Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə219/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   215   216   217   218   219   220   221   222   ...   256

449 

 

kanlarının artması ilə dünya sülhünün də saxlanılacağını  təqdir edən böyük 



demokratiyanın bizə yardım göstərməyə  qərar verməsi ABŞ-ın sülh yolunda 

təmənnasız fəaliyyətlərinin yeni bir dəlilidir. Sovet İttifaqı ilə münasibətlərə 

gəldikdə  İ.İnönü dedi ki, aramızda yaxşı münasibətlərin olmasını  səmimi olaraq 

dilədiyimiz halda, Sovetlər Birliyi tərəfindən haksız ittihamlarla qarşılaşmaqdayıq. 

Keçmiş və bugünkü hadisələrin doğru və ədalətli olmayan formalarda görülməsi 

və göstərilməsi açıq bir şəkildə haksız olan istəklərin irəli sürülməsində ifadə 

olunur (78). 

Prezident  İ.İnönünün çıxışı haqqında Moskvaya məlumat göndərən P.Yerşov 

"bu təxribatçı  bəyanatdan" sonra Türkiyədə Sovet İttifaqına qarşı düşmənçilik 

kampaniyasının yüksəldiyini və Türkiyə hökumətinin xalq arasında hərbi təbliğatı 

gücləndirdiyini bildirirdi. O yazırdı: "Son zamanlar bu təbliğatın mühüm cəhəti 

onun "vətənin müdafiəsinə" çağırışlar adı altında Amerika hərbçiləri tərəfindən 

müdafiə olunan qabaqlayıcı müharibəyə çağırış fonunda hücum xarakteri 

almasındadır" (79). 

1947-ci il noyabr ayının 7-də Türkiyənin Moskvadakı səfiri F.Z.Akduru qəbul 

edən SSRİ müdafiə naziri N.Bulqanın danışıqlar zamanı Türkiyəni ABŞ-ın SSRİ-

yə qarşı planlarında fəal rol oynadığına görə ciddi şəkildə tənqid etdi. N.Bulqanin 

əvvəllər Türkiyə ilə  fəxr etdiyini, lakin indi Türkiyənin ABŞ-ın hegemonluğuna 

tabe olduğunu, Amerika ordusuna Türkiyədə bazalar yaratmağa imkan verdiyini 

və ABŞ-ın SSRİ əleyhinə müharibə  planlarında alət olduğunu söylədi. F.Z.Akdur 

cavabında belə bir bəyanatdan çox təəccübləndiyini, onda olan məlumata görə heç 

kimin müharibə arzulamadığını  və türk hərbi strukturlarının yalnız müdafiə 

xarakterli olduğunu bildirdi. Söhbətdə  hələ  rəsmən Ankarada səfir kimi qalan, 

lakin son bir il yarımı Moskvada keçirən S.Vinoqradov da iştirak edirdi. 

N.Bulqanin ilə F.Z.Akdurun danışıqları son il yarımda yüksək rütbəli Moskva 

yetkilisi ilə Türkiyə  rəsmisi arasında SSRİ-nin tələblərinə toxunulmayan ilk 

müzakirə idi (80). 

Eyni zamanda Türkiyənin xarici işlər naziri N.Sadak noyabr ayında 

Amerikanın "Kolumbiya" radiosuna verdiyi müsahibədə Türkiyənin milli 

ləyaqətinə uyğun formada Rusiya ilə dostluq münasibətlərinin qurulmasının arzu 

olunduğunu bildirmişdi. N.Sadakın bu bəyanatı bir sıra dairələr tərəfindən 

Sovetlərlə münasibətlərin yumşaldılması kimi şərh edilirdi. 1947-ci ilin noyabr 

ayının 27-də P.Yerşovla keçmiş xarici işlər naziri R.Aras və Türkiyənin 

Almaniyadakı keçmiş səfiri H.Arpaq arasında olan danışıqlarda N.Sadakın Sovet-

Türk münasibətlərini normallaşdıra biləcəyinə işarə edilmişdi. Danışıqlar zamanı 

R.Aras demişdi ki, onun dostu H.Arpaq böyük bir firma ilə əlaqəlidir və SSRİ ilə 

ticarət etmək üçün cəmiyyət və ya firma təsis etmək istəyir. Əgər müvafiq Sovet 

orqanları bu firma ilə ticarət etməyə razılıq verərdisə R.Aras da burada iştirak 

edəcəyini bildirirdi. R.Aras hesab edirdi ki, kiçik həcmdə olsa da, Sovetlərlə 

ticarətin 

 

  



450 

 

başlanması Türkiyədə Amerika mallarının yayılmasının qarşısını alar və ABŞ-ın 



bu ölkədə təsirini zəiflərə bilərdi. R.Arasın fikrincə, Sovet malları keyfiyyətli və 

qiymətləri ucuz olduğu üçün Türkiyə əhalisi içərisində özünü yaxşı tanıda bilərdi. 

Digər tərəfdən o belə hesab edirdi ki, SSRİ ilə ticarətin başlanması amerikanlar 

üçün "gözlənilməz sürpriz" ola bilər və onlara göstərərdi ki, amerikanların 

mövqeyi Türkiyədə elə  də möhkəm deyil. R.Aras qeyd etdi ki, Sovet mallarının 

Türkiyə  əhalisi arasında yayılması  həm də son zamanlar hökumət mətbuatının, 

radiosunun və partiya təbliğatçılarının SSRİ əleyhinə apardığı antisovet təbliğatın 

yumşaldılmasında  əks təbliğat rolu oynaya bilər. P.Yerşov bildirdi ki, məlum 

olduğu kimi Türkiyədə antisovet təbliğat son zamanlar SSRİ  əleyhinə müharibə  

təbliğatı  səviyyəsinə yüksəlib və bu da normal diplomatik münasibətlərə uyğun 

deyildir. Bu zaman söhbətə qoşulan H.Arpaq dedi ki, qəzetlər azaddır. SSRİ işlər 

vəkili cavab verdi ki, bu azadlıq ancaq antisovet təbliğatda hiss edilir. H.Arpaq 

əlavə etdi ki, qəzetlər Sovet İttifaqının xeyrinə də yazı verməkdə azaddırlar və bu 

onlara qadağan edilməyib, lakin indiki şəraitdə heç kim belə məqalələr yazmağı və 

çap etdirməyi fikirləşmir, ona görə ki, onu həmin dəqiqə "Moskvanın agenti", 

"kommunist" və "vətən xaini" elan edəcəklər. O, təklif etdi ki, əgər biz ticarətə 

başlasaq, bu gərginliyi bir qədər azaldar və türk mətbuatına da təsir edə bilər. 

Jurnalistlər düşünərlər ki, bir halda ticarət əlaqələri başlanib, deməli bunun ardınca 

nə isə gözlənilir. Bu zaman onlar SSRİ-yə münasibətdə gözləmə mövqeyi 

tutacaqlar, bu da öz növbəsində Sovetlərin  əleyhinə yazıların azalmasına gətirib 

çıxaracaq. P.Yerşov soruşdu ki, ölkənin ABŞ-dan asılı vəziyyətə düşdüyü şəraitdə 

hakimiyyət SSRİ ilə ticarətə icazə verərmi? R.Aras bunu inkar etdi və bildirdi ki, 

Türkiyə ABŞ-dan asılı  vəziyyətdə deyil. O, israrla sübut etməyə çalışdı ki, 

amerikanların təsiri ancaq iqtisadi münasibətlərə aiddir və siyasi məsələlərə 

tamamilə toxunmur. O, əlavə etdi ki, indiki Türkiyə idarəçiləri onun siyasi 

əleyhdarları olsalar da, onlar öz hakimiyyətlərinin məhdudlaşdırılmasına 

getməzlər. P.Yerşov buna etiraz etdi və ABŞ-ın Türkiyənin işlərinə qarışması 

haqqında bir sıra misallar gətirdi. Lakin R.Aras və H.Arpaq öz fikirlərində qaldılar 

və bir daha təsdiq etdilər ki, Amerika yardımı ölkənin müstəqilliyinə toxunmur. 

R.Aras  əvvəlki mövzuya qayıdaraq  əlavə etdi ki, ticarətin canlandırılması siyasi 

münasibətləri yaxşılaşdırmaq üçün "qapıları aça bilər". P.Yerşov bu söhbət barədə 

SSRİ Xarici İşlər Nazirliyinə yazırdı: "R.Arasın inamına görə yeni xarici işlər 

naziri N.Sadak bu istiqamətdə nə isə edə bilər, baxmayaraq ki, təbii olaraq böyük 

məsələləri o həll etmir. R.Arasın fikrincə, N.Sadak Baş nazir və prezidentə  təsir 

edə bilər, öz fikrini deyə bilər. O, keçmiş jurnalist kimi mətbuatın fəaliyyətinə 

təsir edə bilər" (81). 

P.Yerşov R.Aras və H.Arpaq ilə danışıqlar barədə SSRİ Xarici İşlər 

Nazirliyinə geniş teleqram göndərdi. Teleqramla tanış olduqdan sonra 

 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə