Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə216/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   212   213   214   215   216   217   218   219   ...   256

443 

 

SSRİ-nin təsirini hiss ediləcək dərəcədə zəiflətmişdi. 1947-ci ilin sentyabr ayında 



SSRİ Xarici İşlər nazirliyinin idarə rəisi S.Sıçevlə görüşən Moskvadakı İran səfiri 

M.Firuz açıq şəkildə deyirdi ki, İran hakimiyyət dairələri vaxt qazanmaq üçün neft 

sazişinin təsdiqinin yubadılması istiqamətində siyasət yeridəcəklər. Onlar ümid 

edirlər ki, beynəlxalq şərait onların xeyrinə formalaşır. M.Firuzun fikrincə, SSRİ-

nin maraqları  İran irticasının maskasını daha tez yırtmağa başlamasını, Sovet 

İttifaqını baş vermiş fakt - İranın ikinci Türkiyəyə çevrilməsi reallığı qarşısında 

qoymağa imkan verməməsini tələb edir. Bununla bağlı M.Firuz məsləhət görürdü 

ki, neft sazişinin  şərtləri haqqında məsələdə Sovetlər  İran hökumətinə heç bir 

güzəştə getməsin, əks təqdirdə Sovet İttifaqının beynəlxalq nüfuzu bundan ziyan 

çəkə bilər (65). 

İran və Türkiyənin yaxınlaşmasına Moskvada çox ehtiyatla yanaşırdılar. SSRİ 

Xarici İşlər Nazirliyinin Yaxın Şərq şöbəsinin müdiri İ.Bakulin P.Yerşova yazırdı 

ki, 1947-ci ilin oktyabr ayında İranla Türkiyə arasında əsasən Türkiyə ərazisindən 

keçməklə  Təbriz-Hatay dəmir yolunun çəkilməsi haqqında danışıqlar olub. Eyni 

zamanda İ.Bakulin bildirirdi ki, oktyabr ayının ortalarında İstanbulda ərəb ölkələri 

nümayəndələri ilə Türkiyə arasında Yaxın Şərqdə yeni dəmir və şosse yollarının 

tikilməsi ilə bağlı müşavirə keçirilib. Bu məsələlər barədə  əldə olunan 

məlumatların SSRİ Xarici İşlər Nazirliyinə göndərilməsi barədə  İ.Bakulin 

P.Yerşova tapşırıq verirdi (66). 

1947-ci ilin oktyabr ayının əvvəllərində Türkiyə ordusu Baş qərargahının rəisi 

ordu generalı Omurtakın başçılığı ilə bütün ordu qruplaşmalarının təmsilçilərindən 

ibarət hərbi heyətin Amerikaya səfəri iki ölkənin hərbi sahəda  əməkdaşlığına 

əməli xarakter verdi. Bir sıra müşahidəçilər belə hesab edirdilər ki, general 

Omurtak Amerikanın Türkiyəyə  hərbi yardımını gücləndirmək haqqında 

danışıqlar aparacaqdır. Eyni zamanda Vaşinqtona səfər zamanı türk hərbçilərinin 

heyəti iki gün Londonda dayanıb Britaniya Baş  qərargahının rəhbərləri ilə 

məsləhətləşmələr apardılar. Oktyabr ayının 7-də Vaşinqtona gələn türk hərbi 

heyətini general D.Eyzenhayer və digər hərbçilər qarşıladılar. Oktyabrın 8-də 

general Omurtakı prezident Trümen qəbul etdi. Elə həmin gün D.Eyzenhayer türk 

nümayəndə heyətinin  şərəfinə  qəbul keçirdi. Amerika siyasi dairələri yüksək 

rütbəli türk hərbçilərinin səfərinə böyük əhəmiyyət verirdilər. Onların fikrincə, 

Sovet İttifaqının təcavüzkarlıq meylləri, kommunist təhlükəsi artdıqca Türkiyənin 

Amerika üçün əhəmiyyəti də artırdı. Oktyabr ayının 9-da keçirdiyi mətbuat 

konfransında general Omurtak 100 milyon dollar Amerika yardımının Türkiyə 

üçün yetərli olmadığını vurğuladı  və  əlavə etdi ki, "bu məsələ bizim ehtimal 

olunan düşmənin hərbi qüdrətinə uyğun olmalıdır". O qeyd etdi ki, Amerika 

köməyinin olub-olmayacağından asılı olmayaraq Türkiyə  İkinci Dünya 

müharibəsi  illərində olduğu 

 

  



444 

 

kimi düşmənin hər hansı hücumuna qarşı dayanmağa hazırdır. Sonra Omurtak 



bildirdi ki, məsələnin mühüm olan tərəfi həcmindən asılı olmayaraq ABŞ-ın 

Türkiyəyə yardım göstərməsidir. O məlumat verdi ki, artıq 10 gün əvvəl silahların 

birinci hissəsi Türkiyəyə göndərilib. Amerikada olduqları bir ay müddətində 

Türkiyə nümayəndələrinin ABŞ-ın quru, dəniz və hava qüvvələrinin 50 hərbi 

bazasına baş çəkəcəkləri planlaşdırılmışdı (67). 

Yüksək rütbəli ABŞ  hərbçiləri ilə danışıqlarda general Omurtak bildirdi ki, 

Rusiya tərəfindən təcavüz təhlükəsi bizi məcbur edir ki, böyük sayda adamları 

silah altında saxlayaq. Ölkənin iqtisadi çətinlikləri ilə əlaqədar Türkiyə hökuməti 

hələ 1947-ci ilin avqust ayından türk ordusunun sayının 485 mindən 330 minə 

endirilməsi ilə bağlı ABŞ  və Britaniya hökumətləri ilə  məsləhətləşmələr 

aparırdılar. Onlar belə hesab edirdilər ki, Amerika yardımları  əsasında ordunun 

modernləşdirilməsi onun sayının azaldılması ilə bağlı itkini əvəz edə bilərdi. Digər 

tərəfdən Sovetlər türk ordusunun sayının azaldılmasını Türkiyənin geri çəkilməsi 

kimi qiymətləndirib ona qarşı  təzyiqlərini daha da artıra bilərdi. Bu məsələ 

Vaşinqton danışıqları zamanı Baş qərargahların rəhbərləri arasında geniş müzakirə 

edildi. Eyni zamanda Dövlət katibi C.Marşall bu məsələ ilə bağlı ABŞ-ın 

mövqeyini Ankaradakı səfir E.Vilson vasitəsi ilə KSaka və N.Sadaka da çatdırdı. 

1947-ci ilin oktyabr ayının 10-da C.Marşall yazırdı: "Beynəlxalq vəziyyət pis olsa 

da, Yaxın gələcəkdə müharibə  təhlükəsi yoxdur. Biz inanınırıq ki, SSRİ müharibə 

istəyir. Aşkar görünür ki, Sovet siyasəti bir sıra xarici ölkələrdəki kommunist 

partiyalarının dağıdıcı fəaliyyətindən, siyasi, iqtisadi və psixoloji silahlardan lazım 

gəldikcə istifadə edərək məqsədlərə nail olunmasına yönəldilib. Birinci məqsəd 

ölkənin strateji ərazilərində xaos yaratmaqdır ki, ruslar bu vəziyyətdən özlərinə 

itaətkar rejim yaratmaq üçün istifadə edə bilərlər. Biz hesab edirik ki, onlar bu 

siyasətin  əlverişli nəticələr vəd etdiyini gördükcə  və  ən azından öz daxili bərpa 

işlərində irəliləyiş  əldə etməyənə kimi, silahlı toqquşmaya getməyəcəklər". 

C.Marşall qeyd edirdi ki, "Biz türklərin hazırda gözdən keçirdikləri tərxis 

olunmanın rusların münasibətində  və ya bu regiondakı  fəaliyyət kursunda hər 

hansı hiss olunacaq təsirə malik olacağına inanırıq. Bununla belə,  əgər türklər 

tərxis olunma barədə planlarını  həyata keçirməyi qərara alsalar, bunun ordunun 

yenidən qurulması prosesinin bir hissəsi olan silahlı şəxslərin sayının azaldılması 

tədbiri kimi qələmə verilməsi daha məqsədəuyğun olardı. Bunu ona görə elan 

etmək olar ki, yeni amerikan avadanlıqlarının alınması nəticəsində ordunun gücü 

sayın azaldılmasına baxmayaraq artacaqdır. Əlavə olaraq vurğulamaq mümkündür 

ki, istehsal işləri üçün işçi qüvvəsinin artırılması  və  hərbi xərclərin azaldılması 

ölkənin iqtisadi gücünü artıracaqdır və bununla da Türkiyəni daxildən zəifləmiş 

görmək istəyənlərin ümidləri doğrulmayacaqdır.  Əlbəttə ki, türklər tərxis 

olunmanın xarici siyasətdə dəyişikliklərdən və ya öz 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə