Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə19/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   15   16   17   18   19   20   21   22   ...   256

41 

 

Fransa ilə, digər tərəfdən Almaniya və  İtaliya ilə  əvvəlki siyasətini yeritsə  də, 



əslində daha çox İngiltərə, Fransa və Sovet İttifaqına istiqamətlənmişdi. Türkiyə 

İngiltərə-Fransa-Sovet koalisiyasının yaranmasını, təcavüz  əleyhinə müdafiə 

məqsədi ilə SSRİ ilə müqavilə bağlamağı zəruri hesab   edirdi.   Halbuki   sovet   

dövründə   nəşr   olunmuş   əsərlərində V.M.Potsxveriya 1939-cu ilin payızında 

Sovet-Türkiyə danışıqlarının heç bir nəticə verməməsinin və bütövlükdə qarşılıqlı  

yardım haqqında müqavilənin bağlanmamasının günahını Türkiyə  tərəfində 

görürdü (6). Bu fikir SSRİ-Türkiyə münasibətləri ilə bağlı bütün Sovet dövrü 

tarixşünaslığı üçün səciyyəvi idi. Məsələn, Türkiyə xarici siyasətinin öyrənilməsi 

üzrə tədqiqatlar aparan keçmiş sovet alimi R.S.Korxmazyan qeyd edirdi ki, Sovet-

Türkiyə danışıqlarını  İngiltərə-Fransa-Sovet danışıqlarından asılı edən Türkiyə 

hökuməti bu danışıqların başa çatmasını gözləmədən  İngiltərə  və Fransa ilə 

razılığa gəlməyə tələsdi (7). Sovetlər Birliyi dağıldıqdan sonra SSRİ xarici siyasəti 

ilə bağlı açıqlanan yeni arxiv sənədləri Türkiyəyə münasibətdə irəli sürülən 

iddiaların  əsassız olduğunu təsdiq etdi. Hətta 23 avqust Sovet-Alman 

müqaviləsinin imzalanmasına baxmayaraq Türkiyə siyasi dairələri Sovet İttifaqı 

ilə qarşılıqlı   yardım haqqında müqavilə bağlaya biləcəyinə ümidini itirməmişdi. 

Hələ avqust ayının 10-da SSRİ-nin səlahiyyətli nümayəndəsi A.Terentiyevlə 

görüşdə Ş.Saracoğlu bildirdi ki, avqust ayının 8-də Nazirlər Kabineti Türkiyə ilə 

SSRİ arasında ikitərəfli qarşılıqlı  yardım paktının imzalanması haqqında müsbət 

qərar qəbul edib və danışıqların aparılmasını ona tapşırıb. O, dedi ki, zərurət 

olacağı halda hökumət onun Moskvaya səfərini bəyənir. Ş.Saracoğlu xahiş etdi ki, 

V.Molotov paktın ilkin layihəsini tanış olmaq üçün ona göndərsin və əlavə etdi ki, 

hökumət bu ilkin layihəni səbirsizliklə gözləyəcək. A.Terentiyevin suallarına 

cavab olaraq Ş.Saracoğlu bildirdi ki, Türkiyə hökuməti ikitərəfli paktın 

imzalanmasına müsbət yanaşır, Türkiyə hökuməti paktın ilkin layihəsini Sovet 

hökumətindən gözləyir və paktın layihəsini öyrəndikdən sonra mənim Moskvaya 

səfərimi faydalı hesab edir. Ş.Saracoğlu danışıqlarda  əsas kimi V.Potyomkinlə 

Ankarada aparılan müzakirələrin götürülməsini təklif edirdi. Qarşıdakı 

danışıqlarda Qara dənizdə, Boğazlarda və Aralıq dənizində əməkdaşlıq haqqında 

müzakirələrin gedə biləcəyini vurğulayan  Ş,Saracoğlu dedi ki, əlbəttə, Türkiyə 

hökuməti məhdud məsuliyyətlə pakt imzalaya bilər, Türkiyə SSRİ-nin  şimal və 

uzaq şərq sərhədləri ilə bağlı öz üzərinə öhdəlik götürə bilməz (8). Bu məqsədlə 

danışıqlar aparmaq üçün Türkiyə xarici işlər naziri Şükrü Saracoğlu sentyabrın 24-

də SSRİ-yə yola düşdü və iki gün sonra Moskvaya çatdı. 

Türkiyədə  fəaliyyət gostərən Sovet diplomatik idarələrinin Xarici İşlər 

Komissarlığına göndərdiyi gizli məlumatlarda  Ş.Saracoğlunun Cenevrə 

Universitetinin     siyasi-iqtisad    fakültəsini    bitirdiyi,    milli    azadlıq 

 

 




42 

 

hərəkatında fəal iştirak etdiyi, müxtəlif vaxtlarda ədliyyə, maarif və maliyyə 



nazirliklərinə başçılıq etdiyi göstərilirdi. Xarici işlər naziri təyin olunana qədər o, 

beş il Türkiyə Ədliyyə Nazirliyinə rəhbərlik etmişdi (9). 

Ş.Saracoğlu haqqında Ankaradakı Sovet səfirliyinin hazırladığı  məlumatlarda 

həmçinin onun 1923-cü ildə türk nümayəndə heyətinin tərkibində Lozanna 

konfransında iştirak etdiyi, 1926-cı ildə  əhali mübadiləsi üzrə türk-yunan 

komissiyasının üzvü olduğu göstərilirdi. Sovet səfirliyinin birinci katibi 

A.Jeqalova onun haqqında yazırdı ki, Ş.Saracoğlu maarif naziri olduğu zaman 

Mahmud Esafla birlikdə Quranın türk dilinə  tərcümə olunması haqqında qanun 

qəbul olunmasına nail olmuşdur. Sənəddə qeyd olunurdu ki, 1932-ci ildə o, 

Osmanlı borcları ilə bağlı Parisdə aparılan danışıqlarda Türkiyəni təmsil etmiş və 

bu məsələdə böyük uğur qazandığına görə  İ.İnönü hökuməti Kamal Atatürkün 

təşəkkürünü almışdı.  Ş.Saracoğlunun Xarici işlər naziri təyin edilməsi Sovetlər 

üçün arzuolunmaz fakt kimi dəyərləndirilirdi. Məlumatda qeyd olunurdu ki

Türkiyə xarici siyasətinin rəhbəri kimi Saracoğlu  İsmət  İnönünün xəttinə uyğun 

olaraq Almaniyanın zərərinə 

İngiltərə 

və Fransa ilə 

əlaqələrin 

möhkəmləndirilməsini sədaqətlə  həyata keçirir. A.Jeqalova yazırdı: "Türkiyə 

rəhbərlərinin çoxu kimi Ş.Saracoğlu da nəinki Sovet İttifaqına qərəzli və şübhəli 

münasibət bəsləyir, eyni zamanda bizə qarşı şəxsi nifrət və küdurətini də saxlayır" 

(10). 


Ş.Saracoğlunun sentyabr ayının 26-da Moskvada olmasına baxmayaraq Sovet-

Türkiyə danışıqları  hələ başlanmamışdı. Bir gün əvvəl Polşanın bölüşdürülməsi 

üzrə razılığa uyğun olaraq Sovet Ordusu Qərbi Ukrayna və  Qərbi Belorusiyanın 

işğalını yenicə başa çatdırmışdı. Yüksək səviyyədə SSRİ- Türkiyə danışıqları 

başlayanda 23 avqust Sovet-Alman müqaviləsinə  əlavə olaraq imzalanmış gizli 

protokollar tam gücü ilə  işləyirdi və eyni zamanda aparılan Sovet-Alman 

danışıqlarında tərəflər Polşanın bölüşdürülməsini "hüquqi" cəhətdən başa 

çatdırırdılar. Görünür, Ş.Saracoğlu ilə danışıqların yubanmasının bir səbəbi də bu 

idi. 

Danışıqların yubanmasının digər səbəbi Sovet tərəfinin ingilis-fransız-türk 



ittifaq müqaviləsinin layihəsinin öyrənilməsi ilə bağlı idi. Çünki Ş.Saracoğlu 

hazırlıq mərhələsində olan qarşılıqlı yardım haqqında  ingilis-fransız-türk ittifaq 

müqaviləsinin layihəsini də müzakirə etmək üçün özü ilə Moskvaya gətirmişdi. 

Bu bir daha ona dəlalət edirdi ki, Türkiyə hökuməti Sovet İttifaqından gizlin iş 

görmək istəmirdi. Türkiyə  nəinki Qərblə olan ittifaq müqaviləsini Moskva ilə 

razılaşdırmaq, eyni zamanda SSRİ-ni bu prosesə qoşmağa can atırdı. Türkiyə 

Xarici işlər nazirinin Moskvada apardığı danışıqlarının yeni açıqlanan sənədləri bu 

məqamı bir daha təsdiq edir. 

Oktyabr ayının 1-də axşam saat 18-də  İ.Stalin  Ş.Saracoğlunu qəbul etdi. 

Sovetlər tərəfindən danışıqlarda Xarici İşlər Komissarı V.Molotov, onun 

 



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə