Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə243/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   239   240   241   242   243   244   245   246   ...   256

498 

 

qoşulmasına intensiv psixoloji müharibə, müxtəlif siyasi və iqtisadi təzyiqlər, 



BMT daxilində diplomatik fəaliyyət, güclü anti-qərb təbliğatı  və  hədə-qorxu 

jestləri ilə cavab verə bilər. Sənəddə ehtimal edilirdi ki, Yunanıstan və Türkiyənin 

NATO-ya, yaxud da Aralıq dənizi paktına qoşulması Kreml tərəfindən SSRİ-yə 

böyük potensial təhlükə kimi qiymətləndiriləcək. Biz həmçinin hesab edirik ki, 

ABŞ artıq Yunanıstan və Türkiyənin NATO-ya qəbul edilməsini açıq  şəkildə 

təklif etdiyi üçün Britaniya, yaxud Fransanın bu ölkələrə təhlükəsizlik sahəsində 

əsaslı yardım göstərməkdən imtina etməsi Kreml tərəfindən Qərb  İttifaqının 

üzvləri arasında meydana çıxmaqda olan zəiflik və fikir ayrılığı kimi 

dəyərləndiriləcək" (97). 

1951-ci ilin iyul ayının ortalarında Türkiyənin NATO-ya daxil olmasına qarşı 

olan Britaniya öz mövqeyindən imtina etdi və İngiltərə xarici işlər naziri Morrison 

iyulun 18-də İcma palatasında etdiyi çıxışda Türkiyə və Yunanıstanın NATO-ya 

daxil olmasının Britaniya tərəfindən dəstəklənəcəyini bildirdi. Nəhayət, NATO 

Nazirlər  Şurasının 16-20 sentyabr 1951-ci ildə Ottavada keçirilən toplantısında 

Türkiyə yekdil səslə bloka tam hüquqlu üzv kimi rəsmən dəvət edildi. 

Türkiyənin NATO-ya dəvət edilməsi haqqında ABŞ-ın təklifi elan olunduqdan 

sonra ÜİK(b)P MK-nın Siyasi Bürosu münasibətləri çətinləşdirmək məqsədilə bir 

neçə dəfə Türkiyə ilə bağlı məsələləri müzakirə etdi. 1951-ci il avqust ayının 20-

də Türkiyə  ərazisindən xarici təyyarənin Sovet sərhədlərini pozması  məsələsi 

müzakirə edilərkən Müdafiə Nazirliyi bu məsələnin doğru olmadığını bildirdi. 

Siyasi Büro Müdafiə Nazirliyinə tapşırdı ki, bu məsələni diqqətlə araşdırıb 

məlumat versin (98). Elə  həmin iclasda Türkiyə ilə SSRİ arasında 1937-ci ilin 

oktyabr ayının 8-də imzalanmış ticarət və  tədiyyə sazişi birtərəfli qaydada ləğv 

edildi və bu barədə məlumat yayılmaması məqsədəuyğun hesab edildi (99). 

1951-ci il oktyabr ayının 15-də Londonda NATO ölkələrinin Türkiyə  və 

Yunanıstanın bu pakta girməsi ilə bağlı sazişi imzaladıqdan iki həftə sonra Siyasi 

Büro oktyabr ayının 31-də SSRİ Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunaraq 

Ankaradakı Sovet səfirinin Türkiyə hökumətinə  təqdim edəcəyi notanın mətnini 

təsdiq etdi. Orada göstərilirdi ki, Atlantikaya heç bir dəxli olmayan Türkiyənin bu 

bloka dəvət edilməsi imperialist dövlətlərin Türkiyə  ərazisindən Sovet İttifaqına 

qarşı istifadə etmək üçün onun sərhədləri yaxınlığında təcavüzkarlıq məqsədilə 

hərbi baza yaratmaqdan başqa bir şey deyildir. Sovet hökuməti bu məsələ ilə bağlı 

Türkiyədən izahat tələb edir və qonşu dövlət kimi bu məsələyə biganə qalmadığını 

bəyan edirdi (100). Noyabr ayının 24-də isə Siyasi Büro Bolqarıstanın Türkiyə ilə 

sərhədləri bağlamaq təklifinə müsbət cavab verdi və Sofiyadakı səfirə tapşırırdı ki, 

bolqar-türk sərhədlərinin bağlanması haqqında Bolqarıstan hökuməti öz qərarını 

elan etsin (101). 

 

  




499 

 

Sovetlərin bütün ciddi-cəhdlərinə, hədələyici notalarına, SSRİ  rəhbərlərinin 



kəskin reaksiyasına baxmayaraq Türkiyə Böyük Millət Məclisi 1952-ci ilin fevral 

ayının 18-də Türkiyənin NATO-ya daxil olmasını yekdilliklə təsdiq etdi. Bununla 

da 1948-ci ildən bu istiqamətdə başlanan mübarizə 1952-ci ildə Türkiyənin 

Atlantik paktına daxil olması ilə  nəticələndi. NATO-ya daxil olduqdan sonra 

Sovetlərin Türkiyəyə qarşı aktiv mübarizəsi İ.Stalinin ölümünə qədər davam etdi. 

1953-cü il mart ayının 5-də  İ.Stalin vəfat etdi. Onun qızı S.Alliluyeva öz 

xatirələrində yazır: Atam dəhşətli  əzabla öldü. Asan ölümü Allah ancaq mömin 

adamlara bəxş edir. Bir çox ölkələrlə yanaşı Türkiyənin nümayəndə heyəti də dəfn 

mərasimində  iştirak etdi. Mart ayının 11-də V.Molotov İ.Stalinin dəfn 

mərasimində iştirak edən Türkiyə Xarici İşlər Nazirliyinin Baş katibi C.Açılkalın 

başda olmaqla nümayəndə heyətini qəbul etdi və bildirdi ki, onlar Açılkalınla 

köhnə tanışlardır. V.Molotov dedi: "Bir halda ki, Türkiyə hökuməti Moskvaya 

nümayəndə heyəti göndərmək haqqında qərar qəbul edib, Sovet hökuməti buna 

müsbət yanaşır" (102). Bundan sonra Sovet hökumətinin Türkiyəyə münasibətdə 

mövqeyinin dəyişməsini gözləmək çox çəkmədi. 1953-cü ilin may ayının 30-da, 

gündüz saat 4-də V.Molotov Türkiyənin Moskvadakı  səfiri Faik Xozarı SSRİ 

Xarici İşlər Nazirliyinə dəvət etdi və Sovet-Türkiyə münasibətləri haqqında Sovet 

hökumətinin adından bəyanatla çıxış etmək istədiyini bildirirdi". F.Xozar dedi ki, 

o, Molotovu dinləməyə hazırdır. V.Molotov Sovet hökumətinin bəyanatını belə 

açıqladı: "Məlum olduğu kimi 1925-ci il Sovet-Türk müqaviləsinin müddətinin 

başa çatması ilə bağlı Sovet-Türk münasibətlərinin tənzim edilməsi haqqında 

məsələyə bir neçə il əvvəl hər iki dövlətin nümayəndələrinin rəsmi söhbətlərində 

toxunulmuşdur. Bu söhbətlərdə Ermənistan SSR və Gürcüstan SSR-in Türkiyəyə 

bir sıra  ərazi iddiaları, habelə Sovet hökumətinin Qara dəniz Boğazlarına 

münasibətdə mülahizələri qoyulmuşdu. Mehriban qonşuluq münasibətlərini 

saxlamaq, sülhü və  təhlükəsizliyi möhkəmləndirmək naminə Ermənistan və 

Gürcüstan özlərinin Türkiyəyə olan ərazi iddialarından imtina etməyi mümkün 

hesab etmişdir. O ki, qaldı Boğazlar məsələsinə, Sovet hökuməti bu məsələdə 

özünün  əvvəlki mövqeyini yenidən gözdən keçirmiş  və SSRİ-nin Boğazlar 

tərəfindən təhlükəsizliyinin təmin edilməsini həm SSRİ üçün, həm də Türkiyə 

üçün eyniliyinin qəbul edilməsini mümkün saymışdır. Beləliklə, Sovet hökuməti 

bəyan edir ki, Sovet İttifaqının Türkiyəyə heç bir ərazi iddiası yoxdur". V.Molotov 

bəyanatı oxuduqdan sonra onun mətnini səfirə təqdim etdi. F.Xozar təşəkkür edib 

bildirdi ki, bu bəyanatı  təcili olaraq Türkiyə hökumətinə çatdıracaq və eyni 

zamanda  əlavə etdi ki, öz hökumətindən təlimat almadan bəyanata cavab verə 

bilməz. Lakin onun şəxsi fikrinə görə  bəyanat  Sovet  hökumətinin  Türkiyəyə  

münasibətdə  dostluq  niyyətini 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   239   240   241   242   243   244   245   246   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə