Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə227/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   223   224   225   226   227   228   229   230   ...   256

466 

 

adından isə səfir E.Vilson imzaladılar. Saziş imzalandıqdan sonra E.Vilson dövlət 



katibi C.Marşalın Türkiyə hökumətinə müraciətini oxudu. Bir qayda olaraq 

Amerika yardımı alınması ilə bağlı ABŞ-la ikitərəfli sazişlər imzalayan ölkələrə 

C.Marşall məktubla müraciət edirdi. Bu müraciətdə ABŞ Dövlət katibi sazişin 

imzalanmasın bərpa proqramının həyata keçirilməsində mühüm addım kimi 

qiymətləndirirdi. N.Sadak öz cavab çıxışında Türkiyənin bu sazişi imzalamaqla 

beynəlxalq  əməkdaşlığa hazır olduğunu, Avropanın yalnız ABŞ kimi böyük 

dövlətin yardımı ilə  bərpa oluna biləcəyini qeyd etdi, Türkiyənin yardım 

proqramında iştirakına görə türk xalqı adından Amerika xalqına minnətdarlığını 

bildirdi. Marşall planı üzrə yardım sazişi imzalandıqdan üç gün sonra Türkiyə 

Millət Məclisi onu müzakirəyə  çıxartdı. Məclisdəki müzakirələr zamanı.Sadak 

saziş haqqında deputatlara geniş  məlumat verdi. O bildirdi ki, ABŞ  tərəfindən 

təqdim edilmiş ilkin layihədə irəli sürülən bir sıra müddəaları bir neçə  həftəlik 

müzakirədən sonra dəyişdirmək mümkün oldu. N.Sadak dedi ki, Türkiyə 

başlanğıc olaraq 10 milyon dollar Amerika kreditini alır, lakin hökumətin illik 

kredit ehtiyaclarının 85 milyon dollar olması barədə ABŞ hökumətinə  məlumat 

verilmişdir. O, deputatların qarşısındakı  çıxışını belə yekunlaşdırdı: "Türklərin 

dünyanın bu hissəsində sülhün qorunmasına münasibətdə baxışları  və maraqları 

ABŞ-la eynidir, biz indiyə  qədər göstərilən və saziş imzalandıqdan sonra 

göstəriləcək yardımlara görə  təşəkkür edirik". İyul ayının  7-də Türkiyə 

Məclisində  təsdiq edilən saziş 11 maddədən ibarət idi. Yardımın məqsədi, 

göstərilmə qaydaları, tərəflərin öhdəlikləri və s. məsələlər bu maddələrdə  təsbit 

olunmuşdu. 11-ci maddəyə görə, Sazişin fəaliyyət müddəti 1953-cü ilin iyun 

ayının 30-na qədər idi. Yardımın həcmi böyük olmasa da, Türkiyənin Marşall 

planı üzrə kredit alan ölkələrin sırasına daxil edilməsi və bütövlükdə ABŞ-ın 

siyasi dəstəyini qazanması "türk diplomatiyasının böyük qələbəsi" kimi 

qiymətləndirilirdi. Bərpa proqramı üzrə iqtisadi yardım haqqında saziş 

imzalandıqdan dərhal sonra ABŞ müdafiə nazirinin müavini general Drayper 

Amerika ordusu Baş  qərargahının  əməliyyat  şöbəsinin müdiri general 

Bedemeyerin və yüksək rütbəli digər Amerika zabitlərinin, habelə Dövlət 

Departamentinin nümayəndələrinin müşayiəti ilə Ankaraya, admiral Şermanın 

komandanlığı ilə Birləşmiş Ştatların eskadrası isə İstanbula gəldi. Ankaraya gələn 

Amerika heyəti Türkiyə müdafiə naziri, Baş qərargahın rəisi və xarici işlər naziri 

tərəfindən qəbul edildilər (28). Bundan az sonra isə 1948-ci ilin avqustunda 

Ankaraya gələn ABŞ-ın aviasiya naziri Siminqton, Amerika hava qüvvələri Baş 

qərargahının rəisi general Vandenberq türk ordusunun Baş qərargah rəisi general 

Omurtak, Baş nazir H.Saka və prezident İ.İnönü tərəfindən qəbul edilmişdilər. 

Görüş zamanı başlıca olaraq hərbi yardım məsələləri müzakirə edilmiş, Siminqton 

 

  




467 

 

nəzərdə tutulmuş hərbi yardımın artıq 77 faizinin türk ordusuna çatdırıldığını, "P-



47" tipli ən müasir təyyarələrin Türkiyəyə  gətirildiyini bildirmişdi. O demişdi: 

"Bu təyyarələri almaqla Türkiyə istənilən təhlükəyə qarşı dayana biləcək. 

Türkiyənin hava qüvvələri quru qoşunları ilə qarşılıqlı  fəaliyyətdə  hər hansı 

gözlənilməz hücuma tab gətirə bilər". 

1948-ci ilin avqust ayında Türkiyə-Amerika münasibətlərinin inkişafında 

müstəsna rol oynamış ABŞ  səfiri E.Vilsonun bu ölkədə diplomatik fəaliyyət 

müddəti başa çatdı. O, mətbuata verdiyi açıqlamalarda bildirdi ki, 1948-ci ildə 

Türkiyəyə göstərilən yardım proqramı noyabr ayında yerinə yetiriləcək, ondan 

sonra isə 1949-cu ilin proqramı yerinə yetirilməyə başlayacaqdır. E.Vilson bildirdi 

ki, hazırda Türkiyəyə böyük həcmdə materiallar gətirilir və müasir silahlarla 

təchiz olunma baxımından demək olar ki, türk ordusu hər gün möhkəmlənir. 

Türkiyə-Sovet münasibətlərinə toxunan E.Vilson qeyd etdi ki, Türkiyə Sovet 

İttifaqı ilə dostluq münasibətləri qurmağı arzulayır. Türkiyə son bir neçə ildə 

davam edən güclü və inadlı Sovet təzyiqlərinə qarşı  cəsarətlə müqavimət 

göstərmişdir. E.Vilsonun fikrincə, Balkanlarda, Yaxın və Orta Şərqdə mühüm rol 

oynayan Türkiyənin xarici siyasəti uzaqgörən xarici siyasət idi. O, Türkiyənin 

dövlət xadimlərinin siyasi baxımdan ağıllı  və  təcrübəli olduqlarını yüksək 

qiymətləndirirdi (29). 

ABŞ-ın ardınca 1948-ci ilin avqustunda Türkiyə də Vaşinqtona yeni səfir təyin 

etdi. Uzun müddət Türkiyə Xarici İşlər Nazirliyinin Baş katibi işləmiş  təcrübəli 

diplomat Firudin Cemal Erkin öz etimadnaməsini prezident Trümenə  təqdim 

etdikdən sonra sentyabr ayının 17-də Amerika jurnalistləri üçün mətbuat, 

konfransı keçirdi. F.Erkin bir sıra beynəlxalq məsələlərə  və  Qərb ölkələrinin 

bloklaşma siyasətinə toxunduqdan sonra qeyd etdi ki, Türkiyə hökuməti rusların 

Boğazlarda baza yaramaq tələblərinə qarşı  sərt mövqeyini davam etdirəcəkdir 

(30). 


Yeni Sovet səfirinin özü ilə yeni təkliflər gətirəcəyinə Türkiyə siyasi 

dairələrinin bəslədiyi ümidlər özünü doğrultmadı. Türkiyə xarici işlər naziri 

N.Sadak A.Lavrişevin fəaliyyətsizliyini müşahidə edərək bir sıra xarici mətbuat 

orqanlarına müsahibələrində bildirirdi ki, Türkiyə Sovet səfirinin Ankaraya yeni 

missiya ilə  gələcəyinə, Sovet-Türk münasibətlərinin normallaşdırılması ilə bağlı 

təkliflərlə  çıxış edəcəyinə ümid bəsləyirdi. Lakin bu baş vermədi və Sovet-Türk 

münasibətlərində heç bir dəyişiklik yoxdur (31). 

1948-ci ilin noyabr ayında A.Lavrişevlə Baş nazir H.Sakanın görüşündə Sovet-

Türk münasibətlərinin bəzi məqamları müzakirə edilsə də, tərəflərin mövqelərini 

uzlaşdırmaq istiqamətində elə bir irəliləyiş baş vermədi. H.Saka qeyd etdi ki, o, 

Atatürkün köhnə qvardiyasının nümayəndəsi kimi Sovet İttifaqı ilə Türkiyə 

arasında münasibətlərin  əhəmiyyətini yaxşı başa düşür. A.Lavrişev dedi: "Ola 

bilsin ki, Türkiyədə Sovet-Türk 

 

  




Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə