Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə214/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
1   ...   210   211   212   213   214   215   216   217   ...   256

439 

 

"hərbi yardım haqqında" danışıqlar aparmaq və saziş imzalamaq olub. General 



Oliver başda olmaqla Türkiyəyə ABŞ-ın hərbçilərinin səfəri və eyni zamanda 

ingilis səfiri Kellinin gəlişi, Britaniya donanmasının  İstanbulda bir neçə gün 

olması haqqında hesabatda bəzi maraqlı  məqamlara toxunulurdu. P.Yerşov 

yazırdı: ABŞ-ın imperialist planlarında Türkiyə mühüm yer tutur və Türkiyə-

Amerika sazişinin imzalanması bu planların nəinki Türkiyədə, eləcə  də bütün 

Yaxın  Şərqdə  həyata keçirilməsinin başlanğıcıdır". O, SSRİ Xarici İşlər 

Nazirliyinə bildirirdi ki, "Bu sazişlə Türkiyə Amerika hakim dairələrinin  əlində 

oyuncağa çevrildi" (56). 

Sovetlərin belə kəskin münasibətinə baxmayaraq, Trümen doktrinası SSRİ-nin 

təzyiqlərinə məruz qalmış Türkiyənin xarici siyasətində dönüş nöqtəsi oldu. Belə 

ki,  İkinci Dünya müharibəsinin ağır dövrünü bitərəf bir siyasətlə başa vuran 

Türkiyənin xarici siyasətində Trümen doktrinası  tərəfsizliyin başa çatması kimi 

qiymətləndirilə bilər. 1945-1947-ci illərdə Türkiyəyə qarşı yeritdiyi ekspansionist 

siyasətlə SSRİ Türkiyəni ABŞ-ın strateji müttəfiqinə çevirdi. Trümen doktrinası 

Türkiyənin hərbi, iqtisadi və siyasi cəhətdən qərb bloklarına inteqrasiya 

olunmasının  əsasını qoydu. Eyni zamanda bu doktrina Yaxın və Orta Şərqdə 

qüvvələr nisbətinin ABŞ-ın xeyrinə dəyişməsinin, Britaniyanın bölgədəki rolunun 

Birləşmiş  Ştatlara keçməsinin bilavasitə  təsdiqi idi. Lakin hələ 1939-cu ildə 

imzalanmış ingilis-türk müqaviləsinin sonu deyildi. Türkiyənin təhlükəsizliyi 

baxımından Trümen doktrinasının siyasi əhəmiyyəti, imzalanmış sazişə  əsasən 

ABŞ-ın göstərdiyi maliyyə yardımının həcmindən çox böyük idi. Ən nəhayət, 

Sovet təhdidləri qarşısında ABŞ-dan ciddi dəstək alan Türkiyə ingilis-türk ittifaq 

müqaviləsindən fərqli olaraq imzalanmış sazişə görə öz üzərinə elə bir ciddi 

öhdəlik götürmürdü. 

Trümen doktrinası Türkiyənin 1947-ci ilin iyun ayında elan olunmuş Marşall 

planına qoşulması üçün əlverişli şərait yaratdı. Əlbəttə, əvvəllər ABŞ ekspertləri 

Türkiyənin Avropanın müharibədən ziyan çəkmiş ölkələrinin iqtisadiyyatının 

bərpası üçün nəzərdə tutulan yardım proqramına qatılmasında maraqlı deyildilər. 

Lakin Türkiyə Trümen doktrinası üzrə yardım proqramının onun 

iqtisadiyyatındakı  dəyişikliklər üçün yetərli olmadığını sübut edə bildi və xarici 

işlər naziri H.Saka Marşall planını müzakirə etmək üçün 1947-ci ilin iyul ayında 

Avropa ölkələrinin Parisdə keçirilən toplantısına qatıla bildi. Türkiyənin cidd-

cəhdlərindən və uzun müzakirələrdən sonra ABŞ hökuməti Türkiyənin Marşall 

planı üzrə Avropanın bərpası proqramına daxil edilməsinə razılıq verdi. Türkiyə 

Marşall planı çərçivəsində 10 milyon dollardan ibarət olan ilk yardımı 1948-ci ilin 

martında aldı (57). 

Moskvadan verilən tapşırıqlara uyğun olaraq Ankaradakı Sovet səfirliyi 

Amerika yardımı ilə bağlı Türkiyədə gedən hərbi, siyasi, diplomatik prosesləri, 

xüsusilə Trümen doktrinasından sonra Türkiyədə 

 

  




440 

 

Britaniya-Amerika münasibətlərində baş verən dəyişiklikləri diqqətlə izləyirdi. 



1947-ci ilin sentyabr ayının 4-də P.Yerşovun SSRİ Xarici İşlər Nazirliyinə 

göndərdiyi məlumatda 12 iyul 1947-ci il Türkiyə-Amerika sazişinin həyata 

keçirilməsi ilə bağlı Türkiyədəki vəziyyət təhlil edilirdi. O yazırdı: "Ötən ayların 

hadisələri göstərir ki, Türkiyə hökuməti öz ölkəsini tamamilə ABŞ-ın hərbi-siyasi 

məqsədlərinə tabe etmək yoluna keçmişdir və mühüm daxili xarakterli məsələlərin 

həllində amerikanların direktivləri üzrə  hərəkət edirlər" (58). Elə  həmin gün, 

sentyabr ayının 4-də P.Yerşovun A.Vışinskiyə yazdığı ikinci məktub İ.Bakulinin 

iyulun 17-də verdiyi tapşırıqlar üzrə bilavasitə "Türkiyədə  İngiltərə-Amerika 

münasibətləri haqqında" idi. SSRİ  işlər vəkilinin fikrincə, son zamanlara qədər 

Türkiyədə  İngiltərə siyasəti üstünlük təşkil edirdi. İngilislər Türkiyə  də daxil 

olmaqla Yaxın və Orta Şərq ölkələrinə özlərinin "İmperiya təsiri" sahələri kimi 

baxırdılar. Lakin Sovet səfirliyi hələ Trümen doktrinasından  əvvəl Britaniyanın 

mövqelərinin Türkiyədə zəifləməsini ticarət dövriyyəsinin azalması ilə izah edirdi. 

Səfirliyin məlumatına görə, 1947-ci ilin altı ayında Britaniyanın Türkiyəyə 

ixracatının həcmi 5 milyon funt sterlinqi keçsə də və bunun 1946-cı ilin müvafiq 

dövrü ilə müqayisədə 2 dəfəyə qədər çox olmasına baxmayaraq Türkiyənin xarici 

ticarətində Britaniyanın xüsusi çəkisinin azalmağa doğru getdiyi bildirilirdi (59). 

Səfirliyin göndərdiyi başqa bir məlumatda yardım haqqında Amerika-Türkiyə 

sazişi imzalandıqdan sonra 8 gəmidən ibarət Britaniya eskadrasının  İstanbula 

səfəri  İngiltərənin öz mövqelərini təslim etmək istəməməsi kimi şərh edilirdi. 

Admiral Uillis başda olmaqla Britaniya dənizçilərinin  İstanbula səfərinə, onların 

Ankarada İ.İnönü tərəfindən qəbul edilməsinə, Uillisin Baş  qərargahda, Müdafiə 

Nazirliyində və Xarici İşlər Nazirliyində keçirdiyi görüşlərə Sovet nümayəndələri 

1939-cu il ittifaq müqaviləsinin xatırladılması kimi baxırdılar. Səfirliyin 

hesabatında deyilirdi: "Bilavasitə türk-amerikan sazişindən sonra ingilis 

eskadrasının Türkiyə sularına gəlməsini təsadüfi hadisə saymaq olmaz. Bu səfərlə 

ingilislər digər məqsədlərdən başqa aydın  şəkildə göstərmək istəyirdilər ki, 

əvvəllər olduğu kimi onlar bu rayonda öz mövqelərini qoruyub saxlayacaqlar və 

ümumiyyətlə, Türkiyədən getmək niyyətində deyildirlər". Daha sonra hesabatda 

qeyd olunurdu ki, "Türkiyədə amerikanların artan təsiri ilə bağlı  həyəcanlarını 

ingilislər çətinliklə gizlədirlər.  İngilis mövqelərini təhdid edən daha güclü 

"Amerikan yırtıcısı" Türkiyənin iqtisadiyyatına nüfuz edir. Lakin türklərin 

ingilislərə göstərdiyi mehriban qəbul, eyni zamanda dəfələrlə mətbuatda ənənəvi 

ingilis-türk dostluğuna istinad edilməsi görünür ingilislərin sakitləşdirilməsinə 

hesablanıb" (60). 

1947-ci ilin sentyabr ayında baş vermiş hökumət böhranı da Sovetlərin diqqət 

mərkəzində idi. Bu böhran Sovetlərin ciddi şəkildə 

 



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə