İ.İnönü özü qoşulmuşdur. Türkiyə Məclisinin sədri general Karabekirin vəfatı ilə 

bağlı yazdığı məqalədə o, türk hakim dairələrinin Sovet xarici siyasətinə qarşı inad 

göstərməyə çağırdı və bununla da mətbuatı SSRİ-yə qarşı düşmən mövqe tutmağa 

həvəsləndirdi" (10). 

ABŞ Dövlət Departamentinin Almaniya məğlub olan zaman qənimət kimi ələ 

keçirilən "Sovet-nasist əməkdaşlığı haqqında" sənədləri 1948-ci ilin fevral ayının 

əvvəllərində çap etməsi Türkiyədə böyük səs-küyə səbəb oldu. Vaşinqtonda türk 

informasiya bürosunun rəisi  Şükrü Esmer çap olunan sənədlərin "Ulus" qəzeti 

üçün icmalını hazırladı.  Ələ keçirilmiş  sənədlər Sovetlərin Türkiyə ilə bağlı 

işğalçılıq planlanını tamamilə təsdiq edirdi. Fevral ayının 5-də Ş.Esmerin "Ulus" 

qəzetində "Nasist-Sovet sövdələşməsi haqqında sənədlər", fevralın 6-da isə 

"Sənədlər və Türkiyə" məqalələri dərc olundu. İlk növbədə o, göstərirdi ki, Sovet 

İttifaqı ilə Almaniya arasında imzalanmış gizli sənədlərin, aparılmış gizli 

danışıqların açıqlanması, rus imperializminin tamahı, aşağısında Stalin və 

Molotovun imzası olan sazişlərin mahiyyəti haqqında Amerika xalqının 

təsəvvürlərini tamamladı.  Ş.Esmerin fikrincə, sənədlərin çap olunması nasist 

Almaniyası ilə müqayisədə kommunist Rusiyasının günahının daha böyük 

olduğunu təsdiq etdi. Onun fikrincə, Dövlət Departamentinin indi bu  sənədləri  

dərc  etməsi  Marşall  planına münasibətdə    Konqresdə yaranmış müxalifət ilə 

bağlı idi. Bu addımla Departamentin rəsmiləri Amerika xalqına rus 

imperializminin mahiyyətini başa salmaq istəyir və  həmin təhlükənin yenidən 

təkrar oluna biləcəyini vurğulayır, Marşall planı vasitəsilə bu təhlükənin qarşısının 

alına bilinəcəyini önə  çəkirdilər.  İkinci yazıda isə  Ş.Esmer Almaniya-Sovet 

əməkdaşlığına dair sənədlərin dərc olunmasından sonra İkinci Dünya müharibəsi 

illərində Türkiyənin düzgün siyasət yeritdiyinin bir daha təsdiqləndiyini bildirirdi. 

Ş.Esmerin fikrincə, dərc olunmuş  sənədlər göstərirdi ki, dünya müharibəsi  

ərəfəsində  təhlükənin ox ölkələrindən gəldiyini Türkiyə hiss etdiyindən bir 

tərəfdən ingilis-fransızlarla, digər tərəfdən isə 1925-ci ildən dostluq müqaviləsi ilə 

bağlandığı Rusiya ilə danışıqlara başlamışdı. Sənədlər göstərirdi ki, SSRİ xarici 

işlər komissarının müavini Potemkin Ankaraya gələn  zaman  artıq  Sovet  

hökuməti  müqavilə  bağlamaq  barəsində Almaniya ilə gizli danışıqlara başlamış 

və  nəticədə 1939-cu ilin 23 avqust müqaviləsi imzalanmışdı. Yeni açıqlanan 

sənədlərdə göstərilirdi ki, Ribbentropun Moskvaya səfəri zamanı müzakirə edilən 

məsələlərdən biri də Türkiyəyə münasibət məsələsi olub. Danışıqlar zamanı 

İ.Stalin onun Türkiyəyə münasibətdə  nə fikirləşdiyini soruşduqda Ribbentrop 

cavab vermişdi ki, "Almaniyanın bir neçə ay ərzində Türkiyə ilə dostluq 

münasibətləri qurmağa cəhd etməsinə baxmayaraq, Türkiyə  İngiltərə ilə 

birləşərək, Almaniyanın "mühasirəyə alınmasına" qoşulan ilk ölkə oldu 

 

  



459 

 

və belə yol tutacağı barəsində Almaniyaya məlumat vermədi". İ.Stalin demişdi ki, 



o, Türkiyənin belə siyasətindən narazıdır. Dərc olunmuş digər bir sənəddə 

Almaniya ilə SSRİ arasında 1940-cı ilin noyabrında Berlində aparılan danışıqlarda 

Türkiyə  və xüsusilə Boğazlar məsələsinin müzakirə edildiyi, rusların Bosfor və 

Çanakkalada onlara baza verilməsini Almaniyadan xahiş etməsi təsdiqlənirdi. 

Almaniya ilə SSRİ arasında aparılan danışıqlarda və diplomatik yazışmalarda 

Türkiyənin  İngiltərədən ayrılması  və ox ölkələrinə birləşməsi istiqamətində 

Sovetlər tərəfindən ona təzyiq göstərilməsi yeni açıqlanan gizli sənədlərdə aydın 

şəkildə öz əksini tapmışdı.  Şükrü Esmer yazırdı ki, Almaniya ilə SSRİ arasında 

belə  sıx  əməkdaşlıq olduğu halda Rusiyanın Türkiyəni Birləşmiş Millətlərin son 

sessiyasında Vışinskiniun dediyi kimi, Almaniya ilə  əməkdaşlıqda 

günahlandırması  qəribə deyilmi? Ən nəhayət o, qeyd edirdi ki, bu sənədlər 

əsasında Nürenberq məhkəməsi Ribbentropu edam cəzasına mahkum etdi. 

Görünür, indi heç bir məhkəmənin onun günahlarının ortağını  cəzalandırması 

mümkün deyildir. Lakin bu cəzanı,  ədalətliliyi Nürenberq məhkəməsindən də 

yüksəkdə dayandığı hiss edilən dünya ictimai rəyi verir (11). 1948-ci ilin fevral 

ayında nəhayət ki, iki illik fasilədən sonra Sovet İttifaqı Ankaraya yeni səfirini 

təyin etdi. Bu iki ildə S.Vinoqradov hələ rəsmən səfir kimi qalsa da, o, Türkiyədə 

olmamışdı. Bununla belə, S.Vinoqradov SSRİ Xarici İşlər Nazirliyində Türkiyəyə 

qarşı bütün planların hazırlanmasında çox fəal iştirak edirdi. Ankaraya təyin 

edilən yeni səfir A.Lavrişev fevral ayının 16-da Siyasi Büroda təsdiq edildi və 

fevralın 17-də onun təyinatı V.Zorin tərəfindən SSRİ Xarici İşlər Nazirliyinə 

dəvət edilmiş türk səfiri F.Z.Akdura bildirildi. A.Lavrişev SSRİ Xarici İşlər 

Nazirliyində məsul vəzifədə çalışırdı. 1946-cı ildən o, Nazirliyin Balkan ölkələri 

şöbəsinə rəhbərlik edirdi, ondan əvvəlki bir ildə isə IV Avropa şöbəsinə başçılıq 

etmişdi. Ümumilikdə, A.Lavrişev 1939-cu ildən diplomatik işdə çalışırdı. 1939-

40-cı illərdə o, əvvəlcə Bolqarıstandakı Sovet səfirliyinin birinci katibi, 1940-

1944-cü ildə isə SSRİ-nin Bolqarıstanda işlər vəkili olmuşdu. 1944-45-ci illərdə 

isa A.Lavrişev Bolqarıstan və Rumıniyada müttəfiqlərin nəzarət komissiyasının 

siyasi müşaviri vəzifəsində  işləmişdi (12). Fevral ayının 24-də onun Ankaraya 

səfir təyin olunması barədə Sovet hökumətinin qərarı elan edildi. Həmin gün 

mətbuat nümayəndələri ilə görüşən N.Sadak bildirdi ki, "Türkiyənin Sovet İttifaqı 

ilə münasibətlərində heç bir dəyişiklik yoxdur. Demək olar ki, son iki ildə onların 

səfiri məzuniyyətdə olub. Onlar yeni səfir üçün aqreman istədilər, biz də onlara 

bunu verdik". SSRİ Xarici İşlər Nazirliyində mühüm vəzifə tutan bir diplomatın 

Ankaraya yeni səfir təyin edilməsi Türkiyədə birmənalı qarşılanmadı. Türkiyə 

siyasi dairələrinin bu təyinatla bağlı narahatçılığını Xarici İşlər Nazirliyindən 

təlimat alan "İstanbul" qəzeti mart ayının 1-dəki sayında daha qabarıq ifadə 

etmişdi. 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə