Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə239/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   235   236   237   238   239   240   241   242   ...   256

490 

 

Sovet hökumətinin Koreya hadisələrində aktiv iştirakı bütün dünya ictimai 



fikrini ona qarşı döndərmiş oldu. Koreya müharibəsi Təhlükəsizlik  Şurasında 

müzakirə edilən zaman qərarın qəbul edilməsinə maneçilik törətmək məqsədilə 

iclası tərk edən SSRİ nümayəndəsi avqust ayında Moskvanın tapşırığı ilə yenidən 

iclaslara qayıtdı. Burada əsas məqsəd Koreya müharibəsi ilə bağlı Sovetlərə qarşı 

başlanmış geniş  təbliğat kompaniyasını  zəiflətmək üçün BMT tribunasından 

istifadə etmək idi. Koreya müharibəsi ilə bağlı təbliğat kompaniyasını ələ almaq 

üçün ÜİK(b)P MK-nın Siyasi Bürosu 1950-ci ilin avqust ayının 15-də  məsələni 

müzakirə edib SSRİ Xarici İşlər Nazirliyinə müvafiq tapşırıqlar verdi. İlk növbədə 

BMT-dəki Sovet daimi nümayəndəsi Y.Malikə göndərilən teleqramın mətni təsdiq 

edildi. A.Vışinskiyə tapşırıldı ki, Sovet hökuməti adından Polşa, Çexoslovakiya, 

Çin Xalq Respublikası, Rumıniya, Bolqarıstan, Macarıstan, Albaniya, 

Monqolustan hökumətlərinə SSRİ nümayəndəsinin Koreya məsələsinin dinc yolla 

tənzim edilməsi haqqında Təhlükəsizlik  Şurasına təqdim etdiyi təklifin müdafiə 

edilməsi haqqında TŞ-nın sədrinin və BMT Baş katibinin adına teleqramlar 

göndərmələri tövsiyə olunsun. Eyni zamanda həmin hökumətlərə tövsiyə edilsin 

ki, Koreya şəhər və yaşayış  məntəqələrinin amerikanlar tərəfindən 

bombalanmasının dayandırılması haqqında KXDR-nin tələblərini müdafiə 

etsinlər.  Siyasi  Büro  SSRİ Xarici İşlər Nazirliyinə tapşırırdı ki, qeyd edilən 

teleqramlar müxtəlif vaxtlarda göndərilsin. Hətta teleqramların göndərilmə 

ardıcıllıqları belə Siyasi Büronun qərarında göstərilirdi. Orada deyilirdi: "İlk 

növbədə Polşa, Çexoslovakiya və Çindən, sonra Albaniya və Monqolustandan, 

daha sonra isə Bolqarıstan, Macarıstan və Rumıniyadan teleqramlar göndərilməli 

idi". Siyasi Büronun Xarici İşlər Nazirliyinə verdiyi göstərişə uyğun olaraq 

T.Ştıkov vasitəsi ilə KXDR hökumətinə tövsiyə edilirdi: 1) köhnə  Lı  Sın Man 

hökumətinin və parlamentinin üzvlərinin Koreyada Amerika təcavüzünü və Lı Sın 

Manın xalqa zidd siyasətini ifşa edən, Koreyada müharibənin qurtarmasını  tələb 

edən məktublarını Təhlükəsizlik Şurasına göndərsinlər; 2) Amerika hərbi əsirləri 

qrupunun ABŞ prezidentinə, Təhlükəsizlik Şurasının sədrinə və BMT Baş katibinə 

Amerika və digər xarici qoşunlar tərəfindən Koreyada müharibəni dayandırmaq, 

xarici qoşunların Koreyadan çıxarılması  tələbləri ilə müraciətini göndərmək; 3) 

Amerika təcavüzkarlarının vəhşiliklərini təhqiq edən xüsusi komissiyanın 

sənədlərinin dərcini sürətləndirmək, bu sənədləri TŞ-nın sədrinə  və BMT Baş 

katibinə göndərmək; 4) Amerika silahlı qüvvələrinin Koreyanın  şəhər və 

kəndlərində törətdiyi dağıntıları  və dinc əhaliyə münasibətdə digər qəddarlıqları 

sənədləşdirmək (83). Siyasi Büronun bu tapşırıqlarından sonra Sovetlərin TŞ-da 

fəallaşmasını haqlı olaraq Türkiyənin siyasi dairələri "bolşeviklərin yeni oyunu" 

adlandırırdı. Eyni zamanda türk mətbuatı SSRİ-nin Koreya məsələsində 

 

  




491 

 

fəallaşmasını  Şimali  Koreya  qoşunlarının  Seuldan  geri  çəkilməsi, bütövlükdə 



"rus siyasətinin məğlubiyyəti" ilə əlaqələndirirdi. 

1950-ci ilin sentyabr ayının 15-18-də Nyu Yorkda keçirilən Atlantik paktı 

ölkələrinin xarici işlər nazirlərinin görüşündə Türkiyənin üzvlüyü məsələsi 

müzakirə edildi. Lakin görüş  ərəfəsindəki müzakirələrdən aydın oldu ki, NATO 

ölkələri, ilk növbədə isə ABŞ,  İngiltərə  və Fransa hələ  də, Türkiyənin bu bloka 

tam üzvlüyü məsələsinə müsbət yanaşmırlar. 

Nyu York konfransı  ərəfəsində üç dövlətin, ABŞ,  İngiltərə  və Fransa xarici 

işlər nazirlərinin görüşündə Atlantik paktının coğrafiyasının genişləndirilməsi 

məqsədəuyğun sayılmamışdı. Sentyabr ayının  11-də ABŞ səfiri Corc Uadsvortla 

görüşən prezident C.Bayar bildirdi ki, "Atlantik paktı xarici işlər nazirlərinin 

müşavirəsində istəyimizi geri qaytararlarsa, əhvali-ruhiyyəmizin ciddi şəkildə yara 

alacağından açıqca qorxuram. Biz təbliğatdan asanca təsirlənən bir millət deyilik. 

Ancaq bu məsələdə geniş bir təşviş  və  şübhələr yaşanmaqdadır. Gələcəyimizin 

təhlükədə olduğunu hiss edirik". C.Bayar səfirə izah etdi ki, Türkiyə Koreya 

müharibəsində ABŞ-la səmimiyyətlə birləşərək saf niyyətini nümayiş etdirdi. İndi 

hər hansı  təhdid qarşısında Türkiyənin tək qalmaq qorxusu ABŞ-ı 

qayğılandırmalıdır (84). 

Türkiyənin NATO-nun tam hüquqlu üzvü olması haqqında müraciətinə müsbət 

cavab alınmadıqda C.Bayar Baş  qərargah rəisi N.Yamut və xarici işlər naziri 

F.Köprülü ilə müzakirələr keçirdikdən sonra təcili olaraq Nazirlər Kabinetinin 

iclasını çağırdı. Sovet səfirliyi öz məlumatında göstərirdi ki, Türkiyənin Atlantik 

paktına qəbul edilməməsi türk siyasi dairələrinin çox ağrılı reaksiyasını 

doğurmuşdur. Ölkədə  mətbuat aparıcı NATO dövlətlərinin Türkiyəyə  ədalətsiz 

münasibəti haqqında xeyli yazılar vermişdi. Bəzi mətbuat orqanları belə 

uğursuzluğa görə hətta A.Menderes hökumətinin istefaya göndərilməsi məsələsini 

gündəliyə gətirmişdir. 

Nyu York müzakirələri zamanı Türkiyənin NATO-ya daxil olmasına müsbət 

yanaşmayan blok ölkələri Birləşmiş  Ştatların təzyiqilə onun Aralıq dənizi hərbi 

planlarına qoşulmasını mümkün hesab etdilər. Sentyabr ayının 20-də ABŞ Dövlət 

katibi D.Açeson Türkiyənin Aralıq dənizi təhlükəsizliyi məsələlərində iştirakının 

mümkünlüyü, Türkiyə Baş  qərargahının Atlantik paktı Aralıq dənizi hərbi 

komitəsi ilə "xüsusi hərbi əlaqələr" qurması barədə NATO ölkələrinin xarici işlər 

nazirlərinin təklifini Vaşinqtondakı türk səfiri F.C.Erkinə  təqdim etdi. Orada 

göstərilirdi ki, Türkiyə Atlantika paktının bu komitəsində ABŞ, Fransa, İtaliya və 

Britaniya ilə birlikdə Aralıq dənizi rayonunun təhlükəsizliyi məsələsində  iştirak 

edə bilərdi. 

D.Açesonun türk səfirinə  təqdim etdiyi notada deyilirdi ki, Şimali Atlantika 

paktı şurası özünün beşinci iclasında təhlükəsizlik məsələlərinin 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə