Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə244/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   240   241   242   243   244   245   246   247   ...   256

500 

 

nümayiş etdirir. V.Molotov ümidvar olduğunu bildirdi ki, F.Xozar və Türkiyə 



hökuməti bəyanatı düzgün dəyərləndirəcəkdir (103). 

Qeyd etmək lazımdır ki, 1953-cü ilin may ayının 30-da Sovetlər rəsmi qaydada 

Türkiyəyə qarşı  ərazi tələblərindən imtina etdiyi zaman bu məsələ artıq öz 

əhəmiyyətini itirmiş, bu tələblərin elan olunduğu 1945-ci illə müqayisədə 

beynəlxalq vəziyyət xeyli dəyişmiş, Türkiyə ABŞ-ın və  Qərbin müttəfiqinə 

çevrilmiş, artıq NATO-nun üzvü olmuşdu. Beləliklə, İ.Stalinin səhv və təkəbbürlü 

siyasəti Türkiyəni soyuq müharibənin ilk sınaq meydanına çevirsə də, Türkiyə bu 

sınaqdan tamamilə yeni keyfiyyətdə - istər ölkənin siyasi maraqlarını, 

təhlükəsizliyini, istərsə  də türk xalqının ləyaqətini, hər hansı xarici təhlükə 

qarşısında birləşmək əzmini tam mənası ilə nümayış etdirən, ən mürəkkəb və ciddi 

şəraitdə yalnız dövlət maraqlarını üstün tutaraq doğru və müstəqil siyasət 

yürütməyə qadir olan bir ölkə kimi çıxdı. 

  



501 

 

NƏTİCƏ 

 

Sovetlər Birliyi dağıldıqdan sonra açıqlanan arxiv sənədləri soyuq müharibə 



tarixinin bir sıra qaranlıq sahələrini dəqiqləşdirməyə imkan verdi. Yeni 

dövriyyəyə  gətirilən sənəd və materialların araşdırılması göstərdi ki, Sovetlərin 

Türkiyəyə qarşı  ərazi iddiaları  və Boğazlara birgə  nəzarət tələbləri soyuq 

müharibənin ilk hadisələrindən sayıla bilər. Həmin vaxt "soyuq müharibə " ifadəsi 

hələ  işlənmədiyindən "əsəb savaşı" anlayışı Türkiyə ilə bağlı diplomatik 

yazışmaların, hərbi, siyasi xarakterli məlumatların əsas mahiyyətini təşkil edirdi. 

İkinci Dünya müharibəsi  başa çatan kimi Sovet lideri İ.Stalini SSRİ-nin məhz 

İran və Türkiyə ilə  sərhədləri təmin etmirdi. Müharibədəki qələbə eyforiyasının 

təsiri altında bu ölkələrlə  sərhədləri xəritə üzərində  dəyişdirən Sovet rəhbərləri 

real həyatda buna nail ola bilmədilər. Aparılan araşdırmalar göstərdi ki, soyuq 

müharibənin Türkiyə epizodu Stalin intriqalarının, Kremlin siyasi istəklərində 

həddini aşaraq öz imkanlarını son dərəcə yüksək qiymətləndirməsinin, Türkiyənin 

dövlətçilik potensialını isə layiqincə dəyərləndirməməsinin bilavasitə nəticəsi idi. 

Lakin Sovetlərin haqsız tələbləri, hərbi və siyasi hədələri Türkiyədə gözlənilən 

nəticəni vermədi. Türk xalqı, türk dövləti, Türkiyənin çeşidli siyasi partiyaları 

soyuq müharibənin bu ilk sınağından uğurla çıxdılar. Şərqi Avropa və Balkanlarda 

Sovet təzyiqləri həmin ölkələrin daxilində siyasi parçalanmaları gücləndirdisə, 

Türkiyədə isə bunun əksinə olaraq SSRİ-nin tələbləri siyasi mühiti bütövləşdirdi. 

Bu ilk növbəti türk millətinin, türk dövlətinin və onun başında duran siyasətçilərin 

böyük tarixi nailiyyəti idi. 

Türkiyənin bu tarixi nailiyyətinin bünövrəsi  İkinci Dünya müharibəsi  

ərəfəsində və müharibə dövründə yeridilən düzgün siyasətlə qoyulmuşdu. Bir çox 

ölkələrdən fərqli olaraq Ankara həmin dövrdə dünyanın aparıcı dövlətləri ilə 

münasibətlərinin mərkəzinə məhz Türkiyənin təhlükəsizliyi məsələsini qoymuşdu. 

Bu bir tərəfdən İngiltərə və Fransa ilə ittifaq müqaviləsinin imzalanmasında, digər 

tərəfdən Sovetlərlə ittifaq yaratmaq arzusunda, üçüncü tərəfdən isə Almaniya ilə 

bitərəflik haqqında sazişdə öz əksini tapmışdı. Türkiyə dövlət xadimləri coğrafi 

baxımdan hərbi  əməliyyatların  əhatəsində olan ölkəni müharibə  alovundan 

qoruya bildilər. ABŞ və İngiltərə hakim dairələrinin fikrinin əksinə olaraq, Ankara 

siyasətçiləri İkinci Dünya müharibəsinin gedişində Sovet qoşunlarını öz ərazisinə 

buraxmamaqla Türkiyənin müharibədən sonrakı taleyini həll etdilər. Tarixi 

təcrübə təsdiq etdi ki, Şərqi Avropa və Balkanlarda Sovet dominantlığı bilavasitə 

xilaskar kimi həmin ölkələrə daxil olan Qızıl Ordunun az sonra işğalçı orduya 

çevrilməsi ilə bağlı idi. 

 

  



502 

 

İkinci Dünya müharibəsindən sonra Sovet İttifaqında Türkiyəyə qarşı 



genişlənən təbliğat kampaniyasında onun Almaniya ilə  əməkdaşlığına aid çoxlu 

ittihamlar irəli sürülsə  də, yeni açıqlanan arxiv sənədləri Türkiyənin böyük 

müharibədə yerini müəyyənləşdirməyə əsas verir. Müharibənin gedişində müttəfiq 

dövlətlərin rəhbər dairələri dəfələrlə etiraf etmişdilər ki, Türkiyənin bitərəfliyi 

müttəfiqlərin xeyrinədir. Belə etiraflar SSRİ Xarici İşlər Nazirliyinin Türkiyə 

hökumətinə  təqdim etdiyi notada da öz əksini tapmışdı. Lakin müharibənin 

sonrakı  mərhələsində Sovet qoşunlarının qələbəsindən və  hərbi  əməliyyatlar 

meydanında müttəfiqlər təşəbbüsü ələ aldıqdan sonra Türkiyəni müharibəyə cəlb 

etmək adı altında ona qarşı təzyiqlər gücləndirilmiş, Sovet-Türk münasibətlərində 

süni gərginlik yaradılmışdı. Nəzərə almaq lazımdır ki, əvvəllər müxtəlif 

danışıqların mövzusu olan Türkiyəyə qarşı ərazi iddiaları, Boğazlarda hərbi baza 

əldə etmək niyyətləri və Türkiyənin  ərazisinin bir hissəsi olan Bosfor və 

Dardanellə birgə  nəzarət ideyası  məhz 1944-cü ildən etibarən Sovetlərin strateji 

planlarına daxil edilmişdi.  

SSRİ-nin güclü dövlət kimi formalaşdığı 1945-1953-cü illərdə Türkiyə Baltik 

dənizindən Qara dənizə  qədər olan sərhədlərdə Sovetlərin təsir dairəsinə 

düşməyən yeganə ölkə oldu. Lakin bu Ankaraya elə də asan başa gəlmədi. Türkiyə 

demək olar ki, Sovet İttifaqının müharibədəki qələbəsinin eyforik siyasət 

dalğasına düşən ilk ölkələrdən biri idi. 1945-ci ilin iyun ayında Molotov-Sarper 

danışıqlarında Türkiyənin Qars, Ərdahan, Artvin vilayətlərinə və Boğazlara qarşı 

irəli sürülən Sovet tələbləri 1953-cü ilin may ayına qədər qüvvədə qaldı  və bu 

müddət  ərzində ölkə soyuq müharibənin bütün ağırlığını öz çiyinlərində daşıdı. 

Uzun müddət Sovet təhlükəsi altında yaşayan Türkiyə  əsəb savaşında dirəniş 

göstərmək üçün böyük bir ordunu daim silah altında saxlamağa məcbur oldu ki, 

bu da ölkənin iqtisadiyyatını  zəiflətmək, bütövlükdə Türkiyəni diz çökdürmək 

üçün həyata keçirilən siyasətin tərkib hissəsi idi. 

Türkiyəyə qarşı planlaşdırılan Sovet siyasətində  Cənubi Qafqaz 

respublikalarından Ermənistan və Gürcüstan fəal rol oynadılar. Moskvanın diktəsi 

ilə Cənubi Qafqazda başlanmış millətçilik dalğası bəzi məqamlarda güclü görünən 

Stalin intriqalarının  ən zəif həlqələri idi. Sovet Ermənistanı  və Gürcüstanından 

Türkiyəyə qarşı SSRİ-nin tələblərində bir alət kimi istifadə olunması beynəlxalq 

aləmdə müsbət rəy doğurmadı. Xaricdə yaşayan ermənilərin Ermənistan SSR-ə 

repatriasiyasının arxasında dayanan məqsədlər dünyaya bəlli oldu. Türkiyəyə qarşı 

ərazi tələblərini  əsaslandırmaq üçün erməni kartının Stalinin əlində bir oyun 

olduğunu dünya tez başa düşdü və bu siyasi avantüra baş tutmadı. 1946-1949-cu 

illərin "böyük repatriasiya" proqramının iştirakçısı olan ermənilərin taleyində  də 

bu siyasət dərin izlər qoydu. Yeni açıqlanan arxiv sənədlərində yüzlərlə 

repatriantın Sovet sərhədlərini pozaraq Türkiyəyə 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə