Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə241/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   237   238   239   240   241   242   243   244   ...   256

494 

 

tərəfdən Türkiyənin Atlantik paktına girməsi üçün DP hökumətinin mövqeyini 



dayanaqlı etmişdi, digər tərəfdən Koreya müharibəsi ilə bağlı ölkə içində 

hökumətə qarşı mübarizənin əhəmiyyətini heçə endirmişdi. Hökumətin Koreyaya 

ordu göndərməsi ilə bağlı  məsələnin Məclisdə müzakirəsini tələb edən Milli 

partiyadan deputat Osman Bölükbaşı  və müstəqil deputat Kemal Türkoğlunun 

sorğusuna cavab olaraq bu məsələ dekabr ayının 11-də  Məclisin müzakirəsinə 

çıxarıldı. Sorğu müəllifləri çıxış edərək bildirdilər ki, onlar prinsip etibarı ilə 

Koreyaya türk əsgərinin göndərilməsinin  əleyhinə deyillər. Lakin onlar bu 

addımın Məclisin razılığı olmadan atıldığını Konstitusiyaya və BMT-nin 

Nizamnaməsinin 43-cü maddəsinə zidd hesab edirlər. Onlar xüsusi ilə belə bir 

məsələni qabardırdılar ki, hökumət Türkiyənin təhlükəsizliyinə ABŞ  tərəfindən 

ciddi təminatlar almadan türk əsgərini Koreyaya göndərib. Məclisdəki Xalq 

respublikaçı partiyanın nümayəndələri də Koreyaya ordu göndərilməsinin 

antikonstitusion xarakter daşıması fikrini dəstəklədilər. Baş nazir A.Menderes və 

xarici işlər naziri F.Köprülü məsələ ilə bağlı izahat verərək bildirdilər ki, 

Koreyaya ordu göndərmək üçün Məclisin qərarının olması tələb olunmur, belə ki, 

burada söhbət müharibə elan etməkdən deyil, sülhün qorunması üçün tədbirlər 

görülməsindən gedir. Onlar bildirdilər ki, Koreyaya ordu göndərilməsi BMT-ni 

möhkəmləndirir və bununla da Türkiyənin təhlükəsizliyini gücləndirir. Menderes 

və Köprülü bildirdilər ki, sorğu müəlliflərinin nöqteyi-nəzəri və onların BMT 

Nizamnaməsini şərh etmələri, BMT üzvlərinin böyük əksəriyyətinin deyil, Sovet 

İttifaqının nöqteyi-nəzərinə uyğun gəlir. Müzakirələrin gedişində A.Menderesdən 

soruşuldu ki, hökumət Koreyadakı türk ordusunun sayını artıracaq, yoxsa əvvəlki 

kontingent yetərli olacaq? O dedi: "Ölkənin maraqları  tələb edir ki, mən indiki 

anda bu məsələ ilə bağlı  hər hansı açıqlama verməyim". Məclisdə  məsələnin 

müzakirəsi hökumətə etimad göstərilməsinin səsverməyə qoyulmasına gətirib 

çıxardı. Lakin, səsvermə zamanı 311 deputat hökumətə etimad göstərilməsinin 

lehinə, 39 nəfər isə əleyhinə olmaqla A.Menderes hökumətinin ilk sınaqdan uğurla 

çıxması ilə nəticələndi (89). 

1951-ci ilin ilk günlərindən Türkiyənin ABŞ və Böyük Britaniya ilə hərbi və 

siyasi  əlaqələri intensiv xarakter aldı, C.Bayar Türkiyənin Amerika, İngiltərə  və 

Fransadakı  səfirlərinə göstəriş verdi ki, NATO-ya girmək məsələsində israrlı 

mövqe tutsunlar. Eyni zamanda Xarici İşlər Nazirliyi həmin ölkələrin Ankaradakı 

səfirlikləri ilə bu mövzuda aktiv müzakirələrə başladı. Yanvar ayının 10-da 

Ankaraya gələn ABŞ-ın Atlantika və Aralıq dənizində  hərbi dəniz qüvvələrinin 

komandanı admiral Kerniy bir gün sonra C.Bayar tərəfindən qəbul edildi. C.Bayar 

Türkiyə ilə ABŞ arasında yaranmış  hərbi və siyasi əməkdaşlıqdan razı qaldığını 

ifadə etməklə Türkiyənin 20 milyonluq əhalisinin demokratik dünyaya böyük 

yardım edə biləcəyi halda, daha zəif dövlətlərin Atlantik paktında yer 

 

  



495 

 

aldığını  və Türkiyənin bu pakta qəbul edilmədiyini təəssüf hissi ilə dilə  gətirdi. 



Bununla yanaşı C.Bayar dedi: "Bu təşkilata qəbul olunmamağımız bizim 

siyasətimizdə heç bir dəyişiklik etmir. Biz bundan sonra da qayə və prinsiplərimiz 

uğrunda eyni şəkildə çalışmaqdayıq və çalışacağıq" (90). Admiral Kernin səfəri 

zamanı Ankarada türk ordusunun Baş qərargahının rəisi, hərbi dəniz qüvvələrinin 

və  hərbi hava qüvvələrinin komandanı ilə danışıqlar aparılmışdı. Yanvar ayının 

12-də mətbuata verdiyi açıqlamada Kerniy bildirdi ki, Türkiyə Baş qərargahında 

bilavasitə Türkiyəni maraqlandıran məsələlər və Aralıq dənizinin müdafiəsi ilə 

bağlı  səmərəli danışıqlar aparılıb və bu məsələdə bizim aramızda fikir ayrılığı 

yoxdur (91). 

1951-ci il yanvar ayının 22-24-də  İngiltərənin Yaxın  Şərq ordusunun baş 

komandanı general Brayrı Robertson ilə admiral Kerniy arasında Maltada 

keçirilən görüşdə Türkiyənin Yaxın  Şərq regionunun təhlükəsizliyində oynaya 

biləcəyi rol müzakirə edildi. General Robertson coğrafi baxımdan Türkiyənin daha 

çox Orta Şərq ölkəsi olduğuna istinad edərək onun gücündən bu regionda 

təhlükəsizliyin təmin edilməsində istifadə edilməsini irəli sürdükdə admiral 

Kerniy Türkiyəni silahla təmin edən ölkənin ABŞ olduğunu xatırlatdı  və onun 

Aralıq dənizinin təhlükəsizliyi prosesində  iştirakını daha vacib saydı. Az sonra 

fevral ayının 22-də Ankaraya səfər zamanı general Robertson öz fikrini Türkiyə 

hərbi və siyasi dairələri ilə  də bölüşdü. Səfər zamanı Robertson Türkiyənin 

müdafiə naziri Şövket  İnce, Baş  qərargah rəisi Nuri Yamut, xarici işlər naziri 

F.Köprülü və prezident C.Bayar tərəfindən qəbul edildi. Apardığı danışıqlarda 

Robertson Türkiyənin silahlı qüvvələrinin Aralıq dənizində NATO 

komandanlığının  əmrinə verilməkdənsə Orta Şərq təhlükəsizlik sistemində 

İngiltərə ilə ittifaq qurmasını daha əhəmiyyətli hesab etdi. Səfər zamanı general 

Robertson Ankara və  İstanbulun hərbi məktəb və müəssisələrinə baş  çəkdi. 

General Robertsonun səfəri ilə bağlı Sovet səfirliyi Moskvaya yazırdı ki, onun 

Türkiyəyə və Yaxın Şərq ölkələrinə səfəri ingilis və amerikanların bu regionu öz 

təcavüzkar planlarına cəlb etmək xarakteri daşıyır (92). 

Türkiyənin təhlükəsizliyini daha da etibarlı etmək üçün yanvar ayının 23-də 

Vaşinqtondakı türk səfiri F.C.Erkin ABŞ hökumətinə 1939-cu ildə imzalanmış 

ingilis-fransız-türk müqaviləsinə qoşulmaq təklifi ilə müraciət etdi. Türkiyə siyasi 

dairələri belə hesab edirdilər ki, ABŞ-ın bu müqavilədə iştirakı ölkənin hər hansı 

hücum qarşısında müdafiəsini daha təminatlı edə bilərdi. Lakin məsələ ilə tanış 

olduqdan sonra ABŞ bu müqaviləyə qoşulmağa hazır olmadığını  və  tələsik yeni 

formula hazırlamağa isə imkanının olmadığını bildirdi. ABŞ öz üzərinə hər hansı 

əlavə öhdəlik götürmək istəmir, digər tərəfdən ingilis-fransız-türk müqaviləsinə 

qoşulmaqla Yunanıstan və İranı Türkiyədən ayırmaq istəmirdi (93). 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə