Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə236/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   232   233   234   235   236   237   238   239   ...   256

484 

 

Türkiyənin  Şimali Atlantika paktına daxil olması  məsələsi 1950-ci ilin may 



ayının 14-də keçirilən parlament seçkilərinin başlıca təbliğat kampaniyasını təşkil 

edirdi. Türkiyə may ayında çoxpartiyalı sistem üzrə keçirilən gərgin seçki 

mübarizəsi dövrünü yaşadı. Sovet təhdidi və kommunist təhlükəsinin qarşısının 

alınması bir-birinə qarşı mübarizə aparan Xalq respublikaçı  və Demokrat 

partiyasının seçki kampaniyasının aparıcı istiqamətini təşkil edirdi. Hakimiyyət 

partiyası xalqı inandırmağa çalışırdı ki, Demokrat partiyasının qələbəsi Sovet 

İttifaqı  tərəfindən olan xarici təhlükə qarşısında Türkiyənin zəifləməsinə  gətirib 

çıxara bilər. Ankaradakı Sovet səfirliyi SSRİ Xarici İşlər Nazirliyinə göndərdiyi 

məlumatda diqqətə çatdırırdı ki, Türkiyənin heç bir siyasi partiyası özünün 

seçkiqabağı  bəyannamələrində Sovet-Türk münasibətlərinin tənzim edilməsi 

haqqında təklif irəli sürməyib. Demokratik partiya öz seçkiqabağı platformasında 

qeyd edirdi ki, "Biz indi hər hansı partiyanın inamının ifadəçisi kimi deyil, bütün 

xalqın ümumi inamının ifadəçisi kimi xarici siyasətin hər hansı yeni məsələsi 

haqqında danışmağı zəruri bilirik. Biz inanırıq ki, İngiltərə və Fransa ilə ittifaqa, 

Birləşmiş  Ştatlarla sıx dostluğa və  əməkdaşlığa söykənən sülhsevər xarici 

siyasətimiz əvvəlki qaydada bu dostluğa sədaqətli qalacaq, demokratik düşərgə və 

ümumi sülh üçün başlıca amil olacaqdır. Bütün dostlarımız və düşmənlərimiz 

əmin ola bilərlər ki, bizim ölkəmizdə hakimiyyət dəyişikliyi ölkəmizin rifahı  və 

hətta ümumi sülh üçün mühüm şərt olan xarici siyasətimizdə heç bir dəyişikliyə 

gətirib çıxarmayacaq". Səfirliyin məlumatında deyilirdi ki, xarici siyasətlə bağlı 

buna bənzər mülahizələr Xalq respublikaçı partiyanın seçkiqabağı 

bəyannaməsində irəli sürülürdü (71). 

14 may seçkilərində DP 408 millət vəkili yeri əldə etməklə tarixi qələbə 

qazandı. Hakim Xalq respublikaçı partiya isə  cəmisi 69 deputat yeri ilə 

kifayətlənməli oldu. May ayının 22-də  işə başlayan Türkiyə Böyük Millət 

Məclisinin doqquzuncu çağırışının birinci sessiyasında DP lideri C.Bayar ölkə 

prezidenti, Refik Koraltan Məclis başqanı, Adnan Menderes isə Baş nazir 

seçildilər. C.Bayar prezident seçildikdən sonra DP sədri vəzifəsindən istefa verdi. 

Partiyaya A.Menderes rəhbərlik etməyə başladı. Bununla da Türkiyə tarixində 

yeni bir dönəm, Bayar-Menderes dönəmi başladı ki, bu da on il, 1960-cı il may 

ayının 27-nə qədər davam etdi. 

Yeni hökumət təşkil edildikdən sonra A.Menderes parlamentdə geniş hökumət 

proqramı ilə  çıxış etdi. Proqram bütövlükdə geniş olsa da, orada xarici siyasət 

məsələlərinə çox az yer verilmişdi. Bu da ilk növbədə yeni hökumətin  İkinci 

Dünya müharibəsindən sonra formalaşan xarici siyasət xəttini yeritmək arzusu ilə 

bağlı idi. A.Menderes dedi: "Ənənəvi ingilis və fransız ittifaqına və Birləşmiş 

Ştatlarla ən sıx dostluq və əməkdaşlığa dayanan, dostluqlarına daim sadiq qalan, 

uzaq-yazın və böyük-kiçik 

 

  



485 

 

bütün millətlərin istiqlal və torpaq bütövlüyünə hər zaman hörmətlə yanaşan xarici 



siyasətimizin sülhsevər mahiyyəti bütün dünyada məlumdur". Öz proqram 

çıxışında Baş nazir Şərqi Aralıq dənizi rayonunun və Yaxın Şərqin təhlükəsizliyi 

məsələlərinin möhkəmləndirilməsinin hökumətin diqqətində olacağını vurğuladı. 

Türk silahlı qüvvələrinin  ən yeni silahlarla və texniki vasitələrlə  təchizatına 

toxunan A.Menderes bildirdi ki, böyük dostumuz Birləşmiş  Ştatların hərbi 

sahədəki maddi və texniki yardımlarından daha geniş miqyasda və daha sürətlə 

istifadə etməyə çalışacağıq. Sovet İttifaqına münasibətlə bağlı isə Baş nazirin 

çıxışında heç nə deyilmirdi (72). 

Yeni hökumətdə xarici işlər naziri vəzifəsini Fuat Köprülü tutdu. O, hələ may 

ayının 17-də elan etdi ki, Türkiyənin xarici siyasətində heç bir dəyişiklik 

olmayacaq. Seçkilər dövründə A.Lavrişevin və Ankaradakı Sovet bloku 

ölkələrinin səfirlərinin məzuniyyət adı altında öz ölkələrinə çağırılması Türkiyənin 

siyasi dairələrində müxtəlif fikirlər doğurmuşdu. Onlar bunu ilk növbədə 

seçkilərin nəticələri ilə izah edirdilər. 

14 may qələbəsindən bir gün sonra Türkiyədə Amerika iqtisadi missiyasının 

rəhbəri Dorr DP qərargahına gələrək C.Bayarla geniş müzakirələr apardı. O 

bildirdi ki, Türkiyədə hakimiyyət dəyişikliyi bu ölkəyə göstərilən yardıma heç bir 

təsir göstərməyəcək və Amerika yardımı davam edəcəkdir. Missiyanın digər bir 

nümayəndəsi Xoxştetter isə bəyan etdi ki, DP öz proqramında azad təşəbbüslərə 

xüsusi  əhəmiyyət verdiyi üçün Marşall planı üzrə yardım proqramını  həyata 

keçirməklə bağlı  işləri daha da asanlaşdırır. 14 may seçkilərinin nəticələrinə 

toxunaraq o qeyd etdi ki, indi artıq Türkiyədə demokratiya elə  səviyyədə 

möhkəmləndi ki, hətta bizim daimi düşmənimiz olan ruslar da Türkiyənin azad 

ölkə olduğunu təsdiq edirlər. Keçmiş prezident İ.İnönüyə münasibətlə bağlı 

Xoxştetter dedi ki, İ.İnönü öz məğlubiyyəti ilə böyük qələbə qazandı. O, 

Türkiyənin yeni siyasi həyatında böyük rol oynayacaqdır. Bu gün Türkiyə üçün 

İnönü İngiltərə üçün Çörçill deməkdir. Türkiyədə hakimiyyətə gələn DP hökuməti 

xarici siyasət sahəsində  əvvəlki ümumi kursu davam etdirməklə yanaşı öz 

qarşısına iki mühüm vəzifə qoymuşdu: birincisi, Türkiyənin Atlantik paktına 

qəbul olunmasına nail olmaq, ikincisi, türk iqtisadiyyatının vəziyyətini 

yaxşılaşdırmaq üçün Amerika yardımının həcmini artırmağa çalışmaq (73). 

1950-ci ilin may ayının sonlarında Marşall planı üzrə Amerika yardımı alan 

ölkələrin xarici işlər nazirlərinin Paris konfransında iştirak edən Türkiyənin yeni 

xarici işlər naziri F.Köprülü Aralıq dənizinin  şərq hissəsinin təhlükəsizliyinin 

möhkəmləndirilməsi ilə bağlı məsləhətləşmələr apardı. Onun fikrincə, nə qədər ki, 

Şərqi Aralıq dənizi rayonunun təhlükəsizliyi sazişlərə dayanaraq təmin 

olunmamışdır, tam təhlükəsizlikdən danışmaq olmaz. Türkiyə siyasi dairələri belə 

hesab edirdilər ki, Türkiyənin dəmir pərdənin xaricində qalması  qərbin 

təhlükəsizliyini 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə