Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə225/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   221   222   223   224   225   226   227   228   ...   256

462 

 

rikanlar belə hesab edirdilər ki, Trümen doktrinası üzrə göstərilən yardım türk 



ordusunun bir hissəsinin tərxis olunması ilə nəticələndiyindən Türkiyənin iqtisadi 

vəziyyəti yaxşılaşacaqdır. Trümen doktrinası  çərçivəsində Türkiyəyə göstərilən 

yardım amerikanların fikrincə eyni zamanda siyasi əhəmiyyətə malik idi (18). 

Marşall planında məsələnin belə qoyuluşu Türkiyə siyasi dairələri və mətbuatı 

tərəfindən ciddi tənqidlərlə qarşılandı. Bu tənqid kampaniyası elə geniş xarakter 

aldı ki, Marşall planının icraçısı Qofman 1948-ci ilin aprel ayının 20-də Türkiyəyə 

10 milyon dollar kreditin ayrılması barəsində qərarı elan etdi. Türkiyə yardım alan 

ölkələrin sırasında olmadığından buna nail olunması mühüm əhəmiyyətə malik 

idi. Digər tərəfdən yardımın miqdarı Türkiyənin ehtiyacları baxımından simvolik 

xarakter daşıyırdı. "Cümhuriyyət" qəzeti haqlı olaraq yazırdı ki, müttəfiqlərə qarşı 

vuruşan Almaniya 549 milyon dollar yardım alır, Almaniya və Yaponiyaya 

müharibə elan edən, müttəfiqlərin cəbhəsindən ayrılmayan, öz ordusunu 9 il hərbi 

hazırlıq vəziyyətində saxlayan Türkiyəyə isə 10 milyon dollarlıq yardım göstərilir 

(19). 1948-ci ilin aprel ayının sonlarında Ankaradakı Sovet səfiri ilə görüşdə 

E.Vilson Marşall planı üzrə Türkiyəyə 10 milyon dollar kredit verilməsini təsdiq 

etdi və dedi ki, bu son hədd deyildir, Türkiyəyə göstərilən yardım bir neçə  dəfə 

artırılacaqdır. Səfir izah etdi ki, əvvəl Türkiyənin Marşall planı üzrə avadanlıqları 

yalnız nəğd hesablaşma ilə alması barədə qərar var idi. E.Vilson dedi ki, Türkiyə 

hökuməti ciddi cəhdlə kredit almağa nail oldu və o, səfir kimi bu işdə ABŞ 

hökuməti qarşısında Türkiyəni fəal müdafiə etmişdir. ABŞ  səfiri Sovet səfirinə 

bildirdi ki, Türkiyəyə ABŞ  tərəfindən göstərilən yardım  əvəzsizdir. O əlavə etdi 

ki, Türkiyəyə  hərbi materialların göndərilməsi planı artıq həyata keçirilməyə 

başlayıb və qarşıdakı yaxın bir neçə ay ərzində yerinə yetiriləcəkdir (20). 

ÜİK(b)P MK-nın  Siyasi  Bürosu  mart  ayının 29-da yeni səfir qismində 

Ankaraya yola düşmək  ərəfəsində olan A.Lavrişevə V.Molotov tərəfindən 

hazırlanan göstərişləri təsdiq etdi. Doqquz bənddən ibarət olan göstərişlərin birinci 

bəndində deyilirdi ki, türk hökuməti ölkəni Sovet İttifaqına və Balkanların yeni 

demokratik ölkələrinə qarşı ingilis-amerikanların hərbi  əməliyyat meydanına 

çevirdiyi üçün Ankaradakı SSRİ  səfirliyi Türkiyə ilə münasibətlərin 

yaxşılaşdırılması istiqamətində  təşəbbüs göstərməməlidir. Orada qeyd olunurdu: 

"Türk hökumətinə  bəhanə vermək lazım deyil ki, Ankaraya yeni Sovet səfirinin 

təyin edilməsini Sovet-Türk münasibətlərinin yaxşılaşdırılması  və ya Sovet 

hökumətinin Türkiyəyə, onun indiki siyasətinə münasibətdə öz əvvəlki 

mövqeyindən geri çəkilməsi kimi şərh etsin. Siyasi Büronun göstərişlərində 

deyilirdi ki, Sovet səfirinin və Türkiyədə  təmsil olunan Sovet səfirliyi 

əməkdaşlarının türk  hökumətinə  münasibəti  rəsmi  əlaqələr  çərçivəsindən  

kənara 

 

  




463 

 

çıxmamalıdır. Sənədin ikinci bəndində göstərilirdi ki, səfirlik yalnız hakim Xalq 



Cümhuriyyətçi partiyasının yüksək rəhbərliyi ilə  rəsmi  əlaqələr saxlamaqla 

məhdudlaşmalıdır. Üçüncü tapşırıqda hakimiyyətə münasibətdə müxalifət 

nümayəndələrinin səfirə müraciətlərinə ehtiyatla yanaşılması tövsiyə olunurdu və 

bu məsələdə hökumətin öz gizli agentlərini müxalifət adı altında səfirliyə 

göndərməsinin mümkünlüyü qeyd olunurdu. Dördüncü bənddə Boğazlarla bağlı 

Sovet mövqeyinin 7 avqust və 24 sentyabr 1946-cı il Sovet notalarında olduğu 

kimi qüvvədə qaldığı bildirilirdi. Beşinci bənddə deyilirdi: "Əgər türklər Sovet-

Türk sərhədləri məsələsinə toxunsalar, bu məsələnin tənzim olunmamış qaydada 

davam etməsi cavabı ilə məhdudlaşmaq lazımdır". Altıncı göstəriş ticarət əlaqələri 

ilə bağlı idi. Orada göstərilirdi: "Türklər tərəfindən SSRİ ilə ticarət  əlaqələri 

məsələsinə toxunulsa, cavab vermək lazımdır ki, belə ticarət SSRİ-nin 

kommersiya maraqlarından asılıdır". Yeddinci bənddə  səfirə tapşırılırdı ki, o, 

Türkiyədə amerikan-ingilis siyasətini və onlar arasında ziddiyyətləri, ABŞ-ın 

Marşall-Trümen planları üzrə  tədbirlərini diqqətlə izləməli, Marşall-Trümen 

planının necə  həyata keçirilməsi barəsində mütəmadi olaraq Xarici İşlər 

Nazirliyini məlumatlandırmalıdır. Səkkizinci bənddə  səfirə ingilis-amerikanların 

Türkiyə  və  İranın iştirakı ilə  Şərq bloku yaratmağa yönəlmiş "fitnələrinin" 

sistematik müşahidə edilməsi tapşırılırdı. Doqquzuncu bənddə isə Türkiyənin ərəb 

ölkələri,  İran və Yunanıstanla münasibətlərinin diqqətlə izlənilməsi, bu sahədə 

mühüm hesab edilən faktlar barədə XİN-nin məlumatlandırılması tapşırılırdı (21). 

Bu mühüm tapşırıqları aldıqdan sonra Aleksandr Lavrişev aprel ayının 3-də 

Ankaraya gəldi. Qarşılanma mərasimində Sovet səfirliyinin bütün heyəti, SSRİ-

nin təsiri altında olan Şərqi Avropa və Balkan ölkələrinin səfirləri iştirak edirdilər. 

Qarşılanma mərasimində  iştirak edən jurnalistlərdən biri yeni səfirin mətbuat 

nümayəndələrinə sözü olub-olmadığını soruşduqda o, qeyd etdi ki, əvvəlcə 

Türkiyə ilə tanış olacaq və sonra danışacaqdır (22). 

Aprel ayının 16-da A.Lavrişev etimadnaməsini prezident İ.İnönüyə  təqdim 

etdi. Mərasim zamanı  İ.İnönü ümidvar olduğunu bildirdi ki, SSRİ ilə Türkiyə 

arasında münasibətlərin normallaşması üçün səfir  əlindən gələni edəcək və bu 

istiqamətdə A.Lavrişev Türkiyə hökumətinin köməyinə arxayın ola bilər. 

A.Lavrişev dedi ki, bu məsələ tək ondan asılı deyil, Sovet İttifaqının digər ölkələr 

ilə, ilk növbədə qonşu ölkələrlə dostluq münasibətləri ancaq qarşılıqlı qaydada ola 

bilər.  İ.İnönü cavab verdi ki, Türkiyə  həmişə Sovet İttifaqı ilə dostluq 

münasibətləri saxlamağa cəhd edib və  məlum olduğu kimi, SSRİ ilə Türkiyə 

arasında keçmiş münasibətlər dostluğa  əsaslanıb. Prezident ümidvar olduğunu 

bildirdi ki, səfir Türkiyənin SSRİ ilə münasibətləri yoluna qoymaq istiqamətində 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə