Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə235/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   231   232   233   234   235   236   237   238   ...   256

482 

 

Q.Müzəffərov isə qeyd etmişdi ki, türklər gərək rusların zülmü altında olan öz 



qardaşlarını azad etsinlər. Biz azərbaycanlıların böyüyü Türkiyədə olan 

M.Ə.Rəsulzadədir. O, bizi azad edəcək. Türklər məğlub edilməzxalqdır və gələcək 

onlara məxsusdur (65). Göründüyü kimi, Sovet təhlükəsizlik orqanlarının çoxsaylı 

arayışları M.Tezelin xatirələrində azərbaycanlıların Türkiyəyə münasibətdə öz 

rəğbətini saxladığı haqqında qeyd etdiyi fikri təsdiq edirdi. 

1949-cu ilin dekabr ayının 24-də Xalq Cümhuriyyətçi partiyanın Sivas vilayət 

konfransında çıxış edən xarici işlər naziri öz çıxışında bütövlükdə 1949-cu ildə 

beynəlxalq vəziyyətə və ölkənin xarici siyasətinə yekun vurdu. O, dünyada gedən 

prosesləri dəyərləndirərək dedi ki, xalqlar müharibə qorxusu altında yaşayırlar. 

N.Sadak həmin dövrdə beynəlxalq vəziyyətin qeyri-müəyyənliyini ilk növbədə 

Sovet  İttifaqı  tərəfindən gələn xarici təhlükə ilə  əlaqələndirirdi. O deyirdi: bu 

qeyri-müəyyənlik bizə böyük ziyan vurur. Məsələ bundadır ki, biz təhlükələrlə 

əhatə olunmuşuq. Təzyiq və  təhdidlər başlıca olaraq bizim əleyhimizə 

toplanmışdır. N.Sadak sonra Sovet İttifaqını  nəzərdə tutaraq Türkiyə  əleyhinə 

aparılan "məlum təbliğat" üzərində geniş dayandı. Moskvaya göndərdiyi geniş 

məlumatda Ankaradakı Sovet səfirliyi Türkiyə hakim dairələrinin antisovet 

təbliğatdan türk xalqının diqqətini hazırkı ağır vəziyyətdən yayındırmaq üçün bir 

vasitə kimi istifadə etdiklərini yazırdı (66). 

Türkiyə siyasi dairələrinin fikrincə, Sovetlərin Türkiyəyə qarşı apardığı 

təbliğat kampaniyası 1950-ci ilin əvvəllərində bir sıra istiqamətləri  əhatə edirdi. 

İlk növbədə Sovetlər amerikanlardan imperialist düzəldərək iddia edirdilər ki, 

Türkiyənin müstəqilliyi Sem dayı  tərəfindən tapdalanır; ikincisi, Türkiyənin 

görkəmli xadimləri hörmətdən salınır və türklərin müqəddəs saydığı  nə varsa 

hamısının üstünə  ləkə atılır; üçüncüsü, bütün türk vətəndaşlarının arasında 

narazılıq yaradılır və  fəhlələr qızışdırılır; dördüncüsü, türk inqilabı mürtəce 

hərəkat kimi təsvir olunur; beşincisi, böyük Atatürkün adından, onun ayrı-ayrı 

deyimlərindən Sovetlər öz məqsədləri üçün istifadə edirlər. Ankaradakı Sovet 

səfirliyinin dəyərləndirməsinə görə Türkiyə 1950-ci illərin  əvvəllərində ABŞ 

tərəfindən göstərilən hərbi, siyasi, iqtisadi və diplomatik yardım nəticəsində 

Aralıq dənizi rayonunda, Yaxın və Orta Şərqdə Birləşmiş  Ştatların  ən güclü 

müttəfiqinə çevrilmişdi. Dövlət naziri Cemal Sait Barlasın məlumatına görə 

Türkiyə Marşall planı üzrə ABŞ-dan 1948-1949-cu illərdə 49 milyon 700 min 

dollar, 1949-1950-ci illərdə isə 114 milyon 300 min dollar, ümumilikdə iki il 

ərzində 164 milyon dollar yardım almışdı. Sovet səfirliyinin fikrincə, bu yardımlar 

Birləşmiş  Ştatlara imkan vermişdi ki, Yaxın və Orta Şərqdə öz siyasətini həyata 

keçirmək üçün Türkiyədən istifadə etsin. Hətta Sovet diplomatik işçiləri belə 

hesab edirdilər ki, ABŞ Türkiyə vasitəsi ilə Britaniyanı Yaxın və Orta Şərq 

regionundan sıxışdırıb çıxarmaq istəyir. 

 

  



483 

 

Moskvaya göndərilən geniş icmalda qeyd edilirdi ki, Yaxın və Orta Şərqdə ingilis 



və amerikanlar arasında olan ziddiyyətlərdən türklər öz maraqları üçün istifadə 

edəcək, Amerika və ingilis planları arasında  əsasən Dövlət Departamentinin 

mövqeyinə istiqamətlənmiş manevr edən siyasət yeridəcəklər. 1950-ci ilin yanvar 

ayının 31-də 1948-ci il "Amerika-türk iqtisadi əməkdaşlıq" sazişinə  əlavə olaraq 

Birləşmiş  Ştatlarla Türkiyə arasında protokol imzalandı. Protokolda deyilirdi ki, 

1950-ci ildə ABŞ Türkiyəyə 199 milyon dollar faizsiz kredit ayıracaqdır (67). 

Amerika-Türkiyə iqtisadi əməkdaşlıq sazişinə  əlavə olaraq imzalanmış 

protokolun Millət Məclisində müzakirəsi və ümumilikdə beynəlxalq vəziyyətin 

dəyərləndirilməsi ilə bağlı məsələlərdə artıq ölkədə güclü siyasi qüvvəyə çevrilmiş 

Demokrat partiyasının fikirləri iqtidar nümayəndələri ilə üst-üstə düşürdü. 1950-ci 

ilin fevral ayının 16-da Məclisin iclasında çıxış edən Demokrat partiyasının 

rəhbərlərindən biri F.Köprülü qeyd edirdi ki, Türkiyə ən sonuncu və ən təhlükəli 

imperializmlə üz-üzə dayanmışdır. Beşinci dəstənin mənfur təbliğatının təsirinə 

düşmüş bir sıra bədbəxt adamlar görmək və anlamaq imkanını itirərək fikirləşirlər 

ki, ölkəni sabahkı müharibə    təhlükəsindən Rusiya ilə dostluq siyasəti yeritmək 

yolu ilə qurtarmaq olar. Bunlar tarixin dərslərini başa düşməyən ya laqeyd, ya da 

ağılsız adamlardır. Türk milləti belə baxışların təhlükəli olduğunu və rus 

imperializminin  əsl məqsədini yaxşı anlayır. Ona görə o, bu gün yeritdiyimiz 

xarici siyasətin tərəfdarıdır (68). Eyni mövqeyi 1950-ci ilin mart ayında ölkəni 

gəzərkən prezident İ.İnönü də  bəyan etmişdi. O qeyd edirdi ki, biz ədalətsiz 

tələblərin və  ərazilərimizi qoparmağa cəhd edənlərin qarşısında dayanmışıq. Biz 

görürük ki, vətənimiz böyük təhlükə qarşısındadır. Bunu bir dəqiqə də olsun bizim 

vətəndaşlarımız unutmamalıdırlar (69). 

1950-ci ilin aprel ayının 20-də  İstanbulda keçirilən türk-amerikan hərbi 

konfransının gündəliyində duran başlıca məsələ  də  məhz ölkənin üzləşdiyi 

təhlükəyə müqavimət göstərməyin yolları  və formaları haqqında idi. Konfransa 

Türkiyənin yüksək rütbəli hərbçiləri və Türkiyədəki Amerika hərbi missiyasının 

üzvləri qatılmışdılar. Konfransın  əsas məqsədi Türkiyəyə Sovetlər tərəfindəın 

hücum olacağı  təqdirdə ölkənin hava, quru qüvvələri və  hərbi donanmasının 

fəaliyyətini  əlaqələndirmək, silahlı qüvvələrin hər üç növünün düşmənə qarşı 

effektli müqavimətini təşkil etmək idi. Buna görə də Sovet səfirliyinin əməkdaşı 

E.Revinin hazırladığı arayışda göstərilirdi ki, amerikanlar Türkiyəyə böyük strateji 

əhəmiyyət verirlər. Bunun təsdiqi kimi E.Revin Amerika quru qoşunları Baş 

qərargahının rəisi general Kolinsin Qahirədə yaydığı  bəyanatı misal gətirirdi. 

General Kolins demişdi ki, ABŞ müdafiə sahəsində birinci dərəcəli  əhəmiyyət 

kəsb edən bütün mənbələri səfərbər edir. Müdafiənin başlıca sərhədləri Qərbi 

Avropa, Türkiyə, Yunanıstan və İrakdan keçir (70). 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   231   232   233   234   235   236   237   238   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə