Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə222/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   218   219   220   221   222   223   224   225   ...   256

456 

 

Xalit Nazmi Keşmir və on altıların Paris görüşünün iştirakçısı Ali Riza Türel öz 



açıqlamalarında bildirirdilər ki, 1948-1951-ci illərdə Türkiyə büdcəsinin illik 

kəsiri 615 milyon dollar hesablanıb və Dövlət Departamentinin məruzəsindən belə 

məlum olur ki, Türkiyə qarşıdakı 4 il ərzində bu kəsiri bağlamaq üçün məhz bu 

məbləği ala biləcəkdir. Türkiyənin siyasi dairələri və aparıcı  mətbuat orqanları 

Türkiyəyə göstərilən yardımının azlığına görə Marşall planını  tənqid edir, 

amerikanları inandırmağa çalışırdılar ki, Türkiyəsiz Avropanın bərpası, Trümen 

doktrinasının və onunla bağlı olan Marşall planının həyata keçirilməsi mümkün 

olmayacaqdır. Demokrat partiyasının tanınmış liderlərindən olan F.Köprülü 

Türkiyəyə yardımın zəruriliyini müdafiə edir və bildirirdi ki. Türkiyəni Marşall 

planı üzrə yardımdan məhrum etmək böyük siyasi səhv olardı (7). 

Yanvar ayının sonlarında Millət Məclisində Marşall planı ilə bağlı verilən 

sorğuya fevral ayının 2-də xarici işlər naziri N.Sadak geniş cavab verdi. N.Sadakın 

cavablarından aydın olurdu ki, Marşall planı  çərçivəsində Türkiyəyə göstərilən 

yardımla bağlı ölkərini rəsmi dairələrində narahatçılıq mövcuddur. Əslində yardım 

proqramı elan olunduqdan sonra Türkiyəyə münasibətdə onun şərtləri elə  də 

qaneedici deyildi. N.Sadakın çıxışını  şərh edən mətbuat orqanları bu şərtləri 

Türkiyənin Avropanın dirçəldilməsindən kənarda qoyulması kimi dəyərləndirirdi. 

Xarici işlər naziri məlumat verirdi ki, hazırda yardımın həcminin artırılması ilə 

bağlı Vaşinqtonda və Ankarada danışıqlar aparılır. Fevral ayının ortalarında ABŞ 

senatının Avropanın bərpası  məqsədilə 1948-ci il üçün ayrılan vəsaiti 5 milyard 

300 milyon dollara endirməsi Türkiyə siyasi dairələrində narahatçılığı daha da 

artırmış, Türkiyənin yardım proqramında iştirakı üçün əlavə çətinliklər yaratmışdı. 

Bu ümidsizliyi aradan qaldırmaq üçün Trümenin, Marşallın, Makbraydın və 

digərlərinin çıxışlarında Türkiyəyə  hərbi yardımın həcminin artırılacağı 

vurğulanırdı. Fevral ayının ortalarında Dövlət katibi C.Marşallın çıxışından aydın 

olurdu ki, ABŞ Sovet təzyiqləri qarşısında Türkiyəni hərbi və siyasi baxımdan tək 

qoymaq fikrində deyildir. Amerika dövlət rəsmiləri təsdiq edirdilər ki, Türkiyə 

Birləşmiş Ştatların strateji planlarında əsas rolunu davam etdirəcəkdir. Amerikada 

Türkiyə informasiya bürosunun rəhbəri  Şükrü Esmer Marşall planı haqqında 

yazdığı geniş  məqalədə Türkiyənin bu və ya digər formada həmin plan üzrə 

yardım alacağını əsaslandırırdı (8). 

1948-ci ilin yanvarında Britaniya xarici işlər naziri E.Bevinin icma palatasında 

çıxışı Türkiyədə böyük maraqla qarşılandı. Sovet təhlükəsinə qarşı dayanmaq 

üçün E.Bevin qərb blokunun yaradılması ideyasını irəli sürürdü. Türk mətbuatı 

onun çıxışını  İkinci Dünya müharibəsindən sonra ən mühüm çıxış kimi 

qiymətləndirirdi. Sovet nəzarəti altında olan ölkələrin bloklaşması və  kommunist  

ideologiyasının  coğrafiyasının 

 

  




457 

 

genişlənməsi Britaniyanı təkcə Qərb blokunun deyil, eyni zamanda Yaxın və Orta 



Şərqi, Aralıq dənizi hövzəsini  əhatə edəcək Orta Şərq blokunun yaradılmasının 

təşəbbüsçüsü etmişdi. Türkiyənin bu təşəbbüsə marağı Sovetlərin Balkanlarda 

yeritdiyi siyasətin onun üçün ciddi təhlükə törətməsi ilə izah edilirdi. Cinahdan 

sıxılma cəhdlərinə qarşı Türkiyə Yaxın  Şərqdə  nəzərdə tutulan "təhlükəsizlik 

bloku"na daxil olmaqda maraqlı idi. Türkiyə ilə İran, İraq, Suriya, Livan, Fələstin, 

Transiordaniya və Misir arasında formalaşan dostluq atmosferi onun belə bir 

blokda aparıcı rol oynayacağına ümid yaradırdı. Beləliklə, ABŞ  tərəfindən 

müdafiə olunan Britaniyanın Sovet İttifaqı əleyhinə istiqamətlənmiş qərb və orta 

şərq blokları yaratmaq ideyası Türkiyə tərəfindən maraqla qarşılanırdı. 

Yanvar ayının ortalarında Brumen Vaytın "Qlazqo Herald" qəzetində  dərc 

olunmuş "Türkiyə və soyuq müharibə " məqaləsi "Le jurnal d Oriyan"da yenidən 

nəşr olundu. Məqalədə Türkiyənin xarici siyasəti Balkanlarda və xüsusilə 

Yunanıstanda baş verən son hadisələrin işığında araşdırılırdı.V.Vayt yazırdı: 

"Baxmayaraq ki, rus radiosu bir vaxtlar Sudet vilayətinin ilhaq edilməsi ərəfəsində 

Gebbelsin sözlərini xatırladan təhqiramiz fikirlərini təkrar edir, lakin indi bu 

təhqirlər getdikcə daha az effekt verir. Tamamilə aydındır ki, belə radio 

verilişlərinin Türkiyənin qətiyyətini, onun sərhədlərinə ola biləcək hər hansı 

hücuma qarşı müqavimətini qıracağını gözləmək olmaz". V.Vayt yazırdı: "İgidlik, 

milli iftixar və  şərəf türk xalqının dərin köklərindən gələn saciyyəvi 

xüsusiyyətidir. Sovetlər bunu yaxşı bilir, lakin əgər bu keyfiyyətləri zəiflədə 

bilmirlərsə, ruslar təhdid təbliğatı aparmaqla Türkiyənin iqtisadi həyatını 

pozmağın mümkünlüyünü həmişə diqqət mərkəzində saxlayırlar". B.Vayttın 

fikrincə, Atatürkün Türkiyədə görməyi arzuladığı  işlər bu gün Türkiyədə  həyata 

keçirilirdi. Atatürkün siyasəti onun sağ  əli olmuş  və hazırda varisi prezident 

İ.İnönü tərəfindən yeridilirdi (9). 

1948-cilin yanvar ayının 26-da Türkiyə milli mücadilə dövrünün tanınmış 

simalarından sayılan Şərq cəbhəsinin qəhrəmanı, Türkiyə Böyük Millət Məclisinin 

sədri Kazım Karabekir paşanı itirdi. Onun vəfatı ilə bağlı prezident İ.İnönü "Ulus" 

qəzetinin 29 yanvar tarixli sayında vida sözü ilə çıxış edib Kazım paşanın keçdiyi 

həyat yolunu, qəhrəmanlıq yürüşlərini,  şəxsi keyfiyyətlərini yüksək 

qiymətləndirirdi. O, yazırdı: "Bizim xalqımız Kazım Karabekirin milli azadlıq 

mübarizəsi qarşısında xidmətlərini iftixar hissi ilə tarixə qeyd edəcəkdir.  Şərq 

cəbhəsinin komandanı kimi böyük ustalıqla o, bizim milli azadlıq hərəkatımızın 

təhlükəli yürüşlərinə rəhbərlik etdi və onu tam qələbəyə qədər apardı". İ.İnönünün 

vida sözü ilə bağlı bu yazını geniş təhlil edən Ankaradakı Sovet səfirliyinin birinci 

katibi S.Kiktev həmin yazıda Sovet İttifaqı ilə bağlı  məsələlərə xüsusi diqqət 

verərək SSRİ Xarici İşlər Nazirliyinə yazırdı: "Yanvar ayında türk mətbuatının 

Sovet-Türk münasibətlərini 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə