Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə237/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   233   234   235   236   237   238   239   240   ...   256

486 

 

etibarlı etmirdi, belə ki, onlar bütün anti-kommunist ölkələrin təhlükəsizliyinin 



Türkiyənin təhlükəsizliyindən aşılı olduğunu bildirirdilər. Parisdən qayıdarkən 

F.Köprülü Frans Press müxbirinin suallarını cavablandıraraq dedi: "Mən həmişə 

inamımı saxlamışam ki, Aralıq dənizinin  şərqi, Avropa həmrəylik sisteminin 

ayrılmaz hissəsidir" (74). F.Köprülü Parisdən qayıtdıqdan sonra DP-nin parlament 

qrupu qarşısında yeni hökumətin xarici siyasəti və Paris görüşünün yekunları 

haqqında geniş məruzə ilə çıxış etdi. 

Yeni prezident C.Bayarın ilk addımlarından birincisi kommunist təhlükəsinə 

qarşı mübarizəni gücləndirmək idi. Vaxtilə yanında işlədiyi Atatürkün "Şimaldan 

gələcək təhlükəyə qarşı diqqətli olunuz" vəsiyyəti onun yadından çıxmamışdı. 

Ona görə  də hökumət kabinetinin ilk iclaslarının birində o, Sovetlərlə 

münasibətlərin geniş müzakirəsini təşkil etdi. Xarici işlər naziri F.Köprülü və Baş 

nazir A.Menderes məsələ haqqında  ətraflı  məlumat verdilər. Onlar bildirdilər ki

"Amerika ilə dost, İngiltərə  və Fransa ilə müttəfiqik. Fəqət bu müttəfiqlərimizin 

bizi öz aralarına almaq istəmədikləri görünür". Belə olduqda A.Menderes qeyd 

edirdi ki, Türkiyə durumu yenidən gözdən keçirməli, digər dünya dövlətləri və 

ölkələri ilə  əlaqələri genişləndirməlidir. Baş nazir A.Menderesin bu cəsarətli 

çıxışından sonra C.Bayar Nazirlər Kabinetinin müzakirələrinə yekun vuraraq dedi 

ki, "hazır olun arkadaşlar, Atlantik paktına girəcəyik" (75). 

1950-ci ilin iyun ayının 25-də Koreyada müharibənin başlanması Türkiyənin 

NATO-ya daxil olması üçün əlverişli  şərait yaratdı. Yaponiya məğlub olduqdan 

sonra 1945-ci ildə Koreyanı 38-ci paralel üzrə iki zonaya bölmək haqqında 

müttəfiqlər arasında xüsusi saziş imzalanmışdı. Sazişdə 38-ci paraleldən şimalda 

Sovet qoşunları, ondan cənubda isə Amerika qoşunlarının yerləşdirilməsi 

razılaşdırılmışdı. 1948-ci ildə  Şimali Koreyada SSRİ-dən, Cənubi Koreyada isə 

ABŞ-dan asılı olan hökumətlər formalaşdırıldı. 1948-ci ilin sonunda Sovet 

qoşunları, 1949-cu ilin yazında isə Amerika qoşunları Koreyadan çıxarıldı. Lakin 

son dövrlərdə açıqlanan arxiv sənədləri Sovetlərin  Şimali Koreyadan rəsmən 

çıxmasına baxmayaraq Kim İr Sen rejimini silah və sursatla, hərbi müşavirlərlə 

təmin etdiyini təsdiq edir. Kim İr Senin 1949-cu ilin martında və 1950-ci ilin 

aprelində Moskvaya səfərləri, İ.Stalinlə aparılan danışıqlar, habelə SSRİ-də atom 

silahının sınaqlarının uğurlu nəticələri, Çinda inqilabın uğurları  və sair hadisələr 

Şimali Koreyanın ölkənin şimalını silah gücünə Cənuba birləşdirmək niyyətindən 

xəbər verirdi. Lakin Kim İr Senin istəklərinin  əleyhinə olaraq hələ 1949-cu ilin 

martında İ.Stalin göstərmişdi ki, Şimali Koreya xalq ordusu Koreya respublikası 

ordusu üzərində üstünlüyə malik olmadığı halda, cənuba hücum etmək lazım 

deyildir.  İ.Stalinin göstərişi  əsasında 1949-cu ilin aprel ayında SSRİ-nin 

Pxenyandakı səfiri T.Ştıkov 

 

  




487 

 

Koreya xalq ordusunun baş  hərbi məsləhətçisi təyin olunmuşdu 1949-cu ilin 



iyununda T.Ştıkovla görüşdə Kim İr Sen Vahid Demokratik Vətən cəbhəsi yaradıb 

ölkənin həm  şimalında, həm də  cənubunda seçkilər keçirib vahid hökumət 

yaratmaq barədə planını açıqladı. Onun fikrincə, Şimalda sol qüvvələr səslərin 80 

faizini, cənubda isə 65-70 faizini almalı idi. O belə hesab edirdi ki, Cənubda Lı 

Sın Man və amerikanlar bu planın  əleyhinə  çıxacaqlar və Koreyanın 

birləşdirilməməsi ilə bağlı günah onların üzərində qalacaqdır. 1949-cu ilin avqust 

ayının 12-də Şimali Koreya rəhbərləri Sovet nümayəndələrinə bildirdilər ki, Vahid 

Demokratik Vətən cəbhəsinin birləşmə haqqında təklifi Lı  Sın Man tərəfindən 

rədd edildiyindən  Şimalın ancaq Cənub üzərinə hücum etmək yolu qalır. Bunun 

üçün Kim İr Sen Sovetlərdən yeni hərbi sursat və texnikanın gətirilməsinin 

sürətləndirilməsini təklif edirdi. Lakin Sovet nümayəndəsi 1949-cu ilin avqust 

ayının  27-də Cənuba hücum etməyin vaxtının yetişmədiyini əsaslandırırdı. 1949-

cu ilin fevralından başlayaraq general S.Biryuzov Sovetlərin Sakit okean 

gəmilərinin Şimali Koreyaya gizli şəkildə silah və hərbi sursat daşıması haqqında 

SSRİ Xarici İşlər Nazirliyinə  məlumat versə  də, Sovet kəşfiyyat orqanlarının 

məlumatları Cənubi Koreya ordusunun güclü olduğunu təsdiq edirdi. 

1950-ci ilin aprelində Kim İr Senin Moskvaya səfəri zamanı İ.Stalin "dəyişmiş 

beynəlxalq  şəraitin təsiri altında" Koreyanın birləşməsi üçün vaxtın yetişdiyini 

bildirdi. Eyni zamanda o, əlavə etdi ki, məsələnin müsbət həlli Çinin mövqeyindən 

asılıdır. Moskvadan qayıtdıqdan sonra T.Ştıkovla görüşən Kim İr Sen bildirdi ki, 

Pekindəki Koreya səfiri Mao Tszedun ilə görüşüb və Mao deyib ki, Koreyanın 

birləşməsi ancaq hərbi yolla mümkündür və o, əlavə edib ki, bu məsələdə 

amerikanların müdaxiləsindən çəkinmək lazım deyil, Koreya kimi kiçik bir 

əraziyə görə onlar üçüncü dünya müharibəsini başlamayacaqlar. Bu məlumatdan 

sonra Kim İr Sen 1950-ci ilin may ayının 13-də Pekinə gedib Mao ilə görüşdü. 

Çindəki Sovet səfiri  İ.Stalinə yazırdı ki, Mao Koreya məsələsinin həll edilməsi 

üçün  şəraitin yetişməsi barədə Sovet rəhbərliyinin fikri ilə razıdır. Pekindən 

qayıtdıqdan sonra 1950-ci ilin may ayının 29-da T.Ştıkovla görüşən Kim İr Sen 

bildirdi ki, aprel ayında Moskvada razılaşdırılan silah və hərbi texnika artıq Şimali 

Koreyaya gətirilmişdir. Sovet hərbi müşavirlərinin iştirakı ilə Cənuba hücum planı 

iyun ayının sonlarına təsdiq edildi. Müharibənin başlamasından üç gün əvvəl, 

iyunun 22-də Moskvadan əmr gəldi ki, Pxenyandakı səfirliklə "etibarlı olmayan" 

şifrəli yazışmaları  təcili olaraq dayandırmaq lazımdır. Bütün zəruri hazırlıq 

tədbirləri görüldükdən sonra iyunun 25-də  Şimali Koreya ordusunun Cənub 

üzərinə hücumu başladı (76). Müharibə  başlandıqdan beş gün sonra T.Ştıkovun 

İ.Stalinə göndərdiyi məlumatda Kim İr Senin 1950-ci il iyul ayının 10-na qədər 

Şimali Koreya ordusu üçün 70 milyon 214 min müxtəlif kalibrli patron, 803.700 

top və 


 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə