Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə233/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   229   230   231   232   233   234   235   236   ...   256

478 

 

izah edilirdi: "Birincisi, hökumət ehtiyat edirdiki, ruhanilər  əhalinin geri qalmış 



hisslərindən siyasi məqsədlər üçün istifadə edə bilər, ikincisi, hökumət öz 

ölkəsində dindən kommunizmə qarşı istifadə etməyə  cəhd göstərirdi; üçüncü, 

Türkiyə siyasi dairələri dinin yayılması ilə  əhalinin diqqətini, ağır iqtisadi 

çətinliklərdən yayındırmağa çalışırdı  və bu da ölkənin Amerika imperializminin 

təsirinə düşməsi ilə nəticələndi" (53). 

Əsrlər boyu bütün siyasi, ictimai və  mənəvi dəyərləri  İslam dini ilə 

tənzimlənən və  ənənəvi müsəlman ölkəsi olan Türkiyənin son 25 illik tarixində 

ölkədə aparılan dini siyasət son dərəcə mürəkkəb və ciddi problemlər yaratmışdı 

ki, bunların da əsl səbəbləri və kökləri təbii ki, nə Sovet səfirliyi, nə  də türk 

hökuməti tərəfindən tam şəkildə açıqlanmırdı. Lakin türk hökumətinin həmin vaxt 

antikommunist təbliğatı din amili ilə uyğunlaşdırmaq cəhdlərinin məqsədə nail 

olmaq baxımından müəyyən nəticələr verdiyini etiraf etmək lazımdır. Bu dövrdə 

Sovet  İttifaqında eyni ehtirasla Türkiyə  əleyhinə aparılan təbliğat isə bu prosesi 

daha da gücləndirirdi. Belə ki, 1949-cu ilin yayında və payızında Türkiyəyə qarşı 

Sovet təbliğat kampaniyasının davam etməsi ölkənin paytaxt şəhərlərində 

kommunizm  əleyhinə  əhvali-ruhiyyəni gücləndirmişdi. Xüsusilə Sovet təsir 

dairəsinə düşmüş Balkan ölkələrindən Türkiyəyə qaçmış  şəxslər tez-tez 

İstanbuldakı Sovet konsulluğunun və Ankaradakı Sovet səfirliyinin qarşısında 

etiraz nümayişləri keçirirdilər və Sovetlər  əleyhinə qatı anti-kommunist şüarlar 

səsləndirirdilər. Bu hadisələrlə bağlı N.Sadakla görüşən A.Lavrişev  İstanbuldakı 

SSRİ konsulluğu qarşısında Sovetlər  əleyhinə düşməncəsinə  çıxışlar edildiyini 

onun nəzərinə çatdırmışdı. Xarici işlər naziri bildirmişdi ki, SSRİ Baş konsulluğu 

əleyhinə belə düşmən çıxışlara yol verməmək üçün İstanbul hakimiyyət 

orqanlarına müvafiq göstərişlər verilmişdir. Lakin bu təminata baxmayaraq aprel 

ayının 11 -də, sentyabr ayının 15-də  və oktyabr ayının 9-da da Baş konsulluq 

qarşısında anti-kommunist tədbirlər keçirilmişdi. Sovet səfirliyinin son hadisə ilə 

bağlı  şifahi xəbərdarlığına cavab olaraq Xarici İşlər Nazirliyinin Siyasi 

Departamentinin direktoru Virqin səfirliyin müşaviri V.Belyayevə bildirmişdi ki, 

qabaqcadan bu hadisələri görmək və praktiki olaraq onun qarşısını almaq mümkün 

deyildir. Bu məsələ ilə bağlı necə  hərəkət etmək barədə SSRİ Xarici İşlər 

Nazirliyinin təqdimatı ilə Siyasi Büro tam məxfi qrifi ilə Ankaraya, A.Lavrişevə 

teleqram göndərmişdi (54). Eyni zamanda Siyasi Büro uzun sürən qarşıdurmadan 

sonra Türkiyə prezidentinə oktyabr ayının 29-da SSRİ Ali Soveti Rəyasət 

Heyətinin sədri N.Şvernik tərəfindən respublikanın milli bayramı münasibətilə 

təbrik teleqramı göndərilməsi barədə qərar qəbul etmişdi. Təklifi SSRİ Xarici İşlər 

Nazirliyi oktyabr ayının 28-də Siyasi Büronun iclasına çıxarmışdı (55). 

Prezident  İ.İnönü 8-ci çağırış Türkiyə Böyük Millət Məclisinin 4-cü 

sessiyasının açılışında Türkiyənin xarici siyasətini təhlil edərək Böyük 

 

  



479 

 

Britaniya, Fransa və ABŞ-la Türkiyənin münasibətlərinin inkişafından razı 



qaldığını, lakin Sovet ittifaqı ilə münasibətlərdə elə bir dəyişiklik baş vermədiyini 

bildirmişdi. O, hətta qeyd etmişdi ki, Türkiyə Bolqarıstanla münasibətləri 

beynəlxalq hüququn ən elementar prinsiplərinə uyğun qurmaqda çətinliklər sınağı 

ilə qarşılaşmışdır.  İ.İnönü demişdi: "Bizim səylərimiz qarşılıqlı  şəkildə  qəbul 

edilmir" (56). 

1949-cu ilin dekabrında Moskvada yeni səfir kimi fəaliyyətə başlayan M.Təkər 

öz etimadnaməsinin surətini SSRİ xarici işlər nazirinin müavini A.Qromıkoya 

təqdim edərkən bildirdi ki, o, SSRİ ilə Türkiyə arasında münasibətlərin dostluq və 

qarşılıqlı anlaşma ruhunda inkişaf etdirilməsinə  cəhd göstərəcək. Ümumiyyətlə 

səfir qeyd etdi ki, o, öz missiyasının  əsas vəzifəsini Sovet İttifaqı ilə 

münasibətlərin yaxşılaşdırılmasında görür (57). Lakin M.Teker Moskvada 

diplomatik fəaliyyətə başladığı günlərdə BMT Baş  Məclisində  çıxış edən SSRİ 

xarici işlər naziri A.Vışinski ABŞ-ın Türkiyəyə göstərdiyi yardımla bağlı 

məsələnin üzərində geniş dayandı və Türkiyənin Birləşmiş Ştatlara yönəlik xarici 

siyasətini kəskin tənqid etdi. A.Vışinskinin çıxışını şərh edən türk qəzetləri ABŞ-

ın Ankaraya göstərdiyi yardımın Sovetlərin öz qonşularına münasibətdə pis 

niyyətlərindən irəli gəldiyini vurğuladılar. "Yeni Sabah" qəzeti qeyd edirdi ki, 

Boğazlara, Qars və  Ərdahana qarşı olan tələblər hələ unudulmamışdır. 

A.Vışinskinin beş böyük dövlətin sülh paktı bağlamaq haqqında BMT 

tribunasından səsləndirdiyi təklifi türk mətbuatı Sovetlərin dünyanı təsir dairəsinə 

bölməsi kimi qiymətləndirirdi. 

Qeyd edilməlidir ki, bu dövr Türkiyədə antisovet və antikommunist təbliğatda 

din amili ilə yanaşı milli amillərdən də geniş istifadə olunurdu. Bu təmayüllər ən 

bariz  şəkildə Sovet İttifaqının türk millətləri, xüsusilə Azərbaycan Sovet 

Respublikası və azərbaycanlılar məsələsində üzə çıxırdı. 1949-cu ilin dekabrından 

başlayaraq "Vatan" qəzeti Türkiyənin Moskvadakı  səfirliyinin keçmiş  əməkdaşı 

M.Tezelin xatirələrinin çapına başlamışdı. M.Tezel xatirələrində qeyd edirdi ki, 

ruslar kommunist olmaqlarına baxmayaraq öz görüşlərində, həyat tərzlərində  və 

nəhayət, xarakterlərində bütövlükdə bizim tanıdığımız kimi qalıblar. SSRİ-də 

yaşayan türk xalqlarının Türkiyəyə münasibətinə toxunan M.Tezel yazırdı: "Bütün 

təzyiq və  mənfi təbliğata baxmayaraq azərbaycanlılar bizi öz böyük qardaşları 

hesab edir və bizə hədsiz məhəbbət və hörmət bəsləyirlər" (58). 

40-cı illərin ikinci arısında Ankarada və Türkiyənin digər  şəhərlərində 

Azərbaycan mühacirlərinin və digər türk xalqlarının mədəni, siyasi təşkilatlarının 

fəallığı xeyli artmışdı. Azarbaycan SSR Təhlükəsizlik Nazirliyinin hazırladığı 

gizli arayışa görə Türkiyədəki azərbaycanlılar M.Ə.Rəsulzadə, M.Y.Mehdiyev, 

M.Hacızadə, Ə.Şamxorski, Ş.Rüstəmbəyov və digərləri Sovetlər əleyhinə təbliğat 

kompaniyasında aktiv iştirak 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə