Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə217/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   213   214   215   216   217   218   219   220   ...   256

445 

 

ölkələrinin suverenliylni, müstəqilliyini və  ərazi bütövlüyünü qorumaqda 



qətiyyətlərinin azalmasından xəbər verilməsi  şəklində  təəssüratın meydana 

çıxmamasında ehtiyatlı olmalıdırlar" (68). 

Vaşinqtonda türk nümayəndə heyətinin  şərəfinə verilən ziyafətdə general 

D.Eyzenhauer keçmişi xatırlayaraq bildirmişdi ki, hələ 1940-cı ildə müttəfiqlər 

Şimali Afrikada alman və italyan orduları ilə vuruşan zaman general Omurtak 

Afrika cəbhəsinə  səfər etmişdi: "Onda biz almanlara qarşı vuruşurduq və  qələbə 

hələ yaxında deyildi. Onda sizin gəlişiniz göstərdi ki, siz bizimlə birlikdə azadlıq 

uğrunda mübarizə aparanların düşərgəsindəsiniz.  İndi də  vəziyyət elə  də aydın 

deyil. İndiki zamanda sizin burada bizim aramızda olmağınız göstərir ki, siz yenə 

də azadlıq uğrunda mübarizə aparanlarla bir yerdəsiniz. Siz eyni ilə bizim kimi 

xarici təzyiqlərin qarşısında baş əymədiniz" (69). 

1947-ci ilin oktyabrında BMT Baş  Məclisinin sessiyasında və Birinci 

komitənin iclasında SSRİ xarici işlər nazirinin müavini A.Vışinskinin çıxışı Sovet 

təhlükəsinin keçmişdə qalması barədə  təsəvvürləri alt-üst etdi. A.Vışinski BMT-

nin Birinci komitənin iclasında "Yeni müharibə  qızışdırıcıları  və  təbliğatçıları 

əleyhinə" adlı beş hissədən ibarət olan geniş  məruzəsində keçmiş müttəfiqlərə 

qarşı  ağır ittihamlar irəli sürdü. Trümen və Marşall planları üzrə Türkiyə  və 

Yunanıstana, Qərbi Avropanın 16 ölkəsinə göstərilən Amerika yardımlarını 

A.Vışinski Amerika dolları hesabına satın alınmış sülh kimi xarakterizə edirdi 

(70). Oktyabrın 24-də BMT Baş  Məclisinin Siyasi Komitəsində A.Vışinskinin 

çıxışının böyük bir hissəsi Türkiyəyə qarşı yönəlmişdi. Türkiyənin BMT-dəki yeni 

nümayəndəsi, Sovet İttifaqındakı keçmiş  səfir S.Sarper Siyasi Komitənin 

iclasındakı  çıxışında qeyd etdi ki, Sovet nümayəndə heyəti üzvlərinin Türkiyə 

barəsində hücumları  ədalətli və düzgün deyildir. O, bu sözləri söylərkən 

A.Vışinskini  ədalət hissinin səsinə qulaq asmağa çağırdı. S.Sarper bildirdi ki, 

Türkiyədə heç kim müharibə yə təhrik etməklə məşğul deyildir. Halbuki Moskva 

radiosu hər gün, hətta türk dilində  bəzi məlumatlar verərək Türkiyənin ictimai 

münasibətlərini, Türkiyənin siyasətini və sairəni tənqid edir. S.Sarper "İzvestiya" 

qəzetinin Türkiyə haqqında böhtanlar yazmasına toxunaraq demişdi ki, "İzvestiya" 

qəzetinin yazdığına görə Türkiyə ilə ABŞ arasında saziş imzalandıqdan sonra 

Türkiyənin iqtisadiyyatı onun mənafeyinə uyğun surətdə inkişaf etməyəcəkdir. Bu 

inkişaf yalnız ABŞ-ın xarici siyasət planlarına uyğunlaşdırılacaqdır. Bu saziş 

nəticəsində Türkiyəyə Amerika nəzarəti qoyulacaqdır. S.Sarper öz çıxışında 

Türkiyəyə qarşı  ərazi tələblərinin də Moskvanın təbliğatında müəyyən yer 

tutduğunu vurğulamışdı. Hələ 1947-ci il oktyabr ayının 8-də P.Yerşov SSRİ 

Xarici İşlər Nazirliyinə yazırdı ki, Türkiyə hökuməti BMT-dəki yeni nümayəndəsi 

S.Sarper vasitəsi ilə Baş Məclisdə SSRİ-yə qarşı hücumlarını 

 

  




446 

 

həyata keçirir. Belə ki, S.Sarper Baş Məclisdə C.Marşalın Sovet İttifaqı əleyhinə 



yönələn bütün təkliflərini müdafiə edir, Sovet mətbuatını  və radiosunu guya 

Türkiyənin sülhsevər  əhvali-ruhiyyəsinə qarşı  "əsəb müharibəsi" aparmaqda 

təxribatçıcasına günahlandırır (71). S.Sarperə cavab verən A.Vışinski öz çıxışını 

bütövlükdə SSRİ Xarici İşlər Nazirliyinin arxiv idarəsmin 1946-cı ildə Türkiyə 

əleyhinə təbliğatı gücləndirmək üçün buraxdığı "Almaniyanın Türkiyədə siyasəti" 

adlı sənədlər toplusu üzərində qurmuşdu. Məsələn o, 1941-ci ilin dekabr ayının 2-

də alman generalı Varlimintonun bir məktubunu nümunə göstərirdi. Bu məktubda 

deyilirdi ki, türklər "Krımda,  Şimali Qafqazda vs Rusiya Azərbaycanında 

müstəqil, yaxud heç olmazsa zahirən müstəqil türk dövlət birlikləri yaradılması, 

həm də  Şimali Qafqazda və Rusiya Azərbaycanında Qafqaz dövlətinin hissələri 

kimi dövlətlər yaradılması, habelə  Xəzər dənizinin  şərqində  də bu cür dövlət 

birlikləri yaradılması fikrini" təbliğ edirlər. A.Vışinski deyirdi: "Bu cür sənədləri 

nəzərdən keçirərkən aydın olur ki, nə üçün Yalçın, yeni beynəlxalq qayda 

yaradılmasına Sovet İttifaqı razılıq vermədikdə onun üzərinə yağış kimi atom 

bombaları tökməyi tələb etmişdir.  Əgər həmin Yalçın Moskva ilə yalnız 

ultimatum dilində danışmaq lazım gəldiyini yazmışsa, deputat Atay Rusiyaya 

qarşı bütün dünyanın birləşməsini tələb etmişsə, Dayer adlı (Abidin Daver nəzərdə 

tutulur - C.H.) birisinin məqaləsində  bədnam "Gümhuriyyət" qəzeti Amerika və 

İngiltərənin Sovet İttifaqına qarşı qəti tədbirlər görməsi vaxtının gəlib çatdığını və 

yalnız bu vasitə ilə Moskvanın düz yola dəvət oluna biləcəyini söyləmişsə - bütün 

bunlar müharibə  yə çağırış deməkdir. Qarşımızda duran bir sıra məsələlərin 

vəziyyəti bu cürdür. Bu vəziyyət cinayətkar müharibə    təbliğatına son 

qoyulmasında israr etməyi bizdən tələb edir" (72).  

Sovet nümayəndəsi BMT-nin sessiyasından qayıtdıqdan sonra P.Yerşov 

A.Vışinskiyə noyabr ayının 7-də yazırdı ki, Türkiyənin BMT-dəki nümayəndəsi 

açıq-açığına SSRİ-nin  əleyhinə  işləyir. Türk mətbuatı A.Vışinskinin S.Sarperə 

verdiyi cavabların mahiyyətini təhrif edir, Türkiyə idarəçilərinin Sovet İttifaqına 

münasibətdə təcavüzkarlıq planlarını gizlətməyə cəhd göstərir (73). 

A.Vışinskinin BMT-nin Siyasi Komitəsindəki çıxışı türk mətbuatında yeni anti 

sovet dalğanın güclənməsinə rəvac verdi. "Ulus" qəzeti üç gün, ardıcıl olaraq hər 

sayında hadisələrin gedişini özündə əks etdirən Sovet İttifaqı əleyhinə karikatura 

dərc etdi. Birinci karikaturada üstündə "veto" yazılmış xəncərlə qorxmuş ilahənin 

üstünə gedən qoca kişi cildində Sovet İttifaqı  təsvir edilirdi. Bu təsvirdə  xəncər 

ilahədən yan keçib divara sancılır.  İkinci karikaturada divarın arxasından çıxan 

amerikalı baba qoca kişinin sifətinə yumruqları ilə zərbələr endirir və onu tapança 

ilə qorxudur. Qoca geri çəkilir, özünün bütün xəncərlərini qınına salır və sülh 

ilahəsi öz 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə