Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə218/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   214   215   216   217   218   219   220   221   ...   256

447 

 

sevincini ifadə edirdi. Üçüncü karikaturada qoca bütün xəncərləri ilə sülh 



ilahəsinin üstünə atılır və  xəncərləri onun düz ürəyinə sancır. Sülh ilahəsinin 

ürəyindən qan fəvvarəsi vurur. Sülh ilahəsi və divarın arxasında olan, tapançasını 

yerinə qoymuş amerikalı babanın sifətini fəlakət ifadəsi bürüyür. Qoca qələbəni 

bayram edir. Karikaturanın altında bu sözlər yazılmışdı: "Gözəl günlərin birində 

belə qurtaracaq". Ankaradakı Sovet səfirliyi Moskvaya yazırdı: "Belə  təxribatçı 

karikaturalar bütün qəzet və jurnallarda çap edilir. Türk müharibə  qızışdırıcıları 

digərlərini "böhtan" atmaqda günahlandıraraq hər gün Sovet İttifaqı  əleyhinə 

müharibəyə çağırışlar edir". A.Vışinskinin BMT tribunasından təhqir etdiyi 

A.Daver isə onun çıxışını "dəlinin sayıqlaması" adlandırırdı (74). 

1947-ci ilin sentyabr ayının sonlarında ÜİK(b)P və Avropanın 8 ölkəsinin 

kompartiyalarının Polşada keçirilən müşavirəsində Kominformbüronun 

(Kommunist və  Fəhlə Partiyalarının  İnformasiya Bürosu - C.H.) yaradılması 

Türkiyədə narahatlıqla qarşılandı. Trümen doktrinası və Marşall planından sonra 

qərb ölkələrinin birlik nümayiş etdirməsi, Sovet rəhbərliyinin təzyiqi ilə  Şərqi 

Avropa ölkələrinin Marşall planından imtina etmələri yeni beynəlxalq  şərait 

yaratmışdı. Sovetlərin planı 

əsasında xalq demokratiyası ölkəsinin 

kompartiyalarının Polşada keçirilən görüşü və bu görüşdə V.Molotov və 

A.Jdanovun iştirakı beynəlxalq kommunist orqanın yaradılması ideyasını özündə 

ehtiva edirdi. Görüşdə  məruzə edən A.Jdanov nəinki "qardaş partiyaların" işinə 

qiymət verdi, eyni zamanda yaranmış yeni şəraitdə onların qarşısında konkret 

vəzifələr qoydu. A.Jdanovun məruzəsində ilk dəfə dünyanın iki düşərgəyə 

bölünməsi ideyası irəli sürüldü: imperialist antidemokratik düşərgə  və 

antiimperialist demokrat düşərgə. A.Jdanov açıq  şəkildə  bəyan etdi ki, yaranmış 

yeni,  şəraitdə bütün ölkələrin, xüsusilə hökumət koalisiyalarına daxil olduğu 

ölkələrin kommunistlərinin başlıca vəzifəsi Sovet İttifaqına yardım göstərməkdən 

ibarətdir. Onun fikrincə, imperializmin yeni ekspansionist cəhdlərinə müqavimət 

göstərilməsinin başında Sovet İttifaqı dayanır və qardaş partiyalar öz ölkələrində 

mövqelərini möhkəmləndirməklə yanaşı, onlar eyni zamanda demokratiya və 

sosializmin dayağı olan Sovet İttifaqının qüdrətinin artmasında da maraqlı olmaq 

mövqeyindən çıxış etməlidirlər (75). Müşavirədə bəzi kompartiyaların Moskvanın 

asılılığından azad olması barədə fikirlərinin səsləndirilməsi də A.Jdanov 

tərəfindən kəskin tənqid edildi. O dedi: Moskva heç vaxt asılılıq  şəraitini 

yaratmayıb və onu yaratmağı da arzulamır. Moskvadan bu "asılılığın" qəsdən qeyd 

edilməsi, Moskvadan "üz döndərilməsi"  əslində mahiyyət etibarilə Moskvanı 

düşmən hesab edənlərə yaltaqlıq, ikiüzlülük göstərmək və  dəm tutmaqdan 

ibarətdir (76). 

ÜİK(b)P, Fransa, İtaliya va Şərqi Avropa kompartiyalarının Polşa 

müşavirəsinin yekunu kimi Kominform yarandı. Müşavirənin sənədlərində 

 

  




448 

 

onun yaranması  təcrübə mübadiləsinin təşkil edilməsi, zərurət yarandıqda 



qarşılıqlı razılıq  əsasında kompartiyaların fəaliyyətinin koordinasiya edilməsi ilə 

əlaqələndirilirdi. 

Kompartiyaların Polşa müşavirəsi, Kominformbüronun yaradılması ilə bağlı 

Türkiyə  mətbuatı geniş kampaniya qaldırdı. A.Jdanovun məruzəsi türk mətbuatı 

tərəfindən Moskvanın Kominterni bərpa etməsi kimi dəyərləndirilir və Sovet 

İttifaqına qarşı vahid cəbhənin yaradılması  zəruri sayılırdı. Oktyabr ayının 6-da 

"Cümhuriyyət" yazırdı ki, qeyri-kommunist rejimləri məhv etmək üçün Sovetlərin 

yaratdığı  şeytan  şəbəkəsi yenidən öz fəaliyyətini genişləndirib. Bir sıra mətbuat 

orqanları Ankara siyasi dairələrinə istinadən Kominformun yaradılmasını BMT-yə 

böyük zərbə kimi qiymətləndirir, bu addımın Sovetlərlə ABŞ  və Britaniya 

arasında ziddiyyətləri daha da dərinləşdirəcəyini ehtimal edirdilər. "Tasvir" qəzeti 

9 oktyabr sayında qeyd edirdi ki, Kominformun yaradılmasında  əsas məqsəd 

beynəlxalq inqilaba çağırış  və ABŞ-ı  sındırmaqdır. Yalman "Vatan" qəzetində 

yazırdı ki, Kominformun yaradılması dünya sivilizasiyası ilə  qırmızı barbarlar 

arasındakı gizli toqquşmalara açıq xarakter verdi. Onun fikrincə, sivilizasiyanın 

müdafiəçiləri slavyan imperializmi ilə mübarizə üçün öz səylərini birləşdirməli 

idilər. Sovet səfirliyi Moskvaya göndərdiyi mətbuat icmalında yazırdı ki, bütün 

türk qəzetləri Kominformbüronun yaradılmasından Sovet İttifaqına və bütün 

ölkələrin kompartiyalarına qarşı nifrət hissini qızışdırmaq üçün istifadə etdilər. 

Demək olar ki, bütün mətbuat orqanları bu fikirdə idilər ki, Türkiyənin iqtisadi 

çətinlikləri üçün Sovet İttifaqı günahkardır. Ona görə ki, Sovetlər əsəb müharibəsi  

ilə Türkiyəni təhdid edir, daimi təbliğat aparır və bolşeviklər Türkiyəni böyük 

ordu saxlamağa məcbur edirlər. Bir sıra qəzetlər bu əsəb müharibəsini Türkiyənin 

maliyyə-iqtisadi strukturlarına, türk xalqının mövcudluğuna və rejiminə qarşı 

düşünülmüş qəsd hesab edirdilər (77). 

Prezident  İ.İnönü 1947-ci ilin noyabr ayının 1-də Türkiyə Böyük Millət 

Məclisinin sessiyasının açılışındakı nitqində xarici siyasət məsələlərinin bəzi 

önəmli məqamları üzərində geniş dayandı. O bildirdi ki, xarici siyasətdə başlıca 

məqsədimiz dünyada sülhün gerçəkləşməsinə xidmət etmək, millətlərin həsrətlə 

gözlədikləri qarşılıqlı  təhlükəsizliyin bərqərar olmasına yardımçı olmaqdır. 

İ.İnönü dedi: "Heç kimsəyə qarşı  təcavüz etmək fikrində deyilik, fəqət  ərazi 

bütövlüyümüzə  və haklarımıza qarşı  hər hansı  təcavüz  əməli ilə  də  əsla 

razılaşmayacağıq. Bu bizim hər cür imtahanlardan keçmiş dürüst və açıq 

siyasətimizdir". Britaniya ilə dostluğun və müttəfiqliyin davam etdiriləcəyini 

vurğulayan  İ.İnönü qeyd etdi ki, ABŞ ilə  sıx dostluq münasibətlərimiz hər gün 

daha da güclənməkdədir. Türk millətinin dünyanın bu guşəsində  səmimi və 

inanılmış bir sülh amili olduğunu və Türkiyənin indiki müdafiə im- 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə