Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə228/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   224   225   226   227   228   229   230   231   ...   256

468 

 

münasibətlərinin əhəmiyyətini başa düşən "Atatürkün köhnə qvardiyasından" olan 



adamlar vardır, lakin məndə belə bir təəssürat yaranıb ki, Türkiyədə bir sıra 

adamlar Sovet-Türk münasibətlərinin Amerikanın köməkliyi ilə  tənzim 

olunmasına meyllidir". Səfir əlavə etdi ki, əslində belə məsələlər yalnız aidiyyəti 

olan ölkələr, yəni Sovet İttifaqı  və Türkiyə arasında həll edilə bilər. A.Lavrişev 

eyham vurdu ki, Türkiyədə  bəzi adamlar Amerikadan gətirilən bir neçə yüz 

təyyarə  və tankın doğurduğu təsir altında hərbi isterikaya yoluxub və  həmin 

adamlar Türkiyənin həqiqi mənafelərini görmürlər, onlar indiki zamanda 

müharibənin gətirdiyi fəlakətləri və onun miqyasını yetərincə  təsəvvür etmirlər. 

A.Lavrişev müharibənin miqyası ilə bağlı nümunə kimi İkinci Dünya müharibəsi  

cəbhələrində bir gün ərzində almanların yüzlərlə  təyyarə  və tankının sıradan 

çıxarılmasını misal gətirdi (32). 

Sovet səfirinin bu açıq hədələri, Türkiyə-Amerika əməkdaşlığına qarşı kəskin 

çıxışı elə bir nəticə vermədi. SSRİ-nin öz tələblərində israr etməsi və Türkiyəni 

daim təzyiq altında saxlaması Birləşmiş  Ştatlarla  əməkdaşlığı Türkiyə xarici 

siyasətinin aparıcı istiqamətinə çevirmişdi. Prezident İ.İnönü 1948-ci ilin 

axırlarında Amerika jurnalistləri ilə müsahibəsində bildirdi ki, "Hətta SSRİ öz 

tələblərindən imtina etsə belə, mən Türkiyə ilə Birləşmiş  Ştatlar arasında sıx 

əməkdaşlığın tərəfdarı olaraq qalardım" (33). 

1948-ci ildə ABŞ-la  əlaqələr ilkin nəticələrini vermiş, Türkiyənin öz ərazi 

bütövlüyü və suverenliyini qorumaq, Sovet təhdidlərinin qarşısında dayanmaq 

baxımından Birləşmiş  Ştatların yardımına inamını daha da artırmış  və getdikcə 

aydın olmuşdu ki, Amerika Sovet ekspansionizminin yolunda güclü maneəyə 

çevrilməkdədir. Türkiyə  rəsmiləri ardıcıl olaraq vurğulayırdılar ki, Vaşinqton 

tərəfindən göstərilən köməyin həcmi və miqyası qüdrətli rus ordusunun qarşısında 

dayanmaq, Türkiyəni rus ekspansiyası qarşısında ön cəbhəyə çevirmək üçün 

yetərli deyildir. Lakin bununla belə Şərqi Avropada və Balkanlarda baş verənlər 

Türkiyə rəsmiləri tərəfindən belə bir nəticə çıxarmağa əsas verirdi ki, SSRİ hətta 

bir sıra rayonlara qarşı öz iddialarını geri götürmüş olsa da, bunu ancaq 

bütövlükdə Türkiyəyə sahib olmaq üçün edəcəkdir. Ona görə  də Sovet səfiri ilə 

müxtəlif səviyyələrdə olan söhbətlərdə "böyük qonşu olan Sovet İttifaqı" ilə 

Atatürk prinsipləri  əsasında münasibətlərin yaxşılaşdırılmasının Türkiyə 

rəhbərliyinin başlıca vəzifəsi olması haqqındakı fikirlər artıq sırf deklarativ 

xarakter daşıyırdı (34). Bunun əksinə olaraq Türkiyə-Amerika  əməkdaşlığı 

getdikcə daha çox intensiv məzmun kəsb edirdi. 1948-ci ilin sonlarında N.Sadak 

C.Marşala görüşündə hətta bildirmişdi ki, müharibə  olacağı təqdirdə o, Amerika 

əsgərlərinin türk əsgərlərinin yanında olacağına tamamilə  şübhə etmir (35). 

Nəhayət, Birləşmiş  Ştatların Türkiyəyə yardımı haqqında 1948-ci ilin dekabr 

ayında prezident Trümenin ABŞ konqresinə məruzəsi açıqlandı. O, əminliklə qeyd 

edirdi ki, bu yardım Türkiyənin iqtisadiy- 



469 

 

yatının möhkəmləndirilməsində 



və onun dövlət rejiminin 

demokratikləşdirilməsində mühüm rol oynamışdır. H.Trümen vurğulayırdı ki, 

türklərə  hərbi təlim öyrədilməsi güman edildiyindən daha sürətlə qabağa 

getmişdir. Prezident öz məruzəsini əsasən yardımın üç istiqaməti - hərbi, iqtisadi 

və  mənəvi tərəfləri üzərində qurmuşdu. Amerikanlar bu fikirdə idi ki, onların 

göstərdiyi yardım Türkiyənin silahlı qüvvələrini xeyli möhkəmləndirmiş, onun 

mənəvi ruhunu yüksəltmişdir. Dekabr ayının sonlarında Ankaraya səfər edən 

ABŞ-ın müdafiə naziri Kennet Royyal yardım proqramı üzrə türk ordusunun 

modernləşməsi ilə tanış olduqdan, İ.İnönü, H.Saka, N.Sadak, müdafiə naziri 

Hüsnü Çakır və Baş  qərargah rəisi Salih Omurtakla "mühüm hərbi danışıqlar" 

apardıqdan sonra Trümen doktrinası və Marşall planı üzrə Türkiyəyə göstəriləcək 

yardımların həcminin artırılacağını bildirmişdi. O, qeyd etdi ki, Türkiyə Yaxın 

Şərq ölkələri içərisində  ən güclüsüdür və SSRİ  tərəfindən hər hansı  təcavüzkar 

niyyətlərə qarşı tam qətiyyətlə müqavimət göstərmək imkanına malikdir. 

Göstərilən yardımlar effektli nəticələr verdiyinə görə Birləşmiş  Ştatlar Trümen 

doktrinasını  həyata keçirmək və göstərilən hərbi yardımı davam etdirmək 

niyyətindədir (36). ABŞ rəsmilərinin belə mövqeyi Milli Təhlükəsizlik Şurasının 

noyabr ayının sonlarında  Şərqi Aralıq dənizi və Orta Şərqin təhlükəsizliyinin 

ABŞ-ın təhlükəsizliyi üçün həyati  əhəmiyyətə malik olması barədə tövsiyəsi ilə 

bilavasitə bağlı idi. Qərargah rəislərinin Birləşmiş Komitəsi 1948-ci ilin noyabr 

ayının 24-də bu mövqeyi məxsusi olaraq Yunanıstan və Türkiyəyə istinad edərək 

belə ifadə edirdi: hərbi nöqteyi-nəzərdən SSRİ öz ekspansionist siyasətini davam 

etdirdiyi müddətdə  Şərqi Aralıq dənizi və Orta Şərqin təhlükəsizliyi ABŞ-ın 

gələcək təhlükəsizliyi üçün müstəsna  əhəmiyyət daşıyır. Yunanıstan və Türkiyə 

SSRİ-nin genişlənmək istədiyi  əraziyə daxildir və buna görə  də ABŞ-ın milli 

təhlükəsizlik maraqları baxımından bu ölkələrdən heç birinin Sovet İttifaqının 

təsiri altına düşməməsi çox vacibdir. Hər iki ölkədə SSRİ-nin Kipr, Rodos, Krit 

adalarına və  Şərqi Aralıq dənizi regionundakı rabitə  xəttlərinə, Orta Şərq 

regionuna qarşı  hərbi  əməliyyatlara başlamaq üçün istifadə edə biləcəyi hərbi 

bazalar mövcuddur. Türkiyə strateji cəhətdən Yunanıstandan daha vacibdir, belə 

ki, o SSRİ-dən Misir-Süveyş regionuna və Orta Şərqin neft sahələrinə gedən əsas 

hava, quru və dəniz yollarının üzərində yerləşir (37). 

ABŞ Türkiyəyə böyük önəm versə  də, onu 1949-cu ilin əvvəllərindən 

başlayaraq yaradılmasına ciddi hazırlıq görülən Şimali Atlantika bloku içərisində 

görmürdü. Türkiyə  rəsmən coğrafi baxımdan özünü Şimali Atlantikadan uzaq 

hesab etməsinə baxmayaraq, yeni formalaşan blokda yer almaması hökumətin 

qapalı müzakirələrində müəyyən narahatçılıq doğurmuşdu. 1949-cu ilin yanvar 

ayının 16-da qurulan Şemsettin Günaltay hökumətində xarici işlər naziri vəzifəsini 

saxlayan N.Sadak yanvar ayının 25-də Sovet səfiri A.Lavrişevlə söhbətdə bu 

məsələyə müəyyən aydınlıq 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə