Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə231/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   227   228   229   230   231   232   233   234   ...   256

474 

 

yayılma siyasətinə qarşı ciddi təhlükə görürdü. Bununla bağlı  ÜİK(b)P MK-nın 



Siyasi Bürosu 1949-cu ilin yayında  İtaliyanın  Şimali Atlantika blokuna 

qoşulmasına qarşı SSRİ Xarici İşlər Nazirliyi tərəfindən  İtaliya hökumətinə 

təqdim edilmək üçün hazırlanmış notanın mətninin təsdiq etmişdi. Eyni zamanda 

NATO-nun yaranması ilə bağlı ABŞ, Böyük Britaniya və Fransa hökumətlərinə 

təqdim edilən notalar da Siyasi Büroda təsdiq olunmuşdu (47). 

1949-cu ilin yazında və yayında baş vermiş bir sıra hadisələr Sovet-Türkiyə 

münasibətlərinə əlavə gərginlik gətirmişdi. Bunlardan birincisi, Sovet səfirliyinin 

ikinci katibi Qaryağdı  Həsənovun həyat yoldaşı  Sənubər Həsənovanın Türkiyə 

hakimiyyət orqanlarından siyasi sığınacaq istəməsi, ikincisi Türkiyə Xarici İşlər 

Nazirliyinin diplomatik kuryeri Fuad Güzaltanın Soçi yaxınlığında qatarda "özünü 

intihar etməsi" ilə bağlı qalmaqal, üçüncüsü isə Sovet təyyarəçisi V.Bortun 

Türkiyəyə qaçması idi. 

SSRİ-yə geri çağırılan Sovet səfirliyinin  əməkdaşı Q.Həsənov ona qarşı 

müxtəlif repressiyaların ola biləcəyini nəzərə alaraq Türkiyə hökumətindən siyasi 

sığınacaq almaq qərarına gəlmişdi. Bunu hiss edən Sovet xüsusi xidmət orqanları 

gizli  əməliyyat nəticəsində onu SSRİ-yə apara bilmişdilər. Lakin onun həyat 

yoldaşı S.Həsənova imkan tapıb Türkiyə hakimiyyət orqanlarına sığınacaq üçün 

müraciət edə bilmişdi və onun müraciəti təmin edilmiş, özü isə müvəqqəti 

Adanada yerləşdirilmişdi. Sovet səfirliyinin üç nəfər  əməkdaşı onu Adanadan 

qaçırmağa cəhd göstərsə də, bu cəhd baş tutmamışdı. Bundan sonra Sovet səfirliyi 

guya S.Həsənovanın SSRİ-yə getmək üçün səfirliyə müraciət etməsi barədə 

Türkiyə xarici və daxili işlər nazirliyinə  məktub göndərsə  də, S.Həsənova 

Ankaraya gəlib mətbuat orqanlarına açıqlama vermişdi ki, o, belə bir ərizə ilə 

Sovet səfirliyinə müraciət etməyib, eyni zamanda S.Həsənova Türkiyədən 

sığınacaq aldığını və türk vətəndaşlığını qəbul etdiyini açıq şəkildə təsdiq etmişdi. 

O qeyd etmişdi ki, "Mənim həyat yoldaşım Türkiyədən sığınacaq almaq istədiyinə 

görə zorla Rusiyaya göndərilib. Dəqiq bilirdim ki, məni də həmin tale gözləyir və 

ona görə də Türkiyə hakimiyyət orqanlarına sığınacaq almaq üçün müraciət etdim. 

Mənim müraciətim təmin edildi və mənə Adanada yaşamağa icazə verildi. Lakin 

burada da məni rahat buraxmadılar və  həyat yoldaşımı zorla göndərdikləri kimi 

məni də zorla ələ keçirmək istəyirdilər. Türkiyənin rəsmi hakimiyyət orqanlarının 

müdaxiləsindən sonra bunu etmək onlara nəsib olmadı. Sonra fikirləşdim ki, 

Moskva radiosu bu hadisədən yalan və böhtan uydurmalar üçün istifadə edəcək, 

ona görə də qərara aldım ki, Ankaraya gəlib öz arzumla Türkiyədə qaldığımı sübut 

edim və  məlumat verim ki, məni zorla aparmaq mümkün olmadı". S.Həsənova 

Ankaraya gələndən sonra Türkiyə xarici və daxili İşlər nazirlikləri Sovet 

səfirliyinə rəsmən onunla əlaqə yaratmasına icazə versə 

 

  




475 

 

də, lakin səfirlikdən bu istiqamətdə elə bir təşəbbüs göstərilmədi və bu məsələ öz 



əhəmiyyətini itirdi (48). 

Bu hadisə ilə eyni vaxtda Türkiyə Xarici İşlər Nazirliyi iyul ayının 3-də SSRİ 

orqanlarına istinadən Soçi ərazisində nazirliyin diplomatik kuryeri F.Güzaltanın 

guya tapançadan atəş açmaqla özünə  qəsd etməsi və Soyet həkimlərinin onun 

həyatını xilas etməsi  üçün ciddi cəhdlər göstərməsinə baxmayaraq F.Güzaltanın 

xəstəxanada vəfat etməsi haqqında məlumat yaydı. S.Həsənova ilə bağlı 

qalmaqalın gərginləşdiyi məqamda bu məlumatın elan olunması Türkiyənin bütün 

dairələrinin  əsəblərini  əməlli-başlı tarıma çəkdi. Hamı başa düşürdü ki, SSRİ 

ərazisində qatarda yol gedən və diplomatik vəzifə yerinə yetirən xarici bir 

vətəndaşın Sovet İttifaqında özünə  qəsd etməsi təsadüfi hadisə deyildir. Türk 

mətbuatı bu qəsd hadisəsi ilə bağlı yazılarında onun şübhəli məqamlarına eyham 

vurulurdu. Bir sıra yazılarda qeyd edilirdi ki, Türkiyə ilə Rusiyanın münasibətləri 

dostluqdan çox uzaqdır, lakin günahsız kuryerin ölümü heç nəyi həll etmir. 

Mətbuat mötəbər mənbələrə istinad edərək bu hadisə ilə bağlı məsələləri müzakirə 

etmək üçün N.Sadak və Xarici İşlər Nazirliyinin baş katibinin prezident İ.İnönü ilə 

görüşdüyü haqqında məlumat yaymışdı.  F.Güzaltanın  "özünü  intiharı"  iyun  

ayının  11-də  Millət Məclisində anti sovet müzakirələrlə müşayiət edildi. Onun 

cənazəsini  İstanbula aparan qatar iyunun 11-də Ankarada dayandıqda Məclisin 

deputatları, xarici işlər naziri N.Sadak, müdafiə naziri H.Çakır, Baş qərargah rəisi 

dəmir yol vağzalına gəlib cənazənin üstünə  əklil qoydular. F.Güzaltan çox 

təmtəraqlı formada İstanbulda dəfn edildi, hakimiyyət orqanları, yüksək rütbəli 

hərbçilər və digər rəsmi  şəxslər onun dəfnində  iştirak etdilər.  İyul ayının 10-da 

İstanbulda mətbuat nümayəndələrinin suallarına  cavab  verən  N.Sadak  bildirdi  

ki,  Moskvadakı    səfir bu yaxınlarda Ankaraya gələcək va Güzaltının  şəxsi 

əşyalarını, o cümlədən onun "Öz başına vurduğu tapançanı və gülləni" də özü ilə 

gətirəcək. Onda biz təhqiqat üçün əlavə  zəruri məlumatları  əldə etmiş olacağıq. 

Sovet səfirliyi bu hadisə ilə bağlı SSRİ Xarici İşlər Nazirliyinə göndərdiyi geniş 

məlumatda F.Güzaltanın dəfninin Sovetlər  əleyhinə  sərt təbliğat kompaniyası 

fonunda təşkil edildiyi və  rəsmi dairələrin bu işdə yaxından iştirak etdiyini 

göstərirdi (49). 

1949-cu ilin iyun ayının 19-da Türkiyənin Moskvadakı  səfiri F.Z.Akdur 

fəaliyyət müddətinin başa çatması ilə bağlı SSRİ xarici işlər nazirinin müavini 

F.Qusevlə görüşdü. O, Kanadadakı türk səfiri Müzəffər Tekerin Moskvaya yeni 

səfir təyin olunduğunu F.Qusevin nəzərinə çatdırdı. Eyni zamanda Faik Akdur 

bildirdi ki, bundan sonra o, fəaliyyətini Türkiyə Xarici İşlər Nazirliyinin Baş  

katibi kimi davam etdirəcəkdir (50). F.Akdur Türkiyəyə qayıdanda F.Güzaltının 

şəxsi  əşyalarının və müvafiq sənədlərinin Sovet orqanları  tərəfindən ona 

verildiyini təsdiq etdi və 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə