Microsoft Word hc ssri turkiye



Yüklə 4,07 Mb.
Pdf görüntüsü
səhifə27/256
tarix11.09.2018
ölçüsü4,07 Mb.
#67926
1   ...   23   24   25   26   27   28   29   30   ...   256

57 

 

Almaniyadan çəkindiyindən, digər bir hissəsi onunla əməkdaşlığa meylli 



olduğundan Türkiyənin Balkanlarda Almaniyaya qarşı müdafiə sistemi qurmaq 

cəhdləri müsbət nəticə vermədi (45). 

Digər tərəfdən, Sovet İttifaqının da Balkanlara yönəlik siyasətini faşist bloku 

ilə  rəsmiləşdirməsi Türkiyə üçün əlavə problemlər yaradırdı. Sovet İttifaqının 

Finlandiyaya təcavüzü ilə bağlı soyuqlaşmış SSRİ-İtaliya münasibətləri 1940-cı 

ilin yayında yenidən yaxınlaşma mərhələsinə  qədəm qoymuşdu. 1939-cu ilin 

oktyabrında Romaya səfir təyin edilmiş N.V.Qorelkin kral Viktor-Emmanuelə 

etimadnaməsini təqdim etməyə hazırlaşdığı vaxt fin müharibəsi ilə bağlı İtaliyada 

elə güclü antisovet dalğa başlanmışdı ki, V.Molotov səfiri təcili olaraq geri 

çağırmaq məcburiyyətində qalmışdı (46). Yalnız Almaniyanın müdaxiləsi ilə 

1940-cı ilin iyun ayının  əvvəllərində Sovet səfirinin Romada, İtaliya səfirinin 

Moskvada fəaliyyətləri bərpa edilmişdi.  Əlbəttə, bu daha çox iyun ayının 10-da 

İtaliyanın Fransaya qarşı müharibəyə daxil olması ilə bağlı idi. Elə  həmin gün 

Mussolini Venetsiya meydanındakı çıxışında bəyan etmişdi ki, İtaliya onunla quru 

və su sərhədləri olan ölkələrlə münaqişə yaratmaq niyyətində deyildir. Qoy 

İsveçrə, Yuqoslaviya, Yunanıstan, Türkiyə, Misir mənim bu sözlərimi nəzərə 

alsınlar (47). 

1940-cı ilin iyunun 11-də Moskvaya qayıdan İtaliya səfiri Rosso bir gün sonra 

V.Molotov tərəfindən çox yüksək səviyyədə qəbul olunmuşdu. İyun ayının 16-da 

Mussolini səfirə hətta siyasi danışıqlar aparmağa belə icazə vermişdi. 1940-cı ilin 

iyununda SSRİ ilə  İtaliya arasında Balkan-Dunay hövzəsində iki ölkənin 

maraqlarının tənzimlənməsi haqqında siyasi saziş barədə danışıqlar aparılan 

zaman Sovet rəhbərliyi qarşılıqlı    yardım haqqında ingilis-fransız-türk 

müqaviləsindən ciddi narazılığını bildirmişdi. Rosso ilə danışıqlarda Molotov 

İtaliyanı İngiltərə və Fransaya qarşı müharibəyə daxil olmağa həvəsləndirir, həmin 

ölkələrlə müqavilə bağlamış Türkiyəyə inam və etimadın azaldığını dilə gətirirdi. 

V.Molotov qeyd edirdi ki, Boğazlarda təkbaşına ağalıq etməklə Türkiyə Qara 

dənizdə öz şərtlərini Sovet İttifaqına diqtə etməyə cəhd göstərir, SSRİ-nin cənub 

və cənub-şərqi Batum rayonunda onun üçün təhlükə təşkil edir. Buna cavab olaraq 

Türkiyəni Aralıq dənizində  sıxmaq məqsədilə Sovet rəhbərliyi  İtaliya və 

Almaniyaya hər cür dəstək verməyə hazır olduğunu bildirirdi. V.Molotov deyirdi: 

"Türkiyənin digər rayonlarına gəldikdə, SSRİ  İtaliyanın, deməli, eyni zamanda 

Almaniyanın maraqlarını  nəzərə almağa və bu məsələ ilə bağlı onlarla razılığa 

gəlməyə hazırdır. Aralıq dənizinə  gəldikdə isə SSRİ  İtaliyanın bu dənizdə üstün 

vəziyyətdə olmağını tamamilə  ədalətli hesab edir. Ona görə Sovet İttifaqı ümid 

edir ki, İtaliya da əsas Qara dəniz ölkəsi kimi SSRİ-nin maraqlarını  nəzərə 

alacaqdır" (48). Bu danışıqların gedişində V.Molotov İtaliya tərəfindən irəli 

sürülmüş Balkan-Dunay və Qara dəniz regionunda SSRİ, 

 



58 

 

Almaniya və  İtaliya arasında üçtərəfli saziş bağlamaq təklifinə razı olsa da, 



hadisələrin sonrakı inkişafı bu sazişin reallaşması üçün əlverişli olmadı.  İyul 

ayının 5-də Romadan səfir Rossoya teleqram gəldi ki, V.Molotov tərəfindən 

qaldırılan məsələlərin geniş müzakirəsindən yayınmaq lazımdır. 

Məlum olduğu kimi, hələ  Ş.Saracoğlunun Moskva səfəri zamanı  İ.Stalin 

İtaliyanın maraqlarını öyrənmək məqsədilə onun Türkiyədən nə istədiyini 

soruşmuşdu. Ş.Saracoğlu isə bildirmişdi ki, İtaliya öz istəklərini dəqiq ifadə etmir, 

lakin həmişə Roma imperiyası haqqında danışıqlar aparır. İtaliya Türkiyə əleyhinə 

əlverişli strateji məntəqə kimi ona yaxın olan adalarda möhkəmlənmək istəyir. 

Lakin  İ.Stalin  İtaliyaya olan şübhələri azaltmaq məqsədilə  həmin danışıqlarda 

qeyd etmişdi ki, İtaliyaya Misir lazımdır. Ş.Saracoğlu isə, - ola bilsin, lakin indi 

Misir daha möhkəm əllərdədir - deyə cavab vermişdi (49). 

İtaliyanın 1940-cı ilin iyun ayının 10-da Fransaya hücum etməsi ilə qarşılıqlı 

yardım haqqında 19 oktyabr müqaviləsi və bu müqavilə üzrə götürülmüş 

öhdəliklər məsələsi gündəliyə  gəlmiş oldu. Hərbi  əməliyyatlar Aralıq dənizi 

rayonuna yayıldıqdan sonra Türkiyə Xarici İşlər Nazirliyinin baş katibi 

N.Menemençioğlu və  Ş.Saracoğlu ilə görüşən Ankaradakı ingilis və fransız 

səfirləri ittifaq müqaviləsinə uyğun olaraq Türkiyənin müharibəyə qatılmasını 

istədilər. Lakin danışıqların gedişində Fransa təslim olub müharibədən çıxdı. 

Müharibədən çıxan bir dövlətin digər dövləti müharibəyə girməyə dəvət etməsi və 

Türkiyənin bu addımının doğura biləcəyi nəticələr ölkənin siyasi dairələrindən 

vəziyyəti diqqətlə öyrənməyi tələb edirdi. Hərçənd, Türkiyə xarici siyasətinin 

həyata keçirilməsində mühüm rol oynayan bu iki şəxsdən biri - Numan 

Menemençioğlu Sovet xüsusi xidmət və diplomatik idarələrinin gizli sənədlərində 

almanpərəst, digəri - Ş.Saracoğlu isə ingilispərəst siyasətçi kimi xarakterizə 

olunurdu, həmin dövrdə bu siyasi xadimlər Türkiyənin müharibəyə girməməsi 

üçün lazım olan dəlilləri tapa bildilər. N.Menemençioğlu haqqında SSRİ Xarici 

İşlər Komissarlığının Yaxın Şərq şöbəsinin hazırladığı arayışda deyilirdi ki, siyasi 

görüşlərinə görə N.Menemençioğlu qatı millətçi, almanpərəst, Almaniya ilə 

iqtisadi əməkdaşlığın əsas tərəfdarı olduğu kimi, formal olaraq İngiltərə ilə ittifaq 

müqaviləsinin yerinə yetirilməsinə  tərəfdardır. Eyni zamanda N.Menemençioğlu 

lazım gəldikdə, bu müqavilənin yerinə yetirilməməsi üçün müxtəlif bəhanələr də 

gətirə bilir (50). 

1940-cı ilin yayında yaranmış böhranlı  vəziyyətdən çıxmaq və Türkiyəni 

müharibədən kənarda saxlamaq üçün Türkiyə Xarici İşlər Nazirliyi müqavilə üzrə 

tərəfdaşlarına bildirdi ki, birincisi, müqavilə üzrə Türkiyəyə  vəd edilən silah və 

sursat indiyə  qədər ona verilməmişdir; ikincisi, Türkiyə müharibəyə girdiyi 

təqdirdə hərbi əməliyyatlar Orta Şərqə də 

  



Yüklə 4,07 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə