Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə240/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   236   237   238   239   240   241   242   243   ...   256

492 

 

müzakirəsi ilə bağlı belə bir istək ifadə etmişdir ki, əgər Türkiyə hökuməti 



arzulayırsa, Ankara Atlantik paktının Aralıq dənizi zonasının müdafiəsinin hərbi 

planlaşdırma üzrə  işlərində  iştirak edə bilər. Eyni ilə belə  təklif Yunanıstan 

hökumətinə də təqdim edilmişdi (85). 

A.Menderesin başçılığı ilə yüksək hərbi  şura və Nazirlər Kabineti uzun 

müzakirələrdən sonra oktyabr ayının 21-də bu təklifi qəbul etdiyini bildirdi. Bu 

iclasların başa çatmasından sonra Türkiyə hökuməti rəsmi olaraq Vaşinqtona 

məlumat verdi ki, o Atlantik paktı ölkələrinin Aralıq dənizi qrupu ilə "xüsusi 

əlaqə" qurmaq haqqında təklifini qəbul edir. Bu məsələ ilə bağlı sazişi hazırlamaq 

və müzakirə etmək üçün baş qərargahın zabitlərindən ibarət türk hərbi missiyası 

bu yaxınlarda ABŞ-a yola düşəcəkdir.(86) Hökumət doğru olaraq bu qərarı 

NATO-ya daxil olmaq yolunda atılmış bir addım kimi izah edirdi. Hökumətin 

müsbət cavabından sonra oktyabr ayının  əvvəllərində baş  qərargahın  əməliyyat 

şöbəsinin rəisi general Yusif Egeli başda olmaqla danışıqlar aparmaq üçün türk 

hərbi heyəti Vaşinqtona yola düşdü. Eyni zamanda Yunanıstanla Türkiyə arasında 

danışıqlarda müdafiə haqqında regional pakt imzalanması ilə bağlı  məsələlərin 

müzakirəsi başlandı. Bu danışıqlar daha çox Aralıq dənizinin müdafiəsi ilə bağlı 

Türkiyə  və Yunanıstanın NATO-nun hərbi planlaşdırmasında iştirakını  əhatə 

edirdi. Xarici işlər naziri F.Köprülünün oktyabr ayının 20-21-də Romada apardığı 

danışıqlar da bilavasitə Aralıq dənizinin müdafiəsi ilə bağlı təşkilatın yaradılması 

haqqında idi. İtaliya və Yunanıstanla aparılan danışıqlarda Aralıq dənizinin 

təhlükəsizliyini təmin etmək üçün yaradılacaq blok və ya təşkilatda hansı 

dövlətlərin olmasından asılı olmayaraq türklər bunu antikommunist xarakterində 

olacaq bir təşkilat kimi təsəvvür edirdilər. Qeyd etmək lazımdır ki, Ankaradakı 

Sovet səfirliyi NATO-nun Aralıq dənizi hərbi planlaşdırmasında iştirak edəcək 

Yunanıstanla Türkiyə arasındakı münasibətləri elə  də möhkəm hesab etmir və 

yazırdı ki, türk-yunan dostluğunun binası laxlayan özül üzərində qurulub. Daha 

sonra səfirlik Türkiyə ilə Yaxın  Şərq ölkələrinin münasibətlərinə toxunaraq 

yazırdı: "Türkiyənin bloka daxil olmaq siyasətinin uğursuzluğa düçar olmasından 

sonra türk diplomatiyası BMT-nin Təhlükəsizlik Şurasının üzvlüyünə nail olmaq 

üçün xüsusi cəhdlər göstərirdi. Məlum olduğu kimi, Yaxın Şərq dövlətləri qrupu 

adından Livan və Türkiyə öz namizədliyini irəli sürmüşdülər, lakin səsvermənin 

nəticələri iddiaçıların heç birinə  uğur gətirməmişdi. Bundan sonra Livan öz 

namizədliyini geri götürmüş  və Türkiyə 53 səslə  Təhlükəsizlik  Şurasının üzvü 

seçilmişdi. Sovetlər bu məsələdən Türkiyə ilə ərəb ölkələri arasında münasibətləri 

gərginləşdirmək üçün istifadə edir və Türkiyənin TŞ-nın dəyişən üzv seçilməsinə 

bütün vasitələrlə mane olurdu. Türkiyə  TŞ-nın üzvü olduqdan sonra BMT-dəki 

daimi nümayəndə S.Sarper bildirdi ki, Türkiyənin TŞ-nın dəyişən üzvünün 

seçilməsi onunla 

 

  



493 

 

ərəb ölkələri, başlıca olaraq Türkiyə ilə Livan arasında münasibətlərə heç bir ziyan 



gətirməyəcəkdir. Eyni mövqeyi Ankaradakı ərəb ölkələri səfirləri adından Suriya 

səfiri Əmir Adil Arslan da təsdiq etdi" (87). 

1950-ci ilin noyabr ayının 1-də TBMM-nin sessiyasının açılışında çıxış edən 

prezident C.Bayar xarici siyasət məsələləri üzərində geniş dayandı. İlk növbədə o, 

bəzi məqamlarına görə ölkədə birmənalı qarşılanmayan Koreya müharibəsi  və 

BMT-nin çağırışına cavab olaraq ora türk ordusunun göndərilməsi məsələsinə 

aydınlıq gətirdi. C.Bayar qeyd etdi ki, Koreya hadisələri Birləşmiş Millətlərin nə 

dərəcədə həyat qabiliyyətli olduğunu imtahandan çıxardı və bu təşkilatın bir sıra 

zəif cəhətlərini də ortaya qoydu. Onun fikrincə, Təhlükəsizlik Şurasının çağırışına 

cavab olaraq Türkiyə Koreyaya hərbi kontingent göndərməklə öz üzərinə düşən 

öhdəliyi vaxtında yerinə yetirmiş oldu. Daha sonra prezident Atlantik paktı ilə 

bağlı  məsələlərin üzərində dayandı. O bildirdi ki, Türkiyə  təhlükəsizlik və 

kollektiv müdafiə sisteminin Şərqi Aralıq dənizi rayonuna yayılmasını arzulayır. 

Amerika Dövlət katibi Atlantika paktı şurası adından Türkiyə hökumətini Aralıq 

dənizinin müdafiəsi ilə bağlı  Şimali Atlantik paktı  hərbi planlaşdırma işlərində 

iştiraka dəvət etdi. 

Türkiyə hökuməti qeyd edilən planlaşdırmada onun iştirakının  Şərqi Aralıq 

dənizi rayonunun müdafiəsinin əhəmiyyətli dərəcədə artıracağını nəzərə alaraq bu 

dəvəti qəbul etdi. C.Bayar dedi: "Biz ümid edirik ki, bu danışıqlar Aralıq dənizi 

rayonunun həm hərbi nöqteyi-nəzərdən, həm də hüquqi nöqteyi-nəzərdən 

təhlükəsizliyi üçün əhəmiyyətli nəticələr verəcəkdir".  

C.Bayar Millət Məclisinin açılışındakı çıxışında İngiltərə, Fransa, ABŞ, İtaliya 

ilə Türkiyə arasında inkişaf edən münasibətlər üzərində geniş dayandı. Sovet 

İttifaqı ilə münasibətlərə  gəldikdə, qeyd etdi ki, SSRİ ilə münasibətlərin 

yaxşılaşdırılması bizim tərəfimizdən arzu olunsa da, ötən illə müqayisədə bu 

istiqamətdə elə bir dəyişiklik baş verməyib. Qeyd etmək lazımdır ki, prezident öz 

çıxışında Sovet İttifaqı ilə müqayisədə  İrlandiya ilə  əlaqələrə daha çox yer 

vermişdi.  Ən nəhayət, çıxışının sonunda C.Bayar beynəlxalq münasibətlərdə 

Türkiyənin nüfuzunun artmasını onun "yurdda sülh, cahanda sülh" Atatürkçü 

prinsipinə söykənməsi, xalqların hüquq bərabərliyini, beynəlxalq münasibətlərin 

hamı  tərəfindən qəbul edilən  əsas prinsiplərinə hörmətlə yanaşması, birgə 

təhlükəsizlik və mehriban qonşuluq siyasətinə sayğılı münasibəti ilə izah edirdi. 

Prezident dedi: "Bizim Təhlükəsizlik  Şurasına seçilməyimiz bütün bunların başa 

düşülməsinin birbaşa təsdiqidir və bizim beynəlxalq aləmdə nüfuzumuzun 

artmasına verilmiş qiymətdir" (88). 

Türkiyənin NATO-nun Aralıq dənizi hərbi planlaşdırma komitəsinin işlərinə 

qatılması ilə bağlı müzakirələr getdiyi bir vaxtda türk ordusunun Koreyada 

göstərdiyi qəhramanlıq Qərbdə böyük rəğbətlə qarşılandı. Bu bir 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə