Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə20/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   16   17   18   19   20   21   22   23   ...   256

43 

 

müavinləri V.P.Potyomkin və V.Q.Dekanozov, Ankaradakı Sovet səfiri Terentiev, 



Türkiyə tərəfindən isə Moskvadakı səfir Ali Haydar Aktay iştirak edirdi (11). Ali 

Haydar Aktay peşəkar diplomat idi. Ölkəsinin Bolqarıstandakı  səfirliyində, 

Türkiyə Xarici İşlər Nazirliyi aparatında iş  təcrübəsi var idi. 1933-39-cu illərdə 

Yuqoslaviyada Türkiyə diplomatik korpusuna rəhbərlik etmişdi. 1939-cu ildə isə 

A.H.Aktay Moskvaya səfir təyin edilmişdi və bu vəzifədə Zekayi Apaydını əvəz 

etmişdi (12). 

Oktyabrın 1-də görüş başlayan kimi ilk olaraq V.Molotov danışıqların 

yubanma səbəbləri haqqında izahat verdi. Ş.Saracoğlu isə öz növbəsində bunu 

başa düşdüyünü və eyni zamanda Stalinin iştirakı ilə danışıqların davam 

etdirilməsinin onun üçün şərəf olduğunu bildirdi. 

V.Molotov öz izahatında qeyd etdi ki, biz qarşılıqlı yardım haqqında  ingilis-

fransız-türk paktının layihəsi ilə tanış olduq. Biz eyni zamanda bu müqavilənin 

maddələrini çox diqqətlə öyrənməyə çalışdıq. Belə bir qənaətə  gəldik ki, bizim 

üçün bütövlükdə  sənədin təyinatı, Türkiyənin  İngiltərə  və Fransa ilə bağladığı 

qarşılıqlı yardım haqqında paktın bilavasitə kimə qarşı yönələcəyi axıra qədər 

aydın deyil. Biz bilmək istəyirik Türkiyə ingilis və eyni ilə fransızlarla danışıqlar 

aparmaq zərurəti ilə  nə  dərəcədə bağlıdır və Türkiyə bu danışıqlarda nə  qədər 

dərinə gedib, biz eyni zamanda bilmək istərdik Türkiyə hökuməti bu paktın 

bağlanmasını  nə  dərəcədə özü üçün vacib sayır və yaxşı olmazdımı ki, bu pakt 

bağlanmasın. Sonra Molotov izah etdi ki, "İndiki dövrün şəraiti və şərtləri bu pakt 

haqqında danışıqların başlandığı 1939-cu ilin yazındakı şəraitdən fərqlənir. Bütün 

bunlar aşağıdakı  səbəbdən bizi maraqlandırır: elə bir an gəlib çata bilərmi ki, 

Türkiyə SSRİ-yə münasibətdə  qərəzkar mövqeyə yuvarlansın, xüsusən ona görə 

ki, bizim ehtiyatlı olmağımız üçün müəyyən simptomlar mövcuddur" (13). Rus 

alimi B.Potsxveriya haqlı olaraq göstərir ki, məsələnin belə qoyuluşunda əslində 

Sovetlərin mövqeyi ilə Almaniyanın mövqeyi üst-üstə düşürdü (14). 

Ş.Saracoğlu V.Molotovun qaldırdığı məsələlərə cavab olaraq bildirdi ki, bizim 

tərəfimizdən təqdim edilmiş paktın layihəsində hər şey yetərincə aydındır. Sənədin 

mətnində birbaşa göstərilir ki, bu pakt konkret olaraq heç kəsə qarşı deyildir, lakin 

eyni zamanda bütövlükdə  hər hansı  təcavüzkara qarşıdır. Sənədə  əlavə olunmuş 

şərtə görə, bu pakt SSRİ-yə qarşı istifadə edib bilməz. Ş.Saracoğlu qeyd etdi ki, üç 

ölkə artıq paktı imzalama mərhələsinə çatmışdır. Əlbəttə, bu hazırlıq mərhələsində 

dünyada çox şey dəyişib, lakin Türkiyənin təhlükəsizliyinə gəldikdə, bu məsələdə 

heç bir dəyişiklik baş verməmişdir. Hər ehtimala qarşı Aralıq dənizi və 

Balkanlarda müharibə başlanarsa,  İngiltərə, Fransa və Türkiyənin öhdəlikləri 

nəzərə alınmışdır.  İngiltərə  və Fransa ilə paktların imzalanıb-imzalanmaması 

haqda, mən heç bir qəti söz deyə bilmərəm. Lakin bu paktlar imzalansa, biz 

onlardan çətin ki, imtina edə bilək" (15). 

 



44 

 

Əlbəttə,  İngiltərə  və Fransa ilə qarşılıqlı yardım haqqında  pakt ideyası 



beynəlxalq vəziyyətin gərgin bir məqamında meydana gəlmişdi. Rumıniyaya 

Alman ultimatumu elan edildikdə, Albaniya məsələsi meydana çıxdıqda və Korfu 

üçün təhlükə yarandıqda ingilislər türklərdən "nə etmək fikrində olduqlarını" 

soruşdular. Türkiyə Sovet hökumətinə ingilislərin təklifi haqqında məlumat verdi 

və Moskvadakı  səfirə tapşırdı ki, SSRİ-nin bu istiqamətdə  nə düşündüyünü 

öyrənsin. Bu hadisədən üç-dörd gün sonra İngiltərə rəsmi qaydada Türkiyəyə öz 

təkliflərini çatdırdıqda Ankara cavab verdi ki, onların mövqeyi Sovet İttifaqının 

paktda iştirakından, onun fəaliyyət dairəsmin məhdudlaşdırılmasından,  İngiltərə 

tərəfindən Türkiyəyə iqtisadi kömək göstərilməsindən asılı olacaq. Bu zaman 

xarici işlər komissarının müavini Potyomkinin Ankaraya səfəri oldu və  əlverişli 

şəraitdə mümkün olan müxtəlif detallar haqqında danışıqlar aparıldı. Həmin 

danışıqların gedişində Sovet İttifaqının ingilis və fransızlarla müqavilə 

bağlayacağı halda, Türkiyənin də  İngiltərə və Fransa ilə pakt bağlaya biləcəyinə 

işarə edildi. Türkiyə ilə Sovet İttifaqı arasında qarşılıqlı yardım haqqında paktın 

müxtəlif detalları Ankaradakı  səfir Terentievlə Türkiyə Xarici işlər Nazirliyi 

arasında aparılmış danışıqlarda müzakirə edildi və bütün bunlardan sonra Türkiyə 

üç maddəni özündə  əks etdirən qarşılıqlı yardım haqqında paktın layihəsini 

Sovetlərə  təklif etdi. Bu təklifə uyğun olaraq Sovet hökuməti  Ş.Saracoğlunu 

Moskvaya dəvət etdi ki, qarşılıqlı   pakta aid bütün məsələləri müzakirə edib 

razılığa gəlsinlər.  İ.Stalin və V.Molotovla danışıqlarda  Ş.Saracoğlu qeyd etdi ki, 

mənə görə Sovet-Türkiyə paktı yalnız bizi deyil, bizim dostlarımızı da, yəni SSRİ-

ni də maraqlandırır. Hətta hücum etməmək barədə Sovet-Alman paktının 4-cü 

maddəsini nəzərə almaqla belə  mən düşünürəm ki, SSRİ ilə Türkiyə arasında 

müqavilə bağlanması üçün heç bir maneə yoxdur. Müqavilə həm də ona görə sülh 

aləti olacaqdır ki, bizim ingilislərlə sazişimizdə Sovetlərlə bağlı  şərt vardır. 

Anoloji olaraq belə bir şərt görünür qarşılıqlı yardım haqqında Sovet-Türkiyə 

paktında da olacaqdır. Daha sonra Ş.Saracoğlu əlavə etdi ki, mən istəmirəm bizim 

ölkələrimiz arasında paktın xeyrinə olan tezisi Sizin qarşınızda daha da 

gücləndirim, madam ki, Sovet rəhbərliyi beynəlxalq vəziyyəti məndən daha yaxşı 

bilir (16). 

Ş.Saracoğlunun geniş izahatı Sovetlər tərəfindən aydın cavab tələb edirdi və 

belə bir "cavabı" V.Molotov verdi. O dedi: "Bu Sovet-Türk paktı kimin əleyhinə 

istiqamətlənəcək? Biz Almaniyanın  əleyhinə pakt bağlaya bilmərik,  İtaliyanın 

əleyhinə - o da Almaniyanın müttəfiqidir, Bolqariyanın əleyhinə - o ki, Türkiyəni 

hədələmir" (17). 

SSRİ ilə Türkiyə arasında danışıqlara toxunan tanınmış rus tarixçiləri 

A.Danilov və A.Pıjikov doğru olaraq yazırlar: həmin vaxt aydın oldu ki, SSRİ 

başlanmış müharibədə Türkiyəyə heç bir təminat verməyi arzu- 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə