Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə224/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   220   221   222   223   224   225   226   227   ...   256

460 

 

Qəzet Ankara siyasi dairələrinə istinad edərək A.Lavrişevin təyinatını SSRİ-nin 



təsir dairəsinə aid edilən ölkələrdə öz mütləq nəzarətinin qurulmasını gücləndirən 

fakt kimi dəyərləndirirdi (13). 

A.Lavrişevin təyinatı ilə bağlı türk mətbuatı belə bir fikir irəli sürürdü ki

yaxın vaxtlarda Sovet İttifaqı Türkiyəyə ittifaq müqaviləsi bağlamağı  təklif 

edəcəkdir. "Hər gün" qəzeti qeyd edirdi ki, Finlandiyaya "kömək  əlini uzatmış" 

kommunistlər, bundan sonra Sovet İttifaqı  sərhədlərində onunla siyasi müqavilə 

bağlamayan Türkiyəyə  təzyiq göstərməyə başlayacaqlar. Sovet Rusiyasının ruh 

yüksəkliyi onunla bağlıdır ki, Sovetlərlə qonşu olan bütün xalqlar onun qarşısında 

boyunlarını  əymişdir. Türkiyəyə münasibətdə bunun ilk müjdəsi ola bilsin ki, 

Balkanlarda məktəb keçmiş Lavrişevin Ankaraya səfir təyin edilməsidir. Ölkədə 

və dünyada belə bir məlumat yayılmışdı ki, Sovet İttifaqı Finlandiya kimi 

Türkiyəyə  də ittifaq müqaviləsinin bağlanmasını  təklif etmək fikrindədir. Bu 

məsələ ilə bağlı Frans Press agentliyinin sualını cavablandıran N.Sadak Londona 

və onaltıların iclasına Parisə yola düşərkən bildirdi ki, Türkiyə hökuməti belə bir 

təklif almamışdır,  əgər alsa şübhəsiz ki, onu rədd edəcəkdir. Türklər bu fikirdə 

idilər ki, hər hansı ölkənin Rusiya ilə əməkdaşlığı onun müstəqilliyinin itirilməsi 

ilə nəticələnir və ona görə də Ankaranın siyasi dairələri Sovetlərlə hər hansı ittifaq 

müqaviləsini mümkün hesab etmirdilər (14). Mart ayının 11-də Londona gələn 

N.Sadak Marşall planının 16-lar tərəfindən Parisdə ikinci müzakirəsi  ərəfəsində 

Britaniya xarici işlər naziri E.Bevinlə görüşüb bəzi məsələləri müzakirə etdi. 

Britaniya və Türkiyə xarici işlər nazirlərinin görüşü haqqında elan olunmuş rəsmi 

məlumatda göstərilirdi ki, tərəflər Avropanın bərpası proqramını, habelə  əsası 

1939-cu il ittifaq müqaviləsi ilə qoyulan Türkiyə-İngiltərə münasibətlərinin son 

illərdəki vəziyyətini müzakirə etdilər və iki ölkə arasında dostluğu və əməkdaşlığı 

daha da dərinləşdirmək əzmində olduqlarını vurğuladılar (15). 

Mart ayının 15-də Marşall planı ilə bağlı məsələləri müzakirə etmək üçün 16 

ölkənin xarici işlər nazirlərinin ikinci Paris görüşü işə başladı. Konfransın getdiyi 

günlərdə Amerika senatı Avropanın bərpası ilə bağlı yardım proqramını təsdiq etdi 

və prezident Trümen konqresdəki çıxışında dünyada gedən prosesləri təhlil edib 

ABŞ-ın bu proseslərə münasibətini açıqladı. Çıxış bütövlükdə kommunizmə, onun 

təcavüzkar metodlarına münasibətdə ittiham və xəbərdarlıqlardan ibarət idi. Mart 

ayının ortalarında Qərbi Avropanın beş ölkəsinin 50 il müddətinə iqtisadi 

əməkdaşlıq və istənilən təcavüzə qarşı birgə müdafiə olunmaq haqqında müqavilə 

bağlamasını H.Trümen yüksək qiymətləndirdi. O, qeyd edirdi ki, qərb blokunun 

yaranması sivilizasiyanın qorunması üçün müstəsna dərəcədə  əhəmiyyətli 

addımdır. H.Trümen dedi: "Nə qədər ki, Avropanın azadlıqsevər xalqları yenidən 

möhkəmlənməyib, nə qədər ki, kommunizm mövcud demokra- 

 

  




461 

 

tiyanı  təhdid edəcək, müstəqilliyi polis dövlətinin təhdidi qarşısında olan 



dövlətlərə Amerika həmişə yardım göstərəcəkdir" (16). 

Mart ayının 19-da Paris görüşündə Türkiyəni təmsil edən N.Sadak "Mond" 

qəzetində  bəyanatla çıxış etdi. O qeyd etdi ki, Parisdə konfransın açılmasının 

Amerika senatında Marşall planının bəyənilməsi və Avropa siyasi ittifaqının 

başlanğıcı olan Brüssel paktının imzalanması ilə eyni vaxta düşməsi, ən nahayət 

Trümenin bütün dünyada yeni dövr açan çıxışı şübhəsiz ki, bu gün müşavirədə baş 

verənlərin mühüm əhəmiyyətini sübut edir. N.Sadak Amerika yardımının 

Türkiyəyə aid hissəsinə toxunaraq dedi: "Türkiyə nəğd hesablaşma yolu ilə mallar 

alan Portuqaliya və İsveçrə kimi ölkələrin sırasına daxil edilə bilməz. Bizim üçün 

kredit yolu ilə  sənaye və  kənd təsərrüfatımız üçün zəruri olan maşınlar almaq 

həyati əhəmiyyətə malikdir. Əgər bu kömək təcili olaraq göstərilsə, onda Türkiyə 

Marşall planının fəaliyyət müddəti başa çatmamış  qısa müddətdə Avropaya 

yardım göstərə bilər. Qərb ittifaqının yaranması ilə bağlı suala cavab olaraq 

Türkiyənin mövqeyini açıqlayan N.Sadak qeyd etdi ki, Türkiyə Avropa ölkəsi 

kimi bu gün təhlükəsizlik sisteminin olmamasından daha artıq ziyan çəkir. 

Türkiyə dünyanın yeganə ölkəsidir ki, dünya müharibəsinin başlanmasından bəri 

öz ordusunu hərbi hazırlıq vəziyyətində saxlayır. Türkiyə ötən 8 il ərzində bir 

milyon kişi əhalidən istehsalatda istifadə edə bilməyib. Türkiyənin büdcəsinin hər 

il 48-dən 54 faizə qədəri milli müdafiə işlərinə xərclənir. Müharibə  qurtardıqdan 

sonra Balkanlarda Sovet orientasiyalı ölkələr arasında rəsmən müdafiə xarakterli

lakin səbəbini bizim üçün anlamaq çətin olan siyasi müqavilələr silsiləsi 

imzalanmışdır. Çoxdan vaxtı çatmışdı ki, Avropanın qalan hissəsi də eyni işi 

etsin" (17). 

Lakin Marşall planı Senatda təsdiq edildikdən sonra məlum oldu ki, Türkiyə 

bərpa proqramı üzrə Amerika yardımı göstərilən ölkələrin sırasında deyildir. 

Marşall planına görə Avropa ölkələrinin bir hissəsi istiqraz formasında, ikinci 

hissəsi  əvəzsiz istiqraz formasında yardım ala bilərdi. Üçüncü qrup dövlətlər isə 

öz ehtiyaclarını nəğd hesablaşmalar yolu ilə ödəyə bilərdilər, onların nə istiqraz, 

nə  də  əvəzsiz yardım alması planda nəzərdə tutulmamışdı. Türkiyə  İsveçrə  və 

Portuqaliya ilə birlikdə üçüncü qrupa daxil idi. Marşall planının bu qrupa aid 

hissəsi 28 səhifədən ibarət idi. Türkiyənin bu qrupa aid edilməsi yardım 

proqramını hazırlayan ekspertlər tərəfindən Türkiyədə möhkəm siyasi rejim 

olması, müharibə  dövründə ticarət balansının onun xeyrinə inkişaf etməsi, 

müharibəyə  qədərki istehsalın səviyyəsinin saxlanması, büdcə  kəsirinin çox 

olmaması və sair ilə izah edilirdi. Bununla yanaşı amerikanlar qəbul edirdilər ki, 

Türkiyə ağır siyasi təzyiq altındadır və bu təzyiqə görə böyük ordunu silah altında 

saxlamağa məcburdur. Bu isə öz növbəsində Türkiyəyə Trümen doktrinası üzrə 

yardım göstərilməsinə gətirib çıxarmışdır. Ame- 

 

 

 



 


Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə