Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə242/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   238   239   240   241   242   243   244   245   ...   256

496 

 

1951-ci ilin fevral ayı ərzində ABŞ Britaniya ilə fikir ayrılığına görə Türkiyə 



ilə bağlı öz siyasətini daha da fəallaşdırdı. Fevralın ortalarında ABŞ Dövlət 

katibinin müavini Corc Makqinin başçılığı ilə İstanbulda Birləşmiş Ştatların Yaxın 

və Orta Şərq ölkələrindəkı diplomatik nümayəndəliklərinin konfransı keçirildi. 

Eyni zamanda həmin vaxt ABŞ-ın aviasiya qüvvələrinin rəhbəri Finletterin də 

Türkiyəyə səfəri həyata keçirildi və o da öz növbəsində fevral ayının 14-dən 21-nə 

qədər keçirilən  İstanbul konfransının iclaslarına qatıldı.  İstanbul konfransında 

Dövlət Departamentinin Türkiyə, Yunanıstan və İran şöbəsinin direktoru Rountri, 

Yaxın  Şərq  şöbəsinin müdiri Cons, admiral Kerniy, Aknaradakı  səfir Uodsvort, 

Tehrandakı  səfir Qredi, Afinadakı  səfir Pürifey, Bağdaddakı  səfir Kroker, Səudi 

Ərəbistanındakı  səfir Xayer, İsraildəki səfir Devis, Pakistandakı  səfir Uorren, 

Yaxın  Şərqdə  Fələstin qaçqınları üzər nümayəndə Blandfort, İsraildəki barışıq 

komissiyası üzrə nümayəndə Palmer, Livandakı nümayəndə Pinkerton, Suriyadakı 

nümayəndə Kennon, Qahirədəki səfir Mattison, Transiordaniyadakı  işlər vəkili 

Frisman, Londondakı Amerika səfirliyinin  birinci katibi Palmer və digərləri 

iştirak edirdi. Hələ konfransa qədər Ankaraya səfər edən Makqi fevralın 11 -də 

F.Köprülü ilə iki saat davam edən danışıqlar apardı. Fevralın 12-də onun C.Bayar 

və A.Mendereslə söhbətləri də bir o qədər davam etdi (94). Görüş  zamanı  Makqi  

ABŞ-ın  Türkiyənin  təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini və ona görə də 

Türkiyənin Amerikadan hərbi yardım alan birinci ölkələrdən olduğunu C.Bayara 

bildirdi. O əlavə etdi ki, Türkiyə Sovet təcavüzünə  məruz qalarsa bu böyük 

müharibəyə səbəb olacaqdır.  Belə  bir  vəziyyətdə  ABŞ-ın  təhəddüdləri  nədən  

ibarət olacaqdır? Makqinin sözlərinə görə, bu sual çoxdan Amerika rəsmilərini 

düşündürürdü. O dedi: "Bu məsələ  Şimali Atlantika paktı qurulan zaman ortaya 

çıxdı  və keçən il Türkiyə bu pakta qoşulmaq arzusunu ifadə etdiyi zaman 

təkrarlandı. Bizim Şimali Atlantik paktı ilə  əlaqəmiz Birləşmiş  Ştatların  girdiyi  

ilk təhəddüddür.  Bu  qərar Konqresin  çox  gərgin müzakirələrindən sonra 

verilmişdir". Makqi Türkiyənin Koreya savaşına qatılmasını  və türk ordusunun 

oradakı qəhrəmanlığını yüksək qiymətləndirdi. O dedi: "Koreyadakı türk əsgərinin 

savaş qabiliyyəti azad dünyanın rəğbətini qazanmışdır". Dövlət katibinin müavini 

Koreya müharibəsinin başlanması ilə ABŞ-ın xərclərinin artdığını, hərbi xərclərin 

13 milyarddan 50 milyard dollara yüksəldiyini və ilk imkan yaranan kimi ABŞ-ın 

Türkiyə ilə təhlükəsizlik paktı bağlamaq arzusunu dilə gətirdi. Makqi  təsdiq  etdi  

ki,  Birləşmiş    Ştatların  Şimali  Atlantik paktına qoşulması onun Türkiyənin 

təhlükəsizliyinə diqqətinin azalması kimi şərh edilə bilməz. C.Bayar açıq 

danışdığına görə ABŞ rəsmisinə təşəkkürünü bildirdi və dedi: biz ikiyə bölünmüş 

dünyanın bölünməz sərhədlərində yaşayırıq...  Dünya  ikiyə    bölünmüş,  bloklar 

yerini  almışdır.  Biz bu 

 

  




497 

 

bloklardan birinin silah yardımını qəbul etmişik. Bu nə deməkdir? Bu o deməkdir 



ki, o biri bloka qarşı bizi hazırlayırsınız. Bir müdaxiləyə  məruz qalsaq, müdafiə 

gücümüzü yaxşılaşdırarsınız. Fəqət,  əleyhinə silahlandığımız blok bizə qarşı bir 

müdaxiləyə başlasa verilmiş bir təminatımız yoxdur. Məmləkətimi həm qarşı 

blokun düşmənliyinə  məruz qoymaq, həm də birlikdə  hərəkət etmək istədiyimiz 

blokun təminatından məhrum etmək Türkiyəni razı salacaq bir durum deyildir 

(95). Eyni söhbəti C.Bayar fevral ayının 23-də Ankaradakı Britaniya səfiri Noel 

Çarlz və Brayrı Robertson ilə  də apardı. Bu görüşlər göstərdi ki, Türkiyənin 

NATO-ya daxil olması getdikcə daha çox tələb xarakteri almağa başlamışdır. 

Fevral ayında istər Ankaradakı görüşlər, istərsə  də  İstanbulda ABŞ-ın Yaxın və 

Orta Şərqdəki diplomatlarının iştirakı ilə keçirilən konfrans Türkiyənin Atlantika 

paktına daxil olması istiqamətində müsbət fikir formalaşdırdı. 1951-ci ilin may 

ayının 11-də ABŞ-ın Türkiyə ilə bağlı mövqeyi haqqında Milli Təhlükəsizlik 

Şurasında hazırlanmış  məruzədə göstərilirdi ki, Türkiyə SSRİ-nin  ətrafında  ən 

güclü anti-kommunist, Şərqi Aralıq və Orta Şərq regionunda Sovet təcavüzünə 

əsaslı  şəkildə müqavimət göstərmək qətiyyətinə  və imkanına malik yeganə 

dövlətdir. Türkiyənin coğrafi mövqeyi onun davamlı  şəkildə azad dünya 

tərəfindən dəstəklənməsini ABŞ üçün strateji cəhətdən vacib edir. ABŞ qərargah 

rəislərinin birləşmiş komitəsi Birləşmiş Ştatların Türkiyədəki dərin maraqlarını və 

mənəvi öhdəliyini nəzərə alaraq Amerika ilə Türkiyə arasında qarşılıqlı 

təhlükəsizlik sazişinin bağlanmasını  zəruri sayırdı. Milli Təhlükəsizlik Şurasında 

hazırlanmış  məruzədə qeyd olunurdu: Türkiyə  və ABŞ-ın da daxil olacağı 

qarşılıqlı təhlükəsizlik sazişinin imzalanmasından öncə Türkiyəyə hücum olacağı 

təqdirdə ABŞ Türkiyənin Sovet nəzarəti altına düşməsinin qarşısını almaq üçün bu 

ölkəyə lazımi dəstəyi verməlidir.  Əks halda bunun ABŞ-ın təhlükəsizlik 

maraqlarına ciddi şəkildə təsir edə biləcək siyasi və hərbi nəticələri ola bilər (96). 

Bu dəyərləndirmədən dörd gün sonra ABŞ NATO üzvlərinə məktub yazıb Türkiyə 

və Yunanıstanın bloka tam hüquqlu üzv kimi qəbul olunmalarını  təklif etdi. 

Bundan təxminən bir ay sonra, iyunun 15-də  Mərkəzi Kəşfiyyat  İdarəsinin 

hazırladığı xüsusi dəyərləndirmədə isə artıq söhbət Türkiyənin NATO-ya qəbul 

edilməsinə Sovetlərin mümkün reaksiyasından gedirdi. Dəyərləndirmədə ilk 

növbədə Türkiyə və Yunanıstanın NATO-ya daxil olmasına, bu iki ölkənin daxil 

olacağı, ABŞ-ın isə üzv kimi iştirak edəcəyi Aralıq dənizi müdafiə sazişinin 

imzalanmasına, habelə Atlantika paktı ölkələrinin Türkiyə  və Yunanıstanla 

təhlükəsizlik sazişi imzalanmasına SSRİ-nin mümkün reaksiyası araşdırılırdı. 

Sənəddə deyilirdi: "Biz hesab edirik ki, Kremlin Yunanıstan və Türkiyənin 

yuxarıda adı çəkilən təhlükəsizlik sazişlərindən hər hansı birinə qoşulduqları üçün 

geniş müharibə  yə başlayacağı real görünmür. SSRİ Yunanıstan və Türkiyənin 

qərbin hər hansı bir təhlükəsizlik sazişinə 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə