Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə226/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   222   223   224   225   226   227   228   229   ...   256

464 

 

səmimi cəhdlər göstərdiyinə inanacaqdır. Aprelin 19-da isə A.Lavrişev Baş nazir 



H.Saka tərəfindən qəbul edildi. H.Saka dedi: "Əgər siz siyasi şəraiti müzakirə 

etmək istəyirsinizsə, xarici işlər naziri N.Sadak həmişə sizin xidmətinizdədir" 

(23). 

Aprel ayının 21-də A.Lavrişev Ankaradakı Polşa səfiri Druto ilə görüşdü. 



Druto aprel ayının 20-də N.Sadakla olan geniş söhbəti barədə Sovet səfirinə 

məlumat verdi. Polşa səfiri N.Sadakdan Sovet-Türk münasibətinin vəziyyətini 

soruşduqda xarici işlər naziri bu cavabın SSRİ  səfirinə çatdırılacağını  nəzərə 

alaraq bildirmişdi ki, Türkiyə bu vəziyyətdən razı deyil, Sovet İttifaqı onun daimi 

qonşusudur və buna görə də Türkiyə Sovetlərlə dostluq münasibətlərinə can atır. 

N.Sadak xatırlatmışdı ki, Türkiyə hələ 1945-ci ildə SSRİ ilə dostluq müqaviləsinin 

vaxtını uzatmaq və ya onunla yeni müqavilə bağlamaq istəyirdi. Onun fikrincə, 

Türkiyənin bu cəhdləri ona görə  uğur qazanmadı ki, həmin vaxt Sovet İttifaqı 

Qars və Ərdahana iddialar irəli sürdü. N.Sadak əlavə etmişdi ki, "Sovetlərin indiyə 

qədər öz iddialarını geri götürməsi barədə  bəyanat verməməsindən Türkiyə 

narahatdır. Türkiyə bilmir ki, ona münasibətdə daha hansı tələblər irəli sürüləcək. 

Odur ki, gözlənilməz vəziyyətdən yayınmaq üçün Türkiyə hökuməti Sovetlərlə 

sərhədi möhkəmləndirmək və böyük ordu saxlamağa məcburdur". N.Sadak qeyd 

etdi ki, əgər Sovet İttifaqı tərəfindən xeyirxahlıq göstərilib Türkiyəyə qarşı ərazi 

iddiaları geri götürülərsə, Türkiyə SSRİ ilə dostluq münasibətləri yaradılmasına 

hazırdır (24). 

Aprel ayının sonlarında yeni Sovet səfiri Ankaradakı Kanada, Britaniya və 

ABŞ  səfirləri ilə tanışlıq görüşləri keçirdi. Görüş zamanı Kanada səfiri Odlum 

A.Lavrişevə bildirdi ki, Sovet İttifaqı 1944-cü ildə çox böyük şöhrət qazanmışdı, 

indi o bu şöhrəti itirib. O dedi ki, Sovet İttifaqının siyasəti çoxlarının xoşuna 

gəlmir, ona görə ki, bu, mahiyyət etibarilə ekspansionist siyasətdir və böyük 

dövlətlər arasında  əməkdaşlığa mane olur. Britaniya səfiri Kelli ilə görüşdə 

A.Lavrişev ərəb ölkələri və Türkiyənin iştirak etdiyi Yaxın Şərq bloku haqqında 

maraqlandı. Kelli hesab edirdi ki, belə bir blokun yaradılması ideyası vaxtında 

irəli sürülmüşdür. O, dedi ki, ümumi sülhü və təhlükəsizliyi qorumağa yönəlmiş 

regional blokların yaradılmasına yaxşı yanaşır. Kelli bildirdi ki, bloklar məsələsi 

yeni deyil, belə ki, Qərb ölkələrinin bloku artıq mövcuddur və daha əvvəl faktiki 

olaraq Sovet İttifaqı başda olmaqla Şərqi Avropa dövlətlərinin bloku yaradılıb. 

A.Lavrişev cavab verdi ki, Şərqi Avropada heç bir blok mövcud deyil, Sovet 

İttifaqı  Şərqi Avropa dövlətləri ilə ikitərəfli müqavilələrə malikdir və  səfirin 

fikrincə bu müqavilələrin  əsas məqsədi, Almaniya təcavüzü təkrar olunacağı 

təqdirdə həmin ölkələrə köməklik göstərməkdən ibarət olmalı idi (25). 

1948-ci ilin may ayının ikinci yarısında Türkiyə Məclisinin və hökumətinin bir 

sıra üzvləri bölgələrə səfər etdilər. Xarici siyasət baxımından 

 

  



465 

 

bunlardan ən mühümü Millət Məclisinin xarici siyasət komissiyasının sədri Nihat 



Erimin may ayının 16-da Xalq Cümhuriyyətçi partiyanın Kocaeli vilayət 

qurultayında və N.Sadakın partiyanın Sivas vilayət qurultayında çıxışı idi. N.Erim 

öz çıxışında qeyd etdi ki, xarici siyasət sahəsində Türkiyənin qarşısında duran ən 

mühüm məsələ Rusiyanın Türkiyədən bir sıra vilayətləri tələb etməsi və 

Boğazlarda baza yaratmaq istəkləri ilə bağlıdır. O dedi ki, son beş yüz il ərzində 

türk millətinin taleyi Rusiyanın yeritdiyi siyasətlə  sıx bağlıdır. Bütün qonşularla 

olduğu kimi, Rusiya ilə  də dostluq şəraitində yaşamaq Türkiyənin başlıca 

prinsipidir. Lakin türk dostluğunun başlıca şərti ölkənin  ərazi bütövlüyünə, milli 

ləyaqətinə ziyan vurmamaqdır. Rusiya bu şərtlərə  əməl etdiyi vaxt bu dostluq 

Türkiyənin xarici siyasətinin başlıca xətti idi. N.Erim dedi ki, indi Türkiyədən 

ərazi və Boğazlarda bazalar tələb edən dövlət, təəssüflər olsun ki, Rusiyadır. 

Türkiyəyə  gəldikdə isə o qeyd etdi ki, onun heç bir ölkəyə münasibətdə 

təcavüzkar niyyətləri yoxdur və onun siyasətində heç nə dəyişməyib. May ayının 

23-də N.Sadakda Sivasda təxminən buna bənzər bir çıxış etdi və o bildirdi ki, 

Türkiyə Sovetlərlə dostluq münasibətlərinin bərpa edilməsini ürəkdən arzulayır. 

N.Sadak vurğuladı ki, Sovet rəhbərləri Türkiyənin öz şimal qonşusu ilə mehriban 

dostluq şəraitində yaşamaq arzusunu bilirlər. Lakin buna nail olmaq üçün Türkiyə 

nə öz torpağından bir qarış, nə  də öz suverenliyindən bir damla qurban vermək 

fikrində deyil. O əlavə etdi ki, Türkiyə bu məsələdə alver edə bilməz (26). Bir sıra 

jurnalistlər N.Sadakın Sivas çıxışını A.Lavrişevin Ankaraya gəldikdan sonra 

öyrənmək istədiyi məsələlərə cavab kimi qiymətləndirdilər. 

Sivasdan qayıtdıqdan sonra N.Sadak may ayının 27-də A.Lavrişevin  şərəfinə 

ziyafət verdi. Türkiyə Xarici İşlər Nazirliyi bir qayda olaraq Ankaraya yeni gələn 

səfirlərlə bağlı belə  mərasimlər keçirirdi. Mərasimdə söhbət zamam A.Lavrişev 

Türkiyənin etatizm siyasətindən geri çəkilməsi və dövlət müəssisələrinin bir 

hissəsini satmaq istəməsi barədə  məbuatda gedən yazılarla maraqlandı. N.Sadak 

qəti olaraq bildirdi ki, hakim partiya etatizm prinsiplərindən geri çəkilməyəcək və 

o, mətbuatda gedən belə yazıları "Amerikadan gələn dəbin" təzahürü kimi 

dəyərləndirdi. A.Lavrişev dedi ki, Ankarada gəzən  şayiələrə görə, etatizmdən 

imtina etməyi amerikanlar hökumətə tövsiyə edirlər. N.Sadak cavabında bildirirdi 

ki, dolayı yollarla amerikanlar məsləhət verdilər, lakin onlar bu məsələ ilə bağlı 

bilavasitə türk hökumətinə heç bir təsir göstərmədilər (27). Söhbət zamanı Siyasi 

Büronun tapşırıqlarına uyğun olaraq A.Lavrişev Sovet-Türk münasibətlərinə 

toxunmadı. 

Uzun araşdırmalardan sonra Marşall planı üzrə göstərilən iqtisadi yardımla 

bağlı Amerika-Türkiyə sazişi 1948-ci ilin iyul ayının 4-də imzalandı. Türkiyə 

hökuməti adından sazişi N.Sadak, ABŞ hökuməti 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə