Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə238/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   234   235   236   237   238   239   240   241   ...   256

488 

 

tank mərmisi, 400 min əl qumbarası, minə Yaxın radiostansiya, üç min telefon 



aparatı, 4 min km. kabel, Yak-9, İl-10, Yak-11 təyyarələri üçün ehtiyat hissələri, 

60 ton sürtkü yağı  və s. istədiyini bildirirdi. T.Ştıkov axırda yazırdı ki, Kim İr 

Senin xahişini müdafiə edirəm (77). Sovetlərin bilavasitə  iştirakı ilə başlanan 

hücum  əməliyyatı üç gündən sonra Seulun tutulması ilə  nəticələndi, Cənubi 

Koreya hökumət idarələri Suvon şəhərinə köçməli oldu. 

Koreyada başlanmış müharibə    ilə bağlı iyunun 25-də BMT Təhlükəsizlik 

Şurasının təcili iclası çağırıldı. Təcavüzə  məruz qalmış Koreya respublikasına 

yardım göstərmək barədə iyunun 27-də Təhlükəsizlik Şurasının qəran Truqve Li 

tərəfindən BMT-nin üzvü olan dövlətlərə göndərildi. Bu müraciətə cavab olaraq 

xarici işlər naziri F.Köprülü hökumət adından Truqve Liyə cavab verdi ki, Türkiyə 

BMT Nizamnaməsinə görə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə və TŞ-

nın Koreya məsələsi ilə bağlı  qərarlarının icrasında iştirak etməyə hazırdır. İyun 

ayının 30-da F.Köprülü BMT TŞ-nın katibindən gələn məktublar haqqında Millət 

Məclisinə  məlumat verdi. Türkiyə hökuməti BMT çağırışına cavab olaraq 4500 

nəfərlik hərbi kontingenti Koreyaya göndərmək haqqında iyul ayının sonlarında 

qərar qəbul etdi. Həmin qərar qəbul ediləndə Türkiyədə olan Amerika senatoru 

Keyn qeyd etdi ki, Türkiyə hökumətinin bu qərarı onun Atlantika paktına daxil 

olmasını asanlaşdırdı (78). Belə bir qərar qəbul etməklə Türkiyə ABŞ-dan sonra 

BMT-nin təcavüzə qarşı yardım çağırışına cavab verən ikinci ölkə oldu. 

Cümhuriyyət tarixində ilk dəfə idi ki, Türkiyə öz əsgərini ölkə xaricinə göndərirdi. 

Hökumət bunu onunla izah edirdi ki, Türkiyə  hər hansı silahlı  təcavüzə  məruz 

qalarsa, Cənubi Koreyaya göstərilən yardımın eynisini BMT-dən tələb edəcəkdir. 

Bu baxımdan BMT Nizamnaməsi üzv ölkələrin üzərinə bir sıra öhdəliklər qoysa 

da,  əslində Bayar-Menderes hökumətinin Cənubi Koreyaya əsgər göndərmək 

qərarının başlıca səbəbi NATO üzvlüyündə israr etmək üçün zəmin hazırlamaq idi 

(79). Ankaradakı Sovet səfirliyinin  əməkdaşı S.Yevseyevin hazırladığı arayışda 

göstərilirdi ki, Türkiyə hökumətinin tərəfindən qəbul edilən bu qərar 

amerikanların təzyiqi altında qəbul edilmişdir. Bu qərarla bağlı hökumətin 

mövqeyini şərh edən xarici işlər naziri F.Köprülü demişdi: "Türkiyə həmişə bəyan 

edib ki, o BMT-nin prinsiplərinə  sədaqətlidir. Hökumətin inamına görə sülhün 

qorunması üçün ən təcili təminat bu prinsiplərə sədaqətdədir, bundan çıxış edərək 

biz BMT-nin hər bir üzvünün öz öhdəliyini tərəddüdsüz yerinə yetirməsini zəruri 

hesab edirik" (80). 

1950-ci ilin yayında diplomatik yazışmalardan aydın olur ki, Sovet blokuna 

daxil olan ölkələrin Ankaradakı diplomatik idarələrinin  əməkdaşları Koreyaya 

göndəriləcək türk hərbi kontingentinin sayı, yola salınması vaxtı və marşrutu ilə 

ciddi şəkildə maraqlanırlar. Sovet səfirliyi 

 

  




489 

 

Moskvaya yazırdı: "Tamamilə aydındır ki, Koreyaya ordu göndərmək haqqında 



qərarı yerinə yetirməyə türklər tələsmirlər. Görünür, onlar Koreyadakı  hərbi 

əməliyyatların tam müəyyənləşməsini gözləyirlər və buna uyğun özlərinin Koreya 

münaqişəsində  iştiraklarını götür-qoy edirlər. Digər tərəfdən belə güman etmək 

olar ki, Türkiyə hökuməti  Şimali Atlantika paktı  Şurasının işə başlamasını 

gözləyir və  əmin olmaq istəyirlər ki, Türkiyənin Atlantik paktına daxil olmaq 

cəhdləri bir nəticə verir, ya yox. Xüsusən ona görə ki, Türkiyə hakim dairələri 

Koreyaya ordu göndərmək qərarını bütövlükdə Türkiyənin Atlantik paktının 

iştirakçısı olması ilə əlaqələndirirlər" (81). 

1950-ci ilin iyul ayının sonlarında F.Köprülü Ankaradakı  İngiltərə  və Fransa 

səfirləri ilə görüşüb Türkiyənin NATO-ya daxil olması ilə bağlı  məsələləri 

yenidən müzakirəyə  çıxartdı.  İyulun sonlarında Türkiyənin BMT-dəki 

nümayəndəsi S.Sarper Ankaranın Atlantik paktına daxil olmaq cəhdləri barədə 

açıqlama verdi. Ayın 30-da isə Baş nazir A.Menderes Türkiyədəki Amerika 

səfirini qəbul edib onunla üç saatlıq müzakirə apardı. Avqust ayının əvvəllərində 

isə Avropa Şurası xarici işlər nazirlərinin Strasburq görüşündə  iştirak edən 

F.Köprülü Atlantik paktı iştirakçısı olan ölkələrin xarici işlər nazirləri ilə görüşlər 

keçirib Türkiyənin bu pakta girməsinə kömək etmələrini xahiş etdi. Bevin və 

Şumanla görüşlərdən sonra Frans Press agentliyinə verdiyi müsahibədə o, müttəfiq 

dövlətlərin xarici işlər nazirləri ilə  Şərqi Aralıq dənizi rayonunun təhlükəsizliyi 

məsələsinin, habelə Türkiyənin NATO-ya daxil olmaq istəyinin müzakirə 

olunduğunu dilə gətirdi. F.Köprülü dedi ki, Atlantik paktı indi tam deyildir. Aralıq 

dənizində birgə  təhlükəsizlik sistemi ancaq Adriatik dənizinə  qədər yayılır. Bu 

dünya sülhü üçün böyük təhlükədir. Onun fikrincə, mühüm strateji məntəqə kimi 

Şərqi Aralıq dənizi birgə müdafiə sistemindən kənarda qala bilməz. Ona görə mən 

düşünmürəm ki, Türkiyənin Atlantik paktına daxil olması  məsələsi etirazla 

qarşılanacaq. Türkiyəyə qayıtdıqdan sonra F.Köprülü bəyan etdi ki, hökumət 

Atlantik paktına qoşulmaq üçün zəruri olan bütün addımları atıb. Avqust ayının 

sonlarında hökumətin tapşırığı ilə Vaşinqtondakı türk səfiri D.Açesondan xahiş 

etdi ki, Türkiyənin Atlantik paktına daxil olmaq haqqında müraciətini müdafiə 

etsin. Avqust ayının sonunda Sovet səfirliyinin  əməkdaşı V.Starsev "Türkiyənin 

Atlantik blokuna can atması haqqında" hazırladığı icmalda yazırdı: "DP hökuməti 

hesab edir ki, indiki vaxtda Türkiyənin Atlantik paktına qoşulması üçün əlverişli 

şərait yaranmışdır. Ona görə  də hakim partiya Xalq respublikaçı hökumət 

dövründə xarici siyasət məsələlərində olan ehtiyatlılığı bir tərəfə ataraq bütün 

vasitələrlə öz məqsədinə nai1 olmağa çalışır" (82). Beləliklə, 1950-ci ilin may 

ayından sonra ikinci dəfə avqust ayında Türkiyə hökuməti Atlantik paktına 

qoşulmaq barədə rəsmi müraciət etdi. 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə