Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə229/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   225   226   227   228   229   230   231   232   ...   256

470 

 

gətirmişdi. A.Lavrişev son vaxtlar bir sıra mətbuat orqanlarında Türkiyənin 



Atlantika paktına birləşmək arzusu haqqında məlumatların getdiyi ilə 

maraqlananda N.Sadak cavab vermişdi ki, bu ayrı-ayrı jurnalistlərin fantaziyasıdır. 

O dedi ki, Türkiyə ondan bu qədər uzaqda olan ölkələrə münasibətdə öz üzərinə 

hərbi öhdəlik götürə bilməz və onun belə bir niyyəti yoxdur (38). Eyni mövqeyi 

N.Sadak fevral ayının  əvvəllərində Marşall planının növbəti müzakirəsi ilə bağlı 

xarici işlər nazirlərinin Paris konfransına yola düşərkən də təsdiqlədi. O, qeyd etdi 

ki, Atlantika paktı onu yaradanların fikrinə uyğun olaraq müəyyən coğrafi ərazini 

əhatə edir. Onun adı  "Şimali Atlantika paktı" adlanır və ona görə də ona Şimali 

Atlantikaya yaxın olan dövlətlər qoşula bilərlər. Türkiyə isə Atlantika 

sahillərindən uzaqdır və onun təhlükəsizlik zonası tamamilə digər coğrafi ərazidə 

yerləşir. Lakin bununla belə, N.Sadak təhlükəsizlik sisteminə bütöv baxdığını və 

təhlükəsizliyin yalnız Avropanın bir hissəsini  əhatə edəcəyinə inanmadığını 

vurğuladı. O dedi: "Madam ki, Avropada sülh və  təhlükəsizliyin müdafiə 

olunması nəzərdə tutulur, bu məqsədə yalnız Avropanın bir hissəsində nail oluna 

bilməz" (39). Parisdə olarkən N.Sadakın Britaniya xarici işlər naziri E.Bevin və 

Fransa xarici işlər naziri Şümanla apardığı danışıqlar coğrafi uyğunsuzluq 

anlamında Türkiyənin Atlantika paktından kənarda qaldığını  təsdiqləyirdi. 

Bununla belə Paris görüşündə N.Sadak Britaniya, Fransa və Yunanıstan xarici 

işlər nazirləri ilə Aralıq dənizi blokunun yaradılması ilə bağlı ilkin fikir 

mübadiləsi apardı. Lakin NATO-nun yaradılması istiqamətində ciddi hazırlıq 

işləri getdiyindən Britaniya Xarici İşlər Nazirliyi Aralıq dənizi paktinin təsis 

edilməsinin vaxtının yetişmədiyini vurğuladı. Danışıqlar zamanı Ankaranın 

narahatçılığını azaltmaq məqsədilə E.Bevin bildirdi ki, Türkiyənin 

təhlükəsizliyinə  təminat ingilis-fransız-türk ittifaq  müqaviləsilə  verilir  və  

Trümen doktrinası bu təhlükəsizliyə daha etibarlı  təminatdır. N.Sadak Parisdən 

döndükdən sonra Türkiyə Millət Məclisində mart ayının 16-da çıxış edib Aralıq 

dənizi paktına münasibətdə heç bir qərarın qəbul olunmadığını bildirdi. 

Sovetlər 1949-cu ilin əvvəllərindən genişlənən bloklaşma siyasətindən və 

Türkiyənin hər hansı formada bu bloklara cəlb edilməsindən ciddi narahatçılıq 

keçirirdi. Aralıq dənizi paktı ilə bağlı müzakirələr genişləndiyindən Ankaradakı 

Sovet səfiri A.Lavrişev mart ayında Türkiyənin bu pakta münasibətilə bağlı Xarici 

İşlər Nazirliyinə şifahi sorğu ilə müraciət etdi. Bu sorğuya cavab olaraq Türkiyə 

tərəfi bildirdi ki, Aralıq dənizi paktı bilavasitə müdafiə məqsədləri üçün yaradılır 

və Türkiyə ona qoşulmağa hazırdır. Aralıq dənizi paktına münasibətdə 

A.Lavrişevin "qeyri-rəsmi demarşı" türk mətbuatında geniş müzakirəyə  səbəb 

oldu. Məsələnin ciddiliyi eyni zamanda onunla izah edilirdi ki, Sovetlər nə 

Türkiyəyə yönəlmiş öz iddialarından imtina edir, nə də Türkiyənin sovet təhdidləri 

 

  




471 

 

qarşısında öz təhlükəsizliyini təmin etmək cəhdləri ilə barışmaq istəyirdi. Bütün 



bu məsələlər və "Sovet demarşının" doğurduğu digər nəticələr mart ayının 10-da 

Londondakı türk səfiri C.Açıkalınla E.Bevinin görüşündə müzakirə edildi (40). 

1949-cu ilin mart ayında Sovet rəhbərliyində bir sıra dəyişikliklər edilməsi

uzun müddət SSRİ xarici siyasətinə  rəhbərlik edən V.Molotovun A.Vışinski və 

xarici ticarətinə  rəhbərlik edən A.Mikoyanın M.Menşikovla  əvəz edilməsi 

Türkiyənin bəzi dairələrində  səhv olaraq Sovetlərin xarici siyasətində  dəyişiklik 

olacağı fikrini yaratmışdı. Xüsusilə V.Molotovun xarici işlər naziri vəzifəsindən 

azad edilməsi türk mətbuatında son illərin ən mühüm hadisəsi kimi dəyərləndirilir, 

o, Sovetlərin yeritdiyi ekspansionist və imperialist siyasətin başlıca nümayəndəsi 

kimi qiymətləndirilirdi. Lakin SSRİ-də gedən dəyişiklikləri diqqətlə izləyən 

Türkiyə siyasi dairələri bunu Sovetlərin xarici siyasətinə heç bir təsir 

göstərməyəcəyini bildirirdilər. N.Sadak türk mətbuatının çoxsaylı sorğularına 

cavab olaraq qeyd edirdi ki, Molotovun Vışinski ilə əvəz olunması SSRİ-nin xarici 

siyasətində heç bir dəyişikliyə  gətirib çıxarmayacaq. Onun fikrincə, Türkiyənin 

səmimi niyyətlərinə baxmayaraq SSRİ Türkiyəyə münasibətdə düşmənçilik 

meyllərindən hələ ki, imtina etməmişdir. N.Sadak deyirdi: "Molotovun Vışinski 

ilə  əvəz edilməsi Sovetlərin Türkiyəyə münasibətdə dostluq ifadə edəcəyinə, 

bolşevik siyasətinin dəyişəcəyinə ümid bəsləmək olmaz". Xarici işlər nazirinin 

açıqlamasını şərh edən bir sıra türk qəzetləri haqlı olaraq belə nəticəyə gəlirdilər 

ki, bugünkü Rusiyanın siyasəti bütövlükdə  İ.Stalinin  əlində toplanmışdır, xarici 

işlər naziri vəzifəsini kimin tutmasından asılı olmayaraq bu siyasət dəyişməz 

qalacaqdır (41). 

1949-cu ilin mart ayının ortalarında Atlantik paktının layihəsi elan olundu. 

Həmin vaxt Paris görüşü barədə Millət Məclisinə hesabat verən N.Sadak eyni 

zamanda NATO-nun yaradılması ilə bağlı  məsələlərə  də toxundu. O, bir daha 

təsdiq etdi ki, Şimali Atlantika paktı  bəlli bir coğrafi  ərazini  əhatə etdiyindən 

Türkiyənin bu paktda iştirakından söhbət gedə bilməz. Eyni zamanda xarici işlər 

naziri Məclisə  məlumat verdi ki, Türkiyənin yerləşdiyi rayonda sülhü qoruyub 

saxlamaq üçün İngiltərə və Amerika ilə danışıqlar davam etdirilir. Mart ayının 18-

də isə E.Bevin və D.Açeson açıqladılar ki, NATO-nun yaradılması heç bir halda 

ABŞ və Britaniyanın Türkiyəyə diqqətini azaltmır. 

Mart ayının 22-də Birləşmiş  Ştatların Milli Təhlükəsizlik  Şurası Sovetlərin 

ABŞ-ın təhlükəsizliyinə  təhdidlərinin qarşısını almaq üçün Amerikanın 

Yunanıstan və Türkiyə ilə bağlı siyasəti barədə prezidentə geniş məruzə hazırladı. 

Orada qeyd olunurdu ki, SSRİ Türkiyəyə  nəzarəti aşağıdakı vasitələrlə  ələ 

keçirməyə çalışır: 1) Boğazlarda birgə Sovet-Türkiyə  nəzarətini təmin etmək 

cəhdləri; 2) Boğazlara birgə nəzarətlə əlaqədar 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə