Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə247/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   243   244   245   246   247   248   249   250   ...   256

507 

 

SSRİ DTK-nın planları  əsasında kürd problemi və  ərazi məsələləri ilə bağlı 



Suriya-Türkiyə münasibətləri gərginləşdikdə Moskva Ankaraya nota ilə müraciət 

etmiş  və ordu hissələrini Qafqaz regionuna toplamağa başlamış, marşal 

K.Rokossovski isə bu dairəyə komandan təyin edilmişdi. Lakin, 1957-ci ilin 

oktyabrında Sovet rəhbərliyi bəyan etdi ki, Türkiyə ilə müharibə  olmayacaqdır. 

Buna bənzər hadisələr 1958-ci ildə  İraqda dövlət çevrilişi baş verərkən də 

təkrarlandı (9). 

Sovet dövlət başçılarının 50-60-cı illərdə Türkiyə ilə münasibətləri 

normallaşdırmaq çağırışlarına baxmayaraq SSRİ-nin xüsusi xidmət orqanlarının 

Yaxın Şərqdə kürd və erməni amillərindən Türkiyəyə qarşı istifadə etmək cəhdləri 

gündəlikdən çıxmamışdı. SSRİ DTK-nın sədri A.Şelepinin Türkiyə  ərazisində 

kürdləri fəallaşdırmaq planı  və xarici erməni təşkilatları ilə  əlaqələri 

genişləndirmək ideyası Türkiyədə pozuculuq işlərinin gücləndirilməsinə  və 

Ankaranın zəiflədilməsinə xidmət edirdi. 1957-ci ilin avqustunda Sovet rəhbərliyi 

tərəfindən Ramkavar Azatakan partiyasının lideri Parunak Tovmasyanın gizli 

şəkildə SSRİ-yə gəlməsinə icazə verildi. Yerevanda P.Tovmasyan demək olar ki, 

Ermənistan SSR-in bütün rəhbər  şəxsləri, o cümlədən respublika kommunist 

partiyasının birinci katibi Suren Tovmasyanla, Moskvada isə SSRİ Xarici İşlər 

Nazirliyinin Yaxın  Şərq  şöbəsinin müdirini əvəz edən D.Solod ilə görüşdü. 

Xaricdəki ermənilərlə  əlaqələri genişləndirmək və onlardan SSRİ-nin müxtəlif 

məqsədlərinin həyata keçirilməsində istifadə etmək üçün Ermənistan kommunist 

partiyasının rəhbərliyi Moskvaya yazdığı  məktublarda SSRİ-nin səfirliklərinə 

erməni millətindən olan əməkdaşların daha çox göndərilməsinin təklif edirdi. 

P.Tovmasyan isə Moskvada apardığı danışıqlarda SSRİ ilə gizli əməkdaşlığın 

əvəzi kimi Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana 

verilməsi məsələsini qoymuşdu (10). 

1961-ci ilin yayında N.Xruşovun Ermənistan SSR-ə səfəri ərəfəsində Türkiyə, 

Azərbaycan və Gürcüstanda olan "qədim erməni torpaqlarının" qaytarılması 

haqqında imzasız tələblərin irəli sürülməsi yenidən geniş xarakter almışdı. 

Moskvaya və müxtəlif SSRİ orqanlarına göndərilən çoxsaylı anonim məktublarda 

Sovet rəhbərliyinin bu tələbləri yerinə yetirməyəcəyi halda BMT-yə müraciət 

ediləcəyi göstərilirdi. SSRİ DTK-nın 60-cı illərin  əvvəllərində hazırladığı 

sənədlərdə DQMV-də  vəziyyətin Yerevan tərəfindən qızışdırıldığı, lakin 

Azərbaycandan ayrılmaq təklifinin yerli ermənilər tərəfindən müdafiə olunmadığı 

qeyd edilirdi (11). 

Uzun sürən gərginlikdən sonra, 60-cı illərdə Sovet-Türkiyə münasibətlərində 

müəyyən yaxınlaşma meylləri hiss edilməyə başladı. 1960-cı il iyun ayının 28-də 

N. Xruşovun Türkiyənin bitərəf ölkə statusuna qayıtması  təklifi ilə Baş nazir 

C.Gürselə müraciəti Ankarada müsbət qarşılanmasa da, 1963-cü ilin mart ayında 

iki ölkə arasında mal dövriyyəsini artırmaq barədə protokolun 

 

  




508 

 

imzalanması münasibətlərin normal məcraya istiqamətlənməsindən xəbər verirdi. 



1964-cü ildə Türkiyə xarici işlər naziri F.C.Erkinin Moskvaya, 1965-ci ildə 

A.Qromıkonun Ankaraya, 1966-cı ildə SSRİ Nazirlər Sovetinin sədri A.Kosıginin 

Türkiyəyə, 1967-ci ildə isə Baş nazir S.Dəmirəlin SSRİ-yə  səfərləri 

münasibətlərin normallaşdırılmasında  əhəmiyyətli addımlar oldu. SSRİ-yə  səfər 

zamanı Azərbaycanı və Orta Asiyanı ziyarət edən S.Dəmirəl "Milliyyət" qəzetinə 

verdiyi açıqlamada qeyd edirdi ki, biz ruslarla olan münasibətlərimizdə yeni eraya 

daxil oluruq. Məlumdur ki, çox illər  ərzində bizim ölkələrimiz arasında böyük 

gərginlik olmuşdur,  İkinci Dünya müharibəsindən sonrakı dövrdə isə bizim 

praktiki olaraq heç bir əlaqəmiz olmamışdır.  İndi bu uyğunsuzluq aradan 

qaldırıldı. Mən demək istəmirəm ki, bütün çətinliklər dəf edildi, lakin fikirləşirəm 

ki, düşmənçilik aradan qaldırıldı (12). 1969-cu ilin noyabrında prezident 

C.Sunayın SSRİ-yə səfəri, L.Brejnev və digər Sovet rəhbərləri ilə görüşləri 60-cı 

illərdə iki ölkə arasında münasibətləri normallaşdırmaq siyasətinin yekunu oldu. 

1984-cü ilin dekabrında SSRİ Nazirlər Sovetinin sədri N.Tixonovun Ankaraya 

səfəri və iki ölkə arasında on il üçün nəzərdə tutulan SSRİ ilə Türkiyə arasında 

iqtisadi, ticarət və elmi-texniki əməkdaşlığın uzunmüddətli proqramının 

imzalanması münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirib 

bilər. 1986-cı ilin yayında Baş nazir T.Ozalın Moskvaya cavab səfəri ticarət-

iqtisadi əlaqələrin daha da inkişafı ilə müşayiət olundu. 

Bununla yanaşı, 80-ci illərin ortalarında SSRİ-də M.Qorbaçovun haki-miyyətə 

gəlməsi, Moskvada erməni lobbisinin və xaricdəki erməni təş-kilatları ilə 

Sov.İKP-nın və Sovet xüsusi xidmət orqanlarının gizli əlaqə-lərinin güclənməsi, 

Siyasi Büronun və Sovet rəhbərliyinin türk və müsəl-man respublikalarının 

nümayəndələrindən "təmizlənməsi" və s. Türkiyəyə qarşı yönəlmiş siyasətin 

müəyyən gizli məqamlarından xəbər verirdi. Qeyd etmək lazımdır ki, 

M.Qorbaçovun anti-türk meylləri hələ onun hakimiyyətə  gəlməsindən  əvvəl üzə 

çıxmağa başlanmışdı. Sov.İKP MK-nın Baş katibi K.Çernenko xəstə olduğundan 

partiyada ikinci şəxs kimi Siyasi Büronun iclaslarını aparan M.Qorbaçovun 1985-

ci ilin fevral ayının 21-də "Erməni genosidinin 70 illiyi ilə bağlı  tədbirlər 

haqqında" məsələni Siyasi Büronun gündəliyinə  çıxarması bunun açıq təzahürü 

idi. Burada söhbət Ermənistan kommunist partiyasının təklifı ilə 24 aprelin 

"Genosid qurbanlarının xatirə günü" kimi əbədiləşdirilməsi haqqında Ermənistan 

SSR Ali Sovetinin fərman verməsinə Siyasi Büronun razılığınm alınmasından 

gedirdi. Lakin müzakirələr zamanı M.Qorbaçovun, K.Dəmirçiyanın, Sov.İKP MK 

katibliyində  təmsil olunan bir sıra  şəxslərin ciddi-cəhdlərinə baxmayaraq Siyasi 

Büro üzvləri qəti  şəkildə bunun əleyhinə  çıxdılar. Uzun müddət SSRİ xarici 

siyasət idarəsinə  rəhbərlik etmiş A.Qromıko bildirdi ki, bu məsələni hissə  

qapılmadan  müzakirə  etmək  lazımdır.  O,  erməni  soyqırımı 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə